Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə15/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   11   12   13   14   15   16   17   18   ...   179

30 

 

arxeoloji  tədqiqatların  nəticələri  nəzərə  alınmaqla  yazılıb.  Bu  əsərdə  təbiidir  ki, 



yeri gəldikcə Girdiman tarixinə də toxunulub. Daha doğrusu, müəllif qədim və orta 

əsr  mənbələrinin  Girdiman  tarixi  ilə  bu  və  ya  digər  dərəcədə  əlaqəsi  olan 

məlumatlarını  çox  diqqətlə  süzgəcdən  keçirməklə,  onları  peĢəkarcasına  təhlil 

etməklə  oxucuda  mümkün  qədər  obyektiv  və  dolğun  təsəvvür  yaratmağa  çalıĢıb. 

Fikrimizcə,  K.V.Treverin  Girdiman  tarixinə  dair  mülahizələrini  aĢağıdakı  kimi 

qruplaĢdırmaq olar: 

1.

 

S.T.Yeremyan  kimi,  K.V.Trever  də  Girdiman  ərazilərini  indiki  Qazax 



rayonu ərazisində lokalizə edir [628, 234]. 

2.

 



O,  digər  bütün  albanĢünaslardan  fərqli  olaraq  M.Kalankatuklunun 

Mehranilər  barəsində  qeydlərini  «əfsanəvi  geneloji  arayıĢ»  adlandırmaqla əslində 

onların Ġrandan gəldiyinə Ģübhə edir [628, 235]. Beləliklə də, o, Mehranilərin yerli 

alban-Girdiman feodalları nəslindən olması ehtimalı üzərində dayanır [628, 235]. 

3.

 

Tarixi mənbələrə görə, Mehranilər Albaniyada VI əsrin sonu - VII əsrin 



əvvəllərində  hakimiyyətə  gəliblər  [20,  150-158].  K.V.Trever  bu  tarixlə  də 

razılaĢmayaraq onu ən azı yarım əsr və daha artıq qədimə çəkməyin tərəfdarı kimi 

çıxıĢ edir [628, 235-236]. 

4.

 



Girdiman  hökmdarı  CavanĢirin  həyatı,  onun  hərbi  və  diplomatik 

fəaliyyətinin demək olar ki, bütün aspektlərinin hərtərəfli və geniĢ iĢıqlandırılması 

-  K.V.Treverin  əsərini  digər  albanĢünasların  əsərlərindən  fərqləndirən  əsas 

xüsusiyyətlərdən birisi də məhz budur [628, 289-291, 313-315]. O, alban tarixçisi 

M.Kalankatuklunun  CavanĢirin  timsalında  «döyüĢlərin  qəhrəmanı»,  «Bizansla, 

xəzərlərlə  və  xilafətlə  münasibətləri  tənzimləməyi  bacaran»,  «mahir  diplomat», 

«dağıntılar 

içərisində 

olan 

ölkəsini 



quran 

və 


bərpa 

edən» 


[628,  249]  görkəmli  Ģəxsiyyət  obrazı  yaratdığını  qeyd  edərək  yazır:  «Alban 

tarixçisi  sözsüz  ki,  CavanĢiri  ideallaĢdırıb,  lakin,  bununla  belə,  o  həmçinin, 

Zaqafqaziya xalqlarının tarixində ən ağır dövrlərdən biri olan VII  əsrin ortalarına 

aid  görkəmli  dövlət  xadiminin maraqlı  və həm  də parlaq  portretini  yarada  bilib» 

[628, 249]. K.V.Treverin fikrincə, CavanĢirin hakimiyyəti dövründə ölkənin nəinki 

maddi mədəniyyəti, həm də mənəvi mədəniyyəti yüksək inkiĢaf səviyyəsinə çatıb 

[628,  249].  Məhz  CavanĢirin  hakimiyyəti  illərində  və  çox  güman  ki,  bilavasitə 

onun  tapĢırığı  ilə  «Albaniya  tarixi»  əsəri  yazılıb,  Girdiman  qalasında  CavanĢirin 

Ģəxsi  təĢəbbüsü  ilə  zəmanəsinin  ən  təmtəraqlı  məbədlərindən  biri  ucaldılıb  və  s. 

[120, 130]. 

Fikrimizcə,  K.V.Treverin  M.Kalankatuklu  tərəfindən  CavanĢirin  guya  ki, 

«ideallaĢdırıldığı»  barədə  yazdıqları  ən  azı  velikorus  Ģovinizmindən  irəli  gələn 

qısqanclıq hissinin ifadəsi kimi baĢa düĢülə bilər. O, sadəcə Rusiya imperiyasının 

təmsilçisi  və  velikorus  Ģovinizminin  nümayəndəsi  olaraq  qeyri  xalqların 

təmsilçiləri  içərisində  bu  cür  parlaq  Ģəxsiyyətlərin  olduğunu  qəbul  edə 

bilmədiyindən  belə  yazıb.  Əslində  isə  CavanĢir  həqiqətən  dövrünün  böyük 

Ģəxsiyyəti  olub.  Onun  xidmətlərini  ideallaĢdırmağa  ehtiyac  olmadığı  kimi,  onu 



31 

 

danmaq  da  qeyri  mümkündür.  Çünki,  onun  xidmətləri  artıq  xalqın  yaddaĢına 



hopub.  Bir  də  ki,  CavanĢirin  cəsur  sərkərdə,  görkəmli  dövlət  xadimi,  mahir 

diplomat və ən nəhayət, vətənini və xalqını ürəkdən sevən böyük bir insan olduğu 

barədə  təkcə  M.Kalankatuklu  yazıbmı?!  Elə  isə  CavanĢirin  Vətən  və  xalq 

qarĢısındakı  misilsiz  xidmətləri  ilə  bağlı  əsrlər  boyu  xalqın  yaddaĢında,  çoxsaylı 

folklor nümunələrində yaĢayan o parlaq əfsanəvi obrazları kim yaradıb?! 

Girdiman tarixinin araĢdırılması baxımından V.F.Minorskinin 1963-cü ildə 

çapdan çıxmıĢ «ġirvan və Dərbəndin tarixi (X-XI əsrlər)» əsərinin də əhəmiyyəti 

qeyd olunmalıdır [523]. Fikrimizcə, bu əsər daha çox məhz ġirvanın, Dərbəndin və 

Girdiman  vilayətinin  müĢtərək  tarixinin  öyrənilməsi  baxımından  əhəmiyyətlidir. 

Xüsusən  də  ərazinin  tarixi-etnik  mənzərəsi,  Ġran  elementlərinin  orada  yayılması, 

ərəblərin  və  köçərilərin  hücumları,  xristian  elementləri  və  onun  təsiri  barədə 

V.F.Minorskinin  fikir  və  mülahizələrinin  Girdiman  tarixinin  öyrənilməsi 

baxımından faydalı olduğu danılmazdır [523, 27-42]. 

V.F.Minorskinin  əsərində  Girdiman  tarixində  xüsusi  yeri  olan  Lahıcın  və 

Layzan  (Lahıc)  Ģahlığının  tarixinə  dair  bir  çox  maraqlı  məqamlara  toxunulub, 

Niyal və Kürdüvan barədə elmi cəhətdən olduqca qiymətli məlumatlar verilib [523, 

43-97].  Türk  tarixçisi  MünəccimbaĢının  məlum  əsəri  əsasında  LayzanĢah-

ġirvanĢah-XursanĢah  və  Dərbənd  münasibətləri  kifayət  qədər  ətraflı  Ģərh  olunub 

[523, 107-112]. Xatırladaq ki, orta əsr müəlliflərindən əl-Məsudinin [236, 52-53], 

əl-Bəlazurinin  [27,  69],  Ġbn  Havqəlin  [236,  113-114]  və  bəzi  digər  müəlliflərin 

əsərlərində, habelə X əsrə aid anonim mənbə olan «Hüdud əl-aləm»də [651] Lahıc 

və  Layzan  Ģahlığının  adı  çəkilsə  də,  onun  ərazisi  və  coğrafi  koordinatları  barədə 

dəqiq məlumat verilmir. ġirvanĢahların tarixini öyrənən bəzi digər müəlliflər də öz 

araĢdırmalarında  bu  məsələyə  yetərincə  aydınlıq  gətirməyiblər.  Ġlk  dəfə  məhz 

V.F.Minorski  1958-ci  ildə  «Hüdud  əl-aləm»  əsərinin  ingilis  dilinə  tərcüməsinə 

yazmıĢ olduğu qeydlərində orta əsr mənbələrinin məlumatlarını sərf-nəzər edərək, 

Layzan  Ģahlığının  Göyçay  və  Girdiman  çayları  arasındakı  əraziləri  əhatə  etdiyini 

bildirib  [224,  605].  Beləliklə,  V.F.Minorskinin  fikrincə,  orta  əsr  mənbələrində 

«Layzan», «Laizan», «Lahican», «əl-Ġran», «əl-Abxaz» və sair formada adı çəkilən 

«Layzan» [523, 107] Girdiman çayının yuxarı axarı boyunca uzanan müasir Lahıc 

vadisinə  uyğun  gəlir.  Hansı  ki,  əvvəllər  Sasanilərin  vassal  knyazlıqlarından  biri 

olub [523, 107]. 

Göründüyü  kimi,  V.F.Minorski  tərəfindən  Layzan  Ģahlığı  ərazisinin 

lokalizəsi  daha  çox  qədim  Girdiman  ərazilərinə  uyğun  gəlir.  Lakin  burada  bəzi 

məqamlara aydınlıq gətirmək tələb olunur. Birincisi, V.F.Minorski Ģahlığın Ģimal 

və  cənub  sərhədlərini  göstərməyib.  Fikrimizcə,  Ģahlığın  Ģimal  sərhədlərinin  BaĢ 

suayrıcınadək  davam  etdiyi  daha  inandırıcı  görünür.  Cənub  sərhədləri  isə,  çox 

güman ki, Acınohur-Həftəran yaylasına, bəzi yerlərdə isə Qaraməryəm tirəsinədək 

davam  edirdi.  V.F.Minorskinin  Layzan  Ģahlığının  Ģərq  sərhədlərini  Girdiman 

çaydan götürməsi barədəki fikrini də dəqiqləĢdirməyə ehtiyac var. Hər Ģeydən öncə 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə