Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə123/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   119   120   121   122   123   124   125   126   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Reva ola düşerse fevtine iş bu dua tarih 
Nedim ola nedimi-şahı-ceyşi-enbiya ya Rab 
Bu beytdən Əhməd Nədimin təqribən hicri 1143, miladi 28 
oktyabr 1730-cu ildə vəfat etdiyini öyrənirik [4, s. 32]. 
Didaktik üslubun böyük şairi Yusif Nabinin, qəsidə janrının us-
tadlarından Ömər Nəfinin şöhrətinin geniş yayıldığı bir dövrdə ədə-
biyyata addım atan Əhməd Nədim qısa bir vaxt ərzində tanınaraq “Nə-
dimanə” deyilən yeni bir üslub yaratmışdır. Şair özü də qəzəllərinin 


339 
birində təvazökarlıqdan uzaqlaşaraq üslub sahibi olduğunu qeyd edir: 
Malumdur benim sühanım mahlas istemez, 
Fark eyler onu şehrimizin nüktedarları [5, s. 355].
Nədimin böyüklüyü xalq üslubunda mükəmməl şeirlər yaza 
bilməsindədir. Danışıq dilindəki söz və ifadələri yerində istifadə et-
məsi, ahəngi artırmaq üçün zərgər dəqiqliyi ilə seçdiyi kəlmələr onu 
müasirlərindən ayıran ən bariz xüsusiyyətlərdir.
Nədimin düşüncəsinə görə, əgər insan şairdirsə, onun sevmə-
məsi, sevgidən uzaq qalması mümkün deyildir. 
Çünkü bülbülsün gönül bir gülüstan lazım sana, 
Çünkü dil koymuşlar adın dil-sitan lazım sana. 
Çünkü şairsən hayali-tazedir senden murab
Pəs yeni bir dil-rübayi-mu-miyan lazın sana [5, s. 256]. 
Nədim bülbülə gül, könülə ürək açan yer, şairə isə yeni ilham 
qaynağı lazım olduğunu qeyd edir. 
Ümumilikdə bu iki şairin yaradıcılığına nəzər saldıqda, onların 
hər ikisinin əsərlərində məhəbbətə münasibətin eyni olduğunu mü-
şahidə edirik. Orta əsr Azərbaycan və Osmanlı şeirində də məhəbbət 
mövzusu əsas yer tutmuşdur. Vaqifin də, Nədimin də şeirlərində əsas 
yer tutan məhəbbət mövzusu, həqiqi məhəbbətdir. Hər iki şairin əsər-
lərinin qəhrəmanı olan qadınlar mücərrəd deyil, həyatdan götürülmüş 
obrazlardır. Burada ilahiləşdirilmiş gözəldən yox, məlum gözəllərdən 
bəhs olunur. Vaqifi və Nədimi digərlərindən ayıran xüsusiyyət möv-
zuya yanaşma şəklidir. Hər iki şair digər klassik şairlərdən fərqli ola-
raq, məhəbbətə realist yanaşmışlar. Klassik şeirlərdə müşahidə etdiyi-
miz günəş kimi əlçatmaz və parlaq, ideal olan sevgili Nədim və Vaqif 
şeirlərində canlı cizgiləri, həyat eşqi olan varlıqlardır. Bütün klassik 
şairlər kimi Vaqif də, Nədim də sevgiliyə məhəbbətlərini bildirir
hicran əzabı çəkir, vüsal həsrətilə yanıb-yaxılırlar. Ancaq bu şairlərin 
məqsədi arzusuna çatmaq, sevgilisinə qovuşmaqdır. Klassik şairlərdə, 
xüsusilə, böyük Füzulidə olduğu kimi çəkdikləri əzablardan zövq 
almırlar. Vaqif bir qoşmasında: 
Oğrun baxa-baxa, ey çeşmi nərgis
Dərdə saldın məni xəstəxal etdin. 
Həsrətindən öldüm, öldüm-dirildim, 
Nə bir yada saldın, nə sual etdin [6, s. 87],
– deyir.


340 
Vaqif və Nədimə qədər klassik şairlərdə belə duyğuların tərən-
nümünə rast gəlmək mümkün deyildir: 
Nə xoşdur baş qoymaq bir güləndamın qucağında, 
Tamaşa eyləmək ol həlqə zülfə ağ buxağında. 
Durub ondan tutub nazik əlin gəzmək otağında, 
Qucub-qucub, oturmaq gah solunda, gah sağında, 
Sinəsində sinə, boynunda qol, dodaq dodağında [6, s. 16]. 
Eyni duyğuları Nədimin şeirlərində də müşahidə etmək müm-
kündür: 
Ey Şux Nedima ile bir seyrin işittik
Tenhaca varup Göksuya işret var içinde [5, s. 327]. 
Ey gözəllər gözəli Nədim adlı şəxslə birlikdə Göksuya getdiyini 
eşitdik. Yoxsa burda başqa şey var, – deyən şair bir başqa şeirində 
sevgilisinin at üstündəki duruşunu belə təsvir edir: 
Mest kendi gülüp altındaki rahş oynardı, 
Gördüm ol afəti dün bir düğün alayında [5, s. 320]. 
Və ya

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   119   120   121   122   123   124   125   126   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə