Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə133/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   127   128   129   130   131   132   133   134   135

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür. 

Təəccüb eyləyürəm mən, deyürsən insanəm,

Əlimdən həqqim alınmaz ki, mərdi-meydanəm,

Nəyün var idi alındı, bu sözüvə heyranəm,

Satılmısan xəbərün yox, desön də sultanəm.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

Vətən-vətən demə, biçarə, yoxdur heç vətənün,

Gorun var idi ola, binəva, cırıq kəfənün,

Hanı, kim olmalı aləmdə dərdü qəm çəkənün,

Xəyalını kim, edirsən boş Əhrimənün.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

Sənün kimi hanı biar, aləmi-xakun,

İtirmə vəqtini bir ləhzə bəngü tiryakun,

Vıranda nə`şə başa seyrün eylə əflakun,

Cəhanı seyl apara olmasun sənün bakun.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

Cəmi`i-aləmi-İslam qeyrə nokərdür,

Yox ixtiyari əlində ki, nəxli-bisərdür,

Nəfs bu millətə əsil fəsaddür, şərdür,

Rəis bunlara hər gündə bir peyəmbərdür.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

Nə erməni, nə müsəlman, nə gəbrdür nə məcus,

Nə bütpərəst, nə müşrik hər ismdən mə`yus,

Bu firqə kimi yox hərgiz cəhanda binamus,

Uranda başinə bir zərrə çəkməyür əfsus.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

616



Sən oğlısan vətənün, səndə yox vətən qani,

Vətən yolındə haçan tərk eylədün cani?

De saqiyə sən hələ, ver şərabi-ruhani,

O qədr içgilə, məst ol, ayılma bir ani.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

Vətən əlündə idi, hanı, neylədün külbaş?

İtirdün heç nəyə, get, oyna sən beş-daş,

Edərmi dərbədər öz yoldaşını bir yoldaş?

Fərib verdi sana bə`zi qan görən ovbaş.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

Var əldə vəqt, get, ol eyşü işrətə məşğul,

Nəsihət etsə sana əmri-həqq, hiç etmə qəbul,

Əl atsa qeyrətüvə əcnəbilər, olma məlul,

Yamanlıq eyləgilən, yaxşı işdən eylə üdul.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

Degülsən əslisi türkün ki, türk qanında, 

Vətənfüruşlik olmaz, od olsa canında,

Kəsər dilüvi dibindən, danışma yanında, 

Kişilik aləmi var türk dudmanında.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

Hanı tatar, hanı Şamü İraqü Türkistan?

Bu-gün səba əyağ altında məhv olur İran,

Din oldı tərk bütün, getdi hörməti-Qur`an,

Məhaldür dəxi bu dərdə eyləmək dərman.

Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.

Qanun dəgişdi nə tez, lailahəilləllah,

Nə rütbə yetişübsən, de bircə, ey gümrah,

Vırular başuvə hər ləhzə olmusan agah,

Məlamət eyləmə, Saqib sana degül bədxah.

617



Ayılma, yum gözüvi, yat ki, yatmağun dəmidür,

Ayıqlığı nə edirsən, min aləmin qəmidür.



“ŞİMRÜN İŞİ HƏŞR GÜNİ SƏHLDÜR”

Eyləmə təşviş ilə ahü fəğan,

Ney kimi biçarə könül, bir zəman,

Vahimədən göz yaşuvı etmə qan,

Allaha tapşur özüvi şadman,

Boynuva gəlsə günəhi-insü can,

Atə-anadan sənədür mehriban.

Şimrün işi həşr güni səhldür,

Müddəası çünki onun əhldür.

Xəlq eləyən kimsə sana yar olur,

Həşr güni, qorxma, nigəhdar olur,

Yaxşılıq ilə sana rəftar olur,

Aqibətün yaxşılığa var olur,

Çəkmə qəmin, qəm güni qəmxar olur,

Adəmün övladı genə kar olur.

Şimrün işi həşr güni səhldür,

Müddəası çünki onun əhldür.

Rəhman adın kim özinə ad qoyar?

Boş yerə çox olmagilən didətər,

Asiyə rəhm etməsə Rəhman əgər,

Heç nə deməzlər ona söz müxtəsər,

Etsön itaət degül hərgiz hünər,

Versün əvəz huri-behişt, ey pəsər.

Şimrün işi həşr güni səhldür,

Müddəası çünki onun əhldür.

 

Gər bu imiş bəxşişi-kanü kərəm,



Qoymayuram qiymət ona bir dirəm,

Müzdsiz işdür demə, çox vırma dəm,

İşləmə, müzd alson odur lütfə xəm. 

İş yiyəsi onda olar möhtərəm,

Ehsan əlin xəlqə aça dəmbədəm.

Şimrün işi həşr güni səhldür,

618



Müddəası çünki onun əhldür.

 

Növki-cidadə səri-Şahi-şəhid,



Şamə aparsun onı qövmi-pədid,

Və`deyi-cənnət verə Rəbbi-məcid,

Lütf degül, bu belə ehsan ke did?

Müzd deyərlər ona çün nəxli-bid,



Mən belə Rəbbə ola bilməm mürid.

Şimrün işi həşr güni səhldür,

Müddəası çünki onun əhldür.

Tərk yolın etməgilən ixtiyar,

Dinün evini eləyər tarümar,

Qaili-Həqq ol səni etməz kənar,

Həqqdən heç qorxma, günəhdə nə var,

Məsti-şərab olgilə leylün-nəhar,

Əfv qılar həzrəti-pərvərdigar.

Şimrün işi həşr güni səhldür,

Müddəası çünki onun əhldür.

Saqibə, ey zahidi-pəşminəpuş,

Eyləmə mey tövbəsini, ol xəmuş,

Səndə məgər olmıyacaq əqlü huş,

Qəbrə gedincə olaram badənuş,

Zöhdü riya satma, get, ol meyfüruş,

Bu sözüvə olmaram həlqəbəguş.

Şimrün işi həşr güni səhldür,

Müddəası çünki onun əhldür.

“...VERMƏ ƏZİYYƏT...”

Rədd ol, mana, zahid, bu qədr vermə əziyyət,

Keç, məsti-şərabəm, mey ilən dutmışam ülfət.

Çox etmə “Hicab” ayəsinin bəhsini, əl çək,

Əldən-ələ düşdi, dağılub pərdeyi-ismət.

 Kim görüb



619


Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə