Azərbaycan miLLİ еlmlər akadеmiyasi nəSİMİ adına DİLÇİLİK İnstitutu



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə6/116
tarix08.10.2017
ölçüsü4,8 Kb.
#4137
1   2   3   4   5   6   7   8   9   ...   116

BAKI   DİLÇİLİK  MƏKTƏBİNDƏ 
Azərbaycan alimləri  beynəlxalq elmi məclislərdə 
__________________________________________________________
 
__________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.13 
 
İstanbulu vəsf etməsi əks olunmuşdur. Ümumtürk ədəbiyyatında çox az şair və ədib 
tapılar ki, onun yaradıcılığında İstambul mövzusu yer almasın. Hər sənətkarın əsərin-
də bu möhtəşəm şəhərə fərqli bir baxış, fərqli bir yanaşma nəzərə carpır. Lakin bütün 
bu əsərlərdə bir şey açıq-aydın görünür:əsrarəngiz gözəlliyə malik İstanbula böyük 
sevgi və məhəbbət.  
Bu simpozyumda aşağıdakı tərkibdə Azərbaycan nümayəndə heyəti də iştirak 
edirdi. 
  
 
 
Bakı Dövlət Universitetinin dosenti, filologiya elmləri namizədi Nəzakət 
Hüseynova, filologiya elmləri namizədi Vüsalə Musalı, AMEA-nın Folklor İnstitutu-
nun əməkdaşları filologiya elmləri namizədi Əli Şamil, Səkinə Qaybalıyeva, Əlyaz-
malar İnstitutunun elmi işçisi Aida Paşayeva, Tarix İnstitutundan tarix elmləri nami-
zədi Namiq Musalı, Dilçilik İnstitutundan filologiya elmləri namizədi Qətibə Mah-
mudova və Dilçilik İnstitutunun dissertantı  Kəmalə Ələkbərova.  
Onlar  bu simpozyomda  maraqlı məruzələrlə çıxış etmiş, İstanbulun görməli 
yerləri ilə tanış olmuş, digər alimlərlə fikir mübadiləsi aparmışlar.  Məruzələr  İstan-
bulun Beykent Universiteti tərəfindən kitab şəklində çap olunmuşdur. 
 


 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.14 
 
Aynel  MƏŞƏDİYEVA 
 
ANTONİMİYA PROBLEMİ 
DİLÇİ VƏ FİLOSOFLARIN ŞƏRHİNDƏ 
Ziddiyyət inkişafın, dəyişkənliyin, yeni keyfiyyətə keçidin mənbəyini 
ifadə edən fəlsəfi kateqoriyadır. Ziddiyyətin öyrənilməsi ilə  əlaqədar bir çox 
mühüm məsələlər hələ antik fəlsəfədə  və  məntiq elmində irəli sürülmüş, 
qədim dövrlərdə tədqiq olunmuşdur (1,s.331).  
Aristotel qeyd edir ki, ziddiyyətlər zəruri olaraq eyni cinsə, yaxud əks 
cinslərə aiddir. Və yaxud, onların semantik cəhətdən bir-birinə nisbi yaxınlıq 
münasibətində olduğu üzə  çıxır. Aristotel bu konsepsiyanı  aşagıdaki konkret 
misallarla izah edir: ağ (bəyaz)   qara - eyni cinsə aiddir, belə ki, həmin 
sözlərin cinsi rəngdir; haqq(ədalət)-ədalətsizlik isə zidd cinslərə məxsusdur, 
yəni, birinci ifadə yaxşılıq, ikincisi isə pislik mənalarını bildirir. Aristotel 
həmçinin qeyd edir ki, yaxşılıq   pislik anlayışları eyni cinsə aid deyildirlər. 
Onlar özləri başqası üçün cins yaradır.  
Deməli, ziddiyyətlərin nisbi xüsusiyyətləri artıq qədim zamanlarda dərk 
olunmuşdur. Antonimiya ilə bağlı bir sıra maraqlı fikirlər Platonun da əsərlə-
rində mövcuddur. Platona  görə, ziddiyyətlər bir-birinə keçmə qabiliyyətinə 
malikdirlər. Ümumiyyətlə, qədim fəlsəfədə zidd üzvlər hər zaman ara üzvlərlə 
bağlı olmuşdur. Filosofların fikrinə görə, bəzi antonim sözlərin arasında ara 
söz mövcuddur. Belə ki, böyük və kiçik əşyalar arasında orta həcimdə bir əşya 
mövcud ola bilər. Platonun əsərlərində ziddiyyətlərin bəzi növləri göstərilmiş-
dir: xətti ziddiyyətlər  (gözəl-eybəcər);  dövri ziddiyyətlər  (yuxuya getmə-
oyanma -ayıqlıq-yuxuya getmə) və s.  
Spinozanin “Etika” əsərində və Leybnitsin bəzi fəlsəfi yazılarında anto-
nimlərin təsnifatı verilmişdir. Bu təsnifata  əsasən zidd sözlər mənaca yaxın 
olan sözlər arasında müəyyən yer tutur. 
Ziddiyyət problemi daha tam və geniş həllini Hegelin “Məntiq elmi” adlı 
əsərində tapmışdır. Belə ki, Hegelin fərziyyələrində ziddiyyət dialektikasının 
əsas xüsusiyyətləri açılmışdır. Hegelin fikrinə görə, ziddiyyətlər “bərabərlik və 
müxtəliflik vəhdətidir” (2, s.23). 
Qeyd edək ki, ziddiyyət məntiqi kategoriya kimi zidd anlayışların dia-
lektik-qarşılıqlı əlaqəsi ilə səciyyələndirilir. Belə ki, “müsbət” və “mənfi” an-
layışları müəyyən ziddiyyət ifadə edir. Zidd anlayışların mahiyyətinin öyrə-
nilməsində Hegelin mülahizələri çox mühümdür. Çünki Hegelin fikrincə, hər 


 
NƏZƏRİ  VƏ  TƏTBİQİ DİLÇİLİK MƏSƏLƏLƏRİ 
___________________________________________________ 
 
__________________________________________________________________________________ 
«Tədqiqlər», 2008, №1, səh.15 
 
bir ziddiyyət mücərrəd bərabərlik deyil, daxili ziddiyyət kimi başa düşülür (2, 
s.24). Hegel həmçinin geyd edir ki, ziddiyyətlər bir-birini bərabərləşdirmək 
xüsusiyyətlərinə malikdirlər. 
 Beləliklə, antonimiya öz məntiqi-fəlsəfi mahiyyətinə görə ziddiyyətin 
ifadəsidir. 
Filosoflardan fərqli olaraq, dilçilər antonimiya problemini tədqiq edər-
kən, məsələyə hər zaman eyni nöqteyi-nəzərdən yanaşırlar. Dilçilərə görə, an-
tonimiya və antonimlər dildə olan ziddiyyətin ifadəsidir. 
Ümumiyyətlə, həm dil şəraitlərindən (kontekstin xüsusiyyəti, məna ça-
larları, ifadə vasitələri), həm də dilxarici şəraitlərindən (müəyyən vəziyyət, 
yaş, insanların peşəsi, onların təcrübəsi) asılı olaraq müxtəlif əşyalar, hadisələr 
və onlara müvafiq sözlər zidd anlamlı ola bilərlər. 
 O.S.Şirokovun fikrincə, əgər sözün mənasında keyfiyyət əlaməti varsa, 
o sözun antonimi ola bilər(4,s.249). 
Dilçilikdə antonimləri müxtəlif növlərə ayırırlar. Məsələn, L.N. Novikov 
antonimləri aşağıdakı növlərə ayırır. 
1. Kontrar ziddiyyət qəti simmetrik üzvlərini ifadə edir. Bu  üzvlərin ara-
sında mənaca ara üzvlər mövcuddur. Məsələn:  gənc – yaşlı - qoca; 
soyuq – ilıq - qaynar və s. Bu növ antonimlər ziddiyyətin geniş yayıl-
mış növlərindəndir. Bu antonimlər,  əsasən, sözun keyfiyyətini ifadə 
edir.  
2. Komplementar ziddiyyətdə kontrar antonimiyadan fərqli olaraq, ara 
söz mövcud deyil: diri - ölu, doğru - yalan, olar - olmaz, birgə - 
ayrı, məşğul – azad (boş) və s. 
3. Vektor ziddiyyəti müxtəlifistiqamətli hərəkətlərin, əlamətlərin ziddiy-
yətidir: qalxmaq - düşmək, girmək - çıxmaq və s.(3,s.244) 
Çoxmənalı sözlər bir neçə antonim ziddiyyətlərinə aid ola bilər. Məsə-
lən: yüngül(çanta) - ağır, yüngül(nahar) – ağır, yüngül, çətin (sual) - və s. 
(3, s.245). 
Antonimlərin  əsas funksiyalarına gəldikdə isə, qeyd etmək lazımdır ki, 
sintaqmatik baxımdan antonim sözlərə mətndə çox təsadüf edilir. Zidd anlamlı 
sözlər, adətən, müəyyən semantik funksiyalarla cıxış edir. Antonimlər başqa 
leksik-üslubi kateqoriyalardan fərqlənirlər.  Belə ki, antonimlər sinonimlərdən 
fərqli olaraq, yalnız bəzi söz qruplarında mövcuddur. Məsələn, masa, yaşıl və 
s. kimi sözlərin antonimləri yoxdur. 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   116




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə