Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə129/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   125   126   127   128   129   130   131   132   ...   135

Yollamazlar naxıra padşəhi, sultani.

Lə`li sərrafə verüllər nə ki, qax qoz satana,

Tanımursan hələ sən arpa ilə buğdani.

Kül olub gör necə xəlqün başına aləmdə,

Xəlqə təng eyləmisən boş yerə bu dünyani.

Sən hara, əhli-kəmalə vırasan tə`nə hara,

Yer gögi sürmə yerinə gözə çək, ey nani.

Atanun gözlərini vırdı çıxardı birisi,

Xəlqi qorxuzmaq içün, salsun ələ meydani.

Dedilər kor kişi oğlı, xəcl oldı bu sözə,

Evə girdi başına çəkdi cırıq yorğani.

Malakan atı vırar şıllağıni divarə,

Sahibi həddən artıq verə gər arpani.

Nanəcibzadədə olmaz əsəri-fəhmü kəmal,

Gecə-gündüz oxuya min kütübi-Loğmani.

Oxıdıqca dəxi də qanmazü nafəhm olur,

Xatirün cəm` elə, yoxdur bu sözün bətlani.

Ərəbistan atı nacins ilə cinsi gözlər,

Bir nəzərlə tanıyur cinsi degül madyani.

Şəkəri bayquya versön dəxi ququ etməz,

Tutiyə versön, açar nitqi-gühərəfşani.

Şir vırmaz ağzın it qabağından qalana,

Künci-məğğarədə gər çıxa acından cani.

Başuvi sal aşağə, kibrü qüruri tərk et,

Özüvə kəsb elə bir mə`rifəti-insani.

Şəm`vəş eyləmə sərkeşligi, üftadə get ol,

Yandurarsan özüvi, vermə belə fərmani.

Bax oğul tək quluva, xəlq sana rağib olar,

Şərəfü izzətün artar, demə var nöqsani.

Tərbiyət gərçi çətindür verəsən naəhlə,

599



Yaxşılıq rəngi gətürməz, yox onun ərkani.

Ey canım, tap özüvə bir işi bel işləməgin,

Olmasun onda nə bir səhvi, nə də bir nisyani.

Düşməyürsən başa bir şey ki, deyürsən bilürəm,

Bu yəman dərddür, yoxdur onun heç dərmani.

Bilməyür birsi, deyür bilməyürəm, eyb degül,

O bilər hər nə desön, müftə yeməz həlvani.

Müftəxorlıq eləməz sən kimi, var insafi,

Xəlqi aldatmağa hərgiz bəzəməz dükkani.

Bu nəsihət sana tə`sir eləməz mən bilürəm,

Məkrivün qüdrəti heyrətdə qoyub şeytani.

ZƏN EYLƏR

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər,

Nalayiq əməl var nə qədr, yad zən eylər,

İblisə verüb tərbiyət, irşad zən eylər,

Pis gündə sana sanma ki, imdad zən eylər.

Hər bir nəfəs ondan özüvə gözlə xətani,

Əsraruva, zinhar, gedüb vermə yol ani,

Həmdəm onilə olma, edər ömrüvi fani,

Bir göz yumub-açınca yıxar kövnü məkani,

Heyrətdə qoyub məkri onun hər üqəlani.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər.

Məğlub eləyər fitnəsinə aləmi yeksər,

Qur`andə vermış xəbərin Xətmi-Peyəmbər,

Sancar səni əf`i kimi ol şumi-bədəxtər,

Görsön anı e`caz eləyür misli-hünərvər,

Zinhar, inanma, sana məkr eyləmək istər.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər.

 

İblis ona iman gətirüb, sanma yalandur,



600


Böhtan ki, degül bu dedigüm gün tək əyandur,

Bir kimsənün adı zən ola, bəs bu nə nişandur,

Yetmiş bu xəbərlər bizə, get, gör, nə zəmandur,

Hər bir rəvişi, hər nəfəsi düşməni-candur.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər.

Gəlməz xoşı bir zərreyicə xeyrüləməldən,

Təxmir olunub zatı belə ruzi-əzəldən,

Varü yoxuvı almasa, qoymaz səni əldən,

Şəkk etsön əgər yaduva sal ruzi-Cəməldən,

Şirinligi məkr ilə alur qəndü əsəldən.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər.

 

Eymən özüvi etmə bu napakdən hərgiz,



Aldanma, onun şivələrindən elə pəhriz,

Zəndən doğulub fitneyi-xunriziyi-Çingiz.

Xoşdur hərəkatından onun xəncəri-xunriz,

Zəndən dağılub məmləkəti-kişvəri-Pərviz.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər,

 

Lə`nət bularun ağü qərasinə dəmadəm,



Cənnət qapusından qovulan vəqtdə Adəm,

Peyğam eləyibdür belə ol rəhbəri-aləm,

Nifrin eləyübdür bulara həzrəti-Xatəm,

Zən eylədi rüsva məni, yox zəxminə mərhəm.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər,

 

Bax “keydi-əzim”



 ayəsinə, eylə bir ibrət,

Qur`andə nifrət eləyüb Xətmi-nübüvvət,

Uyson bularun fe`linə, ey dil, sana lə`nət,

Yox zəndə vəfa zərrəcə hərgiz, elə nifrət,

Fərqi-Əli mehrabdə kimdən yedi zərbət?

Hər fitnə bu aləmdə var icad zən eylər,

 “...Sizin məkrləriniz böyükdür...” (Qurani-kərim, Yusif, 28)



601


Abad cəhan mülkini bərbad zən eylər,

 

Kim oldı səbəb, içdi Həsən(ə) zəhri-həlahil,



Bavər eləməz fe`li-zəni mərdümi-kamil,

Əl çək, bulara uymagilən, etmə təğafil,

Rüsvaluğuva olma səbəb, eyləmə hasil,

Bu bəhri-bəladən həzər et, yox ona sahil.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər,

Əhmiyyəti yox, bir şey içün eyləmə əfsus,

Boşla yaxasın, hər yetənə bəsləmə namus,

Şərhin eləyibdür bularun müshəfü qamus,

Olmaqdadur səndən, onı bil, düşmənə casus,

Nisvan əlilə oldı fəna səltənəti-Tus.  

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər,

 

Məl`undür ol kəs inana fe`li-zənanə,



Hər kim inana, tez salacaqdur onı qanə,

Qanə boyanubdur nə səbəbdən bu zəmanə,

Od vırdı zənan aqibəti-pirü cəvanə,

Bir fitnə salub, çarəsi yoxdur bu cəhanə.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər,

 

Bədəsl ilə rəftar eləmək xeyli çətindür,



Əfsanə demə yazdığıma, eyni-yəqindür,

Şahid bu sözə ayeyi-Qur`ani-mübindür,

Həmraz bu bədtinət ilə olma, çətindür,

Başdan-əyağə şərrdür, həm mayeyi-kindür.

Hər fitnə bu aləmdə var icad zən eylər,

Abad cəhan mülkini bərbad zən eylər,

 

Salson yaduva mə`rəkeyi-Kərbübəlani,



Yəqinligün artar ki, nədür kim bu filani,

Kim saldı bəla daminə şahi-şühədani,

Əhvali bilüb sora, get, et ahü fəğani,

Zən oldı səbəb, saldı oda Ali-əbani.

602



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   125   126   127   128   129   130   131   132   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə