Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə123/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   119   120   121   122   123   124   125   126   ...   135

Kəməndi-zülfinə aləm giriftar.

Əlimdə yox mənim bir ixtiyarım,

Verəm dil mən sənə qoymaz nigarım.

Haçan Məcnun olursan, ey səmənbu,

Bilərsən mən kim ilə dutmışam xu.

Sən özgə fikirdə, get, məndən əl çək,

Mən özgə fikirdə düşvar bilmək.

O yol mən getmişəm, yoldur xətərnak,

Düşübdür heyrətə sərgəştə əflak.

Gözimdə xarsən, xari-müğilan,

Sənə quldur əgərçi mahi-Kən`an.

Ölüncə söylərəm mən Leyli-Leyli,

Mənə gər olmasa bir zərrə meyli.

Giriftar olmaram hər bir kəməndə,

Alınmış bir qulam Leylayə bəndə.

Üzari-Leylidə qılmış təcəlla

Rüxi-dildar, Məcnun oldı rüsva.

Xəyal etmə məni surətpərəstəm,

Ki, məsti-badeyi-cami-ələstəm.

Kimin məcnuniyəm mən bilmək ani,

Çətindür, bilməsən, get, ey filani.

“MƏHƏBBƏTSİZ MÜHƏMMƏDDƏN(S) 

NƏ HASİL”

Əgər olseydi səndə eşqi-kamil,

Deməzdün eşq edəndür əqli zail,

Məgər Məcnun olub Leylayə mail,

Yox idi heç kim Məcnunə hayil,

Min e`caz ilə etməz eşqi batil.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

575



Olub Məcnun içün Leyla bəhanə,

Gəlürdi ney kimi neyçün fəğanə,

Başında quş yuvasi yanə-yanə,

Üzari-Leylidə görmiş nişanə,

Ki, cananun rüxindən düşdi qanə.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

 

Geyüb Leyla libasın ol pərivəş,



Vıruldı xərməni-Məcnunə atəş,

Kəməndi-eşq ilə birdən keşakeş,

Düşüb dəşti-cünunə ol bəlakeş,

Ver, ey saqi, meyi-gülfamü biğəş.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

 

Bileydün sən əgər miqdari-eşqi,



Edərdün can ilə iqrari-eşqi,

Çətindür bilməsən əsrari-eşqi,

Bileydün etməz idün xar eşqi,

Bilər eşqi o kimsə var eşqi.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

 

Əgər eşq olmaseydi aləm olmaz,



Kimün yox eşqi hərgiz adəm olmaz,

Get, ögrən eşqi, rütböndən kəm olmaz,

Məhəbbət aləmi tək xoş dəm olmaz,

Məhəbbət kimi yaxşı həmdəm olmaz.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

 

Kəməndi-eşqi, get, divanədən sor,



Nədür eşq aləmi, pərvanədən sor,

Nədür pabəndi-giysu, şanədən sor,

Nə nəş`ə meydə var, məstanədən sor,

Nə yerdə gənc var, viranədən sor.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

576



Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

 

Gedüb kəsb et şəhidi-Kərbəladən,



Təriqi-eşqi ol zibhül-qəfadən,

Var həqqi dəm ura hərdəm vəfadən,

Ona həmrütbə yox şahü gədadən,

Keçübdür rütbəsi hər ənbiyadən.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

 

Həqarət çeşmün açma ol şəhidə,



Ona həmrütbə yox bir afəridə,

Təməllüq etmədi zalim Yəzidə,

Kim olmış bu Hüseyni-qəmkəşidə,

Haçan oldun ətəşdən ləbməlidə.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

 

Mühəmmədlə(s) olub xətm nübüvvət,



Binadən var rəsmi-eşqə etdi xidmət,

Məqami-eşqə yetdi, tapdı şöhrət,

Yeyüb xuni-dil ilə çəkdi zəhmət,

Yetərsən məqsədə çəksön əziyyət.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

 

Bu bir yoldur xətalı, bu yəqindür,



Müyəssər olmaz hər kəsçün, çətindür,

Səlamət getmək olmaz cövri mindür,

Bu yolda min bəla tiği kəmindür,

Xəbər alson sözün həqqin həmindür.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

Məhəbbətsiz Mühəmməddən(s) nə hasil. 

Haçan Məcnun tək oldun laübali,

Olursan xahişindən eşqün hali,

Və gər nə olmason Məcnun misali,

Dəxi tərk etgilən əmri-məhali,

Eybdür, getmə, Saqib, dəst xali.

Məhəbbətdə Mühəmməd(s) oldı vasil,

577



Məhəbbətsiz Mühəmməddən(s) nə hasil.

“CANAN SANA GƏR ETSƏ SİTƏM..."

Canan sana gər etsə sitəm, vəsl hesab et,

Min canun ola istəsə, ver, durma şitab et,

Hicran qəminə ahü fəğan eyləmə, tab et,

Səccadəni yandur oda, mehrabi xərab et,

Əvvəl cigərün sənci-məhəbbətdə kəbab et,

Ondan sora meyxanəyə get, əzmi-şərab et.

Mey içməyəni sən məgər insanmı sanursan?

Zahid, özüvi tabe`i-Qur`anmı sanursan?

İnsanlığı, biçarə, sən asanmı sanursan?

Sağər tələbin huriyi-qılmanmı sanursan?

Əvvəl cigərün sənci-məhəbbətdə kəbab et,

Ondan sora meyxanəyə get, əzmi-şərab et.

 

Tərk etməmisən məscid ilə deyrü kinişti,



Var səndə hələ buyi-riya kəştibəkəşti,

Sən bildün haçan zərreiycə xubilə zişti?

Verməzlə sana, istəmə çox huri-behişti.

Əvvəl cigərün sənci-məhəbbətdə kəbab et,

Ondan sora meyxanəyə get, əzmi-şərab et.

  

Hər aşiq Məcnun kimi rüsva ola bilməz,



Hər mahliqa hüsndə Leyla ola bilməz,

Hər Yusifə pabənd Züleyxa ola bilməz,

Hər quş oxuyar, bülbüli-şeyda ola bilməz.

Əvvəl cigərün sənci-məhəbbətdə kəbab et,

Ondan sora meyxanəyə get, əzmi-şərab et.

Mənsur degülsən, demə, hər ləhzə “ənəlhəq”,

Əngüşti-Mühəmməd(s) gərək etsün ayı münşəq,

Versün necə məşşatə yüzin çirkinə rövnəq?

Sultan necə vırsun yıxılan xanəyə beydəq?

Əvvəl cigərün sənci-məhəbbətdə kəbab et,

Ondan sora meyxanəyə get, əzmi-şərab et.

578



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə