Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə10/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   6   7   8   9   10   11   12   13   ...   179

20 

 

onların  hökmdarlarını  buraya  köçürtdü.  Onlara  müxtəlif  dərəcə  verdi,  hər  birini 



xüsusi  rütbə  ilə  o  birindən  fərqləndirdi,  aralarında  müəyyən  sərhəd  təyin  etdi» 

[236, 51-52]. 

Əl-Məsudinin əsərində Lahıcla bağlı məlumatlara da rast gəlirik. Məsələn: 

«ġirvan torpağına Qabh dağı yanında baĢqa bir məmləkət də həmsərhəddir. Bu yer 

Layzan adlanır. Hökmdarı isə Layzan Ģahdır» [236, 52; 523, 191]. Müəllif davam 

edərək  daha  sonra  yazır:  «...Hal-hazırda  ġirvanı  iĢğal  etmiĢ  və  tutmuĢdur. 

Həmçinin  o,  Muğaniyə  adlanan  məmləkəti  də  zəbt  etmiĢdir»  [236,  52].  Yeri 

gəlmiĢkən onu da deyək ki, əl-Məsudinin əsərində iki «Muğan» barəsində söhbət 

gedir.  Onlardan  birinin  Xəzər  dənizi  sahilində,  digərinin  isə  Qəbələ  ilə  qonĢu 

olduğu,  daha  doğrusu  Göyçay  və  Girdiman  çaylarının  aĢağı  axarı  boyunca  olan 

ərazilərdə olduğu bildirilir. Həm də o, bu Muğanın Xəzər dənizi sahilindəki Muğan 

ölkəsi  ilə  qarıĢdırılmamasını  tövsiyə  edir  [236,  64].  Fikrimizcə,  Ağsu  çayı 

sahilində  Muğanlı  adlı  yaĢayıĢ  məntəqəsinin  olması  faktı  da  orta  əsrlərdə  ġirvan 

ərazisinin  bir  hissəsinin  həqiqətən  Muğan  adlandırıldığına  dair  əl-Məsudinin 

qeydlərinin doğruluğuna dəlalət edir. 

Əl-Məsudinin Azərbaycan barəsindəki daha bir qeydi də maraq doğurur. O, 

yazır:  «Bu  dağın  (Qafqaz  -  Q.C.)  vadi,  keçid  və  dərələrində  yaĢayan  millətlər, 

göylərə  ucalan  əlçatmaz  və  sıldırımlı  dağlardan,  meĢə  və  cəngəlliklərin 

qalınlığından,  yuxarıdan  (dağlardan)  axıb  gələn  suların  coĢqunluğundan,  çay  və 

daĢların  böyüklüyündən  bir-birlərini  tanımırlar  [236,  52].  Əl-Məsudi  qeydlərinin 

mabədini  Lahıcla  bağlayaraq  belə  yazır:  «Məhəmməd  ibn Yəzid həmin  yerlərdən 

Xursan-Ģah və Zədən-Ģahı öz torpaqlarına qatdı... Bu vaxtadək o, ondan əvvəl atası 

baĢqa məmləkətləri deyil, yalnız Layzanı idarə etmiĢdilər» [236, 53]. 

V.F.Minorskinin  fikrincə,  ərəb  müəllifinin  burada  adını  çəkdiyi  «Zədən» 

«Vardan»  kimi  baĢa düĢülməlidir  [523,  192].  Yeri  gəlmiĢkən  deyək  ki, görkəmli 

mənbəĢünas  alim  N.M.Vəlixanlı  da  bu  fikrə  etiraz  etməyib  [236,  64].  Lakin 

Vardanın  yeri  barədə  heç  bir  mülahizə  söyləməyib.  Bizə  belə  gəlir  ki,  burada 

Mehranilərin  nümayəndəsi  olan  Vardan  barədə  söhbət  gedir.  Vardanın  adını 

daĢıyan  yer  isə  Oğuz  rayonu  ərazidəki  «Vardanlı»  kəndidir.  Görünür,  Girdiman 

hökmdarlarının  nüfuzunun  artdığı  dövrdə  həmin  ərazilər  də  Mehranilərin 

mülklərinə daxil olubdur [54; 57]. 

Əbu  Ġshaq  Ġbrahim  ibn  Məhəmməd  əl-Farisi  əl-Ġstəxri  özünün 

«Məmləkətlərin  yolları  kitabı»nda  Azərbaycanın  sərhədləri,  Ģəhərləri,  dağları, 

dəniz və gölləri haqqında məlumat vermiĢ, Ģəhərlər və digər iri yaĢayıĢ məntəqələri 

arasındakı  məsafəni  göstərmiĢdir.  Əsərin  Azərbaycana  aid  hissəsi  akademik 

N.M.Vəlixanlı  tərəfindən  Azərbaycan  dilinə  tərcümə  olunmuĢdur  [236,  85-102]. 

Qeyd  edək  ki,  əl-Ġstəxrinin  əsərində  Girdiman  vilayətinin  tarixinin  tədqiqi 

baxımından  maraq  doğuran  məsələlər  də  vardır.  Məsələn,  əl-Ġstəxri  yazır  ki, 

Bərdədən «1 fərsəxdən də az məsafədə, onunla yaxın münasibətdə olan əl-Əndərab 

adlanan  yer  vardır...  Bura  hər  cür  meyvəli  bostan  və  bağlarla  doludur.  Fındığı 




21 

 

Səmərqənd  fındığından,  Ģabalıdı  əĢ-ġam  Ģabalıdından  daha  yaxĢıdır.  Burada, 



həmçinin, bir cür meyvə yetiĢir ki, onu ruqal (zoğal) adlandırırlar. O, təqribən üvəz 

kimidir.  Bunun  tumları  yetiĢdikdə,  yemək  üçün  Ģirin,  yetiĢməzdən  əvvəl  isə  acı 

olur» [24, 207]. Hesab edirik ki, əl-Ġstəxrinin bu məlumatlarını bilavasitə Girdiman 

ərazilərinə  aid  etmək  olar.  Birincisi,  ona  görə  ki,  Bərdə  yaxınlığında  Ģabalıd  və 

fındığın  bol  olduğu  yer  indiki  Qəbələ,  Oğuz  və  Ġsmayıllı  rayonlarının  ərazisi  ola 

bilərdi. Məlumat üçün bildirək ki, bir çox meyvələrdən fərqli olaraq Ģabalıd heç də 

hər  yerdə  bitmir  və  əgər  bitsə  də  bar  vermir.  ġəxsi  müĢahidələrə  əsasən  deyə 

bilərik  ki,  Ģabalıd meyvəsi  indiki  Azərbaycan ərazisində  ən  çox  Qəbələ  və  Oğuz 

ərazisində rayonlaĢıb,  Ġsmayıllı,  ġəki,  Qax,  Zaqatala  və  Balakən rayonlarında  isə 

nisbətən  az  yayılıb.  Əl-Ġstəxri  Azərbaycan  Ģəhərləri  barəsində  məlumat  verərək 

onları iki qrupa ayırır: 1) böyük Ģəhərlər; 2) kiçik Ģəhərlər. 

Kiçik  Ģəhərlər  sırasında  Beyləqan,  Varsan,  ġamaxı,  ġirvan,  Qəbələ,  ġəki, 

Gəncə,  ġəmkir,  Xunan  və  əl-Abxaz  Ģəhərinin  adını  çəkir  [236,  89].  N.Karaulov 

istisna  olmaqla  1236,  97]  tədqiqatçıların  əksəriyyəti  əl-Abxazın  Lahıca  uyğun 

gəldiyini  yazırlar.  Əl-Ġstəxrinin  yazdığına  görə,  Bərdədən  Bərzəncə  18  fərsəx, 

Bərzəncdən əĢ-ġəmaxiyyəyə 14 fərsəx, əĢ-ġəmaxiyyədən ġirvana 3 gün, ġirvandan 

əl-Abxaza 2 gün yol getmək gərəkdir [236, 91]. Yeri gəlmiĢkən, bəzi tədqiqatçılar 

əl-Ġstəxrinin  adını  çəkdiyi  və  digər  yaĢayıĢ  məntəqələri  ilə  məsafəsini  göstərdiyi 

Ġbn  Kəndman  qalasının  Mehranilər  tərəfindən  tikilən  Girdiman  qalası  olduğunu 

ehtimal edir. Əl-Ġstəxrinin yazdığına görə, Bərdədən Gəncəyə 9 fərsəx, Gəncədən 

ġəmkirə 10 fərsəx, ġəmkirdən Xunana 21 fərsəx, Xunandan Ġbn Kəndman qalasına 

10 fərsəx, oradan Tiflisə isə 12 fərsəxdir [236, 91]. 

Markvart  və  N.Karaulov  əl-Ġstəxri  tərəfindən  xatırlanan  Ġbn  Kəndman 

qalasının  Kürlə  Xram  çaylarının  qovuĢduğu  yerdə  olan  Qız  qalası  olduğunu 

ehtimal  edirlər.  Fikrimizcə,  Ġbn  Kəndman  qalasının  Girdiman  qalası  olduğunu 

düĢünənlər,  sadəcə  olaraq,  bu  adların  zahiri  oxĢarlığına  əsaslanıblar.  Amma 

unudublar ki, əl-Ġstəxri «Kəndman» deyil, «Ġbn Kəndman» qalası barədə məlumat 

verir  [236,  91].  Yəni  «Kəndman»ı,  haradasa,  «Girdiman»la  qarıĢıq  salmaq  olar, 

amma  «Ġbn  Kəndman»ın  qarıĢıq  salınması  qeyri-mümkündür.  Çünki  bu  adlar 

arasında heç zahiri bənzərlik də yoxdur. 

Əl-Ġstəxrinin  davamçısı  və  orta  əsr  Azərbaycan  tarixinə  dair  bir  sıra 

qiymətli  məlumatların  müəllifi  olan  Ġbn  Havqəl  özünün  də  yazdığı  kimi  Ġbn 

Xordadbeh və bir sıra digər səyyah və tarixçilərin əsərlərinə yaxından bələd olub 

və qeydlərində onların məlumatlarından istifadə edib. Onun qeydlərində ġirvan və 

Girdiman  əraziləri  ilə  bağlı  qeydlər  də  öz  əksini  tapıb.  Məsələn,  Ġbn  Havqəlin 

yazdığına görə, bir sıra digər Ģəhərlər kimi, Lahıc da məhsuldar əraziləri, geniĢ və 

yararlı təsərrüfat sahələri ilə diqqəti cəlb edir [236, 110]. Maraqlıdır ki, Ġbn Havqəl 

X əsrdə Ģan-Ģöhrət sahibi olan hökmdarlar arasında Lahıc Ģahının da adını çəkir. O, 

bu  münasibətlə  belə  yazır:  «ġirvanĢah  Məhəmməd  ibn  Əhməd  əl-Əzdi,  sonra  əl-

Abxaz  (akademik  N.Vəlixanlının  fikrincə  burada  Abxaz  əvəzinə  Laican 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə