Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə16/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   12   13   14   15   16   17   18   19   ...   47

 
 
50 
özünü  bu  yolda  fəda  edən  insan?  Dramaturq  öz  qəhrəmanları  ilə 
birgə yaşayır,  nəfəs alır, həyatın acısını, şirinini onlarla birgə duyur.  
Dramaturqun  “Yollara  iz  düşür”  pyesi  və  onun  tamaşası  da 
məhz  bu  baxımdan  əhəmiyyətlidir.  Müəllif  burada  belə  bir  fikri 
təlqin edir ki, insan təbiəti etibarı ilə yaradıcıdır, lakin iş burasındadır 
ki, o, nə yaratdığının fərqində olmalıdır.  
Pyesin əsas ideyası onun adında simvolikləşmişdir: “Yollara iz 
düşür”.  Əsər  bir  növ  insanlara  xitab  kimi  mənalanırdı:  dayan,    hər 
hərəkətini  bir də  düşün,  bir də ölç. Çünki,  insanın hər  atdığı  addım, 
hər dediyi söz onun bütün həyatında və ən başlıcası, onu əhatə edən 
adamların  talelərində  iz  qoyur.  İnsan  elə  hərəkət  etməlidir  ki, 
üstündən  illər  keçəndən  sonra  da  öz  hərəkətindən  utanmasın. 
B.Vahabzadənin fəlsəfi dərinlik, həyat və insan haqqında mütəfəkkir 
şair və vətəndaş mövqeyindən qələmə alınmış pyesinə teatr kollektivi 
həssas  yanaşaraq,  onun  özünəməxsus  dramaturq  üslubunu  bir  daha 
nümayiş etdirə bilmişdi.  
“Yollara  iz  düşür”  tamaşası  rejissor  Əşrəf  Quliyevin 
B.Vahabzadə  dramaturgiyası  ilə  ilk  görüşü  deyildi.  Poeziya  ilə 
dramaturgiyanın  Vahabzadə  yaradıcılığında  bir-biri  ilə  qovuşması, 
üzvi  birliyi  bundan  əvvəlki  pyeslərində  olduğu  kimi,  burda  da 
mühüm  olub,  tamaşanın  vacib  amilinə,  emosional  təsir  mənbəyinə 
çevrilirdi. Pyesdə “Səs” obrazı vasitəsilə təmsil olunan Şair mövqeyi 
gah qayğılı, təqdiredici, gah qəzəbli poetik-fəlsəfi ahəng kəsb edərək, 
tamaşada  bilavasitə  iştirak  edir,  dramatik  münaqişənin  inkişafına 
təsir edirdi. Dramaturji hərəkətlə yanaşı, poetik fikrin mündəricəsinə 
də  diqqət  edən  rejissor  dramaturq  niyyətini  tamaşada  hadisələrin 
məntiqi və real inkişafında gerçəkləşdirə bilmişdi. 
Pyesdə  təsvir  olunan  hadisələr  Neft  Daşlarında  baş  verir. 
Fabula belədir ki, ezamiyyətdə olan Loğmanlının mədənində  yanğın 
təhlükəsi  yaranır.  Sahəyə  kranlı  gəmi  göndərilməsini  ləngidən 
Əlixanın  biganəliyi  üzündən  yanğın  baş  verir.  Usta  Nicat  öz  həyatı 
bahasına  təhlükənin  qarşısını  alır,  beş  nəfər  iş  yoldaşını  ölümdən 
xilas  edir.  Əlixanı  vəzifəcə  kiçildirlər.  Bundan  inciyən  Əlixan  ərizə 
verib  işdən  çıxır.  Loğmanlıya  əsassız  qısqanclıq  zəminində  arvadı 
Aynuru və körpə oğlu Daşqını tərk edərək Başqırdıstana, Ufaya gedir 
və oradan arvadına boşanmaq haqqında ərizə göndərir.  


 
 
51 
İllər  keçir…  ölkədə  və  beynəlxalq  miqyasda  Alxan  adı  ilə 
tanınan Əlixan Bakıya - Neft daşlarında işləməyə qayıdır. Tamaşa da 
bu hadisə ilə başlayır. Alxan Loğmanlının tədbiri ilə Neft daşlarında 
məsul vəzifədə çalışan oğlu Daşqınla birlikdə işləməli olur; hər iki – 
təcrübəli  və  cavan  mütəxəssisin  birgə  çalışması  səmərəli  olur,  onlar 
arasında  dərin  insani  münasibətlər  yaranır.  Günlərin  birində  bu 
fədakar  gəncin  öz  doğma  oğlu  olduğunu  bildikdə,  eyni  zamanda 
Aynurun  ona  heç  vaxt  xəyanət  etmədiyini  eşitdikdə  Alxan  ağır 
mənəvi sarsıntılar keçirir. 
Ümumiyyətlə  B.Vahabzadənin  pyeslərində  əsas  psixoloji 
konflikt  obrazların  qəlb  aləmində,  daxili  dünyasında  baş  verən 
mənəvi  ziddiyyətlərin  sosial  problemlərlə  üz-üzə  qoyulması 
şəklindədir.  Bu  mənada,  şair-dramaturqun  yaratdığı  obrazlar 
müəyyən  A.P.Çexovun  qəhrəmanlarına  bənzəyir.  Onun  əsərlərində 
qəhrəmanların  daxilən  ikiləşməsi,  özlərinə,  öz  əməllərinə  qıraqdan 
qiymət vermələri, obrazların açılmasında məhz “ikinci səs”in, daxili 
səsin oyanması həlledici rol oynayır. Bu, “Yollara iz düşür” pyesində 
də  belədir.  Tənqidçilərin  doğru  müşahidə  etdiyi  kimi:  burada  ikinci 
səs,  vicdanın  səsi  usta  Nicatın  kölgəsidir  (67,  150).  Alxan  başa 
düşməsə  də,  bu  kölgəni  özündən  qovsa  da,  usta  Nicatın  kölgəsi 
həmişə  onu narahat  edir, öz  əməllərinə  qiymət  verməyə  çağırır, onu 
qayğısız  yaşamağa,  etdiklərini  unutmağa  qoymur.  Ufadan  qayıdan 
Alxanı  ilk  növbədə  ölümünə  səbəb  olduğu  usta  Nicatın  kölgəsi 
qarşılayır.  Bu  kölgə  Alxanı  hər  addımda  təqib  edərək  keçmiş 
əməllərini  xatırladır,  vicdan  əzabı  çəkməsinə,  səhvini  anlayaraq 
qəflət  yuxusundan  oyanmasına  çalışır.  Alxan  ürəyinin  dərinliyində 
tutduğu işdən xəcalət çəksə də, bunu nəinki başqalarının qarşısında, 
heç öz qarşısında da boynuna almaq istəmir. Usta Nicatın kölgəsinin 
“Sənin günahın qanun məcəlləsinə düşmədi, bəs vicdan məcəlləsinə 
necə?  Vicdanın  səni  incitmir?”  -  sualına  Alxan  “yox”  deyə  cavab 
verir.  
Usta Nicat: - Onda boynuna al ki, sən diri ikən ölmüsən. 
Alxan: - Ölü sənsən, sən! 
Usta  Nicat:  -  Xeyir!  Mən  nə  üçün  öldüyümü  bilirəm.  Amma 
sən  nə  üçün  yaşadığını  bilmirsən.  Unutma  ki,  nə  üçün  yaşadığını 
bilməyənlər  diri  ikən  ölü,  nə  üçün  öldüyünü  bilənlər  isə  ölü  ikən 


 
 
52 
diridirlər…  (124,  205).  Lakin  əsərin  sonunda  Alxan  Usta  Nicatın 
kölgəsinin sözlərində bir həqiqət  olduğunu başa  düşür və səhvlərini 
etiraf  edərək  yenidən  Ufaya  qayıdır.  Lakin  yeni  bir  insan  kimi: 
Vətənə dönüş onun həyatında mənəvi katarsisə səbəb olur.  
“Yollara iz düşür” ilk növbədə “aktyor tamaşası” kimi  diqqəti 
cəlb  etmiş,  təqdir  olunmuşdu.  Rejissor  Əşrəf  Quliyev  pyesin 
mündəricəsindən  çıxış  edərək  tamaşada  hər  bir  obrazın  ayrılıqda 
səhnə şərhinə nail olmuşdu. Tamaşanın ansambl bütövlüyü - Bürcəli 
Əsgərovun  (Alxan),  Sofiya  Bəsirzadənin  (Aynur),  Kamal 
Xudaverdiyevin  (Loğmanlı),  Əlabbas  Qədirovun  (Daşqın),  Vəfa 
Fətullayevanın  (Göyərçin),  Ramiz  Məlikovun  (Səlim),  Şahin 
Cəbrayılovun  (Tərlan),  Lalə  Bağırovanın  (katibə)  gərgin  yaradıcılıq 
işi  sayəsində  ortaya  çıxmışdı.  Bu  barədə  tamaşadan  sonra  dərc 
olunan  rəylərdən  birində  oxuyuruq:  “İfaçılıq  ansamblının  birgə 
yaradıcılıq səyinə, məharətinə görə “Yollara iz düşür” - əsil mənada 
aktyor tamaşasıdır. Bununla biz quruluşçu rejissorun rolunu qətiyyən 
kiçiltmir, əksinə tamaşada hər obrazın qabil aktyora tapşırıldığını və 
ifaçıların müstəqil axtarışlarını, ümumi müvəffəqiyyətini xüsusi qeyd 
edirik” (77). 
Alxan  obrazını,  qeyd  olunduğu  kimi,    tamaşada  Bürcəli 
Əsgərov  oynayırdı.  Aktyor  Alxanın  xarakterini  dərindən  duyaraq, 
onun  daxili  sarsıntılarını,  hiss  və  həyəcanını  təbii  boyalarla  açıb 
göstərə bilirdi. B.Əsgərov öz düşünülmüş oyunu ilə tamaşaçıya belə 
bir  fikir  aşılayırdı  ki,  təkəbbürlük,  lovğalıq  heç  də  qoçaqlıq  demək 
deyil.  İnsanın  gözəlliyi  onun  əməlində,  daxili  mənəvi 
keyfiyyətlərində  olmalıdır.  Hadisələrin  ümumi  axarında  Alxanın  - 
Bürcəli  Əsgərovun  daxili  iztirabları,  həyəcanları  obrazı  gərgin 
dramatik  vəziyyətə  qaldırırdı.  “Bürcəli  Əsgərov  məğrur  mühəndis 
Alxanın  mənəvi  sifətlərini  təbii  canlandırır.  Aktyor  inandırır  ki, 
ümumiyyətlə,  məğrurluq  gözəl  keyfiyyət  kimi  köhnə  təsəvvürlərlə, 
yanlış əqidə ilə birləşdikdə bizim zəmanədə, bizim mühitdə nə qədər  
eybəcər 
sifətlərə 
çevrilir 

lovğalığa, 
xudpəsəndliyə, 
mənsəbpərəstliyə gətirib çıxarır” (77). 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə