Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə39/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   35   36   37   38   39   40   41   42   ...   47

 
 
124 
3.2. BəĢəri ideyaları əks etdirən pyeslər Naxçıvan                                            
 
                                 səhnəsində 
 
 1959-cu  ildə  M.F.Axundov  adına  Naxçıvan  Dövlət  Dram 
Teatrı (1964-cü ildən C.Məmmədquluzadə adına Naxçıvan Dövlət 
Musiqili Dram Teatrı) B.Vahabzadənin “Ədalət” pyesini tamaşaya 
qoydu.  “Ədalət”  mənzum  pyesini  şair-dramaturq  şifahi  xalq 
ədəbiyyatından  istifadə  edərək,  qələmə  almışdı.  Pyesdəki 
yığcamlıq,  konflikt  və  xarakterlərin  inandırıcılığı  tamaşanın  da 
uğurunu  şərtləndirmişdi  .  Əsərdəki  hadisələr  həyati  problemlərə 
toxunurdu,  süjet  xətti  aydın  idi.  Obrazların  hər  biri  öz  xarakter 
cizgiləri,  səciyyəvi  xüsusiyyətləri  ilə  seçilirdilər:  dil  sadə  və  səlis 
idi.  Məşhur  Fransız  yazıçısı  və  nəzəriyyəçisi  Bualo  (1636-1711) 
deyib  ki,  “Qələmə  aldığın  əhvalatı  həmişə  incə  və  qəşəng  bir 
sadəlikdə  nağıl  etməyə  çalış.  Elə  et  ki,  bəzəksiz,  düzəksiz  xoşa 
gələsən” (19, 31). Rus dramaturqu Konstantin Andreyev Trenyova 
(1876-1945) görə: “Əgər məndən soruşsalar ki, dramda  ən başlıca 
və  əsas  nədir?  Cavab  verərəm  -  dil.  Dil  dram  əsərinin  başlıca 
spesifik  silahıdır.  Onun  gücü  də,  zəifliyi  də  dildədir”  (157,  6). 
“Ədalət”  pyesinin  dili  şairanəliyi  də  xeyli  dərəcədə  onun 
müvəffəqiyyətini təmin edirdi. 
Əsərin  süjeti  belədir  ki,  Səlim  şah  ölkənin  taleyini  vəzirinə 
tarşıraraq eyşi-işrətə qurşanır. Xalqın yaxın dostu dəmirçi İmranın 
qətlinə fərman verir; amma keçirdiyi mənasız günlər, rəzil əməllər 
onu  getdikcə  bezdirir.  Bir  gün  naxırçı  qızı  Göyərçini  zorla  şahın 
otağına  gətirirlər.  O,  şaha  maraqlı  bir  nağıl  danışır  və  onu 
zülümdən  əl  çəkməyə  çağırır.  Göyərçinin  cəsarətlə  söylədiyi 
müdrik  nağıllar şaha təsir edir və onu yuxudan ayıldır. Səlim şah 
hakimiyyətdən  əl  çəkib  adını  Ədalət  qoyur,  dəmirçilik  edib 
İmranın işini davam etdirir. 
Tamaşanın  quruluşunu  Azərbaycan  Dövlət  Dram  Teatrının 
rejissoru  Nəsir  Sadıqzadə  vermişdi.  Rejissor  tutarlı  estetik  ifadə 
vasitələrindən  bacarıqla  istifadə  edərək,  pyesin  ideya-məqsədini 
dəqiqliklə  açmışdı.  Tamaşada  bütün  rəzilliklər,  eybəcərliklər  ifşa 
hədəfinə  çevrildiyi  kimi,  bu  eybəcərlikləri  doğuran  səbəblər  də 
aşkarlanırdı.  N.Sadıqzadə  aktyorlarla  gərgin  yaradıcılıq  işi 


 
 
125 
apararaq,  tamaşanın  müvəffəqiyyətli  alınmasına  nail  olmuşdu. 
“Rejissor əsərdəki xalq gücünün, el iradəsinin qələbəsini aydın və 
təsirli  bir  şəkildə  tamaşaçılara  çatdırırdı.  “Ədalət”  tamaşasında 
ədalətin  təntənəsi  ideyası  sona  qədər  dəqiqliklə  həll  edilmişdir. 
Quruluşçu  rejissor  Nəsir  Sadıqzadə  reallıqla  nağıl  estetikasını 
sintez uyarlığında vermişdir” (102, 185). 
İlk  tamaşası  1959-cu  il  aprelin  25-də  olan  “Ədalət”in  səhnə 
təcəssümünə  maraqlı  aktyor  ansamblı  cəlb  olunmuşdu.  Aktyorlar 
İ.Musayev  (Səlim  şah  -  Ədalət),  Z.Həmzəyeva  (Göyərçin), 
Ə.Haqverdiyev  (Vəzir),  F.Əlixanova  (Aytən),  S.Mövləvin 
(Müşavir),  Ə.Məmmədov  (Bəlinas),  E.Mehdiyev  (Xanəndə), 
A.Şahsuvarov  (Baş  sərkərdə),  Y.Haqverdiyev  (Bilici  qoca), 
R.İsfəndiyarlı  (Birinci  kəndli),  H.Mehdiyev  (İkinci  kəndli), 
S.Əliyeva 
və 
R.Məmmədova 
(rəqqasələr), 
A.Xəlilov, 
M.Ələkbərov  və  İ.Bənənyarlı  (əsgərlər)  müəllif  fikrini  aydın  və 
bacarıqla tamaşaçılara çatdırırdılar. Möhkəm ansambla malik olan 
bu  tamaşada  hər  bir  aktyor  öz  rolu  üzərində  çox  ciddi  işləyərək, 
düzgün  səhnə  şərhinə  nail  olmuşdu.  Obrazların  fərdi  və  tipik 
xüsusiyyətləri  həm  rejissor,  həm  də  aktyorlar  tərəfindən 
bütövlükdə  düzgün  və  inandırıcı  mizanlarla  müəyyənləşmişdi. 
K.Stanislavskinin  “Artist  üçün  əsas  şərt  hansı  rolda  çıxış  eməyi 
deyil, həmin rolu necə oynamasıdır” (151, 35), yəni rolun böyüyü 
kiçiyi yoxdur, aktyorun böyüyü kiçiyi var - kəlamı bu tamaşada da 
əsas  götürülmüşdü.  Yazıçı  Hüseyn  İbrahimov  “Ədəbiyyat  və 
incəsənət” qəzetində çap olunan məqaləsində bu barədə belə deyir: 
“Tamaşada  aktyorların  oyununda  müvəffəqiyyətli  cəhətləri 
çoxdur.  Hiss  olunur  ki,  hər  bir  ifaçı  öz  roluna  uyğun  həyati 
detallar  tapmış  və  tamaşanın  əsas  ideyasını  təbii  səhnə  vasitələri 
ilə açmağa nail olmuşdur” (47). 
Əməkdar  artist  İsa  Musayev  Səlim  Şah  -  Ədalət  rolunu 
tamaşanın əvvəlində zülümkar, mənəviyyatı puç olan, sonda isə öz 
bəd əməllərindən uzaqlaşaraq əlinin zəhməti ilə yaşayan bir obraz 
kimi  təqdim  etmişdi.  Səlim  şah  (İ.Musayev)  hakimiyyətdən  əl 
çəkdikdən  sonra  hakimiyyəti  əlinə  almış  vəzirə  qarşı  mübarizə 
aparan Aytənin ordusu üçün silah hazırlayır, başına dəstə toplayıb 
ona  köməyə  gedirdi.  Xalq  öz  xilaskarı  dəmirçi  Ədaləti 


 
 
126 
alqışlayırdı. Naxırçı qızı Göyərçin Ədaləti sevib onunla birləşirdi. 
Tamaşa  xalqın  qələbədən  doğan  şənliyi  ilə  bitirdi.  Müşavir 
(S.Mövləvin) xalqın fikrini ifadə edərək deyirdi:  
Ədalət, el səni doğdu yenidən, 
Sənə son sözümü söyləyirəm mən: 
O Səlim şahlığın qoy unudulsun, 
İşin də adın tək Ədalət olsun. 
Əsərin  əsas  obrazlarından  biri  də  Göyərçindir.  O  zaman 
Naxçıvan MSSR əməkdar artisti (sonra Azərbaycanın xalq artisti) 
Zəroş  Həmzəyeva  bu  gözəl,  ağıllı,  ismətli  kəndli  qızının  obrazını 
bacarıqla  yaratmışdı.  O,  sarayda  şaha  nağıl  söylədiyi  səhnədə 
xüsusilə  canlı  və  təsirliydi.  Əməkdar  artist  Ə.Haqverdiyev  vəzir 
rolunda  müvəffəqiyyətlə  çıxış  etmiş,  sarayda  şahın  hər  əmrinə 
müntəzir,  zahirən  sədaqətli  görünən  vəzirin  vəhşi  təbiətini,  onun 
hakimiyyət  uğrunda  hər  cür  riyakarlığa  əl  atdığını  bacarıqla  ifşa 
etmişdi. 
Tamaşaya  rəssam  Məmməd  Qasımov  əsərin  bəhs  açdığı 
tarixi keçmişə uyğun maraqlı tərtibat vermişdi. Həvəskar bəstəkar 
Məmməd  Məmmədovun  tamaşaya  yazdığı  musiqi  də  dəyərliydi. 
Musiqi  tamaşada  yalnız  müşayiətedici  xarakter  daşımırdı:  hər  bir 
tipin  daxili  aləminə,  psixoloji  halına  uyğun  musiqi  parçaları 
bəstələnmişdi. 
Xalqımızın  arzu  və  istəklərini,  adət-ənənələrini  özündə  əks 
etdirən  bu  tamaşada  xalq  incilərinin  dərin  məzmunu  və  xeyirxah 
fikirlər gənclərin tərbiyəsində ibrətamiz rol oynayırdı. 
B.Vahabzadənin C.Məmmədquluzadə adına Naxçıvan Dövlət 
Musiqili Dram Teatrında tamaşaya qoyulan digər pyesi “Yağışdan 
sonra”dır.  Azərbaycan  Dövlət  Dram  Teatrından  az  sonra    pyes 
burda  da  səhnə  həllini  tapdı.  İlk  tamaşası  1972-ci  il  dekabrın  27-
də  göstərilən  “Yağışdan  sonra”  pyesinin  də  quruluşunu  rejissor 
Nəsir  Sadıqzadə  vermişdi.  İstedadlı  rejissor  əsərin  əsas  qayəsini, 
hadisələrin daxili məntiqini dərindən duymuş, bədii-estetik ruhuna 
müvafiq  tamaşanın  obrazlı  təbiətini  yaratmağa  nail  olmuşdu. 
Pyesin  ana  xəttində  yüksək  duyğuların  təcəssümü  dayanmış, 
sevgidə  də,  ictimai  işdə  də,  şəxsi  məişətdə  də  vicdanın  gur  səsi 
səhnədən  qabarıq  görünə,  eşidilə  bilmişdi.  Sənətşünaslıq  doktoru, 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə