Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə125/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   121   122   123   124   125   126   127   128   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Bayram oldu, heç bilmirəm neyləyim
Bizim evdə dolu çuval da yoxdur. 
Dügiylə yağ hamı çoxdan tükənmiş, 
Ət heç ələ düşməz, motal da yoxdur. 
 
Allaha bizmişik naşükür bəndə, 
Bir söz desəm, dəxi qoymazlar kəndə... 
Xalq batıb noğula, şəkərə, qəndə, 
Bizim evdə axta zoğal da yoxdur [6, s.114]. 
Və ya: 
Qış günü qışlağı Qıraqbasanın, 
Gözüdür aranın cümlə cahanın. 
Belə gözəl yerin, gözəl məkanın, 
Bir gözəl obası hayıf ki, yoxdur. 
Və ya: 
Kələğayı əlvan, qəsabə qıyğac, 
Altından cunası hayıf ki yoxdur. 


343 
Vaqif bir başqa əsərində ədalətsizlikdən, baş verən əyriliklərdən 
bəhs edir: 
Mən cahan mülkündə, mütləq doğru halət görmədim, 
Hər nə gördüm, əyri gördüm, özgə babət görmədim. 
Aşinalar ixtilafında sədaqət görmədim, 
Biətü iqrarü imanü dəyanət görmədim, 
Bivəfadan lacərəm təhsili hacət görmədim [6, s. 185]. 
Və ya: 
Vaqif gərçi əzabı var dünyanın, 
Sən neçün xovfini çəkərsən, anın. 
Tutubsan ətəyin Şahı-mərdanın, 
O gülər gülərsən, ağlar ağlarsan [6, s. 233]. 
XVII əsrin sonlarında türk ədəbiyyatında şəxslərə yönələn həcv-
lərdən daha çox, ictimai motivlərin qabarıq olduğunu müşahidə edirik. 
XVIII əsrdə isə ictimai tənqidlər artmışdır. Əslində bu əsrlərdə cəmiy-
yətdə o qədər haqsızlıqlar, naxələflik mövcud idi ki, şairlərin ictimai 
mövzulara daha çox müraciət və ya əsərlərində ictimai motivləri əks 
etdirmələri təbii qarşılanmalıdır. Bu baxımdan, Nədimin də əsərlərin-
də az da olsa ictimai motivlərə rast gəlmək mümkündür. 
Zahida alayiş damanın eylə şustü şu, 
Yalnız halet bulunmaz hırkai-peşminədə [5, s. 140] . 
Və ya: 
Mürayi hamri müselles deyi satıp zalim, 
Şarabın üstünə hürmət bir az da hilə katar [5, s. 135].
Birinci beytdə Zahidlərlə sufiləri müqayisə edən Nədim sufilərin 
geyimlərinin zahidlərin ətəyindən daha təmiz olduğunu qeyd edərək 
yaltaqlığı pisləyir. Daha sonra isə saxta şərab satan insanları tənqid edir.
Bildiyimiz kimi, XVIII əsrdə xalq və klassik şeir arasında nisbi 
yaxınlıq müşahidə edilir. Divanlarda heca ölçüsü ilə yazılmış şeirlər 
olduğu kimi, xalqa yaxın şairlər də klassik şeirin estetik və xəyal 
dünyasına yaxın şeirlər yazırdılar. Bu baxımdan Molla Pənah Vaqif və 
Əhməd Nədimin yaradıcılıqları ilə yaxından tanış olduqda, hər iki 
şairdə xalq üslubunun çalarlarını müşahidə etmək olar. 


344 
“Türk şairi Nədim öz ölkəsinin divan ədəbiyyatı nümayəndələri 
arasında ilk qoşma yazan kimi tanınır”, – deyən Araz Dadaşzadə daha 
sonra “Onu da xatırlatmaq istərdim ki, Nədimin həyat zövqünə üstün-
lük verməsi, yaşamaq arzusunun gücü bu şairi Vaqiflə yaxınlaşdırır” 
[7, s. 192]. Vaqifin qoşma və təcnisləri, Nədimin qoşmaları, sadə dildə 
yazdıqları şeirləri onların xalq üslubuna yaxınlığından xəbər verir.
Sevdiğim cemalin çünkim göremem 
Çıkmasın hayalin dili-şeydadan 
Haki-paye çünkü yüzler süremem 
Alayım peyamın badi-səbadan [5, s. 250]. 
Və ya: 
Tutasın cihanı Sikender gibi 
Şevket ile dünya dolu hünkarım 
Kapına Feridun bir çaker gibi 
Her ne emredersen nola hünkarım [5, s. 151]. 
Nədimin bu qoşmaları xalq üslubunun ən gözəl nümunəsidir. 
Nədimin xalq üslubuna yaxınlığının ən diqqətəlayiq tərəfi isə şeirlə-
rində İstanbul həyatından səhnələr təqdim etməsidir. İstanbulun əylən-
cə yerlərinin şeirlərin mövzusu olması XVIII əsrdən başlamır. Ancaq 
Nədim davam etdirdiyi bu ənənəni daha canlı, müxtəlif süjetləri və 
obrazları qabardaraq təqdim etmişdir. Eyni zamanda Nədim dövrün 
digər şairləri kimi, İbrahim Paşanın İstanbul və Nevşəhərdə tikdirdiyi 
bulaq, karvansaraylara, hamamlara, iqamətgahlara tarix yazmışdır. 
XVIII əsr Azərbaycan şeirinin hər iki səciyyəvi qolunu – xalq və 
klassik üslubu yaradıcılığında məharətlə birləşdirən Molla Pənah Va-
qifin forma axtarışları, obrazların müxtəlifliyi, dilinin sadəliyi, eyni 
zamanda zənginliyi ilə diqqəti çəkir. Vaqif yaradıcılığında qoşmalar, 
təcnislər miqdarca çoxluq təşkil edir. Bunu da etiraf etmək lazımdır ki, 
Azərbaycanda XVIII əsr şeirində qoşma janrının inkişafı ancaq Vaqi-
fin adı ilə əlaqədar olmasa da, ən gözəl ifadə və təsvir vasitələrinin 
zənginliyi, rəngarəngliyi ilə seçilən şeir nümunələri şairin adı ilə bağ-
lıdır. Vaqifin, 
Oğrun baxa-baxa, ey çeşmi-nərgis, 
Dərdə saldın məni xəstəhal etdin. 
Həsrətindən öldüm, öldüm-dirildim, 
Nə bir yada saldın, nə sual etdin 


345 
 
Nə dedim mən sənə, ey üzü mahım, 
Sən məndən küsübsən, ey qibləgahım. 
Öldür məni, gər var isə günahım, 
Al qanım əllərdə hənalar olsun [6, s. 91]. 
Bu qoşmada sevgilisinin ondan küsməsini və şairin çəkdiyi izti-
rabı olduqca sadə, eyni zamanda təsirli sözlərlə ifadə etmişdir. 
Yay qaş bucağında, al yanaq üstə, 
Nə xoş xumarlanır məstanə gözlər. 
Sürməli kiprikdən oxlar çəkilib, 
Eyləyib bağrımı nişanə gözlər. 
 
Qəmzə peykanilə tökdü qanımı, 
Xətalara saldı din imanımı. 
Əgri durdu, süzgün baxdı, canımı 
Aldı o şux gözlər, amma nə gözlər. 
 
Siması şəhayi, təhi badami, 
Baxışı mehriban, özü hərami. 
Quldur ona siyah zülfün təmami, 
Ola bilməz belə şəhanə gözlər. 
 
Səmən iyli, səhabi zülf, ay qabaq
Qönçə dəhan, dür diş, ərğəvan dodaq. 
Münəvvər üz, lalə zənəx, tər buxaq, 
Tamam bir yanədir, bir yanə gözlər. 
 
Vaqif ki, düşübdür əqlü kamaldan, 
Əksik olmaz başı qovğadan, qaldan. 
Nə zülüflərdən bilin, nə xəttü xaldan , 
Eyləyibdir onu divanə gözlər [6, s. 102], – 
deyən şair gözlərin timsalında sözlərlə sevgilisinin rəsmini çəkir. 
Onun çəkdiyi bu portret heç də klassik üslubda yazan şairlərin yarat-
dığı sevgili obrazından geri qalmır. Hətta bizcə, bir pillə qabaqdadır. 
Çünki Vaqifin və ya Nədimin yaratdığı obraz yaşayan insan, qadın ob-
razıdır. Əti, qanı, gözü və digər əzaları ilə olan varlıqlardır, xəyal de-
yildir. Vaqif isə bu qadın obrazını xalq üslubunda canlı və rəngarəng ləf-
zi və məğzi ifadə vasitələrini məharətlə istifadə edərək təqdim etmişdir.

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   121   122   123   124   125   126   127   128   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə