Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə21/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   17   18   19   20   21   22   23   24   ...   47

 
 
66 
Rejissor B.Osmanovun tamaşasında bünövrəsi düz qoyulmayan bir 
cəmiyyətdə  haqqın,  ədalətin  bərqərar  olmasının  müşküllüyündən 
söhbət  açılırdı.  Tamaşanın  musiqisini  əməkdar  incəsənət  xadimi, 
bəstəkar  Səyavuş  Kərimi  yazmış,  səhnə  tərtibatını  isə  rəssamlar 
Ağakərim Əliyev və Tahir Tahirov vermişdi. 
Tamaşada  rolları  xalq  artistləri  Kamal  Xudaverdiyev 
(Salman  Tahirov),  Ramiz  Novruzov  (Toğrul),  Səyavuş  Aslan 
(Nüsrət),  əməkdar  artistlər  Məcnun  Hacıbəyov  (Loğman),  Elxan 
Ağahüseynoğlu  (həkim),  aktrisa  Sənubər  İsgəndərli  (Aysel), 
aktyorlardan Sadıq  İbrahimov (hüquqşünas), Abbas Qəhrəmanov 
(Qoşqar) və Əsgər Məmmədoğlu (Qaçay) ifa edirdilər. 
Təəssüf  ki,  cəmi  bir  neçə  dəfə  göstərilən  bu  pyesin  səhnə 
həyatı  çox  qısa  oldu.  Yeni  estetik  qayə  tapılmadığından  əsər 
tamaşaçıların  diqqətini  cəlb  etmədi,  nə  teatr  tənqidində,  nə  də 
dövri mətbuatda haqqında heç bir fikir söylənilmədi. 
 
1.5. Ġnsani dəyərlərin müasirlik kontekstində həlli 
 
 2003-cü il noyabr ayının 27-də Akademik Milli Dram Teatrı 
B.Vahabzadənin  “Rəqabət”  adlı  dramının  ilk  tamaşasını  göstərdi. 
Yaradıcılığında  həmişə  insanların  mənəvi  aləminə  nüfuz  etməyə 
çalışan  və  bu  məsələlərin  təsvirinə  müxtəlif  yöndən  yanaşan 
dramaturq  bu  pyesində  də,  bütün  ağrı-acıların  acığına  saf 
duyğuların,  ilahi  eşqin  yaşaması,  pisliklə  yaxşılığın,  zülmətlə 
işığın,  nifrətlə  məhəbbətin  üz-üzə  dayanması,  ölümlə  həyatın 
mübarizəsi və nəticədə həqiqətin qələbəsini göstərmişdi. 
Tamaşada  süjet  iki  xətt  üzrə  inkişaf  edirdi.  Birinci  xətt 
sahibkarların  həyat  tərzi,  bir-birinə  olan  münasibətləri,  bazar 
rəqabətlərində  qalib  çıxmaq  üçün  apardıqları  mübarizə,  bəzən  bu 
halda baş verən əyintilər, naqisliklər öz əksini tapmışdı. Tanınmış 
jurnalist Flora Xəlilzadə əsərin mövzusu haqqında yazır: “Belə bir 
mövzunun  ilk  dəfə  olaraq  ədəbiyyata,  xüsusilə  də  səhnəyə 
gətirilməsi  təqdirəlayiqdir.  Çünki  iş  adamlarının  bədii  obrazını 
yaratmaq,  onların  timsalında  cəmiyyətdə  baş  verən  dəyişiklikləri 
göstərmək,  yeniliklərin  təqdimi  çox  vacibdir”  (46).  Sözsüz  ki, 
birinci  xətdə  nəzərə  çatdırılan  mövzu,  yəni  sahibkarların,  iş 


 
 
67 
adamlarının  həyat  tərzləri,  işləri,  fikir  və  düşüncələri  barədə 
yazmaq  vacibdir,  gərəklidir.  Onu  da  qeyd  etmək  lazımdır  ki, 
doğrudan  da,  Azərbaycan  ədəbiyyatında  ilk  dəfə  həmin  mövzunu 
belə  geniş  planda,  dramaturji  məzmunda  işləmək  Bəxtiyar 
Vahabzadəyə  nəsib  olmuşdur.  Zamanın  tələbindən  doğan  mövzu, 
sahibkarların, iş adamlarının  səhnə obrazını yaratmaq, onları teatr 
dili ilə danışdırmaq maraqlı olduğu qədər də, vacib idi. 
İkinci xətdə isə məhəbbət mövzusu təcəssüm tapmış, birinci 
xətlə  sıx  bağlı  olub,  mahiyyətcə  bir-birlərini  tamamlamışdılar. 
Belə  ki,  iş  adamı  kimi  tanınan  Şahinlə  Məlahət  arasında  olan 
məhəbbət  vaxtilə  daşa  dəymiş,  indi  isə  ömürlərinin  payız  çığında 
tale  onları  yenidən  üz-üzə  gətirmişdir.  Vaxtilə  öz  məhəbbətlərini 
valideyinlərinə  qurban  verən  Şahinlə  Məlahət,  bu  gün  də  öz 
məhəbbətlərini gizli saxlamağa, bir-birini təmiz məhəbbətlə sevən 
övladları Ceyhunla Kəmalədən  gizlətməyə məcburdurlar. 
Tamaşanın  quruluşunu  xalq  artisti  Ağakişi  Kazımov, 
tərtibatını əməkdar rəssam İsmayıl Məmmədov vermiş, musiqisini 
əməkdar  incəsənət  xadimi,  bəstəkar  Cavanşir  Quliyev  yazmışdı. 
Tamaşada  səhnəmizin  tanınmış  aktyorları  çıxış  edirdilər.  Şahin  – 
xalq  artistləri  Nurəddin Mehdixanlı  ilə  Əlabbas  Qədirovun,  Nadir 
–  əməkdar  artist  İlham Əsgərovun, Məlahət – xalq  artisti  Laləzar 
Mustafayevanın,  Kəmalə  –  xalq  artisti  Məleykə  Əsədovanın, 
Səttar  –  xalq  artisti  Rafiq  Əzimovun,  Gülağa  –  xalq  artistləri 
Yaşar  Nuri  ilə  Elxan  Ağahüseynoğlunun,  Səbinə  –  Şəlalə 
Şəhvələdqızı 
ilə 
Şəhla 
Əliqızının, 
Ceyhun 
– 
Kazım 
Həsənquliyevin,  Aslan  –  xalq  artisti  Ramiz  Novruzovun  ifasında 
maraqlı səhnə həllini tapmışdı.  
Laləzar  Mustafayeva  Məlahətin  daxili  iztirablarını,  mənəvi 
əzablarını,  keçirdiyi  həyəcanları  təbii  şəkildə  ifa  edirdi.  Aktrisa 
obrazını  o  qədər təbii  yaradırdı ki, tamaşaçılara  elə  gəlirdi  indicə 
səhnədə  faciə  baş  verəcək.  Son  anda  pərdənin  salınması 
tamaşaçıları  bu  qeyri-adi  nigarançılıqdan  qurtarırdı.  “Etiraf  edək 
ki,  uzun  illərdən  sonra  Laləzar  xanımın  timsalında  sanki  səhnədə 
biz  mərhum  və  unudulmaz  Hökümə  Qurbanovanın  səsini  eşidib, 
jestlərini gördük” (46). 


 
 
68 
Nurəddin  Mehdixanlının  ifasında  Şahin  təmkinli,  səmimi  və 
işinin yaxşı bilicisi təsirini bağışlayırdı. İlham Əsgərov bacarıqla, 
təbii və səmimiyyətlə ifa etdiyi Nadir obrazında mərdliyi, sədaqəti 
ön plana çəkirdi. Rafiq Əzimovun ifa etdiyi Səttar obrazı ikiüzlü, 
öz mənafeyi naminə ən yaxın adamını belə güdaza verməyə hazır 
olan  rəzil,  naqisxislət  adamların  sifətini  özündə  birləşdirmişdi. 
Əgər  Şahin  (Nurəddin  Mehdixanlı)  sahibkarların  arasında  gedən 
rəqabətdə  doğruçuluğu,  sədaqəti,  səmimiyyəti,  xeyri  təmsil 
edirdisə,  Səttar  (Rafiq  Əzimov)  şəri  təmsil  edirdi.  O,  taxıl 
bazarında  hökmdarlıq  etmək  üçün  rəqabəti  ədalətlə,  vicdanla 
aparmağın tərəfdarı olan Şahini öldürtdürür. 
“Rəqabət”  pyesinin  həm  müəllifi,  həm  də  yaradıcıları  belə 
bir  fikir təlqin  edirdilər  ki,  əbədi  olan  rəqabət meydanında xeyrin 
şərə,  əxlaqın  naqisliyə,  sədaqətin  xəyanətə,  halalın  harama  qalib 
gəlməsi üçün hamının birləşməsi vacibdir.  
Təəssüf  ki,  tamaşanın  uğurları  ilə  yanaşı,  qüsurları  da  yox 
deyildi.  Professor  A.Dadaşovun  qeyd  etdiyi  kimi,”işgüzar  və  ailə 
problemlərindən  ikiləşmiş  mövzunun  həlli  dedektiv  janrında 
yerinə  yetirilsə  də  paralel  mövcud  olan  melodrama  xətti 
emosionallığı  diqtə  etdiyindən  finalda  Kəmalənin  “...Dillən,ata 
qoy  hamı  bilsin  ki,  sən  sağsan.Sən  heç  vaxt  ölməyəcəksən.Sənin 
kimi  kişiləri  öldürmək  mümkün  deyil”kimi  son  mətni  pyes  boyu 
əsaslandırılmadığından mücərrəd səslənir”di(24).                                                                                                                             
Bundan  əlavə  pyesdən  irəli  gələn  mövzunun  daha  çox 
publisistik  həlli  tamaşada  da  bədiiliyi  üstələdiyindən  əsərin 
ideyasını və bədii təsir gücünü zəiflətmişdi. “525-ci qəzet”də Vəfa 
imzası  ilə  çap  olunmuş,  həcmcə  kiçik,  bir  növ  xəbər  xarakterli 
“Milli  Dram  Teatrında  “Rəqabət”  ictimai  baxışa  çıxarıldı” 
yazısında  tamaşanın  yalnız  qüsurları  sadalanırdı:  “Ağakişi 
Kazımovun quruluş verdiyi tamaşa (“Rəqabət” - M.Ağayeva) artıq 
səhnələrlə,  dialoqlarla  həddən  ziyadə  yüklənib.  3  saatdan  artıq 
davam  edən  tamaşanın  sonuna  qədər  zalda  qalmaq  üçün 
tamaşaçıya  mütləq  böyük  səbr  və  güclü  fiziki  hazırlıq  lazımdır. 
Xalq  artisti  Laləzər  Mustafayevanın  səhnədə  yalnız  gözəl  və 
“incə”  görünməsinin  qeydinə  qalması,  rejissorun  tamaşanın 
“lokomotivi”  saydığı  Nurəddin  Mehdixanlının  tez-tez,  aramsız 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə