Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə45/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   39   40   41   42   43   44   45   46   47

 
 
142 
11.  “Fəryad”  pyesi  fəlsəfi  dram  janrına  meyl  edir.  Dramatik 
kolliziya  əsərdə  başlıca  olaraq,  insanın  daxilində,  düşüncə  və 
mühakimələrində  gedir.  Əsərdə  saray  çirkabına  qarşı  duranlar 
həqiqət  aşiqləridir.  Pyesin  səhnə  yozumunu  vermiş  Hüseynağa 
Atakişiyevin  dəqiq,  səriştəli  quruluşunda,  yaxşı  seçilmiş  aktyor 
ansamblının  oyununda  bu  qarşıdurma  parlaq  şəkildə  təcəssüm 
tapır.  Tamaşa  alçalan  və  alçaldılan  insanlıq  fəlsəfəsinə  qarşı 
nəsimiçiliyin  qələbəsi  ilə  bitir.  Rejissor  təfsiri,  aktyor  oyunu, 
bəstəkar  musiqisi,  rəssam  tərtibatı  və  ümumən  teatrın  bütün 
kollektivinin  işi  vəhdət  yaradaraq,  uzaq  keçmişimizi  bu 
günümüzlə  bağlayan  gözəl  bir  tamaşanın  ortaya  çıxmasına  səbəb 
olmuşdur; 
12.Ölkəmiz 
müstəqillik  əldə  etdikdən  sonra,  milli 
vətəndaşlıq 
mövqeyi  ilə  həmişə  seçilmiş  B.Vahabzadə 
yaradıcılığında yeni mövzular geniş yer alır. Milli tarixin  əvvəllər 
qadağa  qoyulmuş  səhifələrinə  baş  vuran  şair-dramaturq  
Azərbaycan  varlığınının  dərin  qatlarına  nüfuz  edir.  İlk  tamaşası 
1998-ci  il  aprelin  10-da  rejissor  Ağakişi  Kazımovun  quruluşunda 
Akademik  Milli  Dram  Teatrında  göstərilən  “Özümüzü  kəsən 
qılınc”  (“Göytürklər”)  tarixi  pyesi  məhz  bu  yaradıcılıq 
axtarışlarının  bəhrəsi  kimi  meydana  gəlmişdir.  Tarixi  faktlar 
əsasında  yazılan  pyesdə  tarixi  şəxsiyyət  olan  Gur  Şadın  Birinci 
Göytürk dövlətinin istiqlalı uğrunda mübarizəsindən söz açılır. A. 
Kazımovun  monumental  üslubda  quruluş  verdiyi  tamaşanın  əsas 
ideyası  özümüzü  kəsən  gözəgörünməz  qılıncların  kimlərin  əlində 
olduğunu üzə çıxarmaqdan ibarətdir; 
13.  B.Vahabzadə  müstəqillik  illərində  tamaşaya  qoyulmuş 
“Dar  ağacı”  tarixi  faciəsində    vaxtilə  C.Cabbarlının  “Od  gəlini” 
pyesində  aktuallaşdırdığı  Babək  mövzusunu  yenidən,  daha 
təfərrüatlı  işləməyə  imkan  tapır.  O,  xüsusən  Aqşinlə  bağlı  süjetin  
açılmasına  pyesin  ideyasında  mühüm  əhəmiyyət  verir.Rejissor 
A.Kazımov  „Dar  ağacı‟nda  müəllif  fikrinə  dəstək  olaraq,  konkret 
tarixi  şəraitdə  insan  xarakterlərinin  gücü,  həqiqəti,  ehtiraslı 
çarpışmalarına  diqqət  yetirmiş,  yaradıcılığına  xas  monumentallıq 
nümayiş  etdirirmişdir.  Tamaşa  xalq  və  Vətən  amalına  xəyanət 
edənlərə mənəvi dar ağacı qurur, onları məhşər ayağına çəkirdi.  


 
 
143 
14.  B.Vahabzadənin  tarixlə  müasirliyi  sintez  edən  “Atamın 
kitabı”  pyesi  C.Məmmədquluzadənin  “Anamın  kitabı”  əsərinə 
nəzirə  təsiri  bağışlayır.  Günün  aktual  ictimai  hadisələrindən 
mövzu  alan  pyes  eyni  zamanda  sanki  təkrarlanan  tarixdən  ibrət 
almağa  çağırır.  Azərbaycan  Dövlət  Gənclər  Teatrında  rejissor 
Hüseynağa  Atakişiyev  tərəfindən  tamaşaya  qoyulmuş  pyes 
dramaturq sözünün müasirlərimizə çatdırılması missiyasını  yerinə 
yetirir.  
15.  B.Vahabzadənin  tarixi  mövzulu  pyeslərinin  səhnə  həlli 
teatrımıza  yeni,        qəhrəmanlıq  və  mübarizə  ruhu  ilə  nəfəs  alan 
tamaşalar bəxş etmiş, milli rejissor və aktyorluq məktəbinin əsaslı 
ənənələr üzərində inkişafına daha da rəvac vermişdir. 
       16.  Bəxtiyar  Vahabzadənin  pyesləri  Bakı  teatrları  ilə  yanaşı, 
Azərbaycanın müxtəlif teatrlarında da səhnəyə qoyularaq, milli səhnə 
sənətinin inkişafına böyük təsir gostərmişdir
       17.  Şair-dramaturqun  əsərləri  Akademik  Milli  Dram  Teatrından 
başqa,  Gəncə  Dövlət  Dram  Teatrında  (“Vicdan”),  Naxçıvan  Dövlət 
Musiqili  Dram  Teatrında  (“Ədalət”,  “Yağışdan  sonra”),  Lənkəran 
Dövlət  Dram  Teatrında(“Yağışdan  sonra”),  Şəki  Dövlət  Dram 
Teatrında  (“Cəzasız  günah”)  və  xalq  teatrında  (“Vicdan”),  Ağdam 
Dövlət  Dram  Teatrında  (“Vicdan”)  oynanaraq,  ən  müxtəlif  təfsirlər 
tapmış,  teatr  tariximizi  zənginləşdirmişdir.  Bu,  bir  yandan 
dramaturqun  böyük  səhnəyə  yol  tapmasına  rəvac  verərək,  teatrla 
ünsiyyətinə, tədricən təkmilləşməsinə səbəb olmuşsa, digər tərəfdən 
yetkin  dramaturq  sözünün  (“Yağışdan  sonra”,  “Cəzasız  günah”) 
geniş auditoriyalara təsir imkanlarını artırmışdır; 
        18.  Əyalət  dövlət  teatrlarında  B.Vahabzadənin  dram  əsərlərinə 
(“Ədalət”, “Yağışdan sonra”) Nəsir Sadıqzadə kimi özünəxas üsluba 
malik,  həmçinin  Hüseyn  Sultanov  (“Vicdan”),  Heydər  Şəmsizadə 
(“Vicdan”),  Əbülfət  Salahov  (“Cəzasız  günah”)  kimi  istedadlı 
rejissorlar  səhnə  quruluşu  vermiş,  bir  çox  istedadlı  aktyorların 
püxtələşməsində,  böyük  səhnəyə  yol  tapmasında,  məşhurlaşaraq 
fəxri adlar qazanmasında həmin tamaşaların da payı olmuşdur. 
        19.  B.Vahabzadənin  dramaturgiyası  ötən  əsrin  ikinci  yarısı  və 
əsrimizin  əvvəllərində  milli  teatr  hərəkatının  genişlənməsində 
məxsusi  rol  oynamış,  milli  mədəniyyətimizin  inkişafına  xidmət 
etmişdir;  
 
 
 


 
 
144 
ƏDƏBĠYYAT 
 
Azərbaycan dilində 
 
1.
 
Abbaszadə  H.  Türk  özünə  qayıdanda.  /Ədəbiyyat.  Bakı: 
24 aprel 1998,       № 16 (3089).  
2.
 
Abdullayev  C.  Mənzum  dramaturgiya  ustalığı.  Bakı: 
Yazıçı, 1986, 318s. 
3.
 
Abdullayev  Ə.  “Vicdan”  pyesi  haqqında.  /Nuxa  fəhləsi. 
Bakı: 13 mart 1960, № 31.  
4.
 
Abdullayev  K.  Şairin  özü,  sözü.  /Ədəbiyyat  və 
incəsənət.Bakı: 20 mart 1987, № 12 (2251). 
5.
 
Abdullayev M. Bəxtiyarı düşünürəm. //Azərbaycan. Bakı: 
1975, №10, s.159-164. 
6.
 
Ağayev  Ə.  Yağışdan  sonra.  /Kommunist.  Bakı:  9  iyul 
1971, № 160 (14765). 
7.
 
Ağayeva  M.  “Atalar  və  oğullar  problemi”.  Teatr 
dramaturgiyası  əsasında.  //İncəsənət  və  mədəniyyət 
problemləri. Bakı: 2009, № 1 (31), с.338-342. 
8.
 
Ağayeva  M.  Bəxtiyar  Vahabzadə  yaradıcılığında 
qəhrəman  qadın  obrazları.  //İncəsənət  və  mədəniyyət 
problemləri. Bakı: 2009, № 1-2 (27-28), с.305-308. 
9.
 
Ağayeva M. “İkinci səs” pyesinin səhnə təcəssümü. //Dil 
və ədəbiyyat. Bakı: 2008, № 3 (63), с.245-247. 
10.
 
Ağayeva M. Qəhrəmanlığa çağıran tamaşa. //Mədəniyyət 
dünyası. Bakı: 2009, № XVII, с.114-117. 
11.
 
Ağayeva  M.  Mənəviyyatın  və  əxlaqi  keyfiyyətlərin 
təcəssümü.  //Dil  və  ədəbiyyat.  Bakı:  2009,  №  1  (67), 
с.211-213. 
12.
 
Ağayeva  M.  “Vicdan”  pyesi  Gəncə  Dövlət  Dram 
Teatrının səhnəsində. //Dil və ədəbiyyat. Bakı: 2010, № 3 
(74), с.149-151.  
13.
 
Allahrverdiyev  M.  Müasir  teatrda  ənənə  və  novatorluq 
məsələləri. Bakı: Azərnəşr, 1974, 100 s. 
14.
 
Allahverdiyev  M.  Teatr  tənqidi  və  müasirlik.  Bakı: 
Maarif, 1990, 188 s. 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə