Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə26/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   22   23   24   25   26   27   28   29   ...   47

 
 
81 
münasibəti  öz  əksini  tapırdı.  İstər  K.Xudaverdiyev,  istərsə  də 
H.Xanızadə  Nəsiminin  özünü  dərk  edən  insanın  qüdrətli  varlığa 
çevrilməsi ideyasına səhnədə nail olmağa çalışırdılar. H.Xanızadə 
-  II  Nəsimi  söyləyəndə  ki,  insan  öz  zəkası  və  aliliyi  ilə  allahdan 
geri  qalmır,  dərin  daxili  təbəddülatlar  içərisində  olan  Vəliəhdin 
etiraz  etməyə  gücü  çatmırdı.  Hər  iki  aktyor  nəsimiliyin  ruhunu, 
fikir  və  həqiqət  çırpıntılarını  böyük  ustalıqla  tamaşaçıya 
çatdırırdılar.  I  Nəsimi  (Həllaci  Musa)  -  K.Xudaverdiyev  allaha 
qovuşmağın  hikmətini  insan  əqidəsi  və  idrakında  görürdü.  II 
Nəsimi  (Tural)  -  H.Xanızadə  tanrını  hər  şeydən  əvvəl  ülviliyində 
duyur,  axtarırdı.  Onların  fəryadı  mənalandıqca,  mübarizə 
bayrağına çevrilirdi. Tənqidçilər də hər iki aktyorun oyunlarından 
razı  qaldıqlarını  bildirərək  yazırdılar:  “Birinci  və  İkinci  Nəsimi 
(artistlər  K.Xudaverdiyev  və  H.Xanızadə)  öz  rollarında  təbii  və 
realdırlar.  Onların  monoloqları  da,  dialoqları  da,  hərəkətlərində 
sağlam zəkanın qələbəsindən inandırıcı şəkildə xəbər verir” (110). 
“Nəsiminin  ikiləşmiş  obrazı  olan  I  Nəsimi  və  II  Nəsimidə 
K.Xudaverdiyevin  və  H.Xanızadənin  ifasında  insanın  idrakına, 
ləyaqətinə,  öz  məsləkindən  dönməzliyinə  bəslənilən  inam 
güclüdür. Aktyorlar mükalimələrdə I Nəsimi və II Nəsiminin haqq 
axtarışlarını fikir fədailərinə xas siqlətdə təlqin edə bilirlər” (36). 
Tamaşadakı  ən maraqlı  obrazlardan biri  Vəliəhddir.  Meşədə 
Həllac  Musanın  dəstəsinə  rast  gələrkən  dostu  Dəyanətin  özünü 
Vəliəhd  kimi  tanıdıb,  qurban  getməsi  ona  əzab  verir.  Fuad 
Poladovun  ifasında  obrazın  əzablarını  dərinləşdirən  amillərdən 
biri  acizliyini,  qorxaqlığını  etiraf  etməsidirsə,  digəri  –  Dəyanətin 
onun  yerinə  qurban  getməsini  kiməsə  deyə  bilməməsidir. 
Ayparanın  qarşısında  sirrini  açsa  da,  yenə  də  ovuna  bilmir. 
Zindana  gələrək  özünü  Nəsimi  adlandıran,  ölüm  “yarışına”  girən 
insanlarla  tanış  olan  Vəliəhdin  daxili  dünyasında  əsl  təlatüm  baş 
verir.  Bu,  təbiətən  idraka  və  axtarıcılığa  meylli  olan  Vəliəhddə 
insan  zəkasının  qüdrətinə  sonsuz    heyrət  oyadır,  həqiqətin 
saraylarda yox, məhz xalq arasında olduğuna onu inandırır. 
Aktyor  Fuad  Poladov  Vəliəhdi  ziddiyyətlər  içərisində 
çırpınan, atasının bir çox zülmlərinin, haqsızlıqlarının canlı şahidi 
olan,  xeyirxah,  işıqlı  adamların  təsiri  ilə  nəhayət  haqqın  yolunu 


 
 
82 
tapan, bəzən məsum, bəzən qapalı, bəzən ciddi, nifrətini, qəzəbini, 
məhəbbətini,  rəğbətini  boğan,  gizlədən,  tamaşanın  finalında  isə 
hürufi  məsləkini  qəbul  edən,  “Niyə  sizin  kimi  düşünməliyəm, 
düşünmək  istərəm  mən  özüm  kimi”  deyib,  hər  cür  ehkamın 
əleyhinə çıxan bir obraz kimi təqdim edirdi. 
Tamaşada  yeganə  qadın  obrazı  olan  Aypara  rolunu  Firəngiz 
Mütəllimova  oynayırdı.  Öz  mübarizliyi,  əzimkarlığı,  ağlı  ilə 
tamaşaçıların  rəğbətini  qazanan  Aypara  -  F.Mütəllimova  elə  ilk 
səhnədən dünyaya baxışı, həyat hadisələrinə münasibəti ilə seçilən 
obrazdır. Hətta başqa obrazların inkişaf və təkamülündə (Vəliəhd) 
də  onun  xüsusi  rolu  vardır.  Onun  köməyi  ilə  Əmir  oğlu  saray 
divarlarını  bir  zindan  divarları  kimi  anlayır,  burda  hökm  sürən 
yalana,  saxtakarlığa  qarşı  qəlbində  etiraz  baş  qaldırır. 
F.Mütəllimova  Ayparanı  “zərifliyi,  məhəbbətinə  sadiqliyi,  idrakı 
və mətin təbiəti ilə seçilən bir obraz kimi” (36) təqdim edirdi. 
Tənqidin  qeyd  etdiyi  kimi,  “Fəryad”  düşündürən,  qəlblərə 
sirayət  edən  tamaşa  idi.  Hətta  tamaşanın  ən  epizodik,  ən  kiçik  və 
aktyor üçün bədii materialı ən az olan obraz belə dolğun xarakter 
kimi  yadda  qalırdı.  “Bizə  elə  gəlir  ki,  bunlardan  heç  biri  ayrı-
ayrılıqda  əsərin  aparıcı  qəhrəmanı  deyil,  lakin  hamısı  birlikdə 
dramaturqun  və  rejissorun  ideya  və  arzularının  toplusu, 
mücəssəməsidir.  Hətta  burada  çox  epizodik  xarakter  daşıyan, 
bəlkə  də  ümumi  gedişdə  elə  surətlər  var  ki,  onların  adi  bir 
atmacası,  eyhamı,  istehza  və  şuxluğu  tamaşanın  təsir  dairəsini, 
hədəfə sərrast atəşini gücləndirir və yadda qalır” (44). 
Oğlu haqsız yerə dar ağacına qaldırılan, hərəkətləri, əməlləri, 
geyimi,  danışıq  tərzi  ilə  tamaşaçılarda  rəğbət  doğuran  Çalpapaq 
(Məzahir  Cəlilov),  günahsız  olaraq  qaranlıq  zindana  atılan,  ürəyi 
haqq  və  ədalət  üçün  çırpınan  Rəhman  (Yaşar  Nuriyev),  hər  an 
yumruğuna  və  gücünə  güvənən  Kəramət  (Elxan  Quliyev),  zindan 
küncündə  sızlamaqdan  təngə  gələn  Sübhan  (Əlivida  Cəfərov), 
bütün  haqsızlıqlara,  ədalətsizliklərə  öz  sükutu  ilə  üsyan  edən 
Mərvan (Abbas Qəhrəmanov) obrazlarını canlandıran aktyorlar öz 
təbii  və  maraqlı  ifaları  ilə  əsərin  ideya  məzmununun  açılmasına 
xidmət edirdilər. 


 
 
83 
Tamaşada  Ramiz  Məlikin  təqdim  etdiyi  Dəyanət  obrazı  da 
fikir  fədailərindən  biridir.  Bundan  əvvəlki  əsərlərində  rast 
gəldiyimiz  “kölgə”,  “teyf”  rolunda  burada  Zahidin  oğlu  Dəyanət 
çıxış  edir.  İkinci  Arzu,  ikinci  Rəşad  kimi  Dəyanət  obrazı  da 
Vəliəhdin  daxili  səsi,  vicdanının  səsi  kimi  onu  addımbaşı  izləyir, 
onu  insan  kimi  formalaşmaq  üçün  əzablı  yollardan  keçməyə 
məcbur edirdi. 
“Nəşə, sevinc ürəyi hər gün dayazlaşdırar, 
İdrakın zirvəsinə kədər qapı açdırar. 
Yar olsun əzab sənə, dərd sənə, kədər sənə
İnsantək yaşamağı əzab öyrədər sənə. 
Heç olmasa sev barı 
Səni yaşada bilsin, sevginin əzabları” (129, 275). 
Qatı  dindar  olan  atasının  əqidəsindən,  məsləkindən, 
yolundan  dönüb  həqiqət  uğrunda  vuruşan,  hürufilərə  qoşulan 
Dəyanət  obrazını  R.Məlikov  yadda  qalan  zəngin  boyalarla 
tamaşaçılara  çatdırırdı.  “O,  saraydakıları  amalsız  adlandırıb,  dinə 
inanmadıqlarını aşkar edəndə də, “Fikrin ki, yolunda öləni yoxdur, 
demək, uydurmadır, o fikir deyil” söyləyəndə də tamaşaçı məsləki 
uğrunda ölümə gedən bu qəhrəmanın dəyanətinə inanırdı” (36). 
Pyesdə  şər  qüvvələri  təmsil  edən  obrazların  ən  güclüsü  din 
xadimi  Zahiddir.  Əgər  Nəsiminin  fəryadı  onun  əqidəsinin, 
inamının  səsidirsə,  Zahidin  fəryadı  onun  faciəsidir.  Bu  rolun 
ifaçısı  Mikayıl  Mirzəyev  öz  ecazkar  oyunu  ilə  tamaşaçıları  valeh 
etmiş,  ikiüzlü,  qəddar  dindarın  ümumiləşmiş  simasını  məharətlə 
yaratmağa  nail  olmuşdu.  Çox  mürəkkəb  və  ziddiyyətli  bir  obraz 
olan  Zahidi  M.Mirzə  40  ildən  artıq  Əmirə  xidmət  göstərən,  onun 
haqsızlıqlarını  ört-basdır  edən,  hürufilərə  qarşı  mübarizə  aparan 
qatı  dindar  kimi  təqdim  etmişdi.  Zahid    öz  əsabələri  ilə  işıqlı 
ideyalara,  haqq  səslərə  qənim  kəsilmişdi.  Mənəvi  saflığa, 
insanlığa  cəllad  olan  Zahid  obrazı  M.Mirzə  yaradıcılığında  sənət 
üğuru  kimi  qiymətləndirilmişdi  (110).  “Öz  ecazkar,  möcüzəli 
oyunu  ilə  …  ikiüzlü  qəddar”  (36)  Zahidi  aktyor  romantik  faciəvi 
üslubda  ifa  edirdi.  Əlindəki  səlahiyyətdən  istifadə  edərək  neçə-
neçə günahsız adamın ölmünə fitva verən Zahidi  yeganə oğlunun 
ölümü  bir  ata  kimi  məyus  etsə  də,  “şəhid  atası”  titulu  onu  bir  o 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə