Azərbaycan milli musiqi mədəniyyəti


"Şüştər" muğamı və onun şöbələri



Yüklə 44,46 Kb.
səhifə14/17
tarix28.11.2023
ölçüsü44,46 Kb.
#136774
1   ...   9   10   11   12   13   14   15   16   17
MUĞAM CVB

"Şüştər" muğamı və onun şöbələri
«Şüştər»> əsas Azərbaycan dəstgahlarına aiddir. Bədii-ruhi təsir cəhətdən «Şüştər» dinləyicidə dərin kədər hissi oyadır. Bu muğamı dinlədikdə insan xəyala dalır, düşünür, ehtiras hisləri keçirir 5 şöbə və guşə daxildir. Bunlar <, («<Əmiri» ilə başlanır), «Şüştər»>, <«Əgər başqa muğam dəstgahları bəm registrdən başlayaraq aramlı hərəkətlə orta və sonra zil registrə doğru melodik inkişafa mənsubdursa, «Şüştər» bu mənada müstəsnalıq təşkil edir. Onun ifası bəmdən deyil, məhz səsin orta diapazonundan başlayır və sonra birbaşa zilə keçir. Deməli, «Şüştər»> ancaq orta və zil tessituralı şöbə və guşələri özündə cəmləşdirir.
Məlumdur ki, bütün muğam dəstgahlarında müqəddimə şöbəsi «Bərdaşt» olur. <<Şüştər» bəzi başqa muğam dəstgahlarının «> ilə başlamışdır. «Əmiri»> «Şüştər»də məhz «Bərdaşt» roluna malikdir.
<<."Şüştər" muğamının rəngləri
Şüştər dəramədi, mayeyi-şüştər, tərkib
MUĞAM MƏCLISLƏRİ
Respublikamızın ayrı-ayrı regionlarında XIX-XX əsrin ovvəllərində ifaçılıq məktəblari yaranmış, o, sürətlə inkişaf etmiş, beləliklə, musiqi-şeir məclisləri xeyli zənginləşmişdir. Məhz bu kimi məclislar Şuşada, Bakıda, Şamaxıda, Ordubadda, Lənkaranda və digər regionlarda, bir növ, talim məktəbi funksiyasını daşımış, xananda və sazanda yaradıcılığının inkişafına təkan vermiş, muğam ənənələrinin sənətsevərlər arasında təbliğini və təfsirini təmin etmişdir. Mahz bunun nəticəsidir ki, bu qəbildən olan şeir və musiqi məclisləri muğam ifaçılığının təkamülündə və inkişafında özünü bariz şəkildə nümayiş etdirmiş va istedadlı ifaçı nəsillərini ərsəyə gətirmişdir. Eyni zamanda alimləri, şairləri, xanəndələri, instrumental ifaçıları birləşdirən sözügedən məclislər, ümumilikdə mədəniyyət və incəsənət tarixinin inkişafında mühüm əhəmiyyət kasb etmişdir. 1864-1897-ci illərdə Şuşada «Məclisi-üns» («<Ülfət məclisi») görkəmli şair və maarifçi Xan qızı Xurşidbanu Natəvanın rəhbərliyi ilə uğurlu fəaliyyət göstərmişdir. Məclisə Qarabağ xanəndələri dəvət olunur, onlar şairlərin qəzəlləri əsasında müxtəlif səciyyəli muğamlar ifa edirdilər. Bu kimi məclis bəzən şair N.A.Agahın evində təşkil olunurdu. Şuşada ikinci bir şeir va musiqi qurumu «Maclisi faramuşan» («Unudulanlar məclisi» - ədəbi məclis) 1872-ci ildə M.M.Nəvvabın evində təşkil edilmiş və 1910-cu ilə qədər fəaliyyət göstərmişdir. Həmin dövrdə Bakıda «Məcməüş-şüǝra» («Şairlar yığıncağı») məclisi da fəaliyyət göstərirdi. Sözügedən maclis 1880-ci ildə təşkil olunmuş və 1915-ci ilə qədər davam etmişdir. Onu da qeyd edək ki, Azərbaycan muğam sənətinin inkişafında Bakı şəhəri ilə yanaşı, onun ətrafındakı kəndlərdə də bu qəbildən olan məclislər keçirilərdi. XIX asrin ikinci yarısında Bakıda İçərişəhərdə yerləşən Məşədi Məlik Mansurovun (1858-1909) evindəki böyük salona tez-tez tanınmış ziyalılar, şairlər, musiqiçi sənətkarlar toplaşardılar. XIX əsrin 60-ci illərində Şamaxıda şair Məhəmməd Səfanın evində isə «Beytüs-Sofa» («Rahatlıq, aylanca evi» va ya «Səfanın evi») fəaliyyət göstərirdi. Burada əsasən, klassiklərin əsərləri mütaliə olunur, şairlər yeni yazdıqları qəzəllərlə məclis üzvlərini tanış edir, bu qəzəllər xanəndələr tərəfindən oxunub xalq arasında geniş yayılırdı. Onu da deyək ki, məclislərə Seyid Əzim Şirvani rəhbərlik edirdi.



Yüklə 44,46 Kb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə