Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə114/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   110   111   112   113   114   115   116   117   ...   135

Gecə-gündüz dolanub olmayacaq sərgərdan.

Ləblərün fikri ilə badəyə meyl eyləmərəm,

Künci-meyxaneyi-viranədə peyman-peyman.

Çeşmi-mərdümküşüvə sürmə yaraşmaz çəkəsən,

İstəsön çəkməgə gər xəlq deyər, çəkmə, utan.

Nə qədr vəqt var əldə eləmə aşiqə cövr, 

Fələkün cövri sana nimnəfəs verməz əman.

Kam ver aşiqə bu lə`li-ləbündən, sorsun,

Olmayubdur nə qədr tö`meyi-hər murü ilan.

Etmisən vadiyi-heyrətdə məni sərgərdan,

Gəzirəm yol tapum ol kuyüvə giryan-giryan.

Dutaram həşr güni çaki-giribanundan,

Naleyi-ah ilə, ey sərvqədü tazə cəvan.

Deyərəm, Bari Xudaya, bu cəfapişədən al

İntiqamım, bu çəküb sinəmə daği-hicran.

İstəsə şahid əgər göstərərəm Məcnuni,

Degül hacət mana bir qeyri dəlilü bürhan.

Muyi-julidə ilə həşrün əyağinə gəlür,

Edər öz halıni divani-ədalətdə bəyan.

Vay o gündən deyə Məcnun nə gəlübdür başına,

Firqəti-Leylidə, ey padşəhi-məhruyan.

Xəlq öz dərdü qəmin yad eləməz həşr güni,

Hali-Məcnunə yanar kafərü mö`min o zəman.

Tiri-müjganlarun zəxmini göstərrəm o gün,

Ərəsat əhli pərişan olurlar heyran.

Yerbəyerdən sana aləm eləyər nifrətini,

İntiqamun eləyər hökmini xəllaqi-cəhan.

Zülfüvi zəncir edərlər səni bənd etməkçün,

Necə sən bənd eləmişdün məni, ey rahəti-can.

Mən nələr çəkmişəm, ol dəm biləcəksən, zalim,

534



Bu qəra zülfün əlindən, mana rəhm etdi haçan.

Sancılar tiri-müjön nərgisi-mərdümküşüvə,

Ağlayar haluvə divanəsifət huri-cinan.

Kəhrəba tək saralar daneyi-xali-siyəhün,

Deyəsən laleyi-gülzarə əsüb badi-xəzan.

Böylə görcək səni mən zərrəcə tab eyləmərəm,

Edərəm çaki-giriban məni-sərgərdan.

Deyərəm, Bari Xudaya, bunun heç təqsiri yox,

Sən səbəb olmısan, etmiş mana cövrin hicran.

Sən gözəllik ona verdün, mana cövrin eylər,

Həqqi var eyləyə cövrini mana ruzü şəban.

MİLLİYYƏT

Milliyyət içün yol verilüb “qalu bəla”dən,

Gözlər qabağında dolanur ağü qəradən.

“Beynəlmiləl”ün söhbətini eyləmə, əl çək,

“Beynəlmiləl” heç olmayacaq, düş bu həvadən.

Milliyət ilə şəxs olar məqsədə nail,

Milliyyət ilə şəxs çıxar dami-bəladən.

Milliyyəti tərk eyləsə hər kim, elə bilsün,

Namusun edüb tərk, olub ari həyadən.

Xurşidə haçan mehr salubdur məhi-taban?

Mehri hanı pərtov verə xurşidə ziyadən.

Gül xar olacaq, əql ona heç yol verəcəkmi?

Ya xar ola gül, zənn eləyərmi üqəladən?

Milliyyət edibdür bütün aləmləri təsxir,

Çox çəkməyəcəkdür, alacaq kam səmadən.

Milliyyəti pozmaq sana bir faidə verməz,

Nifrət qazanarsan özüvə şahü gədadən.

Gecdür bu xəyalun eləyübsən, başa gəlməz,

535



Boş zəhməti çəkmə, sayulursan süfəhadən.

Təklif eləyürsən, məsələn, muri-zəifə,

Al kuhi-Dəmavəndi, dağıt, yə`ni binadən.

Məqsəd sana milliyyəti pozmaq degül hərgiz,

Salma özüvi rəngə, boyanmaz bu hənadən.

Hər işdəvü hər kəlmədə ölçi gərək olsun,

Bibəhrəsən, ey naşi, sən elmü üləmadən.

Vəhşiligə bu xəlqi dəlalət eləyürsən,

Əl çəkməyəcəksən məgər heç sən bu riyadən?

Heç kim sana səs verməyəcəkdür, onı sən bil,

Fəryad edəsən şamü səhər hərçi ucadən.

Kəc fikrüvi aləm başa düşmüş, elə bilmə,

Təklif eləmə, dərd sağalmaz bu dəvadən.

Dəryayə düşən xarü xəsə əl atacaqdur,

Canın edə azad təki bu cövrü cəfadən.

Milliyyəti kim öldürə, vicdani ölübdür,

Dəgməz qurı bir xarü xəsə, çıxsun aradən.

Kim anlamayur məqsədüvi, sənsə deyürsən,

Vermə ölümə, heyfdür, əl çək füqəradən.

Heyhat, əlün yetməyəcək, başqa xəyal et,

Bu əmri-məhalə dəxi, gəl, keç bu ricadən.

Azad elə xəlqün yaxasın, eyləmə tüğyan,

Qafil özüvi etməgilən xovfi-Xudadən.

Saqib sana olmaz həməqidə, yəqin eylə,

Təhsil eləyübdür ədəb elmin ürəfadən.

“VERMƏ ÇOX FİKRÜVİ...”

Vermə çox fikrüvi, divanə könül, simü zərə,

Heç kimün şəm`i işıq verməgə qalmaz səhərə.

Qiymət artur özüvə, lə`li-zərə sim kimi,

Dəxi yoxdur sana, qəhr eyləmə ümmü pədərə.

536



Hünərün var isə, get, fəqrü fənanun dut əlin,

Susama qanına xəlqün, bu yanaşmaz hünərə.

Sözə bax, söz deyənün ağzına baxma kim ola,

Bilgilən yaxşı-yaman fərqini, düşmə xətərə.

Qanmaza sölə həqqün sözini, qanmazdur,

Qanmazı, fəhm elə, təşbih dutublar şəcərə.

Tələbi-mö`cizə Həqdən eləməz əhli-kəmal,

Ləhzə-ləhzə onı sən yandırasan gər şərərə.

Vermə sərmayəni əldən, əliboş olmayasan,

Yetişüb vəqt, nə var əldə, gedərsən səfərə.

Dilüvi saxla, nə niyyət eləmiş olson əgər,

Zərəri olmasa da, söləmə heç bir nəfərə.

Çoxluğu simü zərün kibrü məniyyət gətürür,

Yerinə eyləməsön sərf, edərsən hədərə.

İncimə versə kəmal əhli sana tərbiyəti,

Bil, vırar nəf`li peyvənd vıranda şəcərə.

Olma pul düşkini bir loğma içün hər yetənə,

İktifa eyləgilən, səbr elə, xuni-cigərə.

Hər dəni süfrəsinə qonma məgəs tək hərgiz,

Öl acından, dönə gər loğması qəndü şəkərə.

Qədrüvi bil, nə içün gəlməgivün fikrini et,

Ömrüvi zaye` edürsən nə içün şurü şərə?

Qaməti sərv, ləbi qönçəni çox vəsf eləmə,

Səni rüsva eləyər, tə`n edə şəmsü qəmərə.

Nanəcibzadə ilə durma-oturma, Saqib,

Başı gər ərşə dəgə, zərrəcə alma nəzərə.



“AZƏRİ KİŞVƏRİNÜN ŞAİRİYƏM...”

Azəri kişvərinün şairiyəm bimayə,

Füqəradür mana başdan-əyağə həmsayə.

537



Açmısan çoxlarına lütf ilə ehsan əlini,

Çox təəccüb eləmə, Hatəmə salson sayə.

Qocalıq salmış əyağə məni, ey kani-kərəm,

Demirəm sirrimi hər bir kəsə, hər bicayə.

Bir degül, iki degül, dörd-beşdür dərdi-dilim,

Kim dözər bir belə dərdü qəmə, bu qovğayə.

Hərə bir yanə çəkür istədigin almaqçun,

Necə tab eyləmək olsun bu uzun sövdayə.

Novruz



 əhvalımi çox yaxşı bilür, sorson əgər,



Neçə ildür mənilə şe`rə olub həmpayə.

Bilməyən yox necə mən şairi-şe`rəfruzəm,

Salmışam şe`r ilə aşub bütün dünyayə.

Məni məcbur eləmiş vəqt, deyüm əhvalım,

Dirilik kəştisi qərq oldı dəxi dəryayə.

Kişiyəm, türkdür əslim, nə farsam nə ərəb,

Əgərəm baş nə şəhü xanə nə də ağayə.

Nokərəm türkə, təmizlikdə onun qanı hələ,

Salmayubdur özini rəngə, çıxub arayə.

Namımız Haşimdür, leyk təxəllüs Saqib,

Bildirübdür özin ədna ilə həm ə`layə.

Qızımun birsi gedüb Mosqvaya dərs oxıyur,

Dayısı Ruhullah

∗∗

 ilən ta mana salsun sayə.



İksi də burda oxur, xərcinə tabım yoxdur,

Qorxuram namusum əldən gedə axir zayə.

Azəri millətinün dərdinə dərman sənsən,

Başqaya meyl eləməm, getsə başım ə`dayə.

Bir məqamə yetişüb iş, varü yox tərk olunub,

 Şair Novruz Neyyir (1870-1948) nəzərdə tutulur.



 Ruhulla Axundov (1897-1938) 



538



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   110   111   112   113   114   115   116   117   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə