Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə12/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   8   9   10   11   12   13   14   15   ...   179

24 

 

dair  bir  sıra  məsələlərə  də  münasibət  bildirilib  [663,  359-501].  Xatırladaq  ki, 



mənĢəcə  fransız  olan  Ġ.Ġ.ġopen  XIX  əsrin  20-ci  illərində  Qafqaz  caniĢinliyində 

general  Ġ.F.Paskeviçin  tapĢırığı  əsasında  Albaniya  və  Ermənistanın  tarixi-

coğrafiyasının  tədqiqi  ilə  məĢğul  olub  [9,  559;  334,  140]. Bəri  baĢdan  deyək  ki, 

onun Qafqaz Albaniyasının tarixinə dair mülahizələrinin xeyli hissəsi ya səhvdir, 

yaxud da  birtərəflidir. Məsələn, Ġ.Ġ.ġopen Albaniyanı kasıb  ölkə kimi xarakterizə 

edir [663, 359]. Göründüyü kimi, tənqidə dözümü olmayan bu fikri ondan çox-çox 

əvvəl  Strabon  söyləyib  [617,  477].  ġopenə  görə,  Albaniya  guya  tarixi abidələrin 

mövcudluğu baxımından da kasıb ölkədir. Məsələn, o yazır ki, «burada qədim dövr 

abidələri  yoxdur,  ona  görə  ki,  qədim  vaxtlarda  burada  heç  yaĢayıĢ  da  olmayıb» 

[663,  359].  ġopen  bu  «fikri»  sözsüz  ki,  ermənilərin  Azərbaycana  olan  düĢmən 

münasibətinin təsiri altında qələmə alıb. Xatırladaq ki, o bundan əvvəl Ermənistan 

ərazisindəki  tarixi  abidələri  «öyrənib»  və  1852-ci  ildə  bu  barədə  ayrıca  əsər  çap 

etdirib [334, 140]. 

Ġ.Ġ.ġopenin  Albaniya  tarixinə  dair  qeydlərində  «Girdiman»  termini  ilkin 

olaraq M.Kalankatuklunun «Albaniya tarixi» əsərinin I kitabının V fəslində Ģərhi 

verilən məsələlərlə əlaqədar yada salınır [120, 17; 334, 361]. Daha sonra yenə də 

M.Kalankatukluya  istinadən  Mehranın  30  minlik  ailə  ilə  Ġrandan  qaçaraq 

Albaniyaya  gəlməsi,  Girdiman  vilayətində  Ģəhər  salaraq  orada  məskunlaĢması 

faktını yada salır [120, 101; 334, 366]. 

Ġ.Ġ.ġopenin  ġirvanın  tarixi  ilə  bağlı  qeydləri  də  olduqca  ziddiyyətlidir. 

Məsələn, o, əsərinin bir yerində yazır ki, «ġirvan xanlığı Albaniyanın  cənubi-Ģərq 

hissəsini tutur...» [663, 406]. BaĢqa bir yerdə isə ġirvan Kür çayının mənsəbində 

yerləĢən,  daha  çox  qamıĢlıq  və  bataqlıqdan ibarət  olan  bir ərazi kimi  xarakterizə 

olunur [663, 406]. 

Ġ.Ġ.ġopen  Albaniyaya  daxil  olan  vilayət  və  nahiyələrin,  o  cümlədən 

Girdimanın adını çəkərkən M.Xorenliyə istinad edib və təhriflərə yol verib [529, 

225;  663,  415-416].  Fransız  alimi  öz  əsərinin  Albaniyaya  dair  bölməsinin  xüsusi 

qeydlər  hissəsində  Girdiman  barədə  nisbətən  daha  ətraflı  bəhs  edərək  yazır: 

«Girdiman,  girdimanlılar,  kartmanlılar...onlar  utilərlə  birlikdə  Kürün  hər  iki 

sahilində  yaĢayırlar...  Uti  vilayətinə  daxildir.  Bu  xüsusi  olaraq möhkəmləndirilən 

və  çətin  keçilən  dərə  və  keçidlərlə  dolu  olan  bir  vadidir.  O,  əzəldən  xırda 

knyazlıqlar tərəfindən idarə olunur. V əsrin əvvəllərində orada iĢxan Xors ağalıq 

edirdi. Ərəb istilasından sonra X əsrədək demək olar ki, tam müstəqilliyə nail olub. 

Təqribən 854-cü ildə isə sonuncu Girdiman hakimi olan Qetriç ərəblər tərəfindən 

əsir götürülüb» [663, 483]. 

1864-cü  ildə  A.Yanovskinin  Albaniya  tarixinə  dair  iri  həcmli  məqaləsi 

çapdan  çıxır.  Hansı  ki,  həmin  məqalədə  Girdiman  abidələrinin  bir  qismi  və 

ərazinin qədim toponimləri ilə bağlı müəyyən mülahizələr bildirilib [672]. 

1875-ci  ildə  akademik  B.A.Dornun  Albaniya  tarixinə  dair  ilk  əsəri  çapdan 

çıxır [416]. O, A.Yanovskinin Albaniya ərazisindəki bir sıra toponimlərin izahına 




25 

 

dair mülahizələrində qədim və müasir adların zahiri bənzərliyinə istinad etməsinə 



münasibət  bildirərək  belə  oxĢarlıqları  təsadüfi  hal  kimi  dəyərləndirib.  Akademik 

B.A.Dorn,  həmçinin  özündən  əvvəlki  müəlliflərlə  müqayisədə  Qəbələ  Ģəhərinin 

yerini nisbətən daha dəqiq müəyyən edərək onun Nic kəndi yaxınlığında olduğunu 

bildirib [416, 341]. 

XIX  əsr  tarixĢünaslığında  qafqazĢünaslığa  dair  əsərlər  içərisində 

N.Adontsın  tədqiqatlarının  da  xüsusi  yeri  var.  Xatırladaq  ki,  mənĢə  etibarı  ilə 

erməni  olan  Nikolay  Ter-Avetisyan  Gevorkov  Adonts  1871-ci  ildə  Ermənistanın 

Sisian  rayonunda  doğulub,  keĢiĢ  təhsili  keçib,  Eçmiədzindəki  dini  seminariyanı, 

1894-cü ildə Peterburq Universitetinə daxil olaraq oranı bitirib. Almaniya, Fransa, 

Ġtaliya və Ġngiltərədə ixtisas kursları keçdikdən sonra yenidən Peterburqda imtahan 

verərək erməni Filologiyası üzrə magistr dərəcəsi alıb. 1904-cü ildə Rus Arxeoloji 

Cəmiyyətinin  həqiqi  üzvü  seçilib.  1908-ci  ildə  Sankt-Peterburqda  nəĢr  etdirdiyi 

«Ermənistan  Yustinian  epoxasında»  adlı  monoqrafiyası  onun  magistr 

dissertasiyasıdır [255, 3-20]. BaĢlıca olaraq erməni mənbələri əsasında və erməni 

ruhunda yazılmıĢ bu əsər bütün qüsurlarına baxmayaraq, Albaniya, o cümlədən də 

Girdiman tarixinin bir sıra məsələlərinin, xüsusən də ġərqdə geniĢ yayılmıĢ feodal 

siyasi-inzibati  vahidləri  sisteminin  araĢdırılması  baxımından  dəyərli  tədqiqatdır. 

Onun  mənbə  məlumatlarına  əsaslanaraq  dərc  etdirdiyi  dərəcə  fərmanından  - 

«Qaxnamak»dan  aydın  olur  ki,  Girdiman  nahararı  mövcud  hərbi  qaydalara  görə 

1000 süvari çıxara bilərdi [255, 263]. N.Adontsın əsərində bir neçə yerdə Girdiman 

yepiskopluğunun adı çəkilir [255, 327, 338 və s.]. Onun yazdığına görə «qarqarlar 

Uti,  Girdiman  və  tsovdevlilərin  qonĢusudur»  [255,  424].  N.Adonts  Strabonun 

Albaniyada  müxtəlif  dillərdə  danıĢan  29  xalq  yaĢaması  barədə məlumatına  əlavə 

olaraq onu da bildirir ki, ilk vaxtlar bu xalqlardan hər birinin özünəməxsus xırda 

çarlıqları olub. Beləliklə, erməni tarixçisinə görə, Albaniyada mərkəzləĢmiĢ dövlət 

yaranmazdan əvvəl ən azı 26 xırda çarlıq olub və onlar sonradan birləĢiblər [255, 

408-409]. N.Adontsın Girdiman feodalları olan Mehranilərin nəsli, kökü və onların 

Ġrandakı mövqeyi ilə bağlı araĢdırmaları da maraq doğurur [255, 440-441]. 

Keçən  əsrin  20-30-cu  illərində  tanınmıĢ  rus-sovet  ĢərqĢünasları 

V.V.Bartoldun [33] və A.Y.Krımskinin [476] Albaniya tarixinə dair çapdan çıxan 

əsərləri  də  Girdiman  tarixinin  bəzi  məsələlərinin  araĢdırılması  baxımından 

əhəmiyyət  kəsb  edir.  Lakin  onların  tədqiqatları  da  nöqsan  və  xətalardan  xali 

deyildir. Məsələn, A.Y.Krımskinin 1934-cü ildə çapdan çıxmıĢ məqaləsində əsasən 

Qəbələnin,  qismən  də  ġəkinin  tarixindən  bəhs  olunur  və  beləliklə  də  əslində, 

Albaniya əraziləri ġəki və ġirvanla məhdudlaĢdırılır. Məqalədə, həmçinin antik və 

orta  əsr  müəlliflərinin  Qəbələyə  dair  qeydləri  nəzərdən  keçirilərək  onun 

lokalizəsinə dair Y.S.TkayĢvili və N.Karaulovun fikirlərinə qarĢı çıxılır [476, 369-

384]. 


ġimali  Azərbaycanın  Rusiya  tərkibinə  ilhaq  edilməsindən  keçən  100  il 

ərzində  Qafqaz  Albaniyası  sərhədlərinin  müəyyənləĢdirilməsi  rus-sovet 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   8   9   10   11   12   13   14   15   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə