Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə42/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   39   40   41   42   43   44   45   46   47

 
 
133 
üzündən  öpərək,  onları  məhəbbətlə  qucaqlayırdı.  Tükəz  oğlunun 
mənfiliklərini,  nöqsanlarını  öz  gözləri  ilə  gördükdən  sonra  onu 
məzəmmətləyir,  üstündə  kəndin  səfalı  qoynunu  xatırladan  bir  lövhə 
olan  xalçanı  oğluna  uzadaraq  “bu  xalçanı  götür,  as  çarpayının 
dalından  ona  bax…  Məni  unutsan  da,  kəndi  unutma”  -  deyə  onu 
xalqla canlı əlaqə saxlamağa çağırırdı. O, bir ana kimi  yalnız doğru 
yoldan  büdrəyib  çıxmış  oğlu  Zöhrabovu  deyil,  həm  də  bütün 
gəncləri;  Zöhrabov  kimilərin  hamısını  onları  qoynunda  bəsləyən 
Vətənə,  müqəddəs  varlıq  olan  anaya  ülvi  məhəbbətə  səsləyirdi. 
Onları mənalı yaşamağa, vicdanla hərəkət etməyə və onun hökmünə 
qulaq asmağa çağırırdı. 
Uğurlarla  yanaşı,  tamaşanın  bir  sıra  nöqsanları  da  vardı. 
Mətbuat  göstərir  ki,  “Ş.Əbdülkərimov  Rüstəm  rolunda,  F.Namazov 
Atobba  rolunda  birinci  dəfə  səhnəyə  çıxdıqları  üçün  müəyyən 
qüsurlar  buraxırdılar.  Onlar  obrazlarını  yaxşı  əzbərləmədiklərindən 
siflyorun dediyi sözləri tez qavraya bilmirdilər. Hərəkətlərində qeyri-
təbiilik özünü biruzə verirdi. İstedadlı artist Ə.Orucov komik rollarda 
çox  bacarıqla  çıxış  etdiyi  halda,  çox  da  komik  olmayan  Abdulla 
rolunda  təbii  oynamırdı.  Kənd  Təsərrüfatı  Texnikumunun  tələbəsi 
Z.Telyakova Tükəz rolunda çox təbii oynadığı halda, Şəlalə rolunda 
sönüklük göstərirdi” (3). 
Tamaşanın quruluşunda, tərtibatında və qrimində də nöqsanlar 
diqqəti  cəlb  edirdi.  Ə.Abdullayev  “Nuxa  fəhləsi”  qəzetində  nəşr 
olunmuş  məqaləsində  yazır:  „Rəssam  Qazıyev  parkı  çox  süni 
çəkmişdir.  Belə  ki,  park  boz  torpaq  üzərində  təkcə  bir  çiçək 
şəklindən, iki cüt  gül  dibçəyindən və iki oturacaqdan ibarətdir” (3). 
Sultan Zöhrabov birinci pərdədəki qrimi ilə axırıncı pərdədə də eyni 
ilə  qalırdı.  Onun  arvadı  Xalidə  bütün  tamaşa  boyu  eyni  paltarda 
oynayırdı,  iztirab  çəkməsinə  baxmayaraq  sifət  cizgiləri  dəyişmirdi. 
Şəlalə və Fəxrəddin də axıra kimi eyni paltarda çıxış edirdilər. 
Bütün  sadaladığımız  nöqsanlara  baxmayaraq  “Vicdan” 
tamaşası Nuxa xalq teatrının gərgin zəhmətinin nəticəsi kimi müsbət 
qiymətləndirilmişdir. 
B.Vahabzadənin  Şəki  tamaşaçıları  ilə  daha  bir  görüşü  artıq 
peşəkar  teatrda,  həm  də  tamamən  yeni  zamanlarda  baş  tutmuşdur. 
Belə ki, 2003-cü ilin iyulunda Sabit Rəhman adına Şəki Dövlət Dram 


 
 
134 
Teatrı  Bəxtiyar  Vahabzadənin  müasir  və  aktual  mövzuda  “Cəzasız 
günah”  pyesini  tamaşaçıların  ixtiyarına  verdi.  B.Vahabzadənin 
müasir həyatda rast gəldiyimiz mənfiliklərdən, naqis hallardan birinə 
-  biganəliyə  həsr  olunan  “Cəzasız  günah”  pyesi  Şəki  teatrı 
aktyorlarının  marağını  çəkdiyindən  tamaşa  şövqlə,  həvəslə 
hazırlanmışdı.  Bu  əsər  həm  müəllifin,  həm  də  rejissor  Əbülfət 
Salahovun, rəssam Söhrab Ərəbovun, bəstəkar İlqar Saatovun gərgin 
yaradıcılıq  əməyinin  bəhrəsiydi.  Tamaşada  bütün  ifaçılar  üçün 
sevindirici  cəhət  idi  ki,  kollektivin  hər  bir  üzvü  öz  üslubunu,  öz 
yolunu tapmağa, təqlidçiliyə uymamağa çalışırdı. 
Tamaşanın  quruluşunu  Əbülfəz  Salahov  vermişdi.  Tamaşa 
bugünün  mənzərəsini  bütün  çılpaqlığı  ilə  əks  etdirmək  baxımından 
təsirliydi.  Zaman  güzgüsündə  özümüzü  özümüzə  göstərmək  istəyən 
rejissor  cəza  və  günah  fəlsəfəsinə  müraciət  edir,  buna  hadisələrin 
təsviri  fonunda  nəzər salırdı.  Rejissorun tamaşada  göstərdiyi  klinika 
günahsızların  cəza  koloniyası  kimi  təqdim  olunurdu.  Düşünən 
beyinlərin sıxıldığı, xəstələrin sağalmaq ümidindən əllərini üzdükləri 
iyrənc  bir  mühitə  baxmaq  tamaşaçılar  üçün  də  əsl  bir  “cəza”ya 
çevrilir,  içlərini  təlatümə  gətirirdi.  Bu  “cəza”nı  çəkdirən  klinikanın 
müdiri (Salman Tahirov) obrazını Hikmət Nəbiyev oynayırdı. Onun 
jestləri  -  yerişi,  duruşu,  mimika  və  hərəkətləri,  patetik  çıxışları 
özündən  razı  adamların  necəliyindən  xəbər  verirdi.  Amiranə  həyat 
tərzinə öyrəşmiş Salman Tahirov (Hikmət Nəbiyev) kinlə yoğrulmuş 
bir şəxsiyyətdir. Vaxtilə xahişini yerinə yetirmədiyi bir adamın uzun 
illərdən  sonra  xəstələnməsindən  istifadə  edərək,  yersiz  atmacalarla 
onu ürək infaktına mübtəla edir, öz əməllərindən həzz alırdı.  
Salman  Tahirovun  bank  müdiri  işləyən  oğlu  cinayət  edərək 
həbs  olunur.  Behcətin  qardaşı  təftiş  komitəsinin  sədri  olduğu  üçün 
Salman ondan xahiş edir ki, qardaşı bu işi yoluna qoysun, yəni oğlun 
təmizə  çıxarsın.  Behcətin  qardaşı  onun  xahişini  rədd  etdiyi  üçün, 
professor  da  həmin  gündən  Behcəti  gözümçıxdıya  salır.  Toğrulun 
kəşf etdiyi preparatdan danışarkən Salman Tahirov deyir:  “Mən onu 
otuz  ildir  tanıyıram.  O,  mənə  inanmadı…  Getdi  kənarda  müdafiə 
elədi…  Nəticəsi?  Buyur.  Ali  Attestasiya  Komissiyasından  əsərini 
veriblər mənə rəy üçün. O, bircə şeyi bilmədi ki, örkən nə qədər uzun 


 
 
135 
olsa,  yenə  gəlib  doğanaqdan  keçəcək…  Bəli,  bunu  hamınız 
bilməlisiniz…” (129, 80).  
Klinikada  fəaliyyət  göstərən  həkimlər  daxildə  və  xaricdə 
keçirilən elmi sessiyalarda ondan icazəsiz çıxış edə bilməzlər. Gənc 
həkim  Toğrulun  sıxışdırılması  da  məhz  onun  Londonda  yaşayan 
Nevrologiya İnstitutunun direktoru Con Drayzer ilə simpoiuzumlarda 
görüşməsi  ilə  bağlıdır.  Salman  Tahirov  heç  bir  vicdan  əzabı 
çəkmədən  otuz  il  birgə  işlədiyi  Behcətin  ağır  xəstə  olmasına 
baxmayaraq,  onu  stresə  salan  iki  xəbər  çatdırır.  Başqasının  adı  ilə 
qardaşının  işdən  qovulduğunu  və  cinayətə  cəlb  olunduğunu  xəbər 
verir.  Hələ  bu  azmış  kimi  Salman  Tahirovun  dissertasiyaya  yazdığı 
rəyə  əsasən  Attestasiya  Komissiyası  Behcətin  işini  ləğv  etməsi 
haqqında  məktubu  alan  kimi  mənəvi  zərbəyə  dözməyib,  dünyasını 
dəyişir. 
Tamaşada Toğrul həkim obrazını rejissor Əbülfət Salahov özü 
oynayırdı.  Toğrul  həkimin  ixtira  etdiyi  yeni  preparat  bədxassəli 
hipertoniyanı  ölüm  qorxusu  törətməyən  adi  hipertoniyaya  çevirir. 
Lakin  sınaqdan  çıxmayan  bu  preparatı  xəstəyə  verməyə  qorxan 
Toğrul  həkim  iki  sual  qarşısında  qalırdı:  “bəlkə  Aysel  haqlıdır? 
Bəlkə mən bu addımı atmalıyam? Bəlkə insanlıq qanunun aliliyindən 
yuxarıdır?  Amma  düzü  budur  ki,  mən  bu  addımı  atmamağımla 
Behcəti deyil, özümü düşünürəm. Çünki həbsə məhkum olunmaqdan 
qorxuram.  Ölümə  məhkum  olunmaq  dəhşətlidir,  yoxsa  həbsə 
məhkum  olunmaq?  Əgər  mən  doğrudan  da  namuslu  adamamsa, 
həbsə  məhkum  olunmaqdan  qorxmayıb,  ölümə  məhkum  olunmuş 
gözəl  bir  insanın  ölümdən  xilas  olmaq  şansından  imtina 
etməməliyəm.  Bəli,  əsl  söz  budur”  (129,  69)  deyərək  qərar  verdiyi 
dəmdə qarşısına Aysel çıxırdı. “Doktor, sənə ehtiyac qalmadı. Sınağı 
özüm apardım”. Sınağı Ayselin aparmasına baxmayaraq bunu Toğrul 
həkim öz boynuna çəkir, Behcətin müalicəsi ilə də özü məşğul olur.  
Preparatın  yaxşı  nəticə  verdiyini  görən  Salman  Tahirov 
Behcətin  adını  bir  müəllif  kimi  qəbul  etmir.  Salman  Tahirovun 
haqsızlığına və zorakılığına qarşı mübarizə aparan Toğrul həkim özü 
də gərgin əsəb keçirərək xəstəxanaya düşür. Behcətin ölüm xəbərini 
eşidən  Toğrul  həmin  preparatdan  özü  də  qəbul  edir.  Bununla  da  öz 
vicdanı  qarşısında  öz  cəzasını  özü  verir.  Lakin  Londonda  sınaqdan 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə