Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə108/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   104   105   106   107   108   109   110   111   ...   135

Desəm Azər əgər Azəristandur,

Fünuni-şe`ri ilə sanma yalandur.

Müniri çərxi-nəzmə mahi-taban,

Ziya təxti-qəzəl üstündə sultan.



MÜXƏMMƏS

Gedirdim məstü bixud, bixəbər hər qəmdən, azadə,

Başımda nəş`eyi-mey, bilməz idim var nə dünyadə,

Əsir olmışdım əncaq dami-zülfi-bir pərizadə,

Şəbi-hicran qəmin yad eyləməzdim, düşməsün yadə,

Bir əldə daməni-canan bir əldə badə minadə.

Güzarım düşdi nagəh məstkən bir künci-viranə,

Bütün bayqu yuvasi kim, nəzər etsəydi hər yanə,

Oturmış şəxsi gördüm oxşayurdı çox Süleymanə,

Çürük təxtinün üstündə, başında taci-şahanə,

Qurı bir cism xali candan, bihuş, üftadə.

Əl atdım damənindən dutmağa, gördüm qübar olmış,

Təəccüb eylədim mən bu cəhanda tacdar olmış,

Cəhanı dutmuş idi, sahibi-külli-ixtiyar olmış,

Nə olmış imdi belə tö`meyi-hər murü mar olmış,

Hanı cahü cəlali, şövkəti getmiş bütün badə.

Ayıldım məstlikdən mat olub heyranlıq əl verdi,

Özümi bilmədim, divanəvəş giryanlıq əl verdi,

Gözümdən seyl tək hər ləhzə xunəfşanlıq əl verdi,

Tənimdə qalmadı tabü təvan, bicanlıq əl verdi,

Xəbər kimdən alum bu sirri heyran qaldım aradə.

Gözüm nagəh sınıq divarun üstə düşdi bayquyə,

Pərişan durmış idi nigah eylərdi hər suyə,

Sual etdim, neçün məşğul bu bangi-qu-quyə,

Dedi, vardur səbəb, məşğuləm hərdəm naləyə, muyə,

Qulaq dut, kəşf edim bir-bir sana, ol vaqif hər zadə.

Süleyman(ə) mülkidür bu durduğum yer böylə virandur,

Düşüb bu halə bir bax, məskəni-quli-biyabandur,

Qalub topraq içində, tikdigindən çox peşimandur,

Gəda ilə şəhün bir zərrə yox fərqi ki, yeksandur,

Könül vermək nə hacətdür bu dünyayə, bu bərbadə.

507



Dedim, Davudun oğlı, əl gətür, bu həft kişvərdən,

Bütün aləmləri təsxir edüb bihədd ləşkərdən,

Təfaxür eyləmə cəm` eyləyübsən simü zərdən,

Gedər bir gündə badə, kəs təm` bu dürri-gövhərdən,

Gəlür bir gün yetişməz daduva, çox olma dildadə.

Hanı ol kişvərün, tacun, xəzinön getdi bir dəmdə

Fənayə, bilməyürsən hardadur, yat guşeyi-qəmdə,

Yazılmışdı bu sözlər baxmayurdun nəqşi-xatəmdə,

Sözindən pənd murun almadun bir zərrə aləmdə,

Verürdi təxtün üstə, durmış idün bəzmi-ə`ladə.

Həmin mur imdi gəlmiş gözlərün küncin məqam etmiş,

Yeyüb ağın-qərasın mar ilə, qalmub təmam etmiş,

Məniyyət eyləyən aləmdə ancaq fikri-xam etmiş,

Vay olsun halına hər kim özini nəfsə ram etmiş,

Pozarlar adını, quldur deyərlər nəfsə mə`nadə.

Hanı Cəmşidi-Cəm, Keyxosrovü Daravü İskəndər,

Biri xüşti-dəri-meyxanə olmuşdur, biri sağər,

Biri divar olubdur, birsi kuzə, birsi xakəstər,

Könül bu dəhri-dunə vermək olmaz, dərdidür yeksər,

Tərəhhüm eyləməz, tapşurmaq olmaz seydi səyyadə.

Nigah et Saqibə, vəqtində Rüstəm tək dəlir olmış,

Cəhan mülkində sani yoxdı anə, binəzir olmış,

Baş əgməzdi fələk sultaninə, əjdərzəmir olmış,

Kəməndi-fitnə imdi əsirü xəstə pir olmış,

Düşər bundan bətər halə o kim, kəc baxdı ustadə.

 

MÜXƏMMƏS

Deyüb Məcnunə bir şirinləbü şirindəhan qardaş,

Qədi bir sərvi-novrəs, türrəsi ənbərfəşan qardaş,

Ləbi gülbərgi-tər tək, əbrusi tiği-cansitan qardaş,

Yüzi ayineyi-gitinüma, Yusifnişan qardaş,

Görənlər söləyərdi kim, budur huri-cinan qardaş.

Gətür əl Leylidən, ver könlüvi mən şuxi-tənnazə,

Cəhanə salmışam bu hüsnilə aşub avazə,

Xudadad hüsn var məndə, güli-tər qönçədən tazə,

Cəhanə fitnə sallam, əl atam gər işvəvü nazə,

Yatubdur gözlərimdə fitneyi-axirzəman, qardaş.

508



Ləbi-meygunimün məftuni ol yaquti-heyrandur,

Könüllər həsrətindən kasə-kasə, binəva, qandur,

Yanarsan arizi-alım odı bir bərqi-suzandur,

Nədür Leyla mənim yanımda, bir quli-biyabandur,

Sana mən tək çətindür, olmaz hərgiz mehriban, qardaş.

Dedi Məcnun, əgər sən rəşki-huri-baği-cənnətsən,

Sözüm yox, lütfsən başdən-əyağə, mahi-təl`ətsən,

Cəhanə salmısən bu hüsnilə aşubi-şöhrətsən,

Gözəlsən, doğrudur, biehtiyac zibü zinətsən,

Vəlakin etmisən eyb olmasun çox bədgüman, qardaş.

Degülsən Leyli, əncaq xarsən, get göz qabağından,

Gözümlə baxgilən sən Leyliyə, çəkmə əyağından,

Su verdüm qədi-sərvinə anun bu göz bulağından,

Qızılgül, lalə almış rəngü buyin al yuvağından,

Əyağındən öpər xurşid, mahü asiman, qardaş.

Könül Leyladən özgə qeyri yarı arizu etməz,

Başı getsə, bir özgə yarı aşiq cüstücu etməz,

Məhəbbət əhli hərgiz padşahə sərfiru etməz,

Əgər Məcnun mənəm, bil, meyli-qeyri-mahru etməz,

Könüldə qalmayub ol mahçün tabü təvan, qardaş.



 

MÜXƏMMƏS

Künci-meyxanədə getdim mey içüb, meyalud,

Gördüm orda oturub tarzənü nəğməsürud,

Oxıyur bu sözi, saqi, hanı Sultan Məhmud?

Cam ver, çoxları topraq eləyüb çərxi-kəbud,

Özi yox, dildə qalub nami-Süleymanü Davud.

Saqiya, ver qulağun sağərə eylər necə dad,

Sitəmi-çərxü fələkdən deyüm olsun sana yad,

Qafil olma, həzər eylə, eləmiş gör nə fəsad,

Aç gözün, bax, mənəm ol kəlleyi-Kavusü Qubad,

Kuzəgərdən xəbər al, qalmayub asari-vücud.

Yorulub yolda qalubdur hələ Cəmşid ilə Cəm,

Qoya bilməz bu yerə cür`əti yox hiç qədəm,

Dağılub hər biri bir yanda qalub kusü ələm,

Qaldən-qalə keçərlər necə keçdim mən həm,

Bu yerə eyləmişəm, fikrüvi ver, tazə vürud.

509



Şahidimdür bu sözə rətlü səbuyi-kuzə,

Çeşmi-şəhlayi-Züleyxa, qədəhi-firuzə,

E`tibar eyləmə xurşidi-cəhanəfruzə,

Kimə göstərdi vəfa səltənəti-dəhruzə,

Olmayub hiç kimün tale`i bir gün məs`ud.

Xüm durub guşeyi-meyxanədə min ah çəkər,

Ürəgində dolıdur mövc urur xuni-cigər,

Kim yesə loğmeyi-şürbin dolanur qanə dönər,

Bu Fəriduni-zəmandur nə ki, Sultan Səncər,

Aləmi fəth eləmişdi, de görüm, etdi nə sud.

Xişti-meyxanəyə bir diqqət elə, al ibrət,

Beş günün səltənətiçün nə çəkərsən həsrət,

Əli boşdur, hanı ol cahü cəlalü şövkət,

Qeysəri-Rumdür ol, eyləməyürsən hörmət,

Yuxıya gəlməyür hərgiz elə olmuş nabud.

Ey Xəlilün adını zikr eləyən sübhü məsa,

Hanı dəryanı yaran zərbi-əsayi-Musa(ə),

Yer-yer üstə tökülüb xakə dönüb şahü gəda,

Çoxları saldı yola bu yüzi qarə dünya,

Genə sən istəyəcəksən bu sözə bir məşhud.

Baxma gülşəndə gülə, bir neçə gün xəndandur,

Ondakı qırmızılıq, eylə yəqin kim, qandur,

Ol Səyavuşi-zəmandur, qanına qəltandur,

Əndəlib ağlar onun halına, sərgərdandur,

Bu sözi təsdiq edür naleyi-tarü neyü ud.

Yasəmən bərginə bir bax, əgər olson huşyar,

Saralub rəngi qəmaludə durub leylü nəhar,

Arizi-Leylidür ol eylədi Məcnuni düçar,

Dəli-divanəligə xəstədilü zarü nəzar,

Çöllər avarəsi insanlar içində mərdud.

Rəbbəm aləmlərə Fir`on dedi dünya dutdı,

Bir zəman keçmədi axır onı dərya dutdı,

Mən kəliməm, dedi Musa(ə) yədi-bəyza dutdi,

Çoxları boş yerə bica belə sövda dutdı,

Belə də`va eləyənlər çox olub, yoxdur hüdud.

Oxıyur künci-xərabatdə hər bayqulər,

Aşiqə cövrü cəfa etməyün, ey məhrulər,

510



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   104   105   106   107   108   109   110   111   ...   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə