Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə124/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   120   121   122   123   124   125   126   127   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Güzel sevmede zahid müşkilin var ise
Bizim ol fəndə çok tahkikimiz itiqanımız vardır [5, s. 267]. 
Gözəl sevməkdə təcrübəsini zahidə belə öyrətmək istəyir və bu-
nu açıq şəkildə ifadə etməkdən çəkinməyən Nədim bir başqa qəzə-
lində incə və zərif sevgilisinin yanaqlarını şəraba bənzədir: 
Haddədən geçmiş nezaket yal ü bal olmuş sana
Mey süzülmüş şişeden ruhsarı-al olmuş sana [5, s. 254]. 
“Vaqif yaradıcılığının əsas xüsusiyyətlərindən biri onu, öz mü-
asirlərinin çoxundan fərqləndirən əsas cəhət nikbinlikdir” [2, s. 287]. 
Həmid Araslı Vaqifdəki bu nikbinliyi iki səbəblə bağlayır. Birincisi, 
xalq ədəbiyyatının təsiri, ikincisi, Qarabağ xanlığının apardığı azadlıq 
mübarizəsində fəal mövqe tutmasıdır. Onun siyasətə bağlanması həya-
tında mübarizə eşqini gücləndirmiş, nikbinlik duyğusunu inkişaf etdir-


341 
mişdir. Vaqif şeirlərində həyata bağlılıq, həyat nemətlərindən istifadə 
və mühitdən aldığı nəşəni tərənnüm etmişdir. Vaqif yaradıcılığını 
araşdıran, öyrənən bir çox tədqiqatçılar şairin nikbinliyini ən gözəl şə-
kildə əks etdirən şeir olaraq Vidadiyə yazdığı [2, s. 287]: 
Say qənimət diriliyin dəmini
Keçən həmdəmlərin çəkmə qəmini. 
Əqlin olsun, sil gözünün nəmini, 
Dəxi geri gəlməz onlar, ağlarsan. 
Və ya: 
Toy bayramdır bu dünyanın əzabı, 
Əqli olan ona gətirər tabı, 
Sənin tək oğlana deyil hesabı, 
Hər şeydən eyləyib qübar ağlarsan [2, s. 217-218]. 
Vaqifin Şuşada müəllim işlədiyi vaxt yazdığı bir şeirində də 
gələcəyə böyük ümid bəslədiyi duyulur: 
Ümidim vardır ki, bu qara gün getməyə başa
Dönər bir özgə rəngilə, bu axır çərxi-xəzradır. 
Məkan tutdu isə Vaqif yox əcəb bu şişə dağında , 
Məqamı ləli-gülrəngin miyani-səngi-xaradır [6, s.151].
Ümumiyyətlə, şairin bütün şeirlərinə şad və nikbin əhvali-ruhiy-
yə hakimdir. Eyni nikbin düşüncələrlə Nədimin şeirlərində də qarşı-
laşırıq: 
“Gülelim, oynayalım, kam alalım dünyadan”, – deyən şair bir 
qəzəlində yaşamaq, əylənmək duyğularını belə ifadə etmişdir: 
Bezmi-şaraptan geçemem döğrusu Nedim, 
İşret tabiatımca tarab meşrebimcedir [5, s. 260]. 
Məclisdəki içki və əyləncə şairin ürəyincədir. Bircə fələyin onun 
bu xoşbəxt bəxt ulduzuna gözünün dəyməsindən qorxur. 
Və ya: 
Bu gün pek ser-firaz u şadman gördüm Nedimayı, 
Meğer kim meclisi-mahdumı-bihemtaya girmiştir [5, s. 269].
Şairin şad olmasının səbəbi tay-tuşları ilə bir məclisə yığışmalarıdır. 


342 
Nədimin də, Vaqifin də şeirlərində bəzən bədbinlik, ruh düşkün-
lüyü, kədər hiss edilir:
Efsus Nedim zar u mihnet –dide, 
Düşmüş vatanından gurbeti-cavide. 
Sad hayf o güne taze –mazmunı-hüner, 
Bir beyte henüz olamamış küncide [5, s. 370]. 
Nədim hələ də evinin olmamasından şikayət edir, bundan duy-
duğu üzüntünü yazdığı misralarda əks etdirir Ancaq bu duyğu nə 
Nədim, nə də Vaqifin yaradıcılığının əsas səciyyəvi xüsusiyyəti deyil-
dir. Əslində Vaqifdə rast gəldiyimiz bədbinlik izlərini daşıyan şeirlər 
ictimai vəziyyətin əksi kimi dəyərləndirilməlidir. Hər iki şair nə qədər 
dünyadan zövq almaq, sevmək, sevilmək istəsələr də, onların əsərlə-
rində ictimai məzmunlu misralara da rast gəlmək mümkündür.
Ümumiyyətlə, XVIII əsr lirikası üçün də ümumi-mücərrəd 
şikayət və tənqid üslubu daha səciyyəvidir [7, s. 93]. Vaqifin ilk ic-
timai xarakterli əsəri “Bayram oldu” qoşmasıdır. Tərtərbasarda “mək-
təbdarlıq” edən şair bayram vaxtı sadə xalqın sıxıntısını bu üç bəndlik 
qoşması ilə dilə gətirmişdir: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   120   121   122   123   124   125   126   127   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə