Azərbaycan miLLİ elmlər akademiyasi



Yüklə 2,98 Mb.
Pdf görüntüsü
səhifə127/142
tarix18.05.2022
ölçüsü2,98 Mb.
#87292
1   ...   123   124   125   126   127   128   129   130   ...   142
52dcd652ed495cc2ce9feffd932b1850

Резюме
 
Выдающиеся представители классического тюркского стиха XVIII века 
Молла Пенах Вагиф и Ахмед Недим своим специфическим творческим стилем 
оставили неизгладимый след в истории литературы. Темы любви и общества, 
оптимизм и народный стиль – основная линия, объединяющая стихотворения 
Вагифа и Недима. В отличие от предшественников, оба поэта имели более 
реальные и оптимистичные взгляды на жизнь и писали прекрасные стихи в 
народном стиле. Стихи Моллы Пенах Вагифа общественного содержания 
говорят о его небезразличном отношении к общественным проблемам. Надим 
же является самым талантливым поэтом своей эпохи, который писал в народ-
ном стиле. Наиболее ярко и живо отражена в его стихах жизнь в Стамбуле. В 
целом, по нашему мнению, параллели, встречающиеся в стихотворениях 
Недима и Вагифа, очень интересны.
 


347 
AZƏRBAYCAN MİLLİ ELMLƏR AKADEMİYASI 
“ƏDƏBİYYAT MƏCMUƏSİ” 
NİZAMİ adına ƏDƏBİYYAT İNSTİTUTUNUN 
ELMİ ƏSƏRLƏRİ 
2017, № 1
 
İlahə QULİYEVA 
Azərbaycan Texniki Universiteti 
ilahi80@mail.ru
 
BÖYÜK BRİTANİYA VƏ AZƏRBAYCAN ƏDƏBİYYATI 
MƏSƏLƏLƏRİ YENİ TƏDQİQAT ƏSƏRLƏRİNDƏ 
 
Açar sözlər:
müqayisəli ədəbiyyat, ədəbi-bədii əlaqələr, qədim əlyazmalar, 
Britaniya yazıçıları, Azərbaycan filologiya elmi, müasir yazıçı və şairlər 
Key words:
comparative literature, literary-artistic links, ancient manuscripts, 
British writers, Azerbaijani philological science, modern writers and poets 
Ключевые слова:
сравнительная литература, литературно-художествен-
ные связи, древние рукописи, британские писатели, азербайджанская филоло-
гическая наука, современные писатели и поэты
Müstəqillik dövründə Azərbaycan-Böyük Britaniya ədəbi əlaqə-
lərinin araşdırılması çağdaş müqayisəli ədəbiyyatşünaslıq elminin əhə-
miyyətli və aktual sahələrindən biri kimi diqqəti çəkir. Azərbaycan 
Respublikasının müstəqillik dövründə siyasi, iqtisadi, mədəni və ədəbi 
əlaqələri geniş vüsət almışdır. Coğrafi baxımdan genişmiqyaslı coğrafi 
əraziləri əhatə edən Azərbaycanın çox-çox dünya ölkələrində, eləcə də 
dünya ölkələrinin Azərbaycanda tanınmasına çoxçeşidli mədəni və 
ədəbi əlaqələrin mühüm rolu təkzibedilməzdir. Bu baxımdan Azər-
baycan-Böyük Britaniya qarşılıqlı ədəbi əlaqələrinin ölkələrarası mü-
nasibətlərin möhkəmlənməsində “mənəvi körpü” rolunu oynadığını 
xüsusilə qeyd etmək lazımdır. 
Müstəqillik dövrünün təxminən iyirmi beş ili ərzində Azərbay-
can Respublikasının Qərb dövlətləri arasında əlahiddə yeri ilə seçilən 
Böyük Britaniya ilə qarşılıqlı əlaqələrinin öyrənilməsi qloballaşma 
prosesində bir çox müddəaları ilə əhəmiyyəti və aktuallığı özündə 
ehtiva edir. Azərbaycan müstəqillik dövrü mərhələsinin qarşılıqlı 
ədəbi əlaqələrin inkişafı sistemində bir çox uğurları ilə seçildiyini 
söyləmək olar. Bu mərhələdə ictimai, siyasi, iqtisadi, eləcə də mədəni 


348 
və ədəbi sferalarda yaranan əlaqələrin keçdiyi yola nəzər salınması və 
onların dəyərləndirilməsi mühüm əhəmiyyətli və aktual məsələlərdən 
biridir. Bir məqamı da qeyd etmək istərdik ki, tədqiq etdiyimiz 
mövzunun özü də Azərbaycan-Böyük Britaniya əlaqələrinin möhkəm-
ləndirilməsi baxımından yeni bir addım hesab edilə bilər.
Tarixin ayrı-ayrı inkişaf mərhələlərində coğrafi, iqtisadi və si-
yasi vəziyyəti ilə bir-birindən fərqli mövqelərdə dayanan Azərbaycan 
Respublikası ilə Böyük Britaniya arasında yaranan sıx əməkdaşlıq 
əlaqələrinin möhkəmləndirilməsində mənəvi dəyərlərin tərcüməsi ən 
etibarlı vasitələrdən biridir. Ölkələrarası bir sıra mədəni tədbirlərin 
keçirilməsi, ayrı-ayrı yazıçıların, yaxud alimlərin yazdığı müxtəlif 
əsərlər, kitab və dərs vəsaitləri heç şübhəsiz ki, Azərbaycan-Böyük 
Britaniya ədəbi əlaqələrinin daha da zənginləşdirilməsi istiqamətində 
mühüm yeri ilə seçilir. Belə qarşılıqlı əlaqələrdə bədii ədəbiyyatın 
tərcüməsinin rolu təkzibedilməzdir. 
Orta əsrlər, Azərbaycan Səfəvilər dövründə qarşılıqlı əlaqələrin 
zəngin və çoxşaxəli olduğunu qeyd edən mərhum ədəbiyyatşünas 
alim, professor Arif Hacıyev Azərbaycan Səfəvilər dövründə geniş 
beynəlxalq, o cümlədən ədəbi əlaqələrin olduğunu və bu əlaqələrin 
tədqiq olunmasını xüsusilə qeyd etmişdir [1, s. 6]. Bu baxımdan 2003-
cü ildə Mətanət Məmmədovanın “Şah İsmayıl Xətai ingilisdilli qaynaq-
larda” adlı namizədlik dissertasiyası (Bakı, 2003) qismən də olsa gös-
tərilən mövzu çevrəsində araşdırmaları ilə diqqət çəkir.
Beləliklə, müstəqillik dövründə Azərbaycan-Böyük Britaniya 
ədəbi əlaqələri müstəvisində aşağıdakı məsələlərə diqqət yetirilməsini 
vacib hesab edirik: 
-
Klassik və müasir Azərbaycan ədəbiyyatında ingilis dilinə 
tərcümə edilib nəşr olunmuş əsərlərin ümumi mənzərəsini yaratmaq; 
-
Klassik və müasir Azərbaycan ədəbiyyatına dair Britaniya 
elmi-nəzəri fikrində yazılmış əsərlərin və monoqrafik nəşrlərin Qərbi 
Avropa orientalistikasında yerini müəyyənləşdirmək; 
-
Qərb-Şərq ruhani qarşıdurması kontekstində ingilis dilinə tər-
cümə edilmiş bədii əsərlərin xalqların mənəvi-bədii sərvətinin zəngin-
ləşməsində, mədəniyyətlərin və ədəbiyyatların qloballaşma prosesində 
aktual və əhəmiyyətli məsələ olduğunu araşdırmaq; 
-
Ədəbi prosesin ayrı-ayrı dönəmlərində ədəbi əlaqələrin əsas 
vasitələrindən biri olan bədii tərcümənin bir sıra vacib səciyyəvi xüsu-
siyyətlərini müəyyənləşdirmək; 
-
Dünya, o cümlədən Böyük Britaniya ədəbiyyatı kontekstində 
klassik irsə münasibətin yeniləşməsi çevrəsində Azərbaycan dramatur-


349 
giyasının görkəmli simaları M.F.Axundzadə və C.Məmmədquluza-
dənin dram əsərləri və onların ingilis dilinə tərcümə edilmiş variantları 
bazasında ədəbi əlaqələr probleminin dialektik həlli yollarının kontur-
larını təyin etmək; 
-
Azərbaycan mühacirət ədəbiyyatının tanınmış simaları Turxan 
Gəncəvi, Həmid Nitqi, Qulamrza Səbri Təbrizinin ingilis dilində nəşr 
edilmiş əsərləri əsasında Böyük Britaniya-Azərbaycan qarşılıqlı ədəbi 
əlaqələrinin Azərbaycan müstəqilliyi dövründə yeni dövr ədəbi 
əlaqələrin yerini və rolunu təyin etmək; 
-
Azərbaycan ədəbiyyatının müstəqillik dövründə yaranmış 
əsərlərin, o cümlədən Elçin Əfəndiyev, Vaqif Sultanlının Böyük 
Britaniyada ingilis dilində çap edilmiş əsərlərinin ideya-bədii məziy-
yətlərini, struktur kompozisiya və bədii ifadə sistemi və digər məz-
mun-struktur məsələlərini öyrənib onların elmi-nəzəri dəyərini müəy-
yənləşdirmək. 
Onu da qeyd edək ki, klassik və müasir Böyük Britaniya-Azər-
baycan ədəbiyyatının, eləcə də bu ədəbiyyatların tanınmış nümayən-
dələrinin yaradıcılığına dair həm elmi-ədəbi jurnal və məcmuələrdə, 
həm də tədqiqat işlərində problemlərin öyrənilməsinin və müəyyən 
nöqsanlarını, eləcə də qoyulan problemin perspektivlərini təyin etmək. 
Müqayisəli ədəbiyyatşünaslıq üçün zəngin mənbə rolunu oyna-
yan klassik və çağdaş Azərbaycan ədəbiyyatının, xüsusilə poeziya-
sının ümumi mənzərəsini əks etdirən əsas elementlər və səciyyəvi 
xüsusiyyətlərin ümumiləşdirilmiş elmi əsaslarını təyin etmək üçün son 
dövr ədəbiyyatşünaslığın nəzəri əsaslarına istinad etmək xüsusilə 
vacibdir. Məhsəti Gəncəvi, Nizami Gəncəvi, Məhəmməd Füzuli və 
digər klassik şairlərin əsərlərinin ingilis dilinə tərcüməsi və nəşri, 
eləcə də son dövr monoqrafik nəşrlərin yenilikləri haqqında təhlil və 
şərhləri təyin etməyə çalışmışıq. Azərbaycan şeirinin dünya poezi-
yasına inteqrasiyasını əsaslandıran mənəvi-estetik dəyərlərin, xüsusilə 
Azərbaycan şeirinə xas dərin və elmi, bədii məfkurəli əsərlərin post-
modern zamanın oxucularına aşılaya biləcək mənəvi estetik zövqün
dəyərlərin meyarları haqqında tədqiqatçı fikir və mühakimələrinin 
əsas konturlarını müəyyənləşdirməyi tədqiqatımızın əsas məqsədlərin-
dən biri kimi müəyyənləşdirmişik. 
Son dövr Azərbaycan ədəbiyyatşünaslığında yeni düşüncə tərzi, 
müxtəlif dövr Qərb (Böyük Britaniya) və Şərq (Azərbaycan) ədib-
lərinin yaradıcılığının müqayisəli kontekstdə öyrənilib tətbiq olunması 
ədəbiyyat və həyat məsələlərinin daha aydın elmi dərkinə yeni bir 
körpü salmışdır. Bu baxımdan professor Qorxmaz Quliyevin “Cəlil 


350 
Məmmədquluzadə və dünya dramaturgiyası” adlı araşdırması [2] 
müəyyən məziyyətləri ilə zaman və məkan baxımından bir-birindən 
çox fərqli məkan və zamanda yaşamış ingilis Renessansının drama-
turqu və şairi Uilyam Şekspirlə (1564-1616) Azərbaycan ədibi Cəlil 
Məmmədquluzadə (“Molla Nəsrəddin” 1866-1932) yaradıcılığı ara-
sında paralelləri axtarmaq məramının uğurlu alındığını söyləmək olar. 
Alim kitabının I fəslində haqlı olaraq qeyd edir ki, Uilyam Şekspirlə 
Cəlil Məmmədquluzadənin yaxınlığını birinci dəfə R.Rza üzə çıxar-
mış və bu iki sənətkarı bir araya gətirmişdir [2, s. 7]. 
Mərhum Xalq şairi Rəsul Rza Azərbaycan bədii fikrində poetik 
və dramatik bağlar çevrəsində iki böyük sənət dünyasının yaradıcı-
lığında səsləşmələrin yeni tipini yaratmışdır. Professor Qorxmaz Qu-
liyev daha çox Rəsul Rza deyimindən çıxış edərək tədqiqatında Uil-
yam Şekspirin “Hamlet”i ilə Cəlil Məmmədquluzadənin “Ölülər”ini 
bir araya gətirərək öz tədqiqatçı alim sözünü və müəyyən hallarda 
mübahisə doğuracaq mühakimələrini qələmə almışdır. O yazır ki, 
“R.Rza bununla kifayətlənməmiş, xüsusi üsul və işarələrlə bu yaxın-
lığın araşdırılmasının metodologiyasını və üzə çıxarılmasının ən kəsə 
yolunu da müəyyənləşdirmişdir: o sübuta yetirmişdir ki, Uilyam Şeks-
pirlə Cəlil Məmmədquluzadəni bir-birinə birləşdirən bağları obyektiv 
elmi biganəlik müstəvisində axtarıb tapmaq və dəyərləndirmək qeyri-
mümkündür – tədqiqatçı gərək Hamlet və İsgəndərin keçirdikləri 
hissləri, narahatlığı bölüşsün.... ” [2, s. 7]. 
Professor Qorxmaz Quliyev Uilyam Şekspir yaradıcılığı ilə Cəlil 
Məmmədquluzadə dramlarının tarixi və müqayisəli-tipoloji metodla 
öyrənilib araşdırılması nəticəsində ikincinin – Cəlil Məmmədquluza-
dənin yaradıcılığının daha dərin qatlarına enməyin mümkünlüyünü 
göstərmişdir. Və belə bir üsulla Cəlil Məmmədquluzadənin dram 
əsərlərinin öyrənilib dəyərləndirilməsinin yeganə və “kəsə yol” oldu-
ğunu qeyd edən tədqiqatçı alimin araşdırılmasında əsaslı elmi arqu-
mentin inandırıcı olduğunu söyləmək lazımdır. 
Müəllifin aşağıdakı mühakiməsi Uilyam Şekspirlə Cəlil Məm-
mədquluzadənin ayrı-ayrı qütbləri təmsil etdiklərinə baxmayaraq, 
onların bənzərlik və bənzərsizlik əsasında bir-birinə “pərçimləndiyini” 
göstərməsi dialektik nəticə təsiri bağışlayır: “Bu baxımdan bu iki 
sənətkarın dünya və insan haqqında düşüncələrini ifadə etmək üçün 
seçdikləri fərqli dramaturji janrlar onları nəinki bir-birindən uzaqlaş-
dırmamış, paradoksal şəkildə yaradıcılıqlarını vahid müstəvidə nəzər-
dən keçirməyə əsas yaradır; çox qəribə də olsa, komediyalar müəllifi 
Cəlil Məmmədquluzadə yeni dövrdə bu janrın klassik nümunələrini 


351 
yaratmış Molyerdən və Azərbaycanda komediyanın əsasını qoymuş 
M.F.Axundovdan daha çox faciələr müəllifi Uilyam Şekspirə yaxın-
dır” [2, s. 12]. 
“Dramaturgiyada ədəbi əlaqələr” adlı monoqrafiyanın müəllifi 
Xəlil Rza Ulutürk dünya ədəbiyyatı ilə Azərbaycan dramaturgiyasının 
əlaqələrinə dair görkəmli ədəbiyyatşünas alim Yaşar Qarayevin aşağı-
dakı fikrini gündəmə gətirmişdir: “...Təsir və əlaqə milli ədəbiyyatın 
fikri, mədəni səviyyəsini, onun dünya ədəbi irsindən, bəşər dühasının 
ideya və bədii zənginliyindən istifadə imkanını və bacarığını göstərir, 
əks etdirir. Bu məsələnin ciddi beynəlmiləl əhəmiyyəti vardır. Ay-
dındır ki, qarşılıqlı təsir və münasibətlər nəticəsində bu və ya başqa 
milli ədəbiyyatın müsbət təcrübəsi dünya xalqlarının nailiyyətinə 
çevrilir və hər hansı milli yazıçı bu ümumi nailiyyətin səviyyəsinə 
yüksəlməyə çalışır. Bu, milli ədəbiyyatların və dünya ədəbiyyatının 
qanunauyğun inkişafını təmin edir” [2, s. 275]. 
Müstəqillik dövrü Azərbaycan ədəbiyyatşünaslığında Azərbay-
can və Böyük Britaniya ədəbiyyatı nümayəndələrinin yaradıcılığının 
tədqiqi məsələsi xüsusilə diqqəti çəkir. Cavidə Məmmədlinin “Azər-
baycan və Böyük Britaniya poeziyası (1900-1930)” adlı kitabı da bu 
sahədə yazılan uğurlu tədqiqat əsəridir. Bu əsərdə müəllif yazır: “H. 
Cavid poeziyamıza marş, sonet kimi Avropa şeir janrlarını gətirmiş, 
heca və əruz vəznini birləşdirərək qarışıq bir vəzndə maraqlı, son 
dərəcə ahəngdar şeirlər yaratmışdır. Şairin yaratdığı bəhr də “Cavid 
həzəci” kimi hər kəsə tanışdır. Aydın olduğu kimi, dövrün poeziya-
sında istər mövzu, istərsə də forma baxımından bir sıra yeniliklərə, 
xüsusən, Avropa şeir janrlarına daha çox H.Cavidin yaradıcılığında tə-
sadüf edilir.
Məlum olduğu kimi, sonet orta əsrlərdə İtaliyada təşəkkül tap-
mış, katren və terset adlı hissələrdən ibarət 14 misralıq şeir janrıdır. 
Bu, öncə İtaliya , sonra Fransa, daha sonra isə ümumilikdə Avropa 
ədəbiyyatında istifadə olunmuş və yazılması çox da asan olmayan şeir 
növlərindəndir. Həmin janrda yazan fransız şairləri ona yeni əlavələr 
etmiş, bu səbəbdən də italyan və fransız sonetlərində forma fərqlilik-
ləri təzahür etməkdədir. Sonet türk ədəbiyyatına fransız poeziyasının 
təsiri olaraq Sərvəti-Fünunçular tərəfindən gətirilmiş, ilk nümunəsi 
Cenap Şahabettinin “Şi’ri-i Na Nüvişte” (“Yazılmamış Şiir”) əsəri 
hesab olunur. Daha sonra T.Fikrət də bu janrın ən gözəl nümunələrini 
yaratmışdır” [3, s. 44].
Aparılan araşdırmalar sırasında yuxarıda adını çəkdiyimiz Qorx-
maz Quliyevin “Cəlil Məmmədquluzadə dünya dramaturgiyası” adlı 


352 
kitabının dəyəri ölçülməzdir. O, belə hesab edir ki, tanınmış və təc-
rübəli alimlərimizin bu kimi araşdırmalar aparması dünya ədəbi kon-
tekstində milli ədəbiyyatımızın öyrənilməsinə və dərk olunmasına 
xidmət edən ən gözəl və əhəmiyyətli vasitədir. 

Yüklə 2,98 Mb.

Dostları ilə paylaş:
1   ...   123   124   125   126   127   128   129   130   ...   142




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə