Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə13/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   9   10   11   12   13   14   15   16   ...   179

26 

 

tarixĢünaslığında çox ciddi polemika mövzusu olub. Bu baxımdan S.V.YuĢkovun 



1937-ci ildə çap olunmuĢ məqaləsi xüsusi əhəmiyyət kəsb edir. Lakin onu da qeyd 

etmək  lazımdır  ki,  özündən  əvvəlki  araĢdırıcılar  kimi  S.V.  YuĢkov  da  Albaniya 

tarixinə münasibətdə  bir  sıra  çox  ciddi  səhvlərə  yol  verib. Ən  ciddi  səhvlərindən 

biri  isə  Albaniyanın  siyasi  mərkəzini  ifrat  dərəcədə  Ģimala  çəkməsi,  Qəbələnin 

Samur  və  Sulak  çayları  arasındakı  ərazidə  olduğunu  güman  etməsidir  [668,  129-

148]. 


30-cu illərin sonlarından baĢlayaraq S.T. Yeremyanın Albaniya tarixinə dair 

silsilə  məqalələri  çıxır.  Sasanilər  dövründə  Zaqafqaziyanın  ticarət  yollarına  dair 

məqaləsində  Ptolemey  də  daxil  olmaqla  bir  sıra  qədim  və orta əsr müəlliflərinin 

tərtib  etdikləri  xəritələrin  müqayisəli  təhlili  əsasında  Albaniya  tarixinə  dair  bəzi 

mübahisəli məsələlərin izahına cəhd göstərilib. O, ayrı-ayrı tarixi mənbələrdə adı 

çəkilən Xalxal, Xadaka, Girdiman, Qəbələ və bəzi digər Alban Ģəhərlərinin, habelə 

çay  və  qəbilələrin  yerini  göstərməklə  onları  qovuĢduran  baĢlıca  ticarət  yollarını 

müəyyənləĢdirməyə  çalıĢıb.  Məhz  həmin  məqaləsində  S.T.Yeremyan  ilk  dəfə 

olaraq  Girdimanın  lokalizəsi  məsələsinə  toxunaraq  onun  erməni  və  gürcü 

mənbələrində  adı  çəkilən  XuzaĢeni-Xunani-Xunakert  olduğunu  bildirib  [421,  79]. 

Bu  isə  orta  əsr  ərəb  mənbələrində  adı  çəkilən  və  ġəmkirdən  11  fərsəx  (yəni, 

təqribən  70-80  km)  məsafədə  yerləĢdiyi  bildirilən  Xunan  qalasına  uyğun  gəlir. 

Tədqiqatçılardan bir qismi Xunanın indiki Tovuz rayonu ərazisindəki Torpaqqala, 

baĢqa  bir  qismi  isə  Azərbaycanın  Gürcüstanla  sərhədində,  daha  doğrusu,  Xram 

çayının  Kür  çayına  töküldüyü  ərazidə  olduğunu  bildirirlər  [229;  376;  517]. 

Halbuki,  bütün  bunların  Girdimana  əsla  aidiyyatı  yoxdur.  Bununla  belə, 

S.T.Yeremyan  1941-ci  ildə  çapdan  çıxmıĢ  məqalələrindən  birində  Girdimanın 

lokalizəsinə dair iki il əvvəl söyləmiĢ olduğu ehtimalı yenidən gündəmə gətirməklə 

onu  bir  daha  əsaslandırmağa  cəhd  edib.  Beləliklə,  «Sımbatın  salnamələri»  [622] 

adlı gürcü mənbəsinə istinadən o, alban knyazları Varaz Qriqorun, CavanĢirin və 

qeyrilərinin doğma qalası olan Girdimanın Albaniyanın qərbində - Ermənistan və 

Gürcüstan  sərhədinə  yaxın  bir  ərazidə  olduğunu  bildirib  [423,  27-30]. 

S.T.Yeremyan  özünün  bu  ehtimalını  1939-cu  ildə  çapdan  çıxan  ikicildlik  «SSRĠ 

tarixi»nin  maketinə  də  daxil  edib.  Və  nəhayət,  1958-ci  ildə  nəĢr  olunan  «SSRĠ 

tarixinin oçerkləri» kitabının müəlliflərindən biri kimi o, Girdiman tarixi  ilə bağlı 

fikirlərini  yenidən  elmi  ictimaiyyətə  sırımaq  Ģansı  qazanıb  [425,  303-310;  426, 

323-330; 427, 530-536]. 

Məlumat üçün bildirək ki, həmin kitaba Albaniya tarixinə dair daxil  edilən 

bölmələrin (III-VII əsərlərdə Albaniyanın sosial-iqtisadi quruluĢu; III-VII əsrlərdə 

Albaniyanın  siyasi  quruluĢu;  III-VII  əsrlərdə  Albaniyada  ideologiya  və 

mədəniyyət)  müəllifi  məhz  S.T.  Yeremyandır.  Təəccüblüsü  odur  ki,  «SSRĠ 

tarixinin  oçerkləri»  kitabı  xronoloji  cəhətdən  III-IX  əsrləri  əhatə  etsə  də, 

S.T.Yeremyanın  müəllifi  olduğu  bölmələrdə  Albaniyanın  yalnız  III-VII  əsrlər 

tarixindən  bəhs  olunub.  Beləliklə  də,  Albaniya  tarixinin  VIII-IX  əsrlərə  aid  çox 




27 

 

mühüm bir dövrü diqqətdən kənarda qalıb. Erməni müəllifinin Albaniyanın III-VII 



əsrlər  tarixinə  dair  bir  çox  mülahizələri  isə  qərəzli,  ziddiyyətli  və  həm  də 

mübahisəlidir.  F.C.Məmmədovanın  təbirincə  desək,  o  Albaniya  tarxinin 

araĢdırılmasına  erməni  mənafeyindən  və  «Böyük  Ermənistan»  prizmasından 

yanaĢıb [157, 48]. Təəssüflər olsun ki, o zaman SSRĠ-nin siyasi rəhbərliyinə yaxın 

olan və həmin kitabın çapına məsul olan tarixçi-alimlər heyəti də S.T.Yeremyanın 

Albaniya  tarixi  adı  altında  əslində  saxta  erməni  tarixi  təqdim  etdiyinə  göz 

yummuĢlar. 

Akademik 

Z.M.Bünyadov, 

albanĢünas 

alimlər 

F.C.Məmmədova, 

K.H.Əliyev,  T.M.Məmmədov  və  digər  Azərbaycan  tarixçiləri  yeri  gəldikcə 

S.T.Yeremyanın Albaniya tarixinə dair ermənipərəst mövqeyini alt-üst edərək ona 

tutarlı  cavab  verdiklərindən  [43;  154;  157;  274],  təkrarən  həmin  məsələlər 

ətrafında  diskussiya  açmağı  artıq  bilirik.  Lakin  onun  Girdiman  tarixinə  dair 

mülahizələrinə  Azərbaycan  tarixĢünaslığında  hələlik  yetərincə  münasibət 

bildirilmədiyindən  həmin  məsələlər  üzərində  bir  qədər  ətraflı  dayanmaq  zərurəti 

var.  Məsələn,  S.T.Yeremyanın  yazdığına  görə  erkən  orta  əsrlərdə  sağ  sahil 

Albaniyası Böyük Ermənistan çarının təyin etdiyi satrap-nahararlar tərəfindən idarə 

olunan  Artsax,  Girdiman  və  Balasakandan  (Kaspi)  ibarət  olmaqla  üç  satraplığa 

bölünmüĢdü  [424,  303].  Erməni  tarixçisinin  fikrincə,  «Girdiman  və  ya 

Girdimanadzor  satraplığı,  indiki  Dilican  və  Göyçə  (Sevan)  rayonları  ərazisindəki 

dağ keçidlərini Ģimaldan olan basqın və hücumlardan qorumalı idi. Bu satraplığın 

mərkəzi  erməni  ArĢakitlərinin  yay  iqamətgahı  olan  Xalxal  yaxınlığındakı 

Girdimanda  (Azərbaycan  Respublikasının  Qazax  rayonu  ərazisində)  idi»  [424, 

303].  Bizcə,  S.T.Yeremyanın  bu  qeydlərində  tək  bir  həqiqət  var.  Bəli,  Girdiman 

hökmdarları  Sasanilərin  (Ermənistanın  yox,  məhz  Sasanilərin!  Ona  görə  ki,  o 

zaman  qismən  müstəqil  siyasət  yeritsə  də,  hər  halda  Albaniya  da  Sasani 

imperiyasının  tərkibində  idi.)  maraqlarına  uyğun  olaraq  dağ  keçidlərini  Ģimaldan 

olan basqınlardan qorumalı idi. Çünki həmin keçidlər birbaĢa Girdiman ərazisinə 

açılırdı.  S.T.Yeremyan isə  Girdimanın  yerini  dəqiq  bilmədiyindən,  yaxud  da  ona 

məhz  bu  cür  sərfəli  olduğundan  Böyük  Qafqaz  əvəzinə  Kiçik  Qafqazın  dağ 

keçidlərindən  bəhs  edib.  Halbuki,  bütün  tədqiqatçılar  tərəfindən  dağ  keçidləri 

dedikdə birmənalı Ģəkildə Böyük Qafqazın dağ keçidləri baĢa düĢülür. Çünki, tarix 

boyu köçərilərin Cənubi Qafqaza, Sasanilərə və Xilafətə qarĢı yönələn basqın və 

hücumları  məhz  oradan  olub.  Fikrimizcə,  S.T.Yeremyanın  Qafqazın  dağ 

keçidlərini  Göyçə  (Sevan)  və  Dilican  ərazisində  görməsi  onun  erməni 

ideologiyasına,  daha  konkret  desək,  saxta  «Böyük  Ermənistan»  ideyasını 

gerçəkləĢdirməyə  xidmət  etmək  cəhdi  kimi  dəyərləndirilməlidir.  Maraqlıdır  ki, 

S.T.Yeremyan  qeydlərinin  bir  yerində  özü  də  hiss  etmədən  Favstos  Buzanda 

istinadən  Girdimanı  Ermənistandan  ayrı  düĢmüĢ  ucqar  Ģimali-Ģərq  vilayəti  kimi 

təqdim edir [425, 311]. Elə isə sual olunur: Ermənistan sərhədlərindən uzaq olan 

«ucqar  Ģimal-Ģərq  vilayəti»  haraya  daha  çox  uyğun  gəlir?!  Yəni,  S.T.Yeremyan 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə