Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə124/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   120   121   122   123   124   125   126   127   ...   135

Sən bilməyəcəksən rəvişi-eşqü məhəbbət,

Yoxdur xəbərün kim, necədür rahi-təriqət,

Göstər, hanı səndə, hanı asari-həqiqət?

Tə`sir eləməz xəlqə əbəs, etmə nəsihət.

Əvvəl cigərün sənci-məhəbbətdə kəbab et,

Ondan sora meyxanəyə get, əzmi-şərab et.

 

Əfsanəyə meyl etməgilən, əhli-yəqin ol,



Nə valehi-əbruyi-xəmü mahi-cəbin ol,

Məqsudə yetərsən, tələbi-həqqə qərin ol,

Min tiri-sitəm yetsə sana, qorxma, mətin ol.

Əvvəl cigərün sənci-məhəbbətdə kəbab et,

Ondan sora meyxanəyə get, əzmi-şərab et.

 

Çoxdan uzağam sən kimi peymanəşikəndən,



Verdün vətəni düşmənə, dəm urma vətəndən,

Kül başuva, nə gözləmək olsun dəxi səndən,

Bülbül qaçır əlbəttə, yox asar çəməndən.

Əvvəl cigərün sənci-məhəbbətdə kəbab et,

Ondan sora meyxanəyə get, əzmi-şərab et.

 

Saqib, dedim ol saqiyə, dur, ver meyi-nabi,



Məst eyləgilən, məst məni-xanəxərabi,

Sağər dolısı rəf` eləsün rəncü əzabi,

Rədd ol, dedi, get, verdi mana böylə cəvabi.

Əvvəl cigərün sənci-məhəbbətdə kəbab et,

Ondan sora meyxanəyə get, əzmi-şərab et.

“NECƏ AH EYLƏMƏYÜM...”

Nə yəman gündi o gün kim, sana düşdi nəzərim,

Deyəsən dutdı məni naleyi-ahi-səhərim,

Kim məni çəkdi səri-kuyivə, yoxdur xəbərim,

Yetməmiş vəslüvə, qəm fövci dutubdur bərim,

Qalmadı ahi-cigərsuz ilə təndə əsərim,

Necə ah eyləməyüm, ah, yanubdur cigərim.

579



Bağrımi laləsifət eylədi qan hicranun,

Qədimi əgri qaşun kimi kəman hicranun,

Qoymayub təndə qala tabü təvan hicranun,

Bimürüvvət, çəkər əl məndən haçan hicranun?

Qalmadı ahi-cigərsuz ilə təndə əsərim,

Necə ah eyləməyüm, ah, yanubdur cigərim.

Tökərəm göz yaşı rüxsarimə Ceyhun-Ceyhun,

Ağlar əhvalıma Fərhad ilə Məcnun-Məcnun,

Tökülüb üstimə möhnət yüki hamun-hamun,

Vırar hər ləhzə mana qəm oxı şəbxun-şəbxun.

Qalmadı ahi-cigərsuz ilə təndə əsərim,

Necə ah eyləməyüm, ah, yanubdur cigərim.

Küfri-zülfün məni pabənd eləmiş zünnarə,

Aləmi fitnə dutar, tökmə bu məhruxsarə,

Dutanı mən rəhi-eşqün, günüm olmış qarə,

Etmisən bağrımı qan, vermə könül əğyarə.

Qalmadı ahi-cigərsuz ilə təndə əsərim,

Necə ah eyləməyüm, ah, yanubdur cigərim.

Dedim, ey dil, sana, əl çək bu pərivəşlərdən,

Uyar əğyarlərə, zülfi müşəvvəşlərdən,

Ehtiraz eyləmədün yandıran atəşlərdən,

Oldı hasil sana möhnət bu keşakeşlərdən.

Qalmadı ahi-cigərsuz ilə təndə əsərim,

Necə ah eyləməyüm, ah, yanubdur cigərim.

 

Hüsnüvə bu dili-viranəmi heyran etdün,



Könlimi lə`li-ləbün fikri ilə qan etdün,

Tiği-əbrulər ilə qəsdi-dili-can etdün,

Dutar ahim səni, bəsdür dəxi tüğyan etdün.

Qalmadı ahi-cigərsuz ilə təndə əsərim,

Necə ah eyləməyüm, ah, yanubdur cigərim.

Saqiba, eylə həzər, eşq yəman sövdadur,

Eşqün əndişəsi başdan-əyağə qovğadur,

Kim rəhi-eşqi dutub aləmara rüsvadur,

Məni rüsva edən aləmdə bu məhsimadur.

580



Qalmadı ahi-cigərsuz ilə təndə əsərim,

Necə ah eyləməyüm, ah, yanubdur cigərim.



AYRILMIŞAM

Eylərəm fəryad ney tək yardən ayrılmışam,

Çeşmi-mərdümküşləri xunxardən ayrılmışam,

Afəti-can, türrəsi tərrardən ayrılmışam,

Bağbani-möhnətəm, gülzardən ayrılmışam,

Bir pərivəş, sərvi-xoşrəftardən ayrılmışam.

Afəti-can, türrəsi tərrardən ayrılmışam.

 

Zülfi zənciri-cünundur, xalıdur adəmfərib,



Qəmzəsindən ox təmənna eylərəm, olmaz nəsib,

Lə`li-nabindən alur hər ləhzə kam dili-rəqib,

Dərdimə yox çarə, dərman eyləmə, əl çək, təbib.

Bir pərivəş, sərvi-xoşrəftardən ayrılmışam,

Afəti-can, türrəsi tərrardən ayrılmışam.

Aləmi bir tari-zülfində giriftar eyləmiş,

Çeşmi-məsti nərgisi-şəhlani bimar eyləmiş,

Arizi bülbül gözində qönçəni xar eyləmiş,

Səngdil əğyar ilə dün seyri-gülzar eyləmiş.

Bir pərivəş, sərvi-xoşrəftardən ayrılmışam,

Afəti-can, türrəsi tərrardən ayrılmışam.

 

Dəşti-qəmdə naləmə Məcnuni giryan eylərəm,



Kimsə sormaz halımi neyçün mən əfğan eylərəm,

Ah, neylüm hər nəfəs çaki-giriban eylərəm,

Ey deyən qan ağlama, qəsdi-dilü can eylərəm.

Bir pərivəş, sərvi-xoşrəftardən ayrılmışam,

Afəti-can, türrəsi tərrardən ayrılmışam.

 

Sən məni saldun bəlayə, ey dil, ey dil, yanəsən,



Çox dedim, əl çəkgilən, əl çəkmədün divanəsən,

Mail oldun bu pərirüxsarə, döndün qanə sən,

Dil verüb əğyarə, gəl, əl çəkgilən viranəsən.

Bir pərivəş, sərvi-xoşrəftardən ayrılmışam,

581



Afəti-can, türrəsi tərrardən ayrılmışam.

  

Ey deyən fəryad neyçün eyləyürsən hər nəfəs,



Bir bəlayə düşmişəm, yoxdur mana fəryadrəs,

Maliəm bir sərvnazə, görməyübdür hiç kəs,

Olmışam eşqində rüsva, eylədim bica həvəs.

Bir pərivəş, sərvi-xoşrəftardən ayrılmışam,

Afəti-can, türrəsi tərrardən ayrılmışam.

RAHƏT YAŞAYUR

Əldən nə gəlür, neynəyüm iqbal cünundur,

Sövdanı dutsam ot olur, bəxt zəbundur,

Yoxdur soran heç kim mənim əhvalımi çundur,

Dərdim kimə izhar eləyüm, dərd füzundur.

Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.

Qismət mana dərdü qəm olub “qalü bəla”dən,

Bu tale`i-idbar durub çıxmaz aradən,

Çəkməz əlini atdığı min səngi-cəfadən,

Ey bəxti zəbun, bir dəm ayıl, düş bu həvadən.

Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.

 

Bir yanda vətən nalədə, bir yan dili-zarım,



Ney kimi gəlür naləyə, yox səbrü qərarım,

Ya Rəbb, nə olur yüz aça bir sevgili yarım,

Ənduh ilə daim keçəcək leylü nəharım.

Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.

  

Fəryad əlündən sənün, ey gərdişi-dövran,



Qıldun vətənimdən məni avarə, pərişan,

Qan etməmişəm, eyləmisən bağrımı sən qan,

İnsaf degül, rəhmə gəl, ey xanəsi viran.

Rahət yaşayur hər nə ki, vardur vətənində,

İlla məni-biçarə qəmü dərdü mihəndə.

582



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə