Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə115/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   111   112   113   114   115   116   117   118   ...   135

Yox gümanım dəxi nə beş günə, nə bir ayə.

“CƏHD EYLƏGİNƏN...”

Cəhd eyləginən xəlqə demə sirri-nihani,

İzhar eləsön, xəsm sana verməz əmani.

Kim neyləsə, qoy eyləsün, heç fikrüvi vermə,

Yox dəxli sana, var özinə xeyrü ziyani.

Saxla dilüvi, qorxma, səlamət yaşayarsan,

Mail eləyərsən özüvə pirü cəvani.

Dil saxlamason, künci-qəfəsdür sana məskən,

Bülbül kimi xar eyləyəcəksən dilü cani.

Dil saxlamayanlar bizə, gör, bir nələr etdi,

Min fitneyi-aşub neçün dutdı cəhani?

Canım, həzər et, eyləmə nadan ilə ülfət,

Salma özüvi zillətə, həmrazuvi tani.

Yoldan keçənə kəşf eləyürsən varü yoxdan,

Gördün sən haçan onda məgər dust nişani?

“Bihudə mərov dər peyi-hər huri-sereşti,

Nəzzarə məkon bər rüxi-hər qönçədəhani.”

“Zinhar, məxor şiveyi-hər mahcəbin ra,



Canra to be yek didən, həzər kon, nəfəşani”.

∗∗

Dinü dili əldən-ələ düşmüşlərə vermə,



Düş başə bir az olsa da, gör yaxşı-yəmani.

Eylər səni rüsvayi-cəhan, hüsninə uyma,

Aldanma, sana oynada əbruyi-kəmani.

Səyyad görən ahuni ram eyləmək olmaz,

“Səd bar nəhi dam, gereftən nə təvani”.



 Boş yerə hər huriyə oxşayanın ardınca getmə, hər qönçə ağızlının üzünə nəzər salma.



 Saqın, hər ayüzlünün şivəsinə aldanma, özünü gözlə ki, bir göz qırpımında sənin canını əlindən almasın.



 Yüz dəfə tələ qursan, yenə də tuta bilməzsən

539



Məhrəm özüvə eyləmə naməhrəmi hərgiz,

Versə sana iqlimi-Süleymani-zəmani.

Ovbaş ilə xəlvət eləyəndən nə umursan,

Eşqində onu eyləmə xoş, ömrüvi fani.

Həmxabə kim ilə olacaqsan, onı fikr et,

Bəd olsa, deyərlər sana, bəh-bəh, a filani.

Bəddən həzər et, ayeyi-Qur`an həzər etmiş,

Sakit eləmək olmaz onı, qızsa dabani. 

Olseydi əgər Leylidə bir zərrə vəfadən,

Məcnun başına quş dəxi tikməzdi yuvani.

Peyğəmbəri-əsr olsa, gözəllərdə vəfa yox,

Əğyar könül verməyəcək, etmə gümani.

Yetmək sana ol sərhədi-məqsudə çətindür,

Öldürməyəsən yırtıcı ta nəfsi-həvani.

“Xahi nəkoni minnəti-Qarunsifətan ra,

Rənci nəkəşidə, mətələb loğmeyi-nani”.



“Bər mur nigəh kon, həmədəm hər dəri-dəştəst,



Azuqə konəd cəm`, məgər to be key mani”.





“Mərdan nəçeşəd şərbəti-sael bəkəfi ra,

Namərd məgər qiyməti-xod hiç nədani”.

∗∗



Ta ağlamasa tifl, ona süd verən olmaz,



Kim vəslə yetər çəkməsə hicranü cəfani?

Əl açma dənizadəyə, Saqib, həzər eylə,

Çox yaxşıdur ondan, içəsən zəhri-ilani.

MEYİ

Yalquz içəndə rahəti-ruhi-rəvan meyi,



 Qarun sifətli insanların minnətini çəkmək istəmirsənsə, əziyyət çəkmədən bir loğma çörək də tələb etmə. 



∗∗



 Qarışqaya diqqət et, həmişə çöllərdə azuqə toplamaqla məşğuldur, bəs sən harada qalmısan? 



∗∗∗

 Kişilər əl açmış dilənçinin şərbətinin dadına baxmazlar, ey namərd, heç öz qiymətini bilmirsən? 



540




Yox ləzzət onda, içməgilən ərğəvan meyi.

Yarun əlindən öp sana versün piyaləni,

Dilşadlıq ilə eyləmisən nuşi-can meyi.

Hər bir kəs ilə alma ələ cami-badəni,

Hədsiz günahdür edəsən bağrıqan meyi.

Mey imtəhan səni gərək etsün, nəinki sən,

Bədməstlik edən eyləməz imtəhan meyi.

Meyxanələrdə bax gücüvə, iç şərabdən,

Yox tab səndə, içməgilən heç zəman meyi.

Tab etməyəndə, söləyəcəksən həramdür,

Rüsvayi-aləm etməgilən, ey filan, meyi.

Qanun üziylə badəni iç, piri-meykədə

Fitva verüb, nihan içə pirü cəvan meyi.

Az iç, özüvə eyləmə adət, ziyan verür,

Bilmək gərək ki, şərtdür içmək haçan meyi.

Ümmülfəsad badəni bilmək günahdür,

Rüsvayi-aləm etməgilən, bir utan, meyi.

Təqsir səndə vardur ümmülfəsadsən,

Meyl eyləyür nə etmək olar hər şəban meyi.

Mey neyləsün içəndə bu başun əyağ olur,

Vardur xətası, içməgilən, ey biiman, meyi.

Xasiyyəti budur bu şərabi-mürəvvəqün,

Nadan əlinə vermə bu gövhərfəşan meyi.

Əzm etsə yar badeyi-gülfamə, sən də et,

Şad eylə xümdə camidə ruzü şəban meyi.

Bünyadı bəd olan, deyür içmək həramdür,

Əmma özi həmişə içür bədgüman meyi.

Bədməstlik müdam edərəm bəzmi-yardə,

Meyl etmərəm əgər verə hurü cinan meyi.

541



Meyxanəyə gedəndə çıxar pişvazimə,

Gülçöhrə saqi əldə dutar gülfəşan meyi.

Vəqtində sərf elə, nə hərdəm, nə hər zəman,

Az-az, nəinki çək başuva bir qazan meyi.

Hikmət yüzilə, yə`ni həkimanə nuş qıl,

Loğman kimi verəndə əgər məhvəşan meyi.

Fitvayi-şər` nəhy eləyüb gərçi badəni,

Nəhy ilə zahid eylədi virdi-zəban meyi.



BƏXT

Bir göz yumub-açınca olur şəh cəhanə bəxt,

Döndərsə piri, etmə təəccüb, cəvanə bəxt.

Bədbəxtlik idi eylədi Fir`oni payimal,

Gör, bir nə rütbə qiyməti vermiş şəbanə bəxt.

Nəmrud odı Xəlili yaxub etmədi əsər,

Döndərdi nar şö`ləsini gülistanə bəxt.

Toprağə bir nəzər eləsə kimiya olur,

Xoşbəxt eyləyər nəzər etsə nə yanə bəxt.

Səngi-siyəh əlündə dönər lə`li-nab olar,

Bir zərrə düşməgə səni qoymaz ziyanə bəxt.

Ey kimiya vücudini inkar eyləyən,

Yox səndə, kimyayə olubdur xəranə bəxt.

Sərhəddi-arizuyə yetərsən sən ol zəman,

Dutsun əlün sən ilə əgərçi rəvanə bəxt.

Fəhmü kəmal rütbəsini bəxt anlamaz,

Görməzmisən verüb nələri hər filanə bəxt.

Çox əql əvvəli eyləmiş xanimani-səbz, 

Biəqli çox edüb, bəli, şahi-zəmanə bəxt.

Möhtaci-nim loğma olub əhli-zövqlər,

Bizövqə bəxşiş etdi qızıl asitanə bəxt.

542



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə