Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə32/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   28   29   30   31   32   33   34   35   ...   47

 
 
102 
“Dar ağacı” “Pyeslər” (1980) kitabımda nəşr edilmişdi. Buna görə 
də  ilk  növbədə  bu  pyesi  işləmək  və  nəşr  etdirmək  zərurəti 
duydum” (129, 3).  
“Dar  ağacı”  tarixi  faciəsində  dramaturq  hökmdar  və  xalq 
probleminə  toxunaraq    islam  dininin  Şərqdə  yayılması  tarixindən 
mövzu  alır.  Bu  pyes  islam  dini  tarixinə  müraciət  etmiş  ilk  əsər 
deyil.  Azərbaycan  ədəbiyyatı  bu  mövzuda  iki  gözəl  əsər  - 
H.Cavidin  “Peyğəmbər”  və  C.Cabbarlının  “Od  gəlini”  pyeslərini 
tanıyır.  İlhamını  klassik  ədəbiyyatımızdan  alan  B.Vahabzadənin 
“Dar ağacı” pyesində hər iki ölməz əsərin təsiri özünü göstərməyə 
bilməzdi. B.Vahabzadə yaradıcılığının tədqiqatçıları bu təsiri belə 
qiymətləndirirlər:  “Əxlaqi  axtarışlar  mövzusunda  yazdığı  müasir 
pyeslərdəki  bəzi  motivlərlə  Hüseyn  Cavidə  daha  yaxın  görünən 
Bəxtiyar  Vahabzadənin  ilk  tarixi  mövzulu  pyesində    Cəfər 
Cabbarlının  vətəndaşlıq  idealları ilə  bilavasitə səsləşən məqamlar 
daha çoxdur. Təsadüfi deyil ki, mənalı ithafla - Cəfər Cabbarlının 
əziz  xatirəsinə  sözləri  ilə  başlayır.  Lakin  səsləşmə  yalnız  müasir 
sənətkarla  milli  ədəbi  irs,  ənənə  arasında  daxili  əlaqə 
səviyyəsindədir” (67, 158). 
“Dar  ağacı”  pyesi  XX  əsrin  sonunda,  yəni  2000-ci  ildə 
Akademik Milli Dram Teatrının tamaşaya qoyduğu son  əsər oldu. 
Bu  əsər  hələ  bundan  əvvəl  Şəki  və  Qazax  teatrlarında  da 
səhnələşdirilmişdir.  Əsərin  ilk  tamaşası  2000-ci  il  dekabrın  9-da 
göstərildi.  Qeyd  olunduğu  kimi,  C.Cabbarlının  xatirəsinə  ithaf 
olunmuş  bu  pyes  “Od  gəlini”nin  bir  növ  davamıdır.  C.Cabbarlı 
“Od  gəlini”ni  XX  əsrin  ən  mürəkkəb  çağında,  Azərbaycanın 
sovetləşdirildiyi  dövrdə  yazdığından  tarixi  həqiqətləri  axıracan 
deyə  bilməmiş,  daha  çox  simvol  və  rəmzlərdən  bəhrələnməli 
olmuşdu.  Müstəqillik  illərində  tamaşaya  qoyulmuş  “Dar  ağacı” 
Babək  mövzusunu  yenidən,  daha  təfərrüatlı  işləməyə  imkan 
verirdi.  Xüsusən  burada  Aqşinlə  bağlı  süjetin  geniş  açılması 
pyesin ideyasında nəzərdə tutulmuş mühüm məqamdır. 
İslam  dininin  Azərbaycanda  bərqərar  olması  yolunda 
mübarizə aparan  Aqşin öz istəyinə çatır. Babək edam edildikdən 
sonra,  Aqşin xilafətin  Azərbaycanda  valisi  elan  edilir.  Bu  pilləyə 
qalxmaq,  hökmdar  olmaq  üçün  Aqşin  hər  şeydən  keçir:  - 


 
 
103 
anasından,  qardaşından,  doğmalarından,  əzizlərindən,  xalqından 
və torpağından. Verdiyi bu qurbanların  əvəzində Aqşin aldanaraq, 
Xilafətin  əlində  oyuncağa  çevrilir.  Xəyanətinin  haqqı  kimi  ona 
bəxşiş  edilən  valilik  əslində  ona  heç  bir  səlahiyyət  vermir,  adı 
hökmdar olsa da özü  əslində xilafətin köləsinə çevrilir. Sabutayın 
əmisinə  dediyi  sözlər  bunu  bir  daha  sübut  edir:  “Şahlığı  ya  irsən 
alarlar,  ya  cəbrən.  Sən  necə  almısan?  Şahlığı  sənə  mükafat 
veriblər. Nəyin mükafatı? Özünə xəyanətin mükafatı! Ona görə də 
sən  hökmsüz  şah,  mən  ordusuz  sərkərdəyəm”  (124,  273).  Aqşin 
vali olduğu ölkədə heç nəyi həll etmək iqtidarında deyil, hətta  öz 
doğma  balasını  da  ölümün  cəngindən  xilas  edə  bilmir.  Yalnız 
sonda  dar  ağacının  altında  dərin  peşmançılıq  yaşayan  Aqşin  öz 
səhvlərini anlayır. 
Tamaşanın  quruluşçu  rejissoru  Ağakişi  Kazımov  “Dar 
ağacı”nda  müəllif  fikrinə  dəstək  olaraq,  konkret  tarixi  şəraitdə 
insan  xarakterlərinin  gücü,  həqiqəti,  ehtiraslı  çarpışmalarını 
yaradıcılığına  məxsus  monumentallıqla  səhnəyə  gətirə  bilmişdi. 
A.Kazımovun  B.Vahabzadə  ilə  növbəti  əməkdaşlığı  da  uğurlu 
alınmışdı.  A.Kazımovun  təqdim  etdiyi  mizanlar,  seçdiyi  aktyor 
ansamblı, müəllifin əsas məqsəd və qayəsinin açılmasına yardımçı 
idi.  Hələ  70-ci  illərdən  mətbuat  səhifəlrində  “Azərbaycan 
səhnəsinə böyük miqyaslı, coşqun ehtiraslarla zəngin monumental 
əsərlər  lazımdır”  (51)    fikrini  irəli  sürən  A.Kazımova 
müvəffəqiyyətli və yaddaqalan belə bir səhnə əsəri yaratmaq nəsib 
olmuşdu. 
“Dar  ağacı”  əsəri  əsasında  yaratdığı  tamaşa 
A.Kazımovun arzularının təntənəsi oldu.  
Rejissor  səhnənin  dərinliyində  qurulmuş  dar  ağacı  və  onun 
altında  əzəmətlə  dayanmış  Babəklə,  tamaşanın  sonunda  səhnənin 
önündə  qurulmuş  dar  ağacı  və  onun  altında  xəcalətlə  dayanmış 
Aqşin  arasındakı  tarixi  həqiqətləri  canlı  səhnələr  və  xarakterlər 
vasitəsilə  göstərməyə  nail  olmuşdu.  Hər  zaman  aktual  olan  bu 
mövzunun  ədibin  görümündə  özünəməxsus  çalarlarla  ərsəyə 
gəldiyini  vurğulayan  rejissor  A.Kazımov  tamaşa  haqqında  öz 
təəssüratını  belə  bölüşür:  “Xəyanətin  sonu  heçdir.  Aqşin  öz 
mənliyini  sübut  etmək  üçün  millətinə,  torpağına  xəyanət  elədi. 
Onların  yadelli  işğalçıların  tapdağına  çevrilməsinə  razı  oldu. 


 
 
104 
Sonunu gördünüz. Aqşini elə satıldığı  ərəblər dar ağacından asdı. 
Ərəblər  sözü,  əslində  burada  şərtidir.  Ona  görə  də  əsərin  əksər 
hissəsində bu sözü yadelli ilə əvəz etmişik” (15).  
Dövri  mətbuatda  “Dar  ağacı”  barədə  yazılan  məqalələrdən 
tamaşanın  müsbət  ictimai  rəy  doğurduğu  bəlli  olur.  Bu 
məqalələrdə  rejissor  A.Kazımovun  əməyi  xüsusən  yüksək 
qiymətləndirilir:  “Görkəmli  sənətçimiz,  xalq  artisti  Ağakişi 
Kazımov  vətənpərvərliklə  satqınlıq  macərasını  çoxsəsli  orkestr 
dirijorluğu  ilə  elə  möhkəm  vəhdətdə  birləşdirə  bilmişdir  ki, 
tamaşaçı ağır həyəcan yükü daşıdıqdan sonra zalı nikbinliklə tərk 
edir və onda  belə inam yaranır ki, hər bir xəyanətin, xalqa hər bir 
pisliyin  sonu  vardır.  Cümlə  xəyanətlərə  bais  iblislər  məhvə 
məhkumdur” (30).  
Əlbəttə, bu nailiyyətdə tamaşanın musiqisini yazan Cavanşir 
Quliyevin  də    payı  vardı.  Yazıçı-jurnalist  Cəmil  Əlibəyovun 
fikrincə, bəstəkar hadisələri gah özünəməxsus bayatı bəmində, gah 
da heyratı ucalığına uyar dalğalarda gəzdirirdi. Doğrudur, kütləvi 
səhnələrdəki  xalq  musiqisinin  üstünlüyü,  saray  səhnələrindəki 
musiqilərdən  daha  çox  diqqəti  cəlb  edirdi.  Ümumiyyətlə, 
tamaşanın  musiqisində  vətənpərvərlik,  obrazların  daxili  aləmini 
aça bilən incəliklər tamaşanın daha da maraqlı alınmasına xidmət 
edirdi.  
Rəssam  İsmayıl  Məmmədovun  tərtibatında  uçulub  dağılan 
Xürrəmi  qalası  ilə  Aqşinin  dəbdəbəli  sarayı,  xürrəmilərin  nimdaş 
geyimi  ilə  dəbdəbəli,  zər-xara  içində  olan  saray  geyimi  dövrün 
ruhuna  uyğun  seçilmişdi.  Süjetin  inkişafında  əsas  düyün  nöqtəsi 
olan  “dar  ağacı”  adicə  dar  ağacı  olmaqdan  daha  çox  müəllif 
qayəsini  çatdırmaq  üçün  özünün  lal,  sakit,  dinməz  vəziyyətində 
belə  haqqı  nahaqdan,  xəyanəti  sədaqətdən  məharətlə  seçən  bir 
meyardır.  Dar  ağacı həm  də  etiraf simvoluna  çevrilir.  Hər kəs öz 
əməli, öz vicdanı qarşısında hesabat verməlidir. 
Tamaşanın əsas qəhrəmanı Aqşindir. Kamal Xudaverdiyevin 
ifasında  Aqşin xəyanətkar,  sonunda xəyanətlərinə  görə  özünə dar 
ağacını  layiq  bilən  insan,  övladını  atan,  onun  taleyi  ilə 
maraqlanmayan  rəzil  bir  ata,  sonda  ürəyində  övlad  məhəbbəti 
alovlanan, övlad təəssübü çəkən bir  insan,  doğma  anasının  arzu- 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə