Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə117/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   113   114   115   116   117   118   119   120   ...   135

Canından əl çəküb, ona dürri-gühər gərək.

Boş abü danəni məgəsi-nəhl neyləsün,

Nəhl umma zərreyicə, gülü bərgi-tər gərək.

Bazarə getsə boş əl ilə padşah əgər,

Verməzlər heç nə, simü zəri-mö`təbər gərək.

Səngi-siyah lə`lə dönər səbr ilə, vəli,

Aludə rəngə etməgə xuni-cigər gərək.

Asudə yatma, aç gözüvi, keçdi qafilə,

Sölər cərəs fəğanı, xətərli səfər gərək.

Əflak seyrini eyləmə boş xəyal ilən,

Seyr etməgə o dayirəyə balü pər gərək.

Bəsdür “Hicab” ayəsinün bəhsin eylədün,

Vəqtin itirmisən, dəxi fəsli-digər gərək.

Zahirpərəstlikdən utanmaq nə eyb edər,

Batin yol ilən getməgə bir müxtəsər gərək.

Aləm bir özgə rəngə girüb, çarə qıl dedim,

Verdün cəvab, get, mana bir simübər gərək.

İsbat həqqi etməgə Fir`oni-bixudə,

Musayə cilvə etməgə nari-şəcər gərək.

Tə`sir zalimə eləməz tiği-xunfəşan, 

Sübhün zəmanı naleyi-ahi-səhər gərək.

Mərbub rəbbsiz ola bilməz təbiətə,

Dil vermə əsl nöqtəyə sahibnəzər gərək.

Əqlü şüurdən xəbəri yox təbiətün,

Hardan bilüb müt`i ola şəmsə qəmər gərək.

Məcburdür ki, məhv ola ay aftabdən,

Vaqif bu sirrə əqlü kəmal dolu sər gərək.

Şahun gəda bilərmi məgər şə`nü rütbəsin,

Yaxşı-yəmani bilməgə əhli-bəsər gərək.

547



İnkar etsə kim sözün həqqini, Saqiba,

And olsun həqq sözə, ona tiğü təbər gərək.



QIZIL QƏBALI

Aldı dili-biqərarı məndən,

Həm taqətü ixtiyarı məndən,

İncitdi cəm`i varı məndən,

Kəsdi bütün e`tibarı məndən.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

Yusif ona qul, fəribi-Adəm,

Xali-siyəhinə mail aləm,

Gülzardə gül onilə xürrəm,

Zənciri-cünuni-zülfi-pərçəm.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

 

Şirinhərəkatü Leylirəftar,



Xurşidliqavü mahrüxsar,

Giysulərinə könül giriftar,

Əbrusinə məhvdür kəmandar.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

Bir gülşənü lalədür yuvağı, 

Bir xərməni-güldür əl-əyağı,

Eylər mana tünd qaş-qabağı,

Əğyarə uyub, mənimlə yağı.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

Göz sürməli, zülfi ənbərəfşan,

Şirin dodağında abi-heyvan,

Rəşki-mələk, əzizi-dövran,

Qıyğaci baxanda dil olur qan.

Bir şux cəvan, qızıl qəbalı,

548



Afəti-can, Xütən qəzalı.

 

Lə`lindən alub şərabi-biğəş,



Sərməstligini rəngi atəş,

Dilbəstələri büti-pərivəş,

Çəkdi məni eşqinə keşakeş.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

 

Döndərdi bu qədimi kəmanə,



Qaşı qəmi qoydı yanə-yanə,

Dil fikri-ləbilə döndi qanə,

Aşub salub bütün cəhanə.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

 

Yoxdur gözüm huridə, pəridə,



Dutma yolum, ey sirişki-didə,

Bir dilbərdür cəhan nədidə,

Kuyin duta bu sitəmkəşidə.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

 

Saqib, gər edə qiyam qiyamət,



Verməz sana dil o sərvqamət,

Gögçəklərə rəsmdür bu adət,

Səndən qoy ala qərari-taqət.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

 

Bir meykədə nəş`ə lə`li-nabi,



Məst eylədi saqini, şərabi,

Giysulərinə verəndə tabi,

Saldı bu cəhanə inqilabi.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

 

Gəl şurə müğənniyi-xoşavaz,



Tənbur ilə çal həvayi-Şəhnaz,

Aç könlümi qəmdən, etmə çox naz,

549



Bir ləhzə mənimlə olmaz həmraz.

Bir şux cəvan, qızıl qəbalı,

Afəti-can, Xütən qəzalı.

“QAN BAĞRIMA QOYMA...”

Qan bağrıma qoyma, bir utan sən,

Gördün məni zarü natəvan sən,

Əğyarə həmişə mehribansən,

Birəhm, neçün gözəl cəvansən.

Tərk eyləmisən neçün vəfani,

Hiç etməz idüm belə gümani,

Ey qaşı kəman, Leyliyi-sani,

Var səndə gözəlligün nişani.

Aldun əcəb ixtiyarı məndən,

Kəsdün bütün e`tibarı məndən,

İncitmisən hər diyarı məndən,

Bari, eşit ahü zarı məndən.

 

“...ƏHLİ-YƏQİN OL...”

Məscid yolıni dutmagilən, əhli-yəqin ol,

Yandır oda səccadəni, meyxanənişin ol.

Sərrişteyi-təzvirdü, təsbihə əl urma,

Pabəndi-xəmi-türreyi-bu mahi-cəbin ol.

Huşyarlığa fikrüvi çox vermə, qəm artar,

Meyxanədən əl çəkmə, bucağında kəmin ol.

Zahid, mana əngur meyin ver, sana düşməz,

Sən məsti-xərabi-mey ol, xüldi-bərin ol.

Xəlq ilə müdara elə insanlığa dair,

Sındırmagilən qiymətüvi, eyni həmin ol.

Qatma yedigün loğmaya qeyrün səmərindən,

Az et təmə`ün, ali təbiətlə nəmin ol.

Sağər kimi hər bəzmdə əldən-ələ gəzmə,

Yüngül özüvi saxlama, xüm kimi mətin ol.

550



Ülfət eləmə düşkini-nəfs ilə, həzər qıl,

Həq talibisən, tabe`i-Qur`ani-mübin ol.

Atma əlüvi pərdeyi-namusinə xəlqün,

Heç kimə xəyanət gözini açma, əmin ol.

Murdar olursan, uzaq ol əhli-qərəzdən,

Salma özüvi təhlükəyə, həqqə qərin ol.

Qur`an oxıyursan, sözüm heç bir ona yoxdur,

Əmma özüvi pak elə həm, layiqi-din ol.

Səndən xəbəri-simü zər almazlar, əzizim,

Bir gün də ki, yox nəf` sana, get, həqqbin ol.

Ləbbeyk demə hər sözə, çox sadədil olma,

Yaxşı-yəmanun fərqini düş başə, dərin ol.

Xəlqün işinə hər nə isə etmə mədaxil,

Öz haluva ver fikrüvi, bir azca qəmin ol.

Bir metr düşər yer sana, təşviş çox etmə,

Ya padşəhi-qərbü ya Çinü Maçin ol.

Minnət eləmə heç kimə bir loğma çörəkçün,

Nuş et əlüvün rəncini, hər ləhzə çənin ol.

Saqib, eyləmə heç də təəccüb vətənündə

Yoxdur sana yer, kim dedi namərdə kəmin ol.



GÖRDÜM

Yalandur kim desə bu sərvqədlərdən vəfa gördüm,

Kimə can nəqdi verdim, həddsiz ondan cəfa gördüm.

Keçirdim Bisütun dağında gördüm nəqşi-Şirini,

Qurub giysulərin Fərhad içün dami-bəla gördüm.

Düşüb avarə Məcnun çöllərə Leyli fəraqında,

Başında tikmiş idi minlər ilə quş yuva, gördüm.

Yapuşdı düşməyüm düşmən əlimdən, gör, nə aləmdür,

Əyağımdan çəkərdi yıxmağa min aşina gördüm.

551



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   113   114   115   116   117   118   119   120   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə