Azərbaycan miLLİ elmlər akademiyasi


NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə122/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   118   119   120   121   122   123   124   125   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
Lamiyə RƏHİMOVA 
Filologiya üzrə fəlsəfə doktoru
Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu 
lamia.75@mail.ru
 
VAQİF VƏ NƏDİM POEZİYASINDA
KƏSİŞMƏ NÖQTƏLƏRİ
 
 
Açar sözlər:
Vaqif, türk,
ədəbiyyat, yaradıcılıq 
Key words:
Vagif, Turkish,
literature, creativity 
Ключевые слова:
Вагиф, турецкий, литература, творчество
 
XVIII əsr Azərbaycan-Osmanlı poeziyasının görkəmli nüma-
yəndələrindən olan Molla Pənah Vaqif və Əhməd Nədim özlərinə 
məxsus yaradıcılıq üslubları ilə ədəbiyyat tarixində yer tutmuşlar.
Ümumiyyətlə, XVIII əsr Azərbaycan və türk ədəbiyyatlarında 
realist meyillərin güclənməsi, xalq üslubuna yaxınlaşma ilə səciy-
yələnir. Bu dövrdə “realizmə meyil göstərən şairlərin yaradıcılığında 
xalq ədəbiyyatından gələn nikbin əhvali-ruhiyyə, həyata, dünyaya 
bağlılıq, həyatı sevmək, ondan istifadə etmək meyilləri qüvvətli idi” 
[1, s. 226]. 
Azərbaycan ədəbiyyatında realizmə, xalq üslubuna meyil edən 
şairlərdən biri, hətta birincisi Molla Pənah Vaqif olmuşdur. Qaynaq-
ların verdiyi məlumata görə, şair təxminən 1717-ci ildə Qazax maha-
lının Qıraq Salahlı kəndində anadan olmuşdur. XVIII əsrin ortalarında 
Qazaxda yaranan toqquşmalar vaxtı bir neçə kənd, o cümlədən Vaqif 
və ailəsi Gəncə və Qarabağ xanlıqlarına köçmüşdür. Oradan da 
Pənahabad (Şuşa) şəhərinə gedən Vaqif qısa müddətdə burada şöhrət 
qazanmışdı. Dərin mədrəsə təhsili görən, məktəbdarlıqla məşğul olan 
Vaqifin bilik və məharətinin xəbəri Qarabağ hökmdarı İbrahim xana 
çatır. Xan onu saraya dəvət edir. Vaqif sarayda tez bir zamanda böyük 
nüfuza sahib olur. 


338 
Kərim xan Zəndin ölümündən istifadə edən Ağa Məhəmməd 
Şah Qacar, Vaqif Qarabağ sarayında çalışdığı illərdə hakimiyyəti əlinə 
keçirir. Müxtəlif vaxtlarda Şuşanı ələ keçirməyə çalışan Qacar, nəha-
yət 1797-ci ildə bu niyyətini həyata keçirə bilir. İbrahim xan və 
adamları şəhəri tərk etsələr də, Vaqif oradan ayrılmır. Şair də bir 
çoxları kimi həbsə alınaraq ertəsi gün edam edilmək üçün saxlanılır. 
Lakin Ağa Məhəmməd şah həmin gecə öldürülür. Xanlığı əlinə 
keçirən İbrahim xanın qardaşı oğlu Məhəmməd bəy Cavanşir əmisinin 
yaxın adamlarını aradan götürməyə çalışır. 1797-ci ildə Molla Pənah 
Vaqif Şuşa şəhərində öldürtdürülür [1, s. 105; 2, s. 280]. 
XVIII əsr türk şairi Əhməd Nədim isə təxminən 1681-ci ildə 
anadan olmuşdu. Nədim yaxşı təhsil almış, ərəb və fars dillərini şeir 
yazacaq qədər yüksək səviyyədə bilmişdir. Şair 1707-1713-cü illərdə 
Şeyxülislam Əbəzadə Abdullah əfəndinin də olduğu komissiyaya 
imtahan verərək müəllim kimi fəaliyyətə başlamışdır. 1718-ci ildə 
sədrəzəm olan damat İbrahim Paşa və “Lalə dövrü” Nədimin həyat və 
yaradıcılığında müstəsna rol oynamışdır. Əhməd Nədim yazdığı müx-
təlif əsərləri ilə himayədarı olan İbrahim Paşaya olan ehtiramını qeyd 
edir, ona təriflər yağdırırdı. Bu dövrdə Nədim bir çox vəzifələrdə 
işləmişdir. Müəllimlikdən Mahmud Paşa məhkəməsinə qazı təyin olu-
nan Nədim 1726-cı ildə Molla Kırımi, 1728-ci ildə Nişancı Paşa Atik, 
1729-cu ildə isə Sahn mədrəsələrində müəllim kimi fəaliyyət göstər-
mişdir. 1730-cu ildə Sekban Əli Paşa mədrəsəsində işlədiyi vaxt “Pat-
rona Xəlil üsyanı” baş vermişdi. Lalə dövrünün sonu olan bu üsyan 
Nədimin həyatına da son qoymuşdu. Belə ki, bəzi qaynaqlarda Nədi-
min üsyan vaxtı qorxudan və ya içki düşkünlüyündən titrəmə xəstə-
liyinə tutularaq öldüyü qeyd edilmişdir. Süleyman Sadəttin “Məcəl-
lətün-nicab” [3] əsərində Nədimin üsyan zamanı qorxudan evinin da-
mına çıxdığını, oradan isə yıxılaraq öldüyünü bildirir. Ölüm tarixinə 
aşağıdakı maddeyi-tarix yazılmışdır: 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   118   119   120   121   122   123   124   125   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə