Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə33/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   29   30   31   32   33   34   35   36   ...   47

 
 
105 
 
 
“Dar ağacı”    Xala – Hicran Nəsirova 
   
 
Aqşin – Kamal Xudaverdiyev 
 
 
  
“Dar ağacı”    Xala – Hicran Nəsirova 
   
 
Ana – Zərnigar Ağakişiyeva 


 
 
106 
larına  xilaf  çıxan  bir  sərkərdə,  sonda  “ana  haqqı  tanrı  haqqıdır” 
deyən bir insandır. Aqşin islamın qüdrətinə inandığı üçün deyil, öz  
şəxsi  mənafeyi  naminə  xəlifə  ordusuna  pənah  aparır.  Hələ  gənc 
ikən xalqın adətinə xəyanət edərək qadın şərəfini ləkələyir. Xalqın 
qəzəbinə,  nifrətinə  düçar  olanda  isə  islamın  yaşıl  bayrağı  altında 
sığınacaq  tapır.  Doğma  obasını,  elini  satan,  qardaş  qatilinə 
çevrilən  Aqşin  hakimiyyəti  ələ  alaraq  öz  məqsədinə  nail  olur.  O, 
əlindəki  səlahiyyətdən  istifadə  edərək  vaxtilə  onu  lənətləyən 
xalqdan  qisas  alacağına  sevinir.  “Mən  elə  çoxdan  tüpürmüşəm, 
həmin  el  deyildimi    məni  lənətləyib  icmadan  qovan?  Mənə 
rusvayçılıq  damğası  vuran?  Bəs  indi  niyə  mənim  qapıma  dəxil 
düşüblər?  Yoxsa  indi  mənim  gücümü  görüblər?  Mən  də  onlara 
bax,  bunu  sübut  eləmək  istəyirdim.  Güc  haqqda  deyil,  haqq 
gücdədir”  (129,  13).  Ancaq  tamaşanın  sonunda,  dar  ağacının 
altında Aqşin öz səhvlərini etiraf edir və mənən təmizlənir.  
Aqşin 
obrazının  daxili  təzadlarını  yaşamaq  Kamal 
Xudaverdiyevdən  böyük  sənətkarlıq  tələb  edirdi.  K.Xudaverdiyev 
yadellilərdən əhsən qazanmaq üçün öz xalqına düşmən kəsilən bir 
bədbəxtdən  “ruhən  dirilib,  cismən  ölən”  bir  insan  obrazına  qədər 
dəyişməni, 
təkamülü 
tamaşaçının 
gözü 
qarşısında 
canlandırmalıydı.  O,  bilir  ki,  Aqşini  yalnız  bir  çalarda, 
xəyanətkar-qaniçən  zalım  rolunda  oynamaq  olmaz.  Aktyorun 
bacarıqlı  ifasında,  səhnədə  heç  bir  qılınc  vurmasa  belə,  tamaşaçı 
onu  sərkərdə  kimi  qəbul  edirdi.  Bunu  aktyor  öz  məğrur  duruşu, 
jest və mimikaları, təmkinli hərəkətləri ilə diqtə edə bilirdi. Aqşin 
sıravi insan olmadığı kimi, faciəsi də şəxsi faciə deyil, bu faciənin 
kökü  xalqın  taleyindən  keçir,  məşəqqətlərdən  keçib  durulan 
mənəvi simasını təcəssüm etdirirdi. 
Xalq  artisti  Zərnigar  Ağakişiyevanın  ifasında  Ana  obrazı 
qürurlu, əzəmətli, qeyrətli, zəhmətkeş, xalq təəssübünü çəkən, elin 
adət-ənənələrinə  hörmətlə  yanaşan  mərd  Azərbaycan  qadınıdır. 
Əsərdə  təsvir  olunan  Ana    obrazı  dünyanın  bütün  analarının  ən 
bədbəxtidir. Xalq arasında  “Babək anası” deyə  çağrılan Ana, eyni 
zamanda  xalqın  qanını  içən  şahın  da  anasıdır.  Ana  bir-birinə 
düşmən  mövqedə  duran  müsəlman  və  atəşpərəst,  nankor  övladla 
namuslu  övladın  anasıdır.  Bu  ana  öz  ölən  oğlunun  intiqamını  öz 


 
 
107 
öldürən  oğlundan  istəyir.  Z.Ağakişiyeva  müəllif  və  rejissorun 
müasir Azərbaycan gerçəkliyinə olan münasibətini obrazın üzərinə 
düşən  tarixi  məsuliyyəti  ustalıqla  tamaşaçıya  çatdırmaqla  ifadə 
edirdi.  O,  bir  zaman  süd  verib,  layla  çaldığı  oğlu  Aqşini  xalqa 
xəyanətinə  görə  bağışlamır.  Tamaşanın  sonunda  Ananın  - 
Z.Ağakişiyevanın:  “Ərəblər  Babək  balamı  onlara  düşmən  olduğu 
üçün  asdılar,  Aqşin  balamı  isə  yenə  ərəblər  onlara  qulluq 
göstərdiklərinə  görə  asmaq  istəyirlər”  (129,  59)  sözləri 
dramaturqun  müasir  siyasi  Azərbaycan  gerçəkliyinə  münasibətini 
bildirir. Z.Ağakişiyeva Ana obrazını konkret ana olmaqdan başqa, 
müqəddəs xalq ruhunun ifadə rəmzinə çevirmişdi.  
Tamaşada  xalqı  təmsil  edən  obrazlardan  biri  də  Çılğındır. 
Mətin, dönməz bir qız olan Çılğının dərin və mənalı sözləri, ağıllı 
mühakimələri,  mübarizəsi  və  ən  başlıcası,  mənəvi-əxlaqi 
mükəmməlliyi  Azərbaycan  qadınının  tipik  obrazını  təmsil  edir. 
Düşmən  ocağına  od  vurmaqla  atəşin  müqəddəsliyinə  tapınan 
Çılğın  geri  çəkilmək,  ölümdən  çəkinib  elədiklərini  danmaq 
fikrində  deyil.  İşgəncə  və  əzablar  onu  yolundan  döndərmir.  Onun 
ən  böyük  həyat  fəlsəfəsi  düzlük  və  həqiqətdir.  Çılğın  atasını 
düzlüyə, ədalətə,  mənəvi saflığa  çağırır. Həmişə qəhrəman atanın 
həsrətilə  yaşayan,  onu  görmək  ümidilə  yanan  Çılğının  əsil 
yetimliyi  atasını  tapandan  sonra  başlayır.  O,  satqın  atanın  qızı 
olmaqdansa,  xəyalındakı  ata  obrazına  üstünlük  verir.  “Çılğın:  - 
Gözümü  açandan  deyiblər  anan  ölüb,  inanmışam.  Atamı 
soruşmuşam,  deyiblər  itkin  düşüb,  inanmışam.  Atalı  körpələrə 
həsəd  aparmışam.  Həmişə  atamı  axtarmışam.  Mənə  elə  gəlirdi ki, 
mənim  atam  Babəkə  bənzəyən  bir  qəhrəmandır.  O,  haradasa 
düşmənlərimizlə  vuruşur.  Bir  gün  o  gələcək,  qollarımızdakı 
zəncirləri  qıracaq,  bizi  azad  edəcək.  İndi  məlum  olur  ki,  mənim 
atam bizə azadlıq yox, əsarət gətirənmiş” (124, 283).  
Çılğın  obrazının  xarakteri  sanki  bu  surətin  adında  da  öz 
təcəssümünü 
tapırdı.  Xalq  artisti  Məleykə  Əsədovanın 
təqdimatında  Çılğın  ruhunda  düzlük,  halallıq,  ülvilik,  əyilməzlik 
xüsusiyyətlərini daşıyan bir xalq qızıdır. Çılğın - M.Əsədova “Biz 
nə  bədbəxt  nəslin  övladlarıyıq,  iki  qardaş  bir-birinə  düşmən,  biri 
satqın,  biri  sadiq,  sadiq  qardaşdan  olan  övlad  satqın,  satqın 


 
 
108 
qardaşdan olan övlad sadiq, məhbus” deyərək tamaşaçını dərindən 
düşündürür, tamaşaçıların gözləri qarşısında sanki iki aləm açırdı.   
Tamaşanın  əsas  qayəsi  bu  sözlərin  işığında  aydın  görünür. 
İki  dünya,  iki  övlad,  iki  gənc  və  iki  dünyagörüşü  arasında  olan 
fərqlər  aktrisanın  məharətli  ifasında  daha  da  parlaq  nəzərə  çarpır. 
Əməllərindən  qürur  duyan  gənc  qızın  həyat  haqqında  yetkin 
təsəvvürləri  tamaşaçını  riqqətə  gətirir,  gözətçinin:  “Bəs  nə  zaman 
həyat  həyat  olur?”  sualına  onun:  “öz  həyatından  keçməyə  hazır 
olduğun  zaman”  cavabı  tamaşaçıya  əsil  həyat  fəlsəfəsi  öyrədirdi. 
Çılğının  ölümü  tamaşaçını  həyəcanlandırmaqla,  əməllərinin 
qələbə çalması, eyni zamanda ona nikbin ruh aşılayırdı. 
Bəxtiyar  Vahabzadə  dramaturgiyası  üçün  ənənəvi  olan 
“ikinci  səs”  rolunda  “Dar  ağacı”  pyesində  Babəkin  teyfi  çıxış 
edirdi.  Azərbaycanın azadlığı naminə  rəşadət və şücaətlə  çarpışan 
Babək  dünyasını  dəyişsə  də,  qeyb  olmur.  O,  Aqşini  hər  addımda 
təqib  edir,  onun  hərəkətlərinin  ittihamçısına  çevrilirdi.  Babəkin 
teyfi  Aqşinin  yatmış  vicdanını  oyatmaqla,  həm  əqidə,  həm  də 
məntiqlə onu məğlub edirdi.  
Onun ruhu ölkə üzərində gəzir, xüsusən xəyanətkar padşahın 
- Aqşinin azğınlıqlarını acı qəhqəhələrlə, nifrətlə müşayiət  edirdi. 
O,  Aqşini  öz  əqidəsindən  dönməyə,  xalqın  hörmətini  qazanmaq 
üçün  yalanlardan  əl  çəkməyə  çağırırdı:  “Babək:  -  Sən  öz  işini 
görüb qutardın. Artıq o qol Xəlifəyə lazım deyil, indi ona ayrı qol 
lazımdır. Dünənki qəhrəman Aqşin bu gün İbn Zeyd kimi əqidəsiz 
pulgir ilə alverə girir. Amma belə alverlərin ömrü çox gödək olur. 
Sən burada da uduzmusan. Sən qızını eşit. Yalanlardan  əl çək. Ya 
yalanlar üzərində qurulan bu taxt-tac, ya da həqiqət” (129, 48). Əli 
Nurun  ifasında  Babək  qəhrəman,  yenilməz,  vətəni  üçün  ölümə 
gedən mübariz bir el oğlu, əqidə fədaisi idi.  
Babəkin  hıçqırtıları  ilə  bitən  tamaşadan  alınan  qənaət  bu  idi 
ki,  tarix  xəyanətlərlə  müşaiyət  olunsa  da,  bu,  heç  zaman 
bağışlanmır.  Hadisələrin  fonunda  Babəkin  teyfinin  tamaşaya 
müdaxiləsi  əsərin  ideya  və  məzmununun  düzgün  qavranılmasına 
hesablanmışdı.  Eyni  bir  vətənin  azadlığına  və  müqəddəratına 
münasibətdə iki qan qardaşının taleyi eyni bir finalda - dar ağacına 
gətirib çıxarırdı. Xalqın, müqəddəs ocağın naminə canından keçib, 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə