Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə40/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   36   37   38   39   40   41   42   43   ...   47

 
 
127 
professor İlham Rəhimli “Naxçıvan teatrı” kitabında  yazır: “Şair-
dramaturq  Bəxtiyar  Vahabzadənin  “Yağışdan  sonra”  dramı 
müəllifin  səhnə  əsərləri  arasında  özünün  bədii  bütövlüyü  və  janr 
səciyyələrinə  uyğunluğu  ilə  seçilir.  Öz  yaradıcılığında  psixoloji 
dərinliyə  həmişə  üstünlük  verən  rejissor  Nəsir  Sadıqzadə  bu 
pyesin Naxçıvan teatrındakı tamaşasının quruluşunu lirik-psixoloji 
üslubun estetik prinsipləri əsasında həll etmişdi. İstisnasız olaraq, 
ifaçıların  hamısı  üslub-janr  dəqiqliyini  öz  obrazlarının  bədii 
xüsusiyyətləri  dairəsində  dəqiqliklə  tamaşaçılara  çatıdırırdılar. 
Rəssam  Məmməd  Qasımovun  tərtibatındakı  sadə  və  mənalı 
obrazlılıq,  bəstəkar  Emin  Sabitoğlunun  lakonik  və  lirik-dramatik 
musiqisi 
“Yağışdan 
sonra” 
tamaşasının 
məzmun-forma 
bütövlüyünü tamamlayırdı” (102, 244). 
Hüseyn Razi “Şərq qapısı” qəzetində dərc olunan “Yağışdan 
sonra”  adlı  məqaləsində  yazırdı:”  Tanınmış  rejissor  Nəsir 
Sadıqzadə  respublikamızın  müxtəlif  teatrlarında,  o  cümlədən 
Naxçıvan  səhnəsində  maraqlı  tamaşalar  yaratmışdır.  “Yağışdan 
sonra”  isə  onun  gözəl  yaradıcılıq  nailiyyəti  sayıla  bilər.  Rejissor 
əsərin  müasirlik  pafosunu,  ailə,  əxlaq  və  məişət  motivlərini,  əsil 
məhəbbətə  əsaslanan  lirik  vurğusunu,  ictimai  siyasi  və  fəlsəfi 
dəyərini,  rəmzi  məna  çalarlarını  yaxşı duymuş, gözəl mizanlar və 
tapıntılarla  səhnələri  cilalamış,  yaradıcı  kollektivlə  səmərəli 
işləyib  dolğun  və  mündəricəli  tamaşa  yaratmağa  nail  olmuşdur” 
(42). 
Heç 
şübhəsiz 
ki, 
“Yağışdan 
sonra” 
tamaşasının 
müvəffəqiyyətində  Zəroş  Həmzəyevanın  (Nihal),  Məmməd 
Quliyevin  (Aslan),  İbrahim  Həmzəyev  və  İsa  Musayevin  (Qədim 
bəy),  Zenfira  Əliyevanın  (Reyhan),  Qurban  Ələkbərovun 
(Cığatay),  Nazir  Əliyevin  (Rüstəm),  Münəvvər  Əliyevanın 
(Qərənfil),  Yusif  Haqverdiyevin  (Prorab),  Əkbər  Qardaşbəyovun 
(Əmin)  emosional  oyun  tərzlərinin,  düşünülmüş  səhnə 
davranışlarının rolu böyük olmuşdur. 
Xalq  artisti  Zəroş  Həmzəyeva  Nihalın  həyat  fəlsəfəsini 
tamaşaçıya  çatdırmaq  üçün  düşünülmüş,  mənalı  boyalar  tapırdı. 
İlk  səhnələrdə  Nihal  (Z.Həmzəyeva)  məhəbbətin  qüdrətini  daxili 
yanğı, dərin pafos və müdrik hökmlərlə açıb göstərirdi. O, surətin 


 
 
128 
daxilindəki  ziddiyyətləri  elə  məharətlə  pərdələyirdi  ki,  tamaşaçı 
Nihalın  bəxtsiz  taleyinə  acıyırdı.  Son  səhnələrdə  Nihalın  Aslanla 
eşq macərasının iç üzü bütün çılpaqlığı ilə görünürdü. 
Zavod  direktoru  olan  Aslanın  mənəvi  naqisliyi  və 
eybəcərliyini  əməkdar  artist  Məmməd  Quliyev  tamaşaçıya 
açıqlıqla  çatdıra  bilirdi.  M.Quliyev  Aslan  obrazının  həm  ictimai, 
həm  də  fərdi  xarakterini,  onun  zahiri  hərəkətləri  ilə  daxili 
məzmunu,  əməlləri  arasındakı  uçurumu,  ziddiyyətləri  ustalıqla 
açırdı.  O,  tabeliyində  olan  kollektivə  laqeyd,  insanlara  qarşı 
etinasızdır.  Öz  mühəndis  dostu  Əminin  arvadı  Nihalla  saxta  eşq 
macərası  yaşayan  Aslan  eyni  zamanda  tamaşada  vəzifə  və  stol 
naminə  hər  şeyi  etməyə  hazır  olan  bir  şəxs  kimi  görünür.  O, 
təbiətə qarşı da laqeyiddir. Mühəndis Rüstəm (N.Əliyev) zavodun 
ətraf  mühiti  və  havanı  korlamasına  qarşı  tədbirlər  hazırlamısını 
tələb  edərkən  Aslan  (M.Quliyev)  “mənə  plan  lazımdır‟,  -  deyə 
qəzəblə  qışqırırdı.  Aktyor  M.Quliyev  öz  işinin  mahir  ustası  olan 
bu  adamın  xəbis,  ikiüzlü  simasını  aydın  ifadə  vasitələri  ilə 
təcəssüm etdirirdi. 
Tamaşada  yaşına,  müdrikliyinə,  zəngin  mənəvi  dünyasına 
görə  ön  sırada  duran  Qədimbəy  obrazını  xalq  artisti  İbrahim 
Həmzəyev  ifa  edirdi.  O,  xeyirxah  baba,  nəcib  insan,  dəyanətli  el 
ağsaqqalıdır.  Qədimbəyə  görə  insanları  qohumluq  dərəcəsi  ilə 
deyil,  cəmiyyətdəki  dəyərinə  görə  qiymətləndirmək  lazımdır.  O, 
nəvəsi  Cığatayla  Reyhanın  sevgisini  qorumaq  üçün  fədakarlıq 
göstərəndə  də,  saxta  əməllərinə  görə  oğlu  Aslana  “Sənə  bu 
torpağın  çörəyi  haram  olsun”  deyəndə  də,  Nihalın  faciəsini 
görəndə də xeyirxah və alicənabdır. Tamaşanın əvvəlindən sonuna 
kimi  Qədimbəy  -  İ.Həmzəyev  hadisələrin  aparıcı  xəttində 
dayanaraq,  sambalı  və  davranışı,  dərin  mənalı  sözləri,  ictimai 
həyata  fəal  münasibəti  ilə  fərqlənirdi.  Tamaşada  İ.Həmzəyev 
mütərəqqi 
işıqlı 
keçmişlə 
bu 
günü 
tarazlaşdıran 
və 
münasibətlərimizi gələcək naminə  yüksəlişə səsləyən müdrik-igid 
babalarımızın əyilməz və dönməz xarakterini yaradırdı.  
Reyhan  surətinin  mənəvi  keyfiyyətləri  Zenfira  Əliyevanın 
təbii  və  coşqun  ifasında  öz  əksini  tapırdı.  Reyhan  (Z.Əliyeva) 
bacısının eşq macərasını duyduqda çılğın bir nifrətlə üsyan edirdi. 


 
 
129 
Onun  üçün  həyatda  eşq  və  sədaqət  sözlərinin  dəyişilməz  bir 
mənası  var  idi.  Bu  da  sevginin  keşiyində  durmaq,  ürəyə  heç  bir 
saxta  duyğunun  yol  tapmasına  yol  verməmək  demək  idi.  Reyhan 
Nihalın  halına  acımaqla  bərabər,  onun  nicatını  ancaq  səmimi 
etirafda,  ərinə  və  uşağına  bağlılıqda  görürdü.  Bacısına  görə  ona 
tənələr  yağdırıldıqda  Reyhan  Cığataya  bəslədiyi  odlu  məhəbbətə 
baxmayaraq,  öz  mənliyinin  və  qızlıq  qürurunun  müdafəsinə 
qalxırdı.  Bütün  bu  səhnələr  Z.Əliyevanın  istedadlı  ifasında 
inandırıcı  idi.  Z.Əliyeva  Reyhanı  bütün  zahiri  və  mənəvi 
gözəllikləri ilə tamaşaçıya sevdirirdi. 
Reyhanın  taleyini  bağlamaq  istədiyi  Cığatay  da  öz  sevgilisi 
kimi  təmiz,  nəcib  qəlbli  bir  gəncdir.  O,  atası  Aslanın  təzyiq  və 
tələblərinə  rəğmən  həyatda  öz  yerini  tutmağa,  müstəqil  yolla 
getməyə 
çalışır,  fikrindən,  əqidəsindən  dönmür.  Qurban 
Ələkbərov Cığatay obrazını təbii və mənalı boyalarla əks etdirirdi. 
Cığatay  (Q.Ələkbərov)  atasından  Nihal  haqqında  acı  sözlər 
eşidəndə  belə  Reyhana  məhəbbəti  soyumur,  sınaqdan  keçərək 
daha  da  möhkəmlənir.  Onun  fikrincə,  sevənlər  heç  bir  zaman 
yalan danışmamalı, bütün çətin sınaqlarda acı etirafı riyadan üstün 
tutmalıdırlar.  Q.Ələkbərov  səhnədən-səhnəyə  dəyişib  təkmilləşən 
Cığatayın  fərdi-psixoloji  aləminin  incəliklərini  məharətlə 
canlandırırdı. 
Ümumiyyətlə,  Nazir  Əliyevin  (Rüstəm),  Münəvvər 
Əliyevanın  (Qərənfil),  Yusif  Haqverdiyevin  (Əmin)  istedadlı 
çıxışları yeni ifa cizgiləri ilə yadda qalırdı. Hər üç aktyor səhnədə 
həssas  idilər,  gözəl  oyunlari  ilə  obrazların  psixoloji  vəziyyətini 
inandırıcı,  dəqiq  və  dolğun  canlandırmaqla  tamaşanın  təsir 
qüvvəsini xeyli artırırdılar. 
Təbii  ki,  tamaşanın  müəyyən  qüsurları  da  var  idi.  Teatr 
tənqidinin  diqqət  cəlb  etdiyi  belə  məqamlar  Cığatay  rolunu 
oynayan  Qurban  Ələkbərovun,  Nihal  rolunu  oynayan  Zəroş 
Həmzəyevanın  ifasında  müşahidə  olunmuşdu.  Q.Ələkbərovun 
tələffüzündə  müəyyən  nöqsanlar,  Zəroş  Həmzəyevanın  bəzi 
hallarda həyəcan və təlaş içində tələsməsi sözlərin dəqiq ifadəsini 
çətinləşdirir, tamaşanın aydın qavranmasına xələl gətirirdi. Aktyor 
ifaları  barədə  tənqid  belə  yazırdı:  “Ələkbər  Qardaşbəyov 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə