Azərbaycan miLLİ elmlər akademiyasi məHƏMMƏd füzuli adına Əlyazmalar institutu



Yüklə 1,33 Mb.
Pdf görüntüsü
səhifə134/135
tarix01.08.2018
ölçüsü1,33 Mb.
#60455
1   ...   127   128   129   130   131   132   133   134   135

“Me`rac” hədisin oxuma, vəqti keçibdür,

Təyyarələrün bəhsini et, etmə məniyyət.

Hər saniyədə, gör, necə me`rac eləyən var,

Daş başuva düşsün, gözüvi aç, elə diqqət.

Təsbihi bırax sal oda, səccadəni yandur,

Gəl əqlə, desünlər sana ustaduva rəhmət.

Bihudə yerə ömrüvi sərf etmə, heyfdür,

Qorxma, sana vəqtində yetər huriyi-cənnət.

Ey xanəxərab oğlı, bu qəflət yuxısından,

Bir ləhzə ayıl, boş, hədərə eyləmə rəğbət.

Elmün qapısı bağlu degül, qəflətə uyma,

Təhsili-kəmalat ilə tap dəhrdə şöhrət.

Pak etməyəcəkdür səni bu abi-qəsalə,

İtdən eləməz bəhr dəxi rəddi-nəcasət.

Elmün, hünərün bilməyəcəksən, evi bərbad,

Çıxsun bu gözün, elm olub kəşfi-nübüvvət.

Mə`nayi-nübüvvət nə deməkdür, onı sən bil,

Əhli deyəcək elmdür, elmə elə sibqət.

“Nəml” ayəsinün

 bəhsini etmək sana bəsdür,



Kəsb eyləgilən, ondadur hər kəşfü kəramət.

Nəmlün gücilə xəlq cəhangir olubdur,

Bu nəmldən özgə sana bir başqa nə hacət.

Əczayi-bəni-növ`i-bəşər cümləsi birdür,

Səndən nə içün məhv olubdur bu həmiyyət.

Şəkk dairəsindən, sən haçan bəs çıxacaqsan,

Yəqinligə yol yoxmı məgər, noldı həqiqət?

Əlbəttə, əsir düşdi sənüntəklər əlinə,

Qoydun bizi avarə, bu əf`aluva lə`nət.

Asudə otur, müddəilər məqsədə yetdi,

Bəsdür, sana avarə qalub vadiyi-heyrət.

 Qurani-kərimin “Nəml” surəsinin 18-ci ayəsinə işarədir



620


Yox səndə həya, damənü təsbih əlündə,

Qur`an oxıyub etməgilən xəlqə nəsihət.

Sən pəndi qəbul eyləməmiş pənd verürsən,

İblis ilə həmpayə olub səndəki tinət.

Söz müxtəsər, hərgiz sana insan demək olmaz,

Şeytan sana izhar eləyür lə`nətü nifrət.

Təqva yolını dutsa idün ömrdə bir dəm,

Saqib də düşərdi bu yola ruzü şəb əlbət.



“BİRİSİ FƏQRƏ GİRİFTAR...”

Birisi fəqrə giriftar, birisi dərdə əsir,

Fələkün dövri utanmaz, degül heç pəndpəzir.

Biri azadə gəzər, heç nə əlindən gəlməz,

Kim bilür iş, vırılub boynuna ağır zəncir.

Degül hacət sorasan halımi, naseh, əl çək,

Rəngdən mə`lum olur hər kəsə əsrari-zəmir.

Yuvası yox birinün yatmağa, çöllərdə yatur,

Birinə qismət olub təxt ilə yaquti-hərir.

Sini şin yazsam əgər, heç gərək eyb eyləməsün,

Anlayan yox, yazaram, çox mana dutmun təqsir.

Nə gözəl ne`mətdür bilməyəsən yaxşı-yəman,

Ona qiymətdə bərabər ola biməz iksir.

Boşla xəlqün yaxasın, xəlqi çağırma nəmazə,

Nəmazı sübh qılub, sən ki, oxurdun təkbir.

O nəmazi ki, qılursan onı, gəl, vır başıma,

Nələr aləmdə olub, ah degülsən ki, xəbir.

Vəqt çoxdur, verülür məslələrün

 tə`limi,



Doldı küfrün əyağilə hərəmi-həzrət Əmir.

Xəlqi sən elmə dəlalət elə, ey xanəxərab,

 Məsələlərin



621


Bu degül sən oxıyursan xəbəri-“Şərhi-kəbir”.

Bir ox olsun gözüvə, hər əlifi Qur`anun,

Ta bekey səhvü şəki sən edəcəksən təqrir.

Dinüvi əldən alublar, oxıyursan Qur`an,

Qeyrəti tərk eləməglik degül hərgiz təqdir.

Yatma, yatma dəxi bəsdür, bir ayıl qəflətdən,

Başuvün üstdə durub düşmən əlində şəmşir.

Yıxdı yatmaq səni, gün görmədün heç, gün batdı,

Karvan düşdi yola, sən də yügür, vəqt keçir.

Dinü məzhəb sözini rəng ilə bədrəng etdüz,

Gülür, Allahə qəsəm, dinimizə bangi-həmir.

Sən ki, ol qibləyə hər an ki, edərdün səcdə,

Oldı bütxanə genə, gözlərün aydın, ey pir.

Getdi yəğmayə bütün zivəri-asayişi-din,

Cəm` qıl xatirüvi, qalmadı bir köhnə həsir.

Biri bir həbbə içün başıni min taşə ura,

Biri evdə oturubdur pulı var aləmgir.

İşimiz bitdi, əlacın eləmək müşkildür,

Necə tədbir edə bilsün, nə edər cürmi-səğir?

Yeddi əflakə gedibdür, dedim elmün hünəri,

Lə`nət etdün mana hər ləhzə, həm etdün təkfir.

“Ayətəl-kürsi”

∗∗

 duası dəxi bir iş verməz,



Qol gücin kəsb elə aləmdə, get, ol mərdi-dəlir.

Gözi çıxmış, oxı tarixi-əsatirləri,

Göz qabağında durub, olmayub əsla təğyir.

Cənnətün abü həvası səni heyran etmiş,

Hər şeyi tərk elədün, ey dəli-divanə fəqir.

Sən əsa eylədün əldə, vırasan başimizə,

Süngi oldı, gözüvə batdı, həman köhnə dəmir.



 Qurani-kərimin Bəqərə surəsinin 255-256-cı ayələri 

622




Bax hədidün sözinə, səni Qur`an kəssün,

Düşmədün başə neçün, kül başuvə böylə müdir.

Hələ bundan bətəri dalda qalubdur, görərüz,

Nə gəlür başuva, heyrətdə qalar Şimri-şərir.

Əhli-məğrib yedi Şərqi, yeyəcəkdür, yeyəcək,

Məscidün baminün üstə demə, Allahü Kəbir.

Əl gətür bircə bu təcdidi-vüzu` etməkdən,

Çox nə lazım, nəcisül-eyn işi etmək təthir.

Bizə sübhin nəmazı eylədi tə`sir nədi,

Zöhr içün xəlqi xəbərdar eləyürsən bir-bir.

Çəkdi təb`im məni, bir qeyri sözə məcburəm,

Eyləyüm kəşf anı, gər eyləməsəm həq söz itir.

Oyna təhtül-hənəkün riştəsilə sübhü məsa,

Kə`bənün pərdəsinə od saçır gündə sətir.

Çəkmə əl genə əhməq sözə meyl etməkdən,

Getdi arşın, yerinə imdi gəlib tazə metir.

Seyli-qəm açdı başımdan bu sözi mən açdım,

Yanmasa şö`leyi-od içrə itər ətri-əbir.

Nadirün çəkmə adın, eyləmə təhqir anı,

Sən necə Nadir olur, demə hər yerdə Bəşir.

Nadirün xidməti hübbül-vətənə vazehdür,

Baxgilən tarixinə, aləmi etdi təsxir.

Vətən övladı odur, eylədi canın qurban,

Yoxdur aləmdə ona hiç hərifü nə münzir.

Kasəlis edir anun ilə yəqin pəhləvilər,

Həminan rəxşə haçan oldı himar ilə həmir?

Kim ki, hifz etdi vətən, rəbbü peyəmbər də odur,

E`tiqadım belədür, sən de mana, ey kafir.

Verdün əldən Vətəni, varü yoxı, rahət otur,

Bu kifayət eləyür loğma içün olduq əcir.

623



Yüklə 1,33 Mb.

Dostları ilə paylaş:
1   ...   127   128   129   130   131   132   133   134   135




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə