Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə22/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   18   19   20   21   22   23   24   25   ...   47

 
 
69 
danışması,  obrazının  xarakterinə  uyğun  gəlməyən  çılğınlığı, 
əməkdar  artistlər  İlham  Əsgərovun  (Nadir),  Elxan  Quliyevin 
(Əkbər),  gənc  aktyorlar  Samir  Qulamovun  (Rizvan),  Şəlalə 
Şahvələdqızının 
(Səbinə), 
Şəhla 
Əliqızının 
yerli-yersiz 
qışqırmaları,  səs  tonlarını  qaldırmaları  tamaşaçının  əsəblərini 
“cırmaqlayır”. Tamaşada yalnız xalq artistləri Rafiq Əzimovun və 
Elxan Ağahüseynoğlunun ifaları xoş təsir bağışlayır” (137). 
Bu  yazıda  iradlar  əsasən  haqlı  olsa  da  mötəbər  bir  qəzetdə 
ictimai  rəy  adından  danışan  jurnalistin  qeydləri  bir  qədər 
mübaliğəli  görünür.  Hər  hansı  bir  tamaşa  haqqında  fikir 
söyləyərkən  həssas,  obyektiv  və  prinsipial  olmaq,  teatr 
komponentlərini  unutmamaq  gərəkdir.  Tamaşanın  “uzanması” 
barədə  qeydlərlə  yalnız  qismən  razılaşmaq  olar,  təfərrüatlara 
varmadan  belə  hökm  vermək  insafsızlıqdır.  Ağakişi  Kazımov 
ustad  rejissordur,  monumental tamaşaları ilə  hörmət  qazanmışdır. 
Elə  təkcə    B.Vahabzadənin  tarixi  mövzuda  yazılmış  “Özümüzü 
kəsən  qılınc”  və  “Dar  ağacı”  pyeslərinə  verdiyi  quruluşlar  bunu 
təsdiq edə bilər. 
Maraqlıdır  ki,  yazı  müəllifini  yalnız  mənfi  surətlərin  –  cani 
obrazlar  olan  Səttar  və  Gülağanın  səhnə  təcəssümü  razı  salır.  Bu 
isə  onu  göstərir  ki,  jurnalist  gerçəklərin  səhnədə  birbaşa  publisist 
şərhinə  aludə  olmuş,  B.Vahabzadə  dramaturgiyasının  əxlaqi 
konsepsiyasına 
biganəlik 
göstərmişdir. 
B.Vahabzadənin 
pyeslərində  ümumi  ideya  mənfi  və  müsbət  başlanğıcların 
toqquşmasından hasil olur, pozitiv tərəf güclü olmazsa, neqativlər 
də  belə  parlaq  şəkildə  görünə  bilməz.  Bu  baxımdan  tamaşada 
Nurəddin 
Mehdixanlının  (Şahin),  Laləzar  Mustafayevanın 
(Məlahət), İlham Əsgərovun (Nadir) ifaları barədəki tənqid heç də 
özünü doğrultmurdu. 
Aktual  mövzuda  olan,  insanlar  arasındakı  yeni  psixoloji 
münasibətlərə  işıq  salan  pyesin  səhnə  təfsirinin  müxtəlif  rəylər 
doğurması  da  təbii  idi.  Belə  ki,  Flora  Xəlilzadə  ümumən 
tamaşadan  razı  qaldığını  yazırdı.  Tamaşada  rejissor  işinin  digər 
komponentlərə  nisbətən  zəif  olduğunu  hesab  edən  Flora  xanım 
fikrində  obyektiv  olmağa  çalışırdı:  “Rəqabət”  tamaşası  aktual  bir 
mövzunun  əks-sədasıdır.  Bu  səbəbdən  də  tamaşaçılar  tərəfindən 


 
 
70 
rəğbətlə  qarşılandı…  Əsərin  süjeti,  aktyor  oyunu  rejissor 
quruluşundan öndə gedirdi” (46). 
Bununla  belə,  “Rəqabət”in  ilk  tamaşasından  sonra  yarıtmaz 
quruluşuna, aktyor oyununda və səhnə tərtibatındakı nöqsanlarına 
görə  Mədəniyyət  Naziri  Polad  Bülbüloğlunun  göstərişi  ilə  əsər 
repertuardan  çıxarılmış,  quruluşçu  rejissor  Ağakişi  Kazımova  və 
rəssam  İsmayıl  Məmmədova  xəbərdarlıq  elan  olunmuşdu.  Teatrın 
direktoru və bədii rəhbəri Əlabbas Qədirova töhmət verilmiş, hətta 
P.Bülbüloğlu  Milli  Dram  Teatrının  Bədii  Şurasının  tərkibinin 
dəyişdirilməsi haqqında qərar qəbul etmişdi. 
Nazirin  göstərişi  ilə  “Rəqabət”  pyesinə  bir sıra  dəyişikliklər 
edildikdən sonra, tamaşanın yenidən işlənmiş variantı 2004-cü ilin  
oktyabrın 21-də  bir daha  tamaşaçıların ixtiyarına verildi.  Yenə  də 
tamaşanın  quruluşunu  Ağakişi  Kazımov,  tərtibatını  İsmayıl 
Məmmədov  vermiş,  musiqisini  Cavanşir  Quliyev  yazmışdı.  Yeni 
quruluşda  tamaşa  düz  bir  saat  qısaldılmışdı,  əsər  axıcılığı, 
hadisələrin dinamik əvəzlənməsilə tamaşaçının diqqətini səhnədən 
yayınmağa qoymurdu.Pafosdan xilas olan “Rəqabət” tamaşaçıların 
hisslərinə  güclü  təsir  edir,  aktyorların  cilalanmış  oyunu  əsərin 
mahiyyətini,fəlsəfəsini  qavramaqda  onlara  maneçilik  törətmirdi. 
“Aktyorların  yüksək  səviyyəli  ifası  nəinki  müsbət,  hətta  mənfi 
qəhrəmanları da tamaşaçılara “sevdirir”di.” (138). 
Tamaşanın  yenidən  işlənmiş  variantı  həm  teatr  ictimaiyyəti, 
həm  də  tənqid  tərəfindən  teatrın  dəyərli  işi  kimi  qeyd  olundu  və 
teatrın repertuarında yerini tutdu. 
*** 
Beləliklə, birinci fəslə yekun vuraraq belə qənaətə gəlirik ki, 
1.  Xalq  şairi  Bəxtiyar  Vahabzadə  bir  dramaturq  kimi  də 
özünü  təsdiq  etmişdir.  Onun  müasir  mövzularda  qələmə  aldığı 
“İkinci səs”, “Yağışdan sonra”, “Yollara iz düşür”, “Hara gedir bu 
dünya?”, “Cəzasız günah”, “Rəqabət” kimi lirik-psixoloji pyesləri 
günün 
aktual 
problemlərindən, 
müasirlərimizin 
daxili 
dünyasından, daim təzələnən həyat və insan münasibətlərindən söz 
açmaqla  gerçəkliyin  ən  müxtəlif  tərəflərinə  diqqət  cəlb  etmiş, 
layiqli  səhnə  təcəssümü  taparaq,  yarım  əsrə  yaxın  bir  müddətdə 
Azərbaycan səhnəsindən düşməmişdir. 


 
 
71 
2.  B.Vahabzadənin  böyük  səhnəyə  yol  açan  ilk  əsəri  “İkinci 
səs”  pyesidir  (1969).  Lirik-psixoloji  üslubda  qələmə  alınmış  pyes 
realist-psixoloji  teatrın  tələblərinə  tam  cavab  verməklə  uğur 
qazanmış, milli teatrın repertuarını zənginləşdirmişdir. İdeya-bədii 
kamilliyi  və  müasirliyi  pyesin  bugünəcən  bir  neçə  dəfə  səhnə 
təcəssümünə  və  teletamaşasının  yaranmasına  səbəb  olmuşdur. 
Əsərə 
məşhur 
rejissorlarımızdan 
Əşrəf 
Quliyev, 
Lütfi 
Məmmədbəyov və Ağakişi Kazımov səhnə həlli vermişlər. 
3. Şair-dramaturqun “Yağışdan sonra” pyesində (1971) insan 
mənəviyyatının  ekologiyası,  “Yollara  iz  düşür”  pyesində  (1977) 
isə  vətəndaşlıq  mövqeyi  mövzusu  daha  qabarıqdır.      “Yağışdan 
sonra”    novator  rejissor  Tofiq  Kazımovun  təfsirində  həm  də 
köhnəliyə,  daşlaşmış  ehkamlara,  aşınmış  əxlaq  və  pis  adət-
ənənələrə  qarşı  yenilikçi  bir  tamaşa  kimi  səslənir,  insan 
mənəviyyatı  yolunda  əsil  mübarizəyə  çevrilir.  Rejissor  Əşrəf 
Quliyevin təqdimində “Yollara iz düşür” tamaşası yaradıcı insanın 
xudbinlik və ehkamçılıq üzərində qələbəsini təcəssüm etdirir.      
4.  “Hara  gedir  bu  dünya?”  (1991),  “Cəzasız  günah”  (2000), 
“Rəqabət”  pyesləri  (2003)  müstəqillik  əldə  etdikdən  sonra  milli 
cəmiyyətdə  cərəyan  edən  mənəvi  proseslərdən,  milli  insanın 
üzləşdiyi gerçək təzadlardan söz açır. Birinci iki pyesin səhnə həlli 
rejissor Bəhram Osmanova, sonuncunun təfsiri Ağakişi Kazımova 
məxsusdur.  
5.  B.Vahabzadə  dramaturgiyaya  poeziyadan  gəlsə  də  lirik-
psixoloji pyeslərinin hamısını nəsrlə yazmışdır. 
6.  B.Vahabzadənin  lirik-psixoloji  pyesləri  öz  fəlsəfi 
dərinliyi,  ictimai-sosial  yönü  və  kəskin  publisistikası  ilə  diqqəti 
cəlb  edir.  Mürəkkəb  ictimai-siyasi  şəraitdə  səhnəyə  gəlməsinə 
baxmayaraq,  bu  tamaşalar  zaman-insan-cəmiyyət  barədə  şair-
dramaturqun düşüncə və mövqeyini əks etdirə bilir. 
7.  B.Vahabzadənin  müasir  mövzulu,  lirik-psixoloji  pyesləri 
ədəbiyyatımızı  zənginləşdirdiyi  kimi,  səhnəyə  qoyularaq  geniş 
tamaşaçı  rəğbəti  də  qazanmış,  bir  neçə  aktyor  nəsli  və  teatr 
xadimlərinin  yetişməsinə  rəvac  verməklə  Azərbaycan  teatr 
sənətinin inkişafında, həmçinin, müasir Azərbaycan tamaşaçısının 
zövqünün formalaşmasında böyük rol oynamışdır.     


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə