Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə25/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   21   22   23   24   25   26   27   28   ...   47

 
 
78 
yaradırlar.  Bu  səddin  arxasında  duranlar  həqiqət  aşiqləridir. 
Hüseynağa  Atakişiyevin  dəqiq,  səriştəli  səhnə quruluşunda,  yaxşı 
seçilmiş  aktyor  ansamblının  oyununda  bu  qarşıdurma  parlaq 
şəkildə təcəssüm tapmışdı. H.Atakişiyevin zahirən sadə və ifadəli 
quruluşunun  arxasında  gərgin  iş,  nəzmlə  yazılan  əsərin  hər 
misrasını,  hər  gəlişi,  mizanı,  nidanı    təhlil  edib,  təmkinlə  müəllif 
fikrini  açmaq  səyləri  dururdu.  Tamaşada  obrazların  daxili 
ziddiyyətləri,  həqiqətə  münasibətləri  çox  təsirli  dialoqlarda, 
monoloqlarda  səslənə-səslənə,  yüksələn  xətlə  inkişaf  tapırdı. 
Yalançılıq,  riyakarlıq,  ikiüzlülük,  hər  cür  cümləpərdazlıq 
həqiqətin sərt qılıncının qarşısında geri çəkilməyə məcbur olurdu. 
Puçluq,  tüfeylilik,  rüşvətxorluq  və  s.  kimi  cəmiyyət  naqislikləri 
həqiqətin  antipodu,  əksi  kimi  ifşa  olunurdu.  Məryəm  Əlizadənin 
sözləri ilə desək, “Dramaturgiyanı dayaq tutan, müəllif fikirlərinə 
sadiq  qalan,  forma  tapmaq  xatirinə  aparılan  axtarışlardan  azad 
olan,  düzgün  seçilmiş  aktyor  ansamblına  arxalanan  bu  tamaşanın 
rejissor  işi  elə  məhz  ədəbi  materialı  dərindən  öyrənmək  və  onun 
səhnə  yozumunu  vermək  yolunu  tutduğu  üçün  bizə  düzgün 
göründü” (36). 
Tamaşada  insan  mövzusu  fəlsəfi  kontekstdə  məna  qazanır, 
ideyalar  münaqişəsinə  çevrilərək,  idraki  əhəmiyyətli  mənəvi 
problemlər  qaldırırdı.  Məslək,  amal  uğrunda  savaş,  iradə  və 
dönməzlik  nümunəsi  tamaşada  öz  bədii  ifadəsini  tapmış,  tarixi 
həqiqətlər  müasir  dünyəvi-ictimai  problemlərə  açar  kimi 
düşünülmüşdü.  Rejissor  quruluşunun  davamı  olaraq,  rəssam 
Solmaz  Haqverdiyeva  tamaşaya  Nəsimi  dövrü  kaloritini  əks 
etdirən,  əsərdəki  hadisələrin  inkiaşfına  kömək  edən  və  aktyor 
oyunu  üçün  geniş  imkanlar  yaradan  bir  tərtibat  vermişdi. 
S.Haqverdiyeva  Nəsimi  dövrünü  duyaraq  o  zamanın  həyatını, 
bədii  vüsətini  bacarıqla  təcəssüm  etdirmişdi.  Məhz  buna  görə  də 
əsərin  əsas  məzmununu  təşkil  edən  Xeyir  və  Şərin,  ədalətlə 
zorakılığın,  ehkamçılıqla  həqiqətin  arasında  gedən  mübarizənin 
məqsədi  və  qayəsi  parlaqlığı  ilə  açılmışdı.  Cavanşir  Quliyevin 
tamaşaya  yazdığı  musiqi  də  pyesin  xarakterinə  tam  uyğun  gəlir, 
əsas  məqsədin  tamaşaçılara  çatdırılmasına  kömək  edirdi.  Tamaşa 
haqqında  çap  olunan  resenziyalarda  məhz  bu  yekdil  fikir 


 
 
79 
vurğulanırdı  ki,  həm  tərtibat,  həm  də  musiqi  tamaşanın  bədii-
estetik təsirinin yüksəlməsinə, idraki əhəmiyyətinin, təsir gücünün 
artmasına yardımçı olmuşdur. 
“Tamaşanın  təlqin  etdiyi  əsas  fikir  xorun  ayrı-ayrı 
epizodlarda  təkrar  etdiyi  “Allahü  əkbər”  demişik,  “insanü  əkbər” 
deyirik”  misralarında  tam  gücü  ilə  toplanır.  Teatra  bir  həmfikir 
kimi qoşulan tamaşaçı da insanı tapdaq edən kapitalist dünyasının 
liderlərini allaha pərəstişdənsə, insana məhəbbətə səsləyir”di (36). 
“Fəryad”  pyesi  Bəxtiyar  Vahabzadənin  uğurlu  səhnə  əsəri 
kimi  ədəbi  tənqidin  də  nəzərindən  kənarda  qalmadı.  Professor 
Qulu  Xəlilov  “Kamillik,  bütövlük”  adlı  məqaləsində  yazırdı: 
“Bizə  görə  Bəxtiyar  Vahabzadə  bir  dramaturq  kimi  heç  bir 
pyesində 
“Fəryad”dakı  qədər  yetkin,  bitkin  və  dərin 
görünməmişdi”  (44).  Tənqidçi  rejissor  işinə  və  aktyor  ifasına  öz 
münasibətini  belə  bildirir:  “Fəryad”  tamaşasında  da  iki  cəbhənin 
adamları  xeyirlə-şər  şəklində  qarşı-qarşıya  dayanırlar.  Bu 
qarşıdurma  istedadlı  aktyor  ifasında  əsl  mübarizəyə  çevrilir. 
Müsbət 
cəbhədə 
mübarizə 
aparan 
surətlərin 
hərəsində 
nəsimiçilikdən,  hürufilikdən,  “ənəlhəq”  tərəfdarlarından  bir 
əlamət,  xassə  vardır.  Tamaşada  hürufiliyin  ictimai-siyasi  mənası, 
onun  insana  məhəbbətlə  dolu  çalarları  indiyə  qədər  bu  barədə 
deyilənlərdən,  yazılanlardan  daha  geniş  mənada  verilmişdir. 
Dramaturq  və  rejissor  Nəsimi  kimi  bir  dühanın  fikrinin  üsyankar 
ruhunu çəkib əsərin özünün fəryadına çevirirlər” (44). 
Akademik  Firudin  Köçərli  də  “Fəryad”  tamaşasına  həsr 
etdiyi  məqaləsində  pyesi  və  tamaşanı  yüksək  qiymətləndirərək 
yazır:  “Tamaşaçılar  tərəfindən  böyük  maraqla  qarşılanan  dərin 
fəlsəfi  məzmunlu  pyes  fikrimizcə  yalnız  Bəxtiyar  Vahabzadənin 
yaradıcılığında  deyil,  ümumiyyətlə  ədəbiyyatımızda,  teatrımızın 
həyatında diqqətəlayiq hadisədir” (38). 
Tamaşanın  quruluşu  kimi,  aktyor  ifası  da  yüksək  səliqəsi, 
dəqiq  biçimləri  ilə  seçilirdi.  I  Nəsimi  (Kamal  Xudaverdiyev),  II 
Nəsimi  (Hamlet  Xanızadə),  Loğman  (Ramiz  Novruzov),  Aypara 
(Firəngiz  Mütəllimova),  Zahid  (Mikayıl  Mirzəyev),  Əmir 
(Səməndər  Rzayev),  Vəliəhd  (Fuad  Poladov),  Rəhman  (Yaşar 
Nuriyev),  Çalpapaq  (Məzahir  Cəlilov),  Kəramət  (Elxan  Quliyev), 


 
 
80 
Mərvan  (Abbas  Qəhrəmanov),  Sübhan  (Əlvida  Cəfərov),  Vəzir 
(R.Əliyev),  Gözətçi  (Elxan  Ağahüseynoğlu),  Qoca  şair 
(S.İbrahimov), Cavan şair (N.Quliyev) kimi dolğun səhnə surətləri 
aktyorların  böyük  yaradıcılıq  zəhmətinin,  sənət  axtarışlarının 
nəticəsi  olaraq  meydana  çıxırdı.  Milli  Elmlər  Akademiyasının 
müxbir  üzvü,  professor  İnqilab  Kərimov  yazır:  “Həm  quruluşçu 
rejissor  Hüseynağa  Atakişiyev,  həm  də  əsas  rollarda  çıxış  edən 
aktyorlar  -  S.Rzayev  (Əmir),  F.Poladov  (Vəliəhd),  R.Novruzov 
(Loğman),  F.Mütəllimova  (Aypara),  K.Xudaverdiyev  (I  Nəsimi), 
H.Xanızadə  (II  Nəsimi),  M.Mirzə  (Zahid),  R.Məlik  (Dəyanət), 
R.Əliyev  (vəzir),  Y.Nuri  (Rəhman)  tamaşanın  dramatizmini, 
fəlsəfi  keyfiyyətini  dərk  edib,  öz  ifaları  ilə  açıqlayırdılar”  (57, 
524).  
 Dramaturq  “Fəryad”  pyesində  klassik  ədəbiyyatımızın 
böyük  şəxsiyyəti  olan  Nəsimini  birbaşa  səhnəyə  gətirməmiş, 
Nəsimi  ruhunu  yaşadan,  “mənəm  allah”  deyib  özünü  bu  yolda 
qurban  verən  nəsimiçiləri  hədəf  seçmişdir.  İnsan  şüurunun,  insan 
düşüncəsinin  alverə  qoyulmasına,  əldən  getməsinə  qarşı  üsyan 
edən gənclər qəddar və ağılsız Hələb əmiri, onun yaltaq ətrafı kimi 
düşünmək  istəmirlər.  Onlar  mütərəqqi  ideayaların  işığına,  yer 
üzünü xilas edəcəyinə inanırlar. Tamaşada I Nəsimi (Həllac Musa) 
və  II  Nəsimi  (Tural)  əsrin  məngənəsində  çırpınan  və  zülmət 
içərisində  nur  yayan  həqiqət  aşiqləri  kimi  təqdim  olunmuşlar. 
Aktyorlar Kamal Xudaverdiyev (I Nəsimi) və Hamlet Xanızadə (II 
Nəsimi)  Nəsimi  ideyalarını  -  insana  məhəbbəti  müxtəlif 
vəziyyətlərdə 

zindanda, 
Vəliəhdlə 
görüşdə,  Loğmanla 
söhbətlərdə və xüsusən də finalda parlaq şəkildə göstərə bilirdilər. 
Əmiri  qorxudan  da  məhz  nəsimiçiliyin  getdikcə  güclənib  xalq 
hərakatına  çevrilməsidir.  Hər  iki  aktyor  inandırıcılıqla  göstərirdi 
ki,  insan  düşünə-düşünə  həqiqəti  dərk  edir  və  heç  bir  zaman  şər 
qüvvələr onun düşündüklərinin qarşısına sədd çəkə bilməzlər. 
K.Xudaverdiyevin  və  H.Xanızadənin  söylədikləri  hikmətlər 
tamaşada  yalnız  söz  olaraq  qalmırdı.  Bu  düşüncələr  XIV-XV 
əsrlərdə  və  ümumən  də  zülm  görən  xalqın  faciəsinə  varmağa 
xidmət  edirdi.  İki  simada  təcəssüm  tapan  Nəsimi  obrazının 
yozumunda  hər  iki  aktyorun  yaşadığı  zamana  və  müasir  zamana 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə