Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə109/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   105   106   107   108   109   110   111   112   ...   135

Tö`meyi-murü ilan oldı kəmanəbrulər,

Qanə qərq etdi cəhan mülkini kim, bədgulər,

Necə bu qanı yusun həşrəcə dəryaçəvü rud.

Mərdsən, maluvı fəqr əhlinə ehsan eylə,

Nə ki, məscidə gedüb növhəvü əfğan eylə,

Ənkəbutun yuvasın yıx yerə, viran eylə,

Saqiba, get, Vətənə canuvı qurban eylə,

Vətənün olmasa heç eyləmə Allahə sücud.

 

Maluvun xümsü zəkatın meyi-meyxanəyə ver,



Varü yox tərkin elə, bir dolı peymanəyə ver,

Nə ki, zahid kimi din səbheyi-səddanəyə ver,

Göstərür, get, sənə yol fikrüvi pərvanəyə ver,

Canını şəm`ə verür zərrəcə verməz belə dud.



FÜZULİDƏN TƏXMİS

Dil qıvrılur ilan tək zülfün düşəndə yadə,

Neyçün xəyali-xamə mən eylədüm iradə,

Dinü dil aldı məndən xalun həramzadə,

“Olseydi məndəki qəm Fərhadi-mübtəladə,

Bir ah ilə verürdi min Bisütuni badə”.

Əl çək, təbib, məndən incitmə dil yarasın,

Mərhəm qəbul etməz, canan bilür dəvasın,

Canan uyub rəqibə, tərk eyləmiş vəfasın,

“Versəydi ahi-Məcnun fəryadımun sədasın,

Quşmı qərar edərdi başındaki yuvadə”.

Yusifdə hüsn fəxri, min işvədə Züleyxa,

Buyi-qəmisi-Yusif Yə`qubi qıldı bina,

Bülbül gəzər çəməndə eylər gülə təmaşa,

“Fərhadə zövqi-surət, Məcnunə seyri-səhra,

Bir rahət içrə hər kəs, ancaq mənəm bəladə”.

Səndən təəllüq üzməm, olduqca xar ümidim,

Etdikcə cövr durmaz səndən kənar ümidim,

Hicrün odında yansun, leylün-nəhar ümidim,

“Əşki-rəvanimə el cəm` ola var ümidim

Kim, ola varə-varə cəm`iyyətim ziyadə”.

Salmış cəhanə fitnə, ey məh, siyah çeşmün,

Yəğmayə küfrü dini verdi nigah çeşmün,

511



Hər yanə tünd baxsa, eylər təbah çeşmün,

“Gəh qəmzən içmək istər qanumi, gah çeşmün, 

Qorxum budur ki, nagəh qanlər ola aradə”.

Künci-qəfəsdə, bülbül, az bir də ahü zar et,

Xəlqə əziyyət etmə, xəlqilə xoş mədar et,

Hər nə müqərrər olmış, can ilə ixtiyar et,

“Sər vermək istər isən, üftadəlik şüar et,

Kim, düşməsə əyağə, çıxmazdı başə badə”.

Yoxdur cəhandə hərgiz bir aşina, Füzuli,

Görsön də var onda yüz min riya, Füzuli,

Saqib deməz yalandur, ey mən fəda, Füzuli,

“Gər görmək istər isən rəsmi-vəfa, Füzuli,

Olma vəfayə talib, dünyayi-bivəfadə”.

MÜRƏBBE`

Ey ki, çoxdandu könül vəslinə olmış müştaq,

Ölürəm, rəhm elə, yandırdı məni nari-fəraq.

Hicr odında sənün Qeys tək, ey simin saq,

Gəzirəm dağı, daşı vəhşilər ilə çıplaq.

Qəm evində oturub zar qucub dizlərimi,

Ağlamaqdan necə, gör, kur elədim gözlərimi,

Sərf qıldım rəhi-eşqimdə ki, simü zərimi,

Fəqrlər tək vıraram mən də yamaq üstə yamaq.

Arizün rəşk verür gögdə məhi-tabanə,

Ey boyı sərv, qaməti yay, dişi dürdanə.

Rəhm qıl aşiqinə, zülfinə az vır şanə,

Çünki bu xəstə könül onda dutubdır oymaq.

Yansa canım əgər odlarə, o minayə fəda,

Tökülən gərdənə ol zülfi-çəlipayə fəda,

O kəman qaşlara, ol nərgisi-şəhlayə fəda,

Rəhm qıl aşiqınə, bunca nədür qaşü qabaq.

 

QİT`Ə

Tiryak düşkini özüvi qılma, heyfsən,

Namusi-ardən səni məhrum etməsün,

İç badeyi-mürrü qey rətli-giran ilə,

Əl çək ərəqdən, əqlüvi mə`dum etməsün.

512



RÜBAİLƏR

Xalidürmi, dedim, ey şux, miyani-iki eyn,

Ya Xəta ahusi yatmış belə beynəlhərəmeyn.

Dedi, divanə, nə bu xal degül, nə ahu,

Cənnətizadə qul oğlı nəcibül-tərəfeyn.

                              * * *

Künci-ləbündə xal bir, türreyi-müşkfam iki,

Neyləyə mürği-dil əgər danə bir olsa, dam iki.

Vaizü möhtəsib deyür vermə könül bu məhvəşə,

Bəxtini püxtə eyləməz, netməli olsa xam iki.

                              * * *



Qızıl gül söləyür, yox dəstgahım,

Qaçardım, bağlıdur hər yerdə rahım,

Günahım zərrəcə yox yandırullar,

Nolur halım əgər olsa günahım.

                               

                              * * *

Xasiyyəti-mey kibrü qürur eylər kəm,

Meyxanədən, ey dil, mey içüb çəkmə qədəm,

İblis əgər içeydi dürdi-meyi-nab,

Xaki-dərinə səcdə edərdi Adəm.

                              * * *

Xişti-sürxim məmləkəti-Cəmdən xoş,

Bir sağəri hər iki aləmdən xoş,

Kim versə mey üftadəsinə sağəri,

Ey saqi, düşər səxayi-Hatəmdən xoş.

                              * * *

Yıxdı məni bu rənci-xumar, ey saqi,

Getmiş bütün əldən ixtiyar, ey saqi,

Doldur qədəhün künci-səbudə mey var,

Etsün nə edür bu ruzigar, ey saqi.

 Rübainin əvvəlində belə bir qeyd var: “Haşım bəg Saqib nəzirə Tahirəyə”. Bu rübai XIX əsrdə yaşamış İranın 



məşhur şairəsi Tahirə Qürrətüleynin “Xal be konce-ləb yeki, torreyi-meşkfam do...” rübaisinin tərcüməsidir. Yəqin ki, 

şair nəzirə dedikdə tərcümə nəzərdə tutmuşdur. 

513



                   

                              * * *

Qəm etdi məni xanəxərab, ey saqi,

Dur, bir edəlim əzmi-şərab, ey saqi,

Heçdən buraya gəlmüşük, hiçə gedərüz,

Kim bizdən alar həqq-hesab, ey saqi.

                              * * *

Ta badeyi-xoşgüvar var, ey saqi,

Qoyma məni bir dəm huşyar, ey saqi,

Sərməsti-şərab et məni, ey xanəxərab,

Nə badə qoyar, nə badəxar, ey saqi.

                              * * *



Bilmür nə gəlür başinə dünyayə gələn,

Şad etməyəcək heç kimi bu beytül-həzən,

Sərf etmə hədər ömrüvi, sərməsti-mey ol,

Məst olmason, əl çəkməyəcək dərdü mihən.

                              * * *

Dövrün dəgişür bu ruzigar, ey saqi,

Sən badə gətür, ol huşyar, ey saqi,

Yıxsa məni, çək məni meyxanə tərəf,

Məst eylə məni fəsli-bəhar, ey saqi.

                              * * *

Əfşan eləmiş zülfüni yar, ey saqi,

Rüxsarə dil eylər ahü zar, ey saqi,

Bari, elə aram bu divanəni bir,

Bir cami-şərab ilə biyar, ey saqi.

                              * * *

Qoy yatmasun aşubi-zəman, ey saqi,

Qərq eyləsün aləmləri qan, ey saqi,

Sən sağəri doldur, nə olur, qoy olsun,

Qoyma ayıla pirü cəvan, ey saqi.

                              * * *

 Rübainin əvvəlində müəllifin belə bir qeydi var: “Nəzireyi-rübaiyi-Şah Xətai”



514


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   105   106   107   108   109   110   111   112   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə