Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə121/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   117   118   119   120   121   122   123   124   ...   135

Üryan bazara bəs nə içün çıxmısan, əhməq,

Yox bəngdə nəş`ə dedi kim, kani-həmaqət.

Bundan dəxi bədtər olacaq bəngdə nəş`ə,

Bax halətüvə, xəlqi dəxi etmə məlamət.



“DUTMIŞ NƏ İÇÜN...”

Dutmış nə içün fitneyi-aşub vilayət,

Sərkeşlik edən yox ki, olur qətl ilə qarət.

Vicdan yox, məhv olunub rəsmi-mürüvvət,

Ciddiyyət ilə şiddət edür eyni-cəhalət.

Kimdən ədəbi almalıyuz, əhli-ədəb yox,

Nadanlığa hər pirü cəvan eyləmiş adət.

Hər fərd itirübdür özini, bilməyür hərgiz

Təklifini, əzbəski dutub rahi-zəlalət.

Rəhbərlərimiz bilməyür heç yaxşı-yəmani,

Fərqin başa düşmir, eləyür cəhli riayət.

Ey əsri-igirmiylə edən fəxr dəmadəm,

Əfsanə söz ilə eləmə xəlqi hidayət.

Nifrət gərək etmək belə əsr əhlinə hərdəm,

Kimdür yaşasun bir nəfəs asudəvü rahət.

İnsanlığa dair rəvişün eyni yox olmuş,

Kimdən bizə yüz verdi bu üslub, bu halət.

Hacət degül hərgiz bu sözi sorma, əzizim,

Kimdür səbəbi, kəşf eləməglik degül hacət.

Kürdə balığı duzlı bilürsən, demə şordur,

Şirin deyəsən, eyb eləyər cümlə cəmaət.

Bir kənd görünsə nə dəlil istəyəcəksən,

Getməgligə axtarma dəlili, degül hacət.

Murdar olar ağzım adını zikr gər etsəm,

Qalsun gərək hər ləhzə nəcasətdə nəcasət.

565



Cəhd eylə ki, incitməyəsən xəlqi özündən,

Kim düşsə əyağə, dut əlin, eylə himayət.

Gər istəyəsən yaxşı səlamət ola başun,

Eyb eyləmə xəlqə, dilüvi saxla səlamət.

Tapşursa əmanət sana gər düşmən canın,

Canun gedə əldən, həzər et, etmə xəyanət.

Bərbad ola aləm, kişilik ismin unutma,

Bir-bir deyərəm, var kişilikdə nə əlamət.

Xəlqün nəzərindən özüvi salma, həzər qıl,

Heç bir kəsə sən açmayasan çeşmi-həqarət.

Olmaz kişilər zərreyicə nəfsinə tabe`,

Həqqün rəvişün tərk eləməz, olsa qiyamət.

Din məs`ələsi gəlsə arayə, onı sən bil,

Can tərkin edər, olmaya ta din evi qarət.

Tikməz gözini süfreyi-namərdə, yəqin et,

Ac qalsa min il, eyləməz əfsus şikayət.

Min rənc çəkər ta ki, yetə sərhədi-gəncə,

Yağsa başına, bak eləməz səngi-nədamət.

Düşmən qabağında dayanar şiri-jəyan tək,

Göstərməsə də, eyb eləməz rəmzi-şücaət.

Gər yetsə cəhad hökmi ona, səcdeyi-şükri

Təkrar edər hərdəm, verülüb sanki bəşarət.

Cismində çata baş-başa gər tiri-cigərçak,

Gözlər özinə, bak eləməz vəqti-şəhadət.

Hübbül-vətən ilə bədəni təxmir olunmış,

Bir zərrə yox onda təmə`i-təxtü xilafət.

Min Yusifi-Kən`an kimi gər olsa min oğli,

Qurban eləyər həqqə, çəkər bir də xəcalət.

Mərdün belə ətvarı gərək səndə ki, yoxdur,

Göstər kişilik rəsmini, gər varsa ləyaqət.

566



Olseydi ləyaqət, vətəni verməz idün sən

Bir kimsəyə, yox onda əlamati-nəcabət.

Buysa kişilik səndə var, heç bir şeyə dəgməz,

Neyçün edirük boş yerə namərdə şəmatət.

Qaldı kişilik rəsmi keçən əsrdə, Saqib,

Hər kəsdə tapulmaz kişilik, sanma zərafət.



QƏLƏM VƏ QILINC

Qələmlə qılıncun eşit söhbətin,

Bu xoş söhbətün bilgilən qiymətin.

Qələm sölədi tiğə xunrizsən,

Ki, can almağa fitnəəngizsən.

Sərasər cəhani sən etdün xərab,

Cəhan səfhəsin qanə etdün xizab.

Cigərçaksən, səxt bibaksən,

Sutək qanı tökməkdə çalaksən.

Oğulsuz qoyan sənsən hər madəri,

Bütün şərsən, rəhmdən həm bəri.

Sən ilə olur bəski ülfət çətin,

Odur əgrisən, əgridür əhli-kin.

Mürüvvətsizə əgrilikdür nişan,

Nə hacət dəxi eyləmək imtəhan.

Əman verməsən dustə, düşmənə,

Yanaşsa əgər bir nəfs kim, sənə.

Xətadidələrlə xətadidəsən,

Bütün etmisən xəlqi rəncidə sən.

Sən etdün xəlayiqləri dərbədər,

Şərrdür vücudun sənün, müxtəsər.

Mən ilə, gəl, ol bir nəfəs həmnişin,

Bilərsən nədür rəsmi-əhli-yəqin.

567



Mənəm kainatə vıran beydəği,

Mənəm kainatə verən rövnəqi,

Mənəm məbdə`i-eyni-abi-həyat,

Mənimlə tapub mübtəlalər nicat.

Mənimlə tapub xəlq irfan yolın,

Nə irfan yolın, eyni-insan yolın.

Mənəm müşkəfşan, həm müşkru,

Məni ətri-ənbər edər arizu.

Qılıncsız mənəm fatehi-hər diyar,

Mənəm baisi-asyişi-hər diyar.

Mənəm padşahə verən təxtü tac,

Mənəm dərdlilərə eyləyən əlac.

Mənim şə`nimə sureyi-“vəl-Qələm”

Olub nazil, ey xəncəri-bədşiyəm.



Bütün aləmin ixtiyarı mənəm,

Cəhan əhlinün tacdarı mənəm.

Mənəm sülh imzasinə hökm edən,

Mana rubəru durmasun hər yetən.

Mənəm söndürən fitnənün atəşin,

Mən iləndür asan əmri-çətin.

Tökər qanım kim düşmənimdür mənim,

Yeddi kişvər həm məskənimdür mənim.

İtaət edər hökmimə cümlə nas,

Mənimlə olan həmdəm etməz həras.

Xilafi-əmrimi etsə kim xar olar,

Ki, hədsiz bəlayə giriftar olar.

Mənim hökmimə etməyən e`tibar,

Düşər zillətə adı leylünnəhar.

 Qurani-kərimin 68-ci əl-Qələm surəsi



568


Nisar eylərəm dürri-nasüftələr,

Mənimlə olur cəm` aşüftələr.

Gühərpaşlıq eylərəm hər zəman,

Yalandur demə, olmışam imtəhan.

Kilidi-dəri-hikmətəm bixilaf,

Degül məndə bihudə lafü gəzaf.

Yoxumdur mənim şahidə ehtiyac,

Degül hacət heç eyləmək ehtiyac.

Qələmdür verən hər nizam aləmə,

Qələm elmi tə`lim edüb Adəmə.

Qələmlə cəhan mülki abad olub,

Qələm hər məkatibdə ustad olub.

Qələm görmiyən şəxs insan degül,

Qələm qədrini bilmək asan degül.

Qələm rütbəsin Xatəmül-ənbiya(s),

Bütün aləmə bildirüb biriya.

Bəraşüftələndi qılınc ol zəman,

Qılaf içrə hey vurdı atəşfəşan.

Dedi, ey qələm, sakit ol, vırma laf,

Vücudun sənün fitnədür hiyləbaf.

Əgər etsəm çak mən başuvi,

Olarsan zəbun, bilməsən yaşuvi.

Mənəm bildirən qədrüvi aləmə,

Mənəm güc verən Adəmə, Xatəmə.

Mənimlə edüb qəl`eyi-Xeybəri,

Əliyyi-vəli fəth nöh kişvəri.

Nə ilə vırub Əmrə ol zərbəti

Yədüllah, ey xarü xəs tinəti. 

Mənim şə`nimə Xatəmi-ənbiya(s)

Deyüb bu sözi, etgilən e`tina:

569



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   117   118   119   120   121   122   123   124   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə