Azərbaycan mġLLĠ elmlər akademġyasi a. A. Bakixanov adina tarġX Ġnstġtutu



Yüklə 3,89 Mb.
Pdf görüntüsü
səhifə11/179
tarix23.01.2018
ölçüsü3,89 Mb.
#22076
1   ...   7   8   9   10   11   12   13   14   ...   179

22 

 

iĢlədilməlidir  -  Q.C.)  Ģahı  -  onun mülkü  Qabh  dağının  bəzi  qolları  ilə  birləĢir  və 



nahiyələri AbxazĢah adlanır [236, 113]. V.F.Minorskinin fikrincə, müəllif burada 

«əl-Əzdi» yox, «əl-Yezidi» yazmalıydı [523, 88-89]. 

X  əsr  ərəb  səyyah  -  coğrafiyaĢünaslarının  son  və  böyük  nümayəndəsi, 

orijinal  əsərlər  müəllifi  olan  əl-Müqəddəsinin  «Ġqlimlərin  öyrənilməsi  üçün  ən 

yaxĢı  bölgü»  adlı əsərində  dünyanın  bir  sıra  ölkələri ilə  yanaĢı,  Azərbaycanın  da 

vilayət, nahiyə və Ģəhərlərinin ümumi coğrafi təsviri, əhalisi, ticarət, sənətkarlıq və 

təsərrüfat həyatı, dil, din və məiĢəti barədə zəngin məlumat toplanıb. «Axar suları, 

bağları  və  gəzməli  yerləri  olan  ġamaxı,  binaları  daĢdan  tikilmiĢ  böyük  Ģəhər 

ġirvan, gözəl (çiçəkli) düzəngahdakı Varsan..., vilayətin bütün Ģəhərləri kimi səfalı 

yerdə  yerləĢən  Laican...  baĢdan-baĢa  bağ  olan  Muğan  və  baĢqa  Ģəhərlər»  [236, 

128-129].  Görün,  ərəb  müəllifi  Azərbaycan  Ģəhərlərinin  necə  də  poetikcəsinə 

təsvirini  verib.  Maraqlıdır  ki,  müəllif  bir  çox  digər  Ģəhərlər  kimi  Lahıcı  da 

Bərdənin  Ģəhərlərindən  biri  kimi  qələmə  alıb  [236,  129].  Onun  verdiyi  məlumata 

görə,  Bərdicdən  əĢ-ġəmaxiyyəyə  2  mərhələ,  sonra  ġirvana  3  mərhələ,  sonra  əl-

Abxaza  (bəzi  müəlliflər  onun  Lahıc,  bəziləri  isə  Car  olduğunu  güman  edirlər  - 

Q.C.) 2 mərhələ, sonra Samur körpüsünə 2 mərhələ və oradan da Bab-əl-Əbvaba 3 

mərhələdir [236, 136]. 

Digər  orta  əsr  müəllifləri  kimi  əl-Ġdrisinin  (1100-1165-ci  illər)  «Ölkələri 

gəzməkdən  yorulmuĢun  əyləncəsi»  əsərində  də  Qabh  (Qafqaz)  dağının 

keçidlərində  300-dən  çox  qəsr  olduğu  [236,  152]  barədə  məlumat  verilir.  Onun 

qeydlərində  həmçinin,  Lahıcın  adı  çəkilir  və  onun  ətraf  Ģəhərlərlə  məsafəsi 

göstərilir [236, 150]. 

Girdiman vilayətinin tarixi ilə bağlı Ġbn əl-Əsirin (1160-1234) və Yaqut əl-

Həməvinin  əsərlərində  də  müəyyən  məlumatlara  rast  gəlirik.  Onlar  irandilli 

əhalinin  Azərbaycan  ərazilərinə  köçürülməsinə  xüsusilə  daha  geniĢ  yer  ayırıblar 

[27, 164-168; 112, 9; 241, 164-168]. Məsələn, Yaqut əl-Həməvi yazır ki, Bab əl-

Əbvabdan  o  yana  uzanan  dağlarda  70-dən  çox  xalq  yaĢayır,  bunlardan  hər  biri 

ayrıca öz dilində danıĢır və bu dili qonĢular baĢa düĢmür [27, 167]. 

Bəllidir  ki,  Sasani  hökmdarları  imperiyanın  Ģimal  sərhədlərinin 

təhlükəsizliyini təmin etmək baxımından Azərbaycan ərazilərinə xüsusi əhəmiyyət 

verirdilər.  Bu,  ərəb  müəllifinin  qeydlərindən  də  açıq-aydın  hiss  olunur.  Görün, 

Yaqut əl-Həməvi bu barədə nə yazır: «Bu diyarın əhəmiyyətinə görə Sasani Ģahları 

ona  çox  göz  qoyur  və  Ģimal  tayfalarının  basqınlarından  qorxu  çəkərək  oradakı 

bütün iĢləri diqqətlə izləyirdilər.  Buna görə, bu  yeri müdafiə etmək üçün bir sıra 

ölkələrdən  köçürülüb  gələn  və  Ģahların  inandıqları  adamlar  buraya  qarovul 

qoyulmuĢdular»  [27,  167].  Yaqut  əl-Həməvin  qeydlərindən  aydın  olur  ki, 

köçərilərin hücumlarının qarĢısını almaq üçün ləzgilərlə, Ģirvanlılarla yanaĢı, Lahıc 

əhalisindən  də  istifadə  olunurdu.  Əsərdə  deyilir:  «Orada  qarovul  çəkənlərin 

içərisində  tabasaranlı  adlanan  bir  xalq  var,  onun  qonĢuluğunda  filan xalqı,  sayca 

çox  olan  igid  lakz  xalqı,  layzanlar  (lahıclar),  Ģirvanlılar  və  baĢqalarıdır.  Çoxlu 



23 

 

qorxmaz  atlı  və  piyada  döyüĢçüləri  olan  bu  xalqların  hər  birinə  qorumaq  üçün 



ayrıca  yer  verilmiĢdir»  [27,  167].  Əlbəttə,  bütün  bunlar  erkən  orta  əsrlərdə 

imperiyanın Ģimal sərhədlərini möhkəmlətmək və yerli əhali arasında özünə ictimai 

dayaq yaratmaq məqsədilə Sasanilərin geniĢ miqyaslı köçürmə siyasətində maraqlı 

olduğundan xəbər verir. 

 

GĠRDĠMAN TARĠXĠ RUS-SOVET TARĠXġÜNASLIĞINDA 

 

Azərbaycan  ərazisində  zaman-zaman  çox  güclü  dövlətlər  olmuĢdur. 

CavanĢirin, Uzun Həsənin,  I ġah Ġsmayılın və neçə-neçə qeyrilərinin hakimiyyəti 

illərində bu dövlətlər zəmanəsinin ən qüdrətli imperiyaları ilə qarĢı-qarĢıya durmaq 

qüdrətində  olduqlarını  dəfələrlə  hərb  və  siyasət  meydanında  sübuta  yetirmiĢlər. 

Lakin  Azərbaycan  dövlətlərindən  heç  birisi  baĢqa  xalqlara  və  dövlətlərə  qarĢı 

istilaçılıq siyasəti yeritməmiĢdir. Əfsuslar olsun ki, azərbaycanlıların bu münasibəti 

müqabilində qonĢuların Azərbaycana tam fərqli münasibəti olub. Onların paxıllıq, 

gözügötürməzlik,  ərazi  hərisliyi,  riyakarlıq,  hətta  açıq-açığına  düĢmənçilik  etdiyi 

hallar  az  olubmu?  Tarix  özü  bütün  bunlara  Ģahiddir.  Elə  götürək  XIX  əsrin  I 

yarısında baĢ vermiĢ rus-Ġran müharibələrini. Hansı ki, həmin müharibələrdə  əsas 

hədəflərdən  birisi məhz  Azərbaycan  torpaqları  idi.  Bir  çox  qüdrətli  imperiyaların 

zaman-zaman can atdığı Azərbaycan ərazisi nəhayət ki, XIX əsrin I yarısında məhz 

bu  iki  dövlət  tərəfindən  bölüĢdürüldü.  Beləliklə,  10  fevral  1828-ci  il  tarixdə 

imzalanmıĢ Türkmənçay  müqaviləsinə  əsasən  Azərbaycan  iki hissəyə  parçalandı. 

Məhz  o  vaxtdan  baĢlayaraq  Cənubi  Azərbaycanın  tarixi  daha  çox  Ġran 

tarixĢünaslığının,  ġimali  Azərbaycanın  tarixi  isə  əvvəlcə  rus-slavyan,  daha  sonra 

isə  sovet  tarixĢünaslığının  maraq  və  təsir  dairəsinə  düĢdü.  Rus  tarixĢünaslığında 

Albaniya - qədim Azərbaycan tarixinə dair ilk araĢdırmalara da məhz o zamandan 

baĢlanıb  [365].  Bu  baxımdan  F.Kruzenin  1835-ci  ildə  nəĢr  olunan  məqaləsi 

problemin öyrənilməsinə giriĢ kimi dəyərləndirilə bilər [477, 423-438]. Bundan bir 

qədər  sonra  A.Yanovskinin  Qafqaz  Albaniyasına  dair  nisbətən  daha  əhatəli 

məqaləsi  dərc  olunur  [672,  97-203].  Bununla  da  rus  tarixĢünaslığında  ilk  dəfə 

olaraq  Strabonun,  Ptolemeyin,  Plininin,  Moisey  Xorenlinin,  YeqiĢenin  və  bəzi 

digər  qədim  muəlliflərin  Qafqaz  Albaniyası  tarixinə  dair  fikirləri 

ümumiləĢdirilərək onlara münasibət bildirilib. O, Ptolemey tərəfindən adı çəkilən 

29  Ģəhərin  və  4  çayın  müxtəlif  yerli  toponimlərlə  zahiri  uyğunluğunu  əsas 

götürərək  müəyyən  mülahizələr  söyləyib.  O,  həmçinin  ilk  dəfə  olaraq  Qəbələ 

Ģəhərinin nisbətən daha dəqiq koordinatlarını verib. Göründüyü kimi, A.Yanovski 

bu  məqaləsində  Girdiman  tarixindən  bəhs  etməsə  də,  əslində  toxunduğu 

məsələlərin əksəriyyətinin bu problemə birbaĢa aidiyyatı var. 

1866-cı  ildə  qafqazĢünas,  tarixçi  və  etnoqraf  Ġ.Ġ.ġopenin  «Qafqaz  və  onun 

sakinlərinin qədim tarixi barədə yeni qeydlər» adlı əsəri iĢıq üzü görür [663]. Hansı 

ki, bu əsərin «Aqvaniya, Albaniya və Çola» adlanan IV fəslində Girdiman tarixinə 




Yüklə 3,89 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   179




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə