Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə113/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   109   110   111   112   113   114   115   116   ...   135

Can tazələnür buyivi dərk etsə qədəhdən,

Əlbətki səni içsə fəsad əhli, ziyansən.

Nəf`ün kimədür, əhli-kəmalə bu yəqindür,

Qal əhlini divanə edən düşməni-cansən.

Öz rahim ilə dil sənə heç verməz idim mən,

Çox da, gözəlim, sərviqədim, qaşı kəmansən.

Çıxsun bu gözüm, gördi, könül oldı əsirün,

Neylüm, səni rəşki-mələkü huri-cinansən.

Yox səndə vəfa cümlə gözəllərdə sənüntək,

Dil saldı bəlayə məni, ot canə salansən.

Ey göz, yeridür sübhə kimi hər şəbi-hicran,

Xunabeyi-həsrət eləyürsən, səyəlansən.



OLMAQ İSTƏRSƏN

Əyağə buriya tək düş, gər insan olmaq istərsən,

Mühəqqər murə qıl ehsan, Süleyman(ə) olmaq istərsən.

Yıxılsa zülm, dut əlin, məzlumə imdad et,

Cəhan mülkində təxt üstündə sultan olmaq istərsən.

Təməllüq badəsin nuş eyləmə peymanə-peymanə,

Əsiri-nəfs olma, Həqqə qurban olmaq istərsən.

Həzər qıl, uyma nəfsə, şəm`tək sərkeşlik etməkdən,

Zəlil ol, izzət artur, Həqqə dərban olmaq istərsən.

Dənilər süfrəsinə tikmə göz qızğın məgəslər tək,

Hümatəb` ol, əgər sultani-mürğan olmaq istərsən.

Münadi kəlməsindən, qorxma, hərgiz düşmə təşvişə,

Əgər can istəsə, ver, əhli-iman olmaq istərsən.

Məaşun gəncini, get, rənc ilə kəsb eylə hər saət,

Salursan gənc ələ həmrayi-Qur`an olmaq istərsən.

Sözün həqqini inkar eyləmə, get, tabe`i-həqq ol,

Yetərsən məqsədə Buzərlə Səlman olmaq istərsən.

529



Dəmadəm “Rəbbi ərini” kəlməsin virdi-zəban eylə,

Eşit “lən” kəlməsin, Musiyi-İmran olmaq istərsən.

Kəm eylə rütbəvi, heç eyb qılmaz, bu təmənnadən,

Həqiqət gözləmə, irfanə nöqsan olmaq istərsən?

Vüzudən, get, gözə su səpgilən, təsbihə pabənd ol,

Eşid zahid sözin məsciddə, nadan olmaq istərsən.

Dəri-meyxanədə mey düşkinin görsön yıxılmışdur,

Əyağ ilən başun əz, qorxma, heyvan olmaq istərsən.

Ədəb kəsb eyləmə, bimə`rifət olmaqlığun xoşdur,

Utanma, bihəya, rüsvayi-dövran olmaq istərsən.

İbadət qılma, tərk et əmri-Həqqi, e`tina etmə,

Məniyyət vermə əldən, yə`ni şeytan olmaq istərsən.

Yəmanə, yaxşıya qoyma təfavüt, iksi də birdür,

Cəhalət rəsmi dut, quli-biyaban olmaq istərsən.

Həzər qıl, çəkmə hərgiz zərrəcə milliyyətün fikrin,

Qəmin heç bir şeyün çəkmə, müsəlman olmaq istərsən.

Vətən fikrindən əl çək, dərbədərsən, bəhsə məşğul ol,

Olur hər müşkilün hər yerdə asan olmaq istərsən.

Meyü mə`şuqədən əl çəkmə, dut meyxanələr küncin,

Əsiri-dami-zülfi-ənbərəfşan olmaq istərsən.

Fəqihün qövlünə bel bağla, Saqib, şəkkdən çıxma,

Yapuş mövhumdən, irfanə saman olmaq istərsən.



ZAHİD!

Nə istərsən bu mey üftadəsindən,

Gətür əl məndən, ey divanə zahid.



 Bu şeiri Haşım bəy Saqib yaxın dostu və ustadı Əbdülxaliq Yusifin “Mana tə`n eyləyən, bir gün noleydi, İçeydün sən 

də eşqün badəsindən” şeirinə nəzirə yazmışdır. 

530



Nə nəş`ə meydə vardur, bilmisən sən,

Əlündə yox dolu peymanə, zahid.

Əyağinə xümün düşdün haçan məst,

Haçan mey almısan imanə, zahid.

Meyün keyfiyyətin məndən xəbər al,

Dəxi tə`n etməsən məstanə, zahid.

Kim içsə dürdi-badə zahid olmaz,

Dutar insan yolun irfanə, zahid.

Verür saqi mey ərbabi-halə,

Tufu, verməz səni-heyvanə, zahid.

Nə vardur camdə yad eylə Cəmdən,

Bu sirri bilməz hər biganə, zahid.

Görsən əksi-hüsni-yari meydə,

Verür rəşk huriyi-qılmanə zahid.

Cünun zəncirinə ram oldı könlüm,

Dəgəndə zülfi-yarə şanə, zahid.

Nədür bu çeşmi-zülfi xalü əbru,

Nə rütbə, gör, verüb cananə, zahid.

Əcəb həngamədür bu keşməkeşlər,

Çətindür bilmək anı yanə, zahid.

Əcəb asudəsən ənduhü qəmdən,

Ki, dərdün yox meyə, dərmanə, zahid.

Xəlayiq sərbəsər məsciddə yatmış,

Oxursan ta bekey əfsanə, zahid.

Xəbərdar olmadun eşq aləmindən,

Dutub eşq aləmin pərvanə, zahid.

Şərabi-eşq ilə məst oldı Məcnun,

Başında tikdi quşlar lanə, zahid.

Öpər kim it əyağın, öpdi Məcnun,

531



Dəgüb xaki-dəri-cananə, zahid.

Məhəbbət aləmində ölçü yoxdur,

Nə etdi eşq, gör, Sən`anə, zahid.

İçərdim ruhuvə dürdi-şərabi,

Edəydün məscidi meyxanə, zahid. 

Yəqinimdür, sənündür baği-cənnət,

Çox hörmət etmisən Qur`anə, zahid.

Aparmış əqlüvi mehrab künci,

Degülsən vaqif heç dövranə, zahid.

Əlündən səcdəgahun verdün axir,

Bəsündür, dutmusan səddanə, zahid.

Nədür əhvali-Saqib, bixəbərsən,

Yanubdur atəşi-hicranə, zahid.

SANURSAN

Hər sadərüxi Yusifi-Kən`anmı sanursan,

Hər bir ağacı sərvi-xuramanmı sanursan.

Çox gül açılur dağdə hər rəng dəmadəm,

Aya sən onı sibi-gülistanmı sanursan.

Namusi unutmış kişilər neylər həyatı,

Başında kimün var papaq, insanmı sanursan?

Çox var gözəl, arami-dilü rahəti-candur,

Bu məhvəş təki afəti-dövranmı sanursan.

Çoxdur kütüb aləmdə mətn başdan-əyağə,

Heyran qoyan aləmləri Qur`anmı sanursan.

Çox şaxeyi-güldə quş oxur nəğmə dəmadəm,

Eşqində gülün bülbüli-xoşxanmı sanursan.

Hər bağdə vardur, gögərüb tazə gögərti,

Xoşrəng, yaşıl, iynəmə, reyhanmı sanursan.

Hər rəngdə daş var, səni aldatmasun hərgiz,

532



Sərraf get ol, lə`li-Bədəxşanmı sanursan.

Minbərdə oxur kəlmeyi-tovhidi filankəs,

Qur`anı edüb hirzi-müsəlmanmı sanursan.

Təkfir eləyür badeyi-gülfami dəmadəm,

Bimə`rifəti Buzərü Səlmanmı sanursan.

Ey taci-zərə fəxr eləyən, əqlüvə fəxr et,

Sultanlığı, əhməq kişi, asanmı sanursan.

Zahid, məni aldatma gedüm məscidə bir də,

Bu dərdkeşi tifli-dəbistanmı sanursan.

Xəlqün sən haçan dərdinə dərman elədün, sən

Sərməsti-meyü işrəti dərmanmı sanursan.

Məxluqləri eyləmisən xaneyi-bərduş,

Heyhat, bu zalimlığı ehsanmı sanursan.

Sünbüldə umursan ola zənciri-məhəbbət,

Dildardəki zülfi-pərişanmı sanursan.

Surətdə nə var, əslpərəst ol get, əzizim,

Divardakı surəti cananmı sanursan.

Növ`i-bəşərün ağü qərasında vəfa yox,

Xunxarləri sahibi-vicdanmı sanursan.

“DURMA AYİNƏYƏ QARŞU...”

Durma ayinəyə qarşu bu qədər, qaşı kəman,

Əl gətür, etmisən onsız bu qəra bağrımi qan.

Hüsnüvə uyma, mana çox bu qədr etmə cəfa,

Şəbi-hicründə edüm mən nə qədr ahü fəğan.

Vəqt olur, baxma sən ayinəyə arayiş içün,

Bürüyər tük bu gözəl arizüvi misli-tikan.

Dəxi məşşatəyə naz eyləmə sən şanə vıra,

Zülfi-pürçinüvə qıymaz eləsün ətrfəşan.

Səri-kuyün dutam olmaz dəxi, ey şirinləb,

533



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   109   110   111   112   113   114   115   116   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə