Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə106/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   102   103   104   105   106   107   108   109   ...   135

Əlündən gedər, vermə, sultanlığun.

Nə aləmdə var bilməmək yaxşıdur,

Olur nə günəh, dinməmək yaxşıdur.

Bu fikri edər məhz divanələr,

Get, əfsürdəyə sölə əfsanələr.

Kifayət edər xabi-qəflət sana,

Ayılma, yetər rəncü möhnət sana.

VII

Gəl, ey bağrımı qan edən dilbərim,

Fəraqında giryan edən dilbərim.

Ki, təxti-məlahətdə sultansən,

Vəli fitnəsən, afəti-cansən.

Genə dil səni eyləyür arizu,

Cəfa eylədikcə sən, ey mahru.

Görüm bu könül qan oleydi müdam,

Mana zindəgani edübdür həram.

Sana mail oldı vəfa səndə yox,

Əcəb fitnəsən, cüz cəfa səndə yox.

Bu adət gözəllərdə sərmayədür,

Məgər kişvəri-cövrə həmsayədür.

Gəl, ey aşiqin xanə bərbad edən,

Rəqibə uyan, kölini şad edən.

Qoyaq bir nəfəs, səngdil, ləb-ləbə,

Yetəm, bari, bir dəm nolur mətləbə.

Yetüb ömr payanə, ey sərvnaz,

Ləbün alum kam, çox etmə naz.

Səni çəkmədüm bir dəm ağuşə mən,

Sorum lə`li-nabun, gəlüm huşə mən.

Solar hüsnün, sərvnazım, güli,

496



Xəzan, gülün aqibət hasili.

VIII

Hanı kişvəri-şövkəti-Keyqubad,

Əlində qalubdur kimün, etmə bad.

Təhidəst gəldi, gedübdür təhi,

İlanü murdür qəbridə həmrəhi.

Hanı tiği-xunrizi-Əfrasiyab,

Dutub pas qılafında olmış xərab.

Əsanı edən həyy Musa(ə) hanı?

Verən ruh əmvatə İsa(ə) hanı? 

Hamı nikü bəd tö`meyi-murdür, 

Şəh ol, xabgahun sənün gurdür.

Cəhan sahibi noldı Bəhrami-gur?

Əman vermədi çəkdi ağuşə gur.

Nədür xabi-qəflət, ayıl, bir zəman

Açarsan bəsirət gözün sən haçan?

Kəməndi-ədubəndi-Rüstəm hanı?

Vıran bir dəmə xəlqi bərhəm hanı?

Hanı cami-yaquti-Cəmşidü Cəm?

Hanı Yusifə ol ləbqönçə fəm?

Sərayi-sə-pəncə nədür e`tibar,

Edərsən onunçün əbəs ahü zar.

Gədazadə möhtaciyəm hər nəfəs,

Nədür halımız, yox soran hiç kəs.

IX

Dur, ey saqi, doldur, gətür cami-mey,

Çəküm möhnəti-dəhri-dun ta bekey.

Sınıq cam ilə, gəl, məni yad qıl,

Əlim dut əyağ ilə, imdad qıl.

497



Mana verməseydi gər Adəm fərib,

Məni çəkdi bu dəhrə, oldum qərib.

Əman səndən, ey adəmi-rahzən,

Ki, başdan-əyağə bütün fitnəsən.

Məni eylədün xanəbərbad sən,

Sutək qan içən əkdün övlad sən.

Kimə mail oldun dilü can ilən,

Bu deyrə qədəm qoydun əfğan ilən.

Degül bisəbəb səndən etsəm gilə,

Yüzüm gülməyüb heç ildən-ilə.

Ayurdun məni sevgili yardən,

Genə çəkmisən

 əl məni-zardən.



Nə qədr günəh eyləsəm ruzü şəb,

Yəqin etgilən, sən olubsan səbəb.

Görüm yandura suzi-ahım səni,

Dutar bir gün axır günahım səni.

Olarmı məgər çərxi-dun sərnigun,

Cəhani edüb qərq dəryayi-xun.



X

Səfər var qabağda, xətərnakdür,

Onun qorxusundan cigər çakdür.

Nə sərmayə var əldə, sərmayə yox,

Gedərsən o mə`vayə, həmsayə yox.

Əlün boş, yetər kim sənün daduva,

Yəman gündə bu ahü fəryaduva.

Əmandur ki, fovt eləmə fürsəti,

Gətür tuşə, tərk etgilən qəfləti.

Əməl yox, nəyə səndə ümid var?

 Çəkmirsən



498


Ayıl, qəflətə vermə çox ixtiyar.

Meyi-qəflətün məstisən ruzü şəb,

Edərlər əməl tuşəsindən tələb.

Təhidəstsən, xanə bərbadsən,

Hələ paybəndi-pərizadsən.

Keçüb vəqtün, ey naxələf, qıl həya,

Hədər yerdə bu ömri etdün fəna.

Alub canuvı dərd, dərmanı yox,

Əlac etməgə heç imkanı yox.

Yetişməz sənün həq fəryaduva,

Düşübdür dəxi rəxnə bünyaduva.

Sana Saqibün pəndi etməz əsər,

Yetübdür işün, müxtəsər, müxtəsər.

XI

Çoxı aləmi-bə`dün inkarıdur,

Əlində dəlili məgər varıdur?

Çoxı düşkini-nəfsi-əmmarədür,

Ki, səhrayi-cəhl içrə avarədür.

Dutub cəhli bilmür həqiqət nədür,

Xəbər alma, bilməz təriqət nədür.

Mürəbbi ona olmuş əhli-qərəz,

Bəridür odur çarədən bu mərəz.

Həqiqətdən agah Buzər gərək,

Müqabil duran Əmrə Heydər gərək.

Müafun güni verməz iş boş qılaf,

Necə şir ilə rubəh eylər məsaf.

Gər insansan, olgilən həqşinas,

Qılınclar yağa gögdən, etmə həras.

499



Nədür can, anı etmisən

 sən fəda



Bu həqqün yolunda, yetər xunbəha.

Deyürsən nədür həq, lazım degül,

Nə etsəm keçər, etmərəm qan könül.

İnanma keçər intiqamun dəmi,

Gəlür bir gün, ey nəfsi-dun həmdəmi.

Həqqə aşina olmaq asan degül,

Həqqün münkiri dəxli-insan degül.

BƏHARİYYAT

(Nəzireyi-Hafiz)

Eşitdi dəmağım genə buyi-mey,

Yüz üstə məni, saqi, çək, suyi-mey.

Məni eyləsün məsti-dürdi-şərab,

Bu xanəxərabi xərab et, xərab.

Müğənni, gəl avazə Şəhnaz ilə,

Al ağuşuva tarı yox saz ilə.

Könül mülkini etdi tarac qəm,

Bu deyrə əbəs qoydı Adəm qədəm.

Ey Adəm, nə vardur bu viranədə,

Yüzüm gülmədi heç bu qəmxanədə.

Məni mübtəla eylədün möhnətə,

Əl atmış yetən pərdeyi-ismətə.

Ayurdun məni sevgili yardən,

Könül behcəti, mahrüxsardən.

Dutub aləmi fitneyi-inqilab,

Sən oldun səbəb, olmuş aləm xərab.

Gətür, saqiya, ver səbuyi-mey,

Yerit məclisə bəhri-cuyi-mey.

 Etmirsən



500


Cəhan düşməsün badə, viranədür,

İçüm məst olum, xəlq divanədür.

Hanı şövkətü cahi-gərdənkəşan?

Hanı kişvəri-padşahi-Kəyan?



II

Gətür, saqiya, ver şərabi-kühən,

Yetüb fəsli-gül, seyri-bağü çəmən.

Şərabi-kühən həmdəmi-pirdür,

Ki, piri-muğandən bu tədbirdür.

Cəhan inqilabın fəramuş qıl,

Səbudən mey dəmbədəm nuş qıl.

Güzərgahi-qəmdür cəhani-xərab,

Onun fitnəsi göstərür inqilab.

Dur, ey saqi, ver badeyi-biğəşi,

Ayıq olmayum bu dəm şeş-beşi. 

Dənitəb` nadanə həmrazdür,

Kəmal əhlinə meyli çox azdur.

Gədayə verür təxtü taci-gühər,

Qulamə pəriçöhrə, zərrin kəmər.

Verür bülbüli-zarə künci-qəfəs,

Basub bağrına qönçəni xarü xəs.

Cəhan sərbəsər fitnəabaddür,

Bu viranədə bir nəfs şaddür.

Peşimandur kim qoyubdur qədəm

Bu viranəyə, əhli dəmbədəm.

Şüar et özüvə meyi-sürxru,   

Cəhan əhlinə eyləmə sərfiru.

III

Başun ola taci-Keyxosrovi

501



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   102   103   104   105   106   107   108   109   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə