Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə36/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   32   33   34   35   36   37   38   39   ...   47

 
 
115 
forma  və  məzmun  ayrılığı,  uyarsızlığı  Bəxtiyar  Vahabzadənin 
dramaturq  kimi  bu  pyesdə  nailiyyətini  təmin  etməmişdir. 
“Vicdan”  pyesinin  cəmiyyətə  təqdim  etdiyi  ideya  dramatik 
konfliktlərin  fonunda  açılmadığına  görə  bədii  cəhətdən  sönük 
görsənir”  (104).  Fəridə Səfiyeva  da  İlham  Rəhimlinin  bu  fikirləri 
ilə razılaşır: “Tənqidçiyə haqq qazandıraraq belə hesab etmək olar 
ki,  Bəxtiyar  Vahabzadənin  həmin  ideyanı  başqa  şəkildə  “İkinci 
səs” pyesində davam və inkişaf etdirməsi çox güman ki, müəllifin 
özünün  də  “Vicdan”da  qoyduğu  problemi  həll  etməməsi, 
xarakterlərin 
dolğunluğu 
cəhətdən 
pyesin 
onu 
təmin 
etməməsindən irəli gəlir” (112, 17).  
İlk  dəfə  “Vicdan”  pyesinə  müraciət  edən  C.Cabbarlı  adına 
Gəncə  Dövlət  Dram  Teatrı  müasir  mövzulu  gözəl  tamaşaları  ilə 
tanınmış,  bir  çox  görkəmli  səhnə  ustaları  yetişdirmişdi. 
Sənətşünaslıq  doktoru,  professor  Mehdi  Məmmədov  bu  teatrın 
Azərbaycan 
mədəniyyəti 
tarixindəki 
mövqeyini 
yüksək 
qiymətləndirərək  yazır:  “C.Cabbarlı  adına  Kirovabad  (Gəncə) 
Dövlət  Dram  Teatrının  yaradıcılıq  yoluna  nəzər  salanda  iftixar 
hissi  duyursan.  Bu  yol  böyük  işlər  görmüş  bir  zəhmətkeşin 
mərdliklə,  hünərlə  keçdiyi  yoldur…  Teatr  müasirlik  ruhu  ilə 
yaşamış,  müasir  fikirlər  irəli  sürməyə  can  atmışdır.  O,  xalqın 
ürəyindən  xəbər  vermiş,  həmişə  xalqla  bağlı  olmağa,  zamanla 
ayaqlaşmağa çalışmışdır” (81, 42). 
B.Vahabzadənin  ”Vicdan”  pyesinin  ilk  tamaşası  1958-ci  il 
dekabrın  27-də  məhz  bu  teatrın  səhnəsində  olmuşdur.  Tamaşanın 
quruluşçu  rejissoru  əməkdar  incəsənət  xadimi  Hüseyn  Sultanov 
mükəmməl,  maraqlı  tamaşa  yaratmaq  üçün,  müasir  mövzuda 
yazılan  pyeslərə  qayğı  ilə  yanaşmaq  tələbinə  ciddi  riayət  etmiş, 
əsərin ən yaxşı cəhətlərini qabartmaq yolunu tutmuşdu. Tamaşanın 
ilk epizodundan  son gəlişə qədər quruluşçu rejissorun yeni estetik 
ifadə vasitələri tapmaq səyləri aydın nəzərə çarpırdı, rejissor fikri, 
rejissor düşüncəsi bədii tərtibatda da, aktyorların hərəkətlərində də 
özünü  göstərirdi.  “Əsərin  quruluşu  dolğun  olmaqla,  onun  ideyası 
ilə  üzvi  surətdə  bağlıdır.  Şəkillər  arasında  canlı  əlaqə  olmaqla, 
aktyorların  mizanları  olduqca  səlistdir.  Əsərin  quruluşu  onun 
ideyasının  açılmasına,  hər  şəklin  özündə  müəllif  tərəfindən 


 
 
116 
nəzərdə  tutulan  fikrin  tamamlanmasına  yaxından  kömək  edir” 
(116).  
“Vicdan”  pyesinin  süjet  xətti  və  konflikti  insanlar  arasında 
dostluq, sədaqət və məhəbbət məsələlərinə istinad edir. Zöhrabov, 
Əşrəf  və  Fəxrəddin  həmyerlidirlər.  Zöhrabov  Bakıya  gəlib  alim 
olduqdan  sonra  doğma  kəndini,  el-obasını,  isti  ocağını,  hətta 
anasını  belə  unudur,  hamıya  yuxarıdan  baxır.  Psixologiya  elmi 
sahəsində  çalışmasına  baxmayaraq  ən  sadə  məsələləri  də  dərk 
etmir, daha doğrusu dərk etmək istəmir. O, pis alim olduğu  kimi, 
yaxşı  ailə  başçısı  da  deyildir.  Fəxrəddin,  Əşrəf,  Pakizə  -  müsbət 
planda  verilən  bu  mübariz  insanlar  Zöhrabova  təsir  göstərir, 
tutduğu  yolun  düzgün  olmadığını  ona  başa  salırlar.  Bu  xeyirxah 
insanlar  Zöhrabovun  çatışmayan  cəhətlərini  onun  üzünə  deyir, 
naqis  hərəkətlərini  cəsarətlə  tənqid  edir,  lazımi  məsləhətlər 
verirlər.  Beləliklə,  bu  yolunu  azan  “alimin”  ailəsinin  dağılmasına 
yol vermirlər.  
Göründüyü  kimi,  pyesdə  yazıldığı  dövrün  sosialist  realizmi 
ədəbiyyatının  izləri  də  yox  deyildir,  konfliktin  yumşaldılması 
müsbət  qütbün  asan  qələbəsinə  şərt  olur.  Dramaturq  tərəfindən 
mənfi  xarakter  kimi  təqdim  olunan  Sultan  Zöhrabovun  əsər  boyu 
tədricən  deyil,  birdən-birə  dəyişməsi,  səhvlərini  başa  düşüb 
ağıllanması müəllifin və əsərin nöqsanı kimi nəzərə çarpırdı. 
Rejissor pyesi iki xətt üzrə inkişaf etdirirdi. Birinci, Sultanla 
Xalidənin qurduğu təməli çürük ailənin taleyi, ikinci də Şəlalə  ilə 
Əşrəfin  sevgisi.  Onsuz  da  mürəkkəb  olan  bu  sevgi  Xalidənin 
bacısı  Pakizənin  Əşrəfi  dəlicəsinə  sevməsi  ilə  daha  da 
mürəkkəbləşirdi.  Gərgin  münasibətlər  başlayırdı.  Tamaşaçı,  öz 
keçmiş  məhəbbətinin  xatirinə  və  dostluğuna  sadiq  qalan,  əxlaq 
prinsiplərini  qoruyan  Fərxəddinlə  Sultan  Zöhrabov  və  Xalidənin 
münasibətini,  digər  tərəfdən  Şalalə,  Pakizə  və  Əşrəf  xəttini  eyni 
vaxtda izləməyə başlayırdı. 
Tamaşada  Sultan  Zöhrabov  mənfi  bir  xarakter  kimi  təqdim 
edilmişdi. S.Zöhrabov əsərdə alim, dost, ailə başçısı, oğul, keçmiş 
məktəbli  kimi  məqamlarda  xatırlansa  da  bu  missiyaların  heç 
birində  özünü  doğrultmur.  O,  alim  kimi  həyatdan  uzaqdır,  hər 
şeydə  yalnız  sitatlara  arxalanır,  öz  yazdıqlarına  belə  riayət  etmir. 


 
 
117 
Dostuna xəyanət edir, vicdan əzabı çəkmədən Fərxəddinin sevdiyi 
qızı  əlindən  alıb,  ailə qurur.  Lakin  bir  ailə  başçısı  kimi  də  özünü 
doğrultmayan  Zöhrabov  övladının  tərbiyəsi  ilə  maraqlanmır, 
arvadına addımbaşı xəyanət edir. 
Sultan  Zöhrabov  rolunu  xalq  artisti  Əşrəf  Yusifzadə 
oynayırdı.  O,  Zöhrabovun  obrazını  çətin  və  mürəkkəb  xarakterdə 
üzə  çıxartmaq  üçün  daxili  həyacanlarla  dolu  gərgin  vəziyyətlər 
keçirirdi.  Tamaşa  boyu  S.Zöhrabovun  (Ə.Yusifzadə)  çirkin 
cəhətləri  meydana  çıxırdı,  amma  bu  keyfiyyətlərin  hamısının  bir 
adamda  cəmlənməsi  təbii  səslənmirdi.  Kantdan  sitat  gətirmək 
istəməsi, qəndin iriliyinə irad tutması, əlini cibinə atıb tez-tez sitat 
axtarması,  müəlliməsinin  döşündəki  Lenin  ordenini  çoxuşaqlı 
anaların  medalına  bənzətməsi  onu  faciəli  vəziyyətdən  gülünc 
adam  vəziyyətinə  qoyurdu.  S.Zöhrabovun  alim  olmasına 
baxmayaraq  onun  heç  bir  elmi  əsəri  haqqında  danışılmır,  bu 
əsərlərin  mahiyyətinə  irad  tutulmurdu.  Aktyor  oyununun  bütün 
incəliklərilə  surətin  daxili  ziddiyyətlərini  göstərməyə  çalışırdı.  O, 
Zöhrabovun təkcə pis aliə başçısı deyil, həm də naxələf bir övlad 
olmasını  məharətlə  göstərirdi.  Kənddə  tək-tənha  qalan  anasını 
yadına  salmayan  Zöhrabov  -  Ə.Yusifzadə  dövlətin  kəsdiyi 
məvacibi  də  çox  böyük  narazılıqla  anasına  göndərirdi.  Ancaq 
aktyorun  bütün  səylərinə  baxmayaraq,  tənqidin  qeyd  etdiyi  kimi, 
obraz,  bədii  tip  canlı  olmadığı  üçün,  mahir  artistin  oyununda  da 
sxematiklikdən 
qurtula 
bilmirdi. 
Tamaşa 
S.Zöhrabovun 
(Ə.Yusifzadənin) arvadı Xalidə ilə məhkəmədə barışması ilə sona 
çatırdı. Hətta S.Zöhrabov öz anası, qoca müəlliməsi və kollektivin 
başqa üzvlərilə də barışırdı.  
Tənqidçi  Ənvər  Yusifoğlu  “Ədəbiyyat  və  incəsənət” 
qəzetində  çap  etdirdiyi  məqaləsində  yazırdı:  “Əsərin  mərkəzində 
duran  Zöhrabovun  bədii  surəti  tamamlanmadığı  üçün  tamaşaçı 
onun  islahına  da  inanmır,  müəllifin  çıxardığı  hökmə  biganə 
qalır....”  Tənqidçinin  fikrincə,  tamaşada  müəyyən  cilalanmaya 
ehtiyac  vardı:  “Bizcə,  “Vicdan”  əsərinin  əsas  surəti  olan  Sultan 
təbiətindəki  mənfi  xüsusiyyətləri  ləğv  etmək  üçün  özündə  kişilik, 
mərdlik  keyfiyyətləri  tapmalı,  ruhi  iztirablar  keçirməli  və  pyesin 
mövzusuna  canlı  bir  sima,  bir  obraz  kimi  daxil  olmalıdır.  Bunun 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə