Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə125/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   121   122   123   124   125   126   127   128   ...   135

  

Xunabə gözümdən sitəmündən səyəlandur,

Kim qəddimi görsə, deyəcək əgri kəmandur,

Möhnət yüki bükmiş, gətür əl, bir dəm əmandur,

Zalim, demisən səndə bu nə ahü fəğandur?

Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.

 

Bir kəsdə vətən olmasa, vicdanı da olmaz,



Biqədr olur hər yerdə, nigəhbanı da olmaz,

Öldürsön onı, qanı itər, qanı da olmaz,

Kim düşsə bu dərdə, dəxi dərmanı da olmaz.

Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.

 

Bənzər vətəni olmayan aləmdə gədayə,



Getsə nə yerə, xəlq deyər gəlmə burayə,

Fəryad eləsə bir kəsi yox yetsün hərayə,

Qur`an eləyür lə`nət ona ayəbəayə.

Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.

Hər kimdə vətən var, edər aləm ona hörmət,

Düşmən əyağın öpməgə eylər, bəli, minnət,

Getsə nə yerə zərreyicə görməz əziyyət.

Ölməz vətən oğlı, diridür ta bəqiyamət.

Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.

Xaindi, vətəndən həzər etsəydi filani,

Düşməzdi vətən əllərə bir ləhzə, bir ani,

Avarə salub nalə ilə pirü cəvani,

Ya Rəbb, görərim kimdür, alan varmı bu qani.

Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.

  

Övladi-vətən tə`nə vırar şahi-cəhanə,



Tə`zim eləməz bir kəsə qərq olsa da qanə,

Kəmrütbə degül, qiyməti var, getsə hayanə,

Vəqt oldı, gəleydi, məni qoymış yanə-yanə.

583



Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.



EDƏCƏK YOX

Zülmün evini qəhrlə bərbad edəcək yox,

Qəmdən dili-naşadımi azad edəcək yox,

Hər bir nəzərün düşkiniyəm, yad edəcək yox,

Viranə könül, yan, səni abad edəcək yox,

Fəryad eləmə ney kimi, imdad edəcək yox.

Ey söləyən, icad olacaqdur yeni dünya,

Bir səhvü xətadur dedigün, yox ona mə`na,

Əfsun oxımaqlığla açılmaz bu müəmma,

İslah özüvi eyləməmiş etmə təmənna,

Doğru yola netmək səni irşad edəcək yox.

Abadı yıxub xak ilə yeksan kim edibdür,

Xatirləri bilmərrə pərişan kim edibdür,

Yox zülmə nəhayət, belə tüğyan kim edibdür,

Xunabə tökər, gözləri giryan kim edibdür,

Dəf`i-sitəmi-naxələf övlad edəcək yox.

Çox eyləmə tüğyan, sana dünya belə qalmaz,

Qanı tökülər sağəri-mina belə qalmaz,

Var-yoxını xəlqün elə yəğma, belə qalmaz,

Başun dəgəcək daşə, bu sövda belə qalmaz,

Mumi demə bir ləhzə də fulad edəcək yox.

Girəm ki, müsəxxər elədün külli-cəhani,

Verməz sana bir faidə, tökmə yerə qani,

Rahət yaşasun xəlqi qoyun bir nəfəs ani,

Həddindən aşırdun, həzər et, cövrü cəfani,

Zülmündən usanmır, bizə imdad edəcək yox.

Qanlar yatacaq yerdə, inanma, dutar ahi,

Axır səni, ey nəfsə uyan xahi nəxahi,

Hər sahibi-nəfsün onı bil, var pənahi,

Tezdür yetişə müntəzir ol, əmri-İlahi,

Dərd çox, ona bir çarəni icad edəcək yox.

ELƏMƏKDƏN

584



Qafun qədi neyçün bükülüb böylə kəmandur,

Eşqün yükinə tab eləmüb, barı girandur,

Məcnundən ibrət elə, rüsvayi-cəhandur,

Tərk eylə bu sövdanı, yəmandur ki, yəmandur,

Ey dil, həzər et, hər nəfəsi afəti-candur.

Ey dil, gətür əl naləvü fəryad eləməkdən,

Hərdəm bu pəriçöhrələri yad eləməkdən.

Cəhd et özüvi etməyəsən eşqə giriftar,

Qəm dutsa sana yüz, dəxi olmaz sana qəmxar,

Rüsva eləyərsən özüvi, kam alur əğyar,

Kölin



 verür əğyarə o yar, sevgili dildar,



Bir zərrə inanma bu gözəllərdə vəfa var.

Ey dil, gətür əl naləvü fəryad eləməkdən,

Hərdəm bu pəriçöhrələri yad eləməkdən.

Dutma rəhi-eşqi demədimmi sana mən, dil,

Uydun bu pəriçöhrəyə bica yerə sən, dil,

Hicrində nigarun gedüb avarə düşən dil,

İbrət elə Məcnundən, ey qanə dönən dil,

Rüsvayi-cəhan oldı o Leylanı sevən dil,

Ey dil, gətür əl naləvü fəryad eləməkdən,

Hərdəm bu pəriçöhrələri yad eləməkdən.

 

Rüsva səni eylər bu gözi qarə gözəllər,



Məcnunsifət eylər səni avarə, gözəllər,

Adət belədür dil verür əğyarə gözəllər,

Dünyayə salur fitnəni məhparə gözəllər,

Giysulərini gər tökə rüxsarə gözəllər,

Ey dil, gətür əl naləvü fəryad eləməkdən,

Hərdəm bu pəriçöhrələri yad eləməkdən. 

Baxma bularun şiveyi-rəftarinə, ey dil,

Bənd olmagilən türreyi-tərrarinə, ey dil,

Azad eləməz bənd ola kim tarinə, ey dil,

Uyma, həzər et, arizi-gülnarinə, ey dil,

Rəng ilə verüb zinəti rüxsarinə, ey dil,

Ey dil, gətür əl naləvü fəryad eləməkdən,

 Könlünü


585


Hərdəm bu pəriçöhrələri yad eləməkdən.

 

Hər rişteyi-giysuləri bir əf`i ilandur,



Qarətgəri-din, xalü xəti sanma yalandur.

Rüsva eləmiş Adəmi məşhuri-cəhandur,

Şəhla gözinə uyma əmandur ki, əmandur,

Daim dili-üşşaqi yıxub, içdigi qandur,

Ey dil, gətür əl naləvü fəryad eləməkdən,

Hərdəm bu pəriçöhrələri yad eləməkdən.

 

Bir yarə könül ver, ona əl tapmaya əğyar,



Bir zərrə vəfası yoxa dil etmə giriftar,

Mail özüvi eylə o yarə, ola qəmxar,

Qəm dutsa sana yüz, gedüb ol talibi-dildar,

Saqib degül heç səndə pəsəndidə bu rəftar.

Ey dil, gətür əl naləvü fəryad eləməkdən,

Hərdəm bu pəriçöhrələri yad eləməkdən.



“...NECƏ GƏLDİ, NECƏ GETDİ”

 

Tərkin necə mən eyləyərəm ahü fəğanun,



Gözdən tökülən seyl kimi əşki-rəvanun,

Fikrün nə çəküm mən dəxi bu sevgili canun,

Çəkmə qəmin, ey dil, qoy, aradən itə qanun.

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi”.

Qurban olum ol mahvəşü laləüzarə,



Bir dərdə salubdur məni, yoxdur ona çarə,

Peyvəstə vırar qəmzə oxıni məni-zarə,

Əbrusi kəman, kiprigi ox, gözləri qarə.   

“Əfsus ki, yarım gecə gəldi, gecə getdi,

Heç bilmədim ömrüm necə gəldi, necə getdi”.

 

Min cani-girami ola, cananıma qurban,



Yandır məni, yandırgilən, ey atəşi-hicran,

Yansun mənim əhvalıma, qoy, şəm`i-şəbistan,

Əğyarə veribdür könül ol afəti-dövran.

 Beyt Qarabağ xanı İbrahimxəlil xanın qızı Ağa Bəyim xanımındır.



586


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə