Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə29/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   25   26   27   28   29   30   31   32   ...   47

 
 
90 
Pərdə  açılan  kimi  səhnənin  ümumi  tərtibatı  Göytürk 
çadırlarının  içini  xatırladırdı.  Çadırların  arxa  tərəfi  qalxdıqda 
meydan,  meşəlik  və  qayalıq  mənzərəsi  görünürdü.  İki  çadırın 
ucları  arasında  iri  bir  ekran  var  idi.  Ekranda  slayd  vasitəsilə 
Göytürklərin Juan-juanları qovması təsvir olunurdu. Qələbəni əks 
etdirən musiqi sədaları altında tamaşa başlayırdı. 
Tamaşanın  quruluşçu  rejissoru,  əməkdar  incəsənət  xadimi 
Ağakişi  Kazımovun  işi  yalnız  rejissorluq  qabiliyyətinə,  nikbin 
əhval-ruhiyyəli,  monumental,  tarixi  qəhrəmanlıq  tamaşası 
yaratmaq bacarığına görə deyil, həm də məhz xeyrin şərə nisbətən 
çox  güclü  olduğunu  göstərmək  iqtidarına  görə  müsbət 
qiymətləndirildi.  Ümumi  ictimai  rəyə  görə,  o,  tamaşa  yaradıcıları 
ilə  əlbir  yaradıcılıq  səyi  nəticəsində  müəllif  fikrini  tamaşaçıya 
dəqiq və aydın çatdırmağa nail oldu. Tamaşanın quruluşçu rəssamı 
İsmayıl  Əsədoğlu  və  bəstəkar  Cavanşir  Quliyev  tarixi-ictimai 
faciənin  sənət  dili  ilə  açılması  üçün  bütün  imkan  və 
istedadlarından yetərincə istifadə etmişdilər. 
Heydər  Əliyev  tamaşadan  razı  qaldığını  bildirərək  demişdi: 
“Sizin hamınız öz rolunuzu o qədər gözəl ifa etdiniz ki, birinizi o 
birinizdən  seçə  bilmərəm.  Hamınız  çox  gözəl  ifa  etdiniz.  Hər 
biriniz  öz  ifanızla  çox  gözəl  təsir  bağışladınız.  Xüsusən  əsərin 
mənasını,  məzmununu  çatdırdınız.  Ona  görə  mən  sizi  təbrik 
edirəm.  Bu  əsəri  gözəl  yaratdığınıza  görə  sizi  yüksək 
qiymətləndirirəm” (86).  Heydər Əliyev həmçinin  qeyd etmişdi ki, 
“Bu  əsərin xüsusiyyəti ondan ibarətdir ki, burada hansı rolun baş 
rol  olduğunu  demək  çətindir”  (86).  Ustad  teatrşünas  kimi 
söylənilən bu fikrin məna və mahiyyəti olduqca dərindir. Əslində, 
burada  söhbət  həm  əsərin,  həm  tamaşanın  dramaturji 
quruluşundan,  həm  də  ansambl  bütövlüyündən  gedirdi.  Obrazlar 
bədii  materialla  taraz  yüklənmiş,  həm  də  tamaşada  mükəmməl 
ansambl 
vasitəsilə 
əsas  məqsədin  “Türkün  gücü  onun 
birliyindədir” - fikrinin həyata keçməsinə xidmət edirdi. 
Rejissor  quruluşunda  təqdirəlayiq  cəhətlərdən  biri  də 
tamaşanın  klassik  üslubda  qurulması  idi.  Ağac  öz  kökləri  üstə 
dayanıb,  qol-budağı  isə  ətrafa  şaxələnmişdi.  Yəni  əsərdəki 


 
 
91 
hadisələr  tarixi  qatda  saxlanılır,  VI-VII  əsrlərdəki  Göytürk  özülü 
üzərində  baş  verənlər  bu  gün  də  müasirlik  ruhunu  qoruyub-
saxlayırdı.  Əsərin  böyük  müvəffəqiyyətlə  keçən  ilk  tamaşasını 
ictimaiyyətlə  yanaşı,  teatr  tənqidi  də  yüksək  qiymətləndirmişdi. 
İnqilab  Kərimov,  Hüseyn  Abbaszadə,  Şahmar  Əkbərzadə,  Fəridə 
Səfiyeva tamaşaya öz müsbət münasibətlərini bildirmişdilər 
İnqilab  Kərimov  “Panorama”  qəzetində  dərc  olunan 
məqaləsində  yazırdı:  “Rejissor  tamaşanın  bu  günlə  daha  yaxşı 
səsləşməsi üçün  əsərin konfliktini,  kompozisiyasını  və  ana xəttini 
əsas hadisələr xətti ilə bağlı şəkildə açmaqla, obrazların bir-birinə 
olan  münasibətlərini  müəyyən  edən  məqamları  aydın  göstərməyə 
çalışmışdır.  Quruluşçu rejissor  bədii  tərtibatdan  da,  musiqidən də 
yerli-yerində  istifadə  etmişdir”  (59).  Tənqidçi  öz  məqaləsində 
tamaşanın  pozitiv  cəhətlərini  göstərməklə  yanaşı, öz iradlarını  da 
qeyd  etmişdi:  “Əvvəla  tamaşanın  ümumi  səhnə  mədəniyyətinə 
irad  tutmaq  olar.  (Hətta  bir  də  görürsən  ki,  Qara  Xaqanın 
hüzurunda duran sərkərdə əlini belinə vurub).İfaçıların danışıq və 
tələffüzündə  tamaşaçını  razı  salmayan  hallar  nəzərə  çarpır.  Bəzi 
aktyorlar öz xarici görkəminə, müəyyən səhnə təcrübəsinə arxayın 
olub,  yersiz  ədalara,  məşrut  hərəkətlərə,  patetikaya  uyur”  (58). 
Fəridə  Səfiyeva  isə  tamaşadan  razı  qaldığını  bildirirdi:  “Haradan 
gəlib,  haraya  getdiyini  bilməyən,  yaddaşını  itirən,  dünənini 
unudan  bir  xalqın  sabahı  yoxdur.  Və  nə  yaxşı  ki,  müəllifin  bu 
qənaəti  tamaşanı  hazırlayanların  və  ifa  edənlərin  ümumi 
qənaətinə,  vahid  ideyasına  çevrilə  bilmişdir.  Səhnədəki  bütün 
aktyorların oyunu bu fikri çatdırmağa, bu qənaəti möhkəmlətməyə 
xidmət edir” (113). 
Tamaşanın  müvəffəqiyyətli  alınmasında  aktyor  ansamblının 
əməyi qeyd olunmalıdır. Əlabbas Qədirovun (Qara Xaqan), Ramiz 
Məlikovun  (Dulu  Xaqan),  Nurəddin  Mehdixanlının  (Gur  Şad), 
Laləzar  Mustafabəylinin  (İçgen  Xatun),  Məleykə  Əsədovanın 
(Selcan),Zemfira Nərimanovanın (Banu Çiçək), Sənubər
 
İsgəndər- 


 
 
92 
 
 
“Özümüzü kəsən qılınc” Qara Xaqan – Əlabbas Qədirov 
                                       İçgen Xatun – Laləzar Mustafabəyli 
 
 
 
“Özümüzü kəsən qılınc”  Qara Xaqan – Əlabbas Qədirov 
                                         Selcan – Məleykə Əsədova 


 
 
93 
 
 
“Özümüzü kəsən qılınc” İçgen Xatun – Laləzar Mustafabəyli 
                               Siyan Şi – Sənubər İsgəndərli 
 


 
 
94 
 
 
“Özümüzü kəsən qılınc”  Gur Şad – Nurəddin Mehdixanlı 
                                         Selcan – Məleykə Əsədova 


 
 
95 
ovanın  (Siyan  Şi),  Rafiq  Əzimovun  (Mubi  Tərxan),  Məcnun 
Hacıbəyovun  (Salur  xan),  Rəsul  Həsənzadənin  (İltəriş),  Aslan 
Şirinovun  (Şeytan),  Mətanət  Atakişiyevanın  (Mələk)  -dolğun 
səhnə  surətləri  aktyorların  böyük  yaradıcılıq  zəhmətinin,  yeni 
sənət axtarışlarının gözəl nümunəsi idi. 
Əsərin  əsas  qəhrəmanlarından  olan  Qara  Xaqan  rolunu 
Əlabbas  Qədirov  oynayırdı.  Uzun  illərin  səhnə  təcrübəsi  aktyora 
bu  ağır  və  təzadlı  obrazı  dolğun  yaratmağa  kömək  edirdi.  Qara 
Xaqan  qardaşı  Çulo  Xaqanın  səhvini  təkrarlayır.  Öz  ərini 
zəhərləyən  məkrli  İçgen  Xatunu  özünə  arvad  etməklə  bütün 
məğlubiyyətlərin  və  bədbəxtliklərin  əsasını  qoyur.  Qara  Xaqan 
obrazı  bütün  hadisələrin,  vəziyyətlərin  keçid  nöqtəsində  dayanır, 
bütün  obrazlar  arasında  gedən  konfliktdə  iştirak  edirdi.  Xaqan 
olduqdan  sonra  o,  nəinki  ölkənin  vəziyyəti,  xalqın  güzəranı  ilə 
maraqlanmır,  əksinə,  xaqanlığa  vəliəhd  olan  iki  qardaş  arasında 
intriqa  yaratmağa  və  bu  yolla  onları  aradan  götürməyə  çalışır. 
Xaqan  taxtını  əlində  saxlamaqdan  ötrü,  hətta  doğma  qızının 
ölümünə,  onun  ailəsinin  dağılmasına,  öz  körpə  nəvəsinin  yetim 
qalmasına  bais  olur.  Qardaşı  Çulu  Xaqanın  vaxtilə  əliəyrilik, 
dələduzluq  üstündə  işdən  qovduğu  Salur  xanı  yenidən  ölkənin 
xəzinədarı  təyin  edir.  Qaynı  Yan  Çunqu  əzizləyərək,  orduda 
yüksək  rütbəyə  çatdırmağa  çalışır.  Ə.Qədirov  obrazı  müstəqim 
şəkildə  oynayır,  bədii  materiala  əsaslanaraq  təsvirə  üstünlük 
verirdi. Hətta daxilində xeyirlə şərin timsalı kimi göstərilən Mələk 
və 
Şeytanla  görüşdüyü  anlarda  da  Ə.Qədirov  obrazın 
müstəqilliyini  saxlayırdı.  Qardaşı  oğlu,  həm  də  kürəkəni  Gur 
Şadla  ilk  söhbətlərində,  qızı  Selcanın  onu  ittiham  etdiyi  anlarda, 
Mubi  Tərxanın  onunla  razılaşmadığı  məqamlarda  belə  Ə.Qədirov 
Qara  Xaqana  hər  vəchlə  haqq  qazandırmağa  çalışırdı.  Hadisələrə 
İçgen Xatunun gözü ilə baxan Qara Xaqan - Ə.Qədirov tamaşanın 
sonunda özünün səhv yolda olduğunu anlayır. O, başa düşür ki, bu 
günün  tələsik  və  düşünülməmiş  hərəkətləri  üçün  gələcək  nəsillər 
qarşısında  cavab  verməli  olacaq.  Qara  Xaqanın  özünü  qılıncla 
öldürməsi  səhnəsi  tamaşanın  ideyasının  açılmasına  xidmət 
göstərirdi.  Bu  faciənin  labüdlüyü  məntiqi  bir  sualın  cavabını 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə