Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə19/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   15   16   17   18   19   20   21   22   ...   47

 
 
60 
dramaturq  “Hara  gedir  bu  dünya?”  pyesində  daha  rasional 
mövqedən  narahat  bir  ürəklə  insanlığın  gələcəyindən  söhbət 
açırdı. 
Pyesə  rejissor  Bəhram  Osmanov  quruluş  vermiş,  müasir  və 
təsirli  estetik  prinsiplər  əsasında,  maraqlı  aktyor  kollektivinə 
güvənib,  ifadəli  vasitələrdən  bacarıqla  istifadə  edərək  əsərin 
ideyasını açmağa nail olmuşdu. 
Quruluşçu rejissor Bəhram Osmanov “Hara gedir bu dünya?” 
üçün  tapdığı  forma  və  üslubu  əvvəldən  axıra  qoruyub-saxlayaraq 
tamaşada  bütövlüyə  nail  ola  bilir,  həm  bədii  tərtibatı,  həm 
musiqisini, həm də aktyor ifasını bir tonda kökləyərək, hadisələrin 
ritmik və dinamik inkişafını, ahəngdarlığını təmin edirdi. Rejissor 
tamaşanın  bütün  yaradıcılarının  -  bədii  tərtibatını  hazırlamış 
rəssam  Arif  Əbdürrəhmanovun,  musiqisini  bəstələmiş  Adil 
Bəbirovun,  rollarda  çıxış  edən  aktyorların  –  Ramiz  Novruzovun 
(Laçın),  Yaşar  Nurinin  (Şahbaz),  Zenfira  Əliyevanın  (Nərgiz), 
Laləzar  Mustafayevanın  (Ayla),  Kamal  Xudaverdiyevin  (Ulu 
Əcdad),  Hacı  İsmayılovun  (katib-robot),  Əsgər  Məmmədoğlunun 
(Vəlizadə),  Məzahir  Cəlilovun  (qoca),  Elxan  Quliyevin  (birinci 
kişi),  Elxan  Ağahüseynovun  (ikinci  kişi)  və  Fikrət  Vəliyevin 
(üçüncü  kişi)  fikir  və  fəaliyyətlərini,  yeni  estetik  prinsiplərə 
əsaslanan  forma  və  üslub  vəhdətində  cəmləşdirir,  tamaşanın 
faciəvi  yükünü  dinamiklik  və  dramatizm  hesabına  daha  da 
qüvvətləndirərək, baxımlı və təsirli olmasına nail olurdu. 
Nə  ilə,  nədən,  haraya  gedir  bu  dünya?  Nə  verir  insanlara? 
Nəyi  alır  onlardan?  Bu  gedişlə  sonda  nə  gözləyir  bizi?  Bütün  bu 
suallar  B.Vahabzadənin  “Hara  gedir  bu  dünya?”  əsərinin 
tamaşasında  adamları  dərindən düşündürür,  ayrı-ayrı  məqamlarda 
gah  qorxu,  gah  nifrət,  gah  ümid  dolur  qəlblərə.  Axı  dünya  nədir? 
Dünya  sənsən,  dünya  mənəm,  dünya  odur,  dünya  bizik.  Dünyanı 
dəyişən,  onu  gözəllik  aləminə  çevirən  də  insandır,  eybəcərlik 
yuvasına  çevirən  də.  Mənəvi  cəhətdən  yoxsul,  eybəcər,  təbiəti 
etibarilə  riyakar,  qorxaq,  həm  də  yırtıcı  olan  üzdəniraq  insanların 
dünyası  heç  kəsə  xoşbəxtlik  gətirə,  aydın  bir  sabaha  istiqamət 
götürə  bilməz.  Dünyanın  istiqaməti  cəmiyyətin  ictimai,  iqtisadi, 
siyasi problemləri ilə bağlıdır. Mənəvi-əxlaqi cəhətdən yıpranmış, 


 
 
61 
“dağıt,  məhv  et,  parçala”  prinsipi  ilə  yaşayan,  “mən  tox  olum 
cümlə-cahan  batsa  da  batsın”  deyən,  hamını  özündən  asılı  etmək 
istəyən,  istedadlara  quyu  qazan,  yaxşını məhv edən  yırtıcı  təbiətli 
adamcıqlar dünyanı xoş günə apara bilməz.  
Bütün  bu  fikirlər  aydın  bir  süjet  boyunca  cərəyan  edən 
hadisələrin  təbii  axarında,    xarakterlərin  iş  və  hərəkətlərində, 
danışıq  və  rəftarında  özünü biruzə  verirdi.  Vahid ideya  ətrafında, 
böyük  şövq  və  həvəslə  çalışaraq  kollektiv  təsirli  və  ibrətamiz  bir 
tamaşa  ortaya  qoymuşdu.  Tərəf-müqabil  olan  bütün  personajlar 
arasında anlaşıqlıq, güclü duyum tamaşanı bütöv qavramağa sövq 
edirdi.  Tamaşaya  baxdıqdan  sonra  Azərbaycan  prezidenti  Heydər 
Əliyev  əsərin  ideya  əhəmiyyətini  müsbət  qiymətləndirmişdi: 
“Bilirsiniz,  adətən,  tamaşaya  gəlirlər  ki,  əsərdə  bir  münaqişə 
olsun,  yaxud  da  oynamaq,  çalmaq,  -  şənlik  olsun.  Bəlkə  də,  belə 
bir  əsər  hər  bir  tamaşaçının  diqqətini  cəlb  edə  bilməz.  Belə  bir 
əsərin öz tamaşaçısı lazımdır. Ancaq eyni zamanda, hesab edirəm 
ki, hər bir insan -  yaşlı da, cavan da, gənc də, qadın da, kişi də bu 
tamaşaya  diqqətlə  baxdıqca  onların  hamısında  böyük  maraq 
oyadacaq.  Çünki  bu  tamaşa  həyatı  əks  etdirir.  Bəxtiyar  müəllim 
belə  bir  əsər  yazmaqla  insan  yaranandan  indiyədək  adamların 
arasında,  onların  həyatında  gedən  psixoloji  prosesi  əks  etdirmək 
istəyib. Hesab edirəm ki, o, buna nail olubdur” (84). 
Professor İnqilab Kərimov “Hara gedir bu dünya?” tamaşası 
barədə 
“Azərbaycan  peşəkar  teatrının  tarixi  və  inkişaf 
mərhələləri” 
kitabında  yazır:  Quruluşçu  rejissor  Bəhram 
Osmanov, rəssam Arif Əbdürrəhmanov, bəstəkar Adil Bəbirov və 
əsas rollarda çıxış edən Ramiz Novruzov (Laçın), Zenfira Əliyeva 
(Nərgiz), Yaşar Nuri (Şahbaz), Kamal Xudaverdiyev (Ulu  əcdad), 
Hacı  İsmayılov  (katib-robort),  Əsgər  Məmmədoğlu  (Vəlizadə) 
müəllif  fikrinin  tamaşaçıya  dəqiq,  aydın  şəkildə  çatması  üçün 
ciddi  yaradıcılıq  işi  aparmış  və  qarşıya  qoyduqları  məqsədə  nail 
olmuşdurlar” (57, 557). 
Əsərin  əsas  qəhrəmanı  olan  Laçın  obrazı  aktyor  Ramiz 
Novruzov 
tərəfindən 
olduqca  maraqlı  səpkidə  yaradılıb. 
Tamaşadakı  bütün  hadisələr  Laçın  obrazı  ətrafında  cəmlənib. 
Laçının  faciəsi  nədir?  Laçın  gənc,  istedadlı,  bacarıqlı,  gecəni 


 
 
62 
gündüzə qatıb çalışan bir elm adamıdır. Onun elmi axtarışı “Qorxu 
formulu”  adlanan  formulun  kəşfi  ilə  nəticələnmişdir.  Həmin 
formulun  əsasında  nə  isə  yeni  bir  maddə  yaratmaq  mümkündür. 
İnsanın  şüuruna  tətbiq  edilən  həmin  maddə  onu  idarə  etməyə  və 
bununla  da  onun  üzərində  hakimiyyət  qazanmağa  imkan 
verəcəkdir.  Laçın  öz  kəşfinin  bəşəriyyət  üçün  nə  kimi  nəticə 
verəcəyini  dərk  etdiyi  vaxt  dəhşətə  gəlir  və  öz  ixtirasını  məhv 
etmək  qərarına  gəlir.  Lakin  ən  yaxın  adamları arvadı Ayla,  bacısı 
Nərgiz,  qaynatası  Şahbaz  da  onu  müdafiə  etmirlər.  Axı  Laçın 
tanınmağa  başlamışdır,  onu  şöhrət,  maddi  firavanlıq  gözləyir. 
Yeni  ixtirası  ilə  əlaqədar  olaraq  daim  fikirli  görünən  Laçın  kasıb 
yaşamasına  baxmayaraq,  heç  kəsə  boyun  əymir.  Tək  bircə  bacısı 
Nərgizin köməyindən boyun qaçırmır. Lakin məlum olur ki, onun 
doğma  bacısı  da  ətraf  mühitin  bir  parçasıdır.  Dövlət  əmlakını 
mənimsədiyinə  görə  Nərgiz  Laçını  məcbur  edir  ki,  Şahbazın 
yanına  minnətə  getsin.  Beləliklə,  təmizlik  çirkabın,  yaxşılıq 
pisliyin,  gözəllik  eybəcərliyin,  həqiqət  yalanın,  savad  nadanlığın 
ayağına  gedir.  Bu  dərdi  çəkə  bilməyən  Laçın  məhv  olur.  Ramiz 
Novruzov  Laçının  daxili  üzüntülərini,  fikir  dünyasını,  istək  və 
arzularını duyaraq, yaşayaraq ifa edirdi. 
Xalq  artisti  Yaşar  Nuri  Şahbazı  xaricən  sakit,  təmkinli, 
mədəni,  hətta  səmimi  bir  adam  kimi  təqdim  edirdi.  Onun  xarici 
hərəkətləri  sanki  daxili  varlığının  əks  tərəfini  işıqlandırırdı. 
K.S.Stanislavski  yazıb  ki,  “məsələ  fiziki  hərəkətlərin  özündə 
deyil,  həqiqətdə  və  hərəkətdə  olan  inamdadır  ki,  bu  hərəkətlər 
onları doğurmaq və hiss etmək üçün bizə kömək edir” (152, 177). 
K.S.Stanislavski  bunu  da  təsdiqləyib  ki,  “Hər  bir  fiziki  hərəkətdə 
daxili iş, hərəkət, yaşantı gizlənir» (151, 630). Bütün məqamlarda 
aktyor  səsi,  mimikası,  hərəkətləri  ilə  Şahbazın  çirkin  daxili 
aləmini,  yırtıcı  təbiətini,  mənəvi  yoxsulluğunu  üzə  çıxarırdı.  Qızı 
Aylanı  körpə  uşağı  ilə  əri  Laçından  ayıran,  istedadlı,  lakin  kasıb 
alimə  və  onun  bacısına  həqarətlə  baxan  Şahbaz  adi  bir  narazılığa 
görə  güclü  intiqam  almaqdan  çəkinmir.  Laçının  əhəmiyyətli  bir 
ixtira  etdiyini  eşitdikdə  qızını  məcbur  edir  ki,  Laçının  bacısı 
Nərgizə  zəng  edib  ondan  hal-əhval  tutsun.  Nərgizin  onun  qızını 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə