Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə15/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   11   12   13   14   15   16   17   18   ...   47

 
 
47 
Dünyagörmüş,  zirək  və  ağıllı  baba  hər  şeylə  şəxsən  maraqlanır, 
səbəbləri  öyrənir,  sevgililəri  sınayır,  həqiqəti  üzə  çıxarır,  paklığın 
çirkabda boğulmasının qarşısını alır.  
Əli  Zeynalovun  Qədimbəy  obrazını  canlı-bədii  koloritli 
xarakter  kimi  yaratması  tamaşaçılar  tərəfindən  xüsusi  rəğbətlə 
qarşılanırdı. O, səhnəyə daxil olduğu andan vəziyyətin tam hakiminə 
çevrilir, özü ilə bərabər tamaşa salonuna canlanma gətirirdi. 
Doğrudur, tənqid Qədimbəy obrazını birmənalı qarşılamamışdı. 
Belə  ki,  Məsud  Əlioğlunun  fikrincə,  “Qədimbəyin  dünyagörüşündə 
və  xüsusilə  kəndlə  şəhəri  qarşılaşdırmaq  məsələsində  bəzən  yanlış 
mülahizələri də nəzərə çarpır” (85). Amma unutmaq olmaz ki, pyesin 
yazıldığı dövrdə bunun real həyatda kökləri vardı. Mənsub olduğu el-
obaya böyük məhəbbətlə yanaşan, xalqımızın ən gözəl sifətlərini, ana 
təbiətin saflığını özündə əks etdirən bu qocada mənəvi qürur, təmkin 
və  əzəmət  vardır.  “Hərgah  Qədimbəy  az-çox  şəhərə  qarşı  çıxan  bir 
adam  təsiri  bağışlayırsa,  bunun  günahını  obrazda  deyil,  daha  çox 
rejissor  traktovkasında  və  aktyor  oyununda  axtarmaq  lazımdır.  Əli 
Zeynalovun  oyunu  bütünlüklə,  yüksək  səviyyədə  keçsə  də,  onun 
hərəkətlərində  bəzi  mübahisəli  cəhətlər  vardır.  Bir  çox  hallarda 
aktyor  Qədimbəyi  əsl  təbii  vəziyyətdən  çıxardır,  onun  yaşını,  fiziki 
imkanlarını az nəzərə alır. Tamaşaçıda belə təsir oyadır ki, Qədimbəy 
-  Əli  Zeynalov  öz  ağlı,  təcrübəsi,  üstünlüyü  ilə  oğulunun,  nəvəsinin 
və  başqa  personajların  qarşısında  qəsdən  qürurlanır,  öyünür.  O, 
bəzən  yaşlı  adamlara  xas  olmayan  bir  tonda,  həddindən  artıq  rəsmi 
və təmtəraqla danışır” (32).  
Məryəm  Əlizadə  isə  “Tofiq  Kazımovun  son  quruluşları”  adlı 
məqaləsində  yazır:  “Düzdür,  rejissor  tamaşada  Əli  Zeynalovun  yeni 
keyfiyyətlərini  üzə  çıxarır  və  aktyor  əsl  mənada  başqalaşır, 
Qədimbəyləşir  ki,  bu  da  tamaşanın  nailiyyətlərindən  biridir.  Ancaq 
Qədimbəyin,  Reyhanın  daxilində  olan  kontrast  rənglər  o  qədər  də 
sezilmir,  xarakter  örtüyü  o  qədər  də  açılmır.  Onun  ifasında  bəzən 
ansambldan ayrılma meyli özünü göstərir. İfaçı bəzən Qədimbəydəki 
milli  keyfiyyətləri  onun  zahirində  axtarır,  halbuki  biz  onda  yeni 
şüurun  formalaşmasının  şahidi  olmalıyıq”  (35).  Ə.Zeynalovun 
yaratdığı  Qədimbəy  obrazının  belə  rəngarəng  fikirlər  doğurması 


 
 
48 
əslində,  aktyorun  böyük  məharətindən  xəbər  verir,  yaradıcılıq 
imkanlarının nə qədər geniş olduğunu ortaya qoyurdu. 
“Yağışdan  sonra”    tamaşaya  qoyulduqdan  sonra  ictimai  rəy 
doğurmuş, Əkbər Ağayev, Cəlal Məmmədov, Məsud Əlioğlu, Xalid 
Əlimirzəyev  kimi  nüfuzlu  filoloq  alimlər  əsərin  və  tamaşanın 
məziyyətlərini  göstərməklə  yanaşı,  onun  ünvanına  bəzi  iradlar  da 
söyləmişdilər.  Əkbər  Ağayev  yazırdı  ki,  «tamaşadakı  prorab 
(Məcnun  Hacıbəyov),  Qərənfil  (Rəhilə  Mirzəyeva  və  Svetlana 
Vahidova),  şofer  (Hafiz  Fətullayev)  surətləri  ifaçıların  bütün 
səylərinə baxmayaraq yaddaqalan bir səviyyəyə qalxmır, bunun üçün 
əsərdə  onlara  verilən  dramatik  mövqeyin  özü  də  çox  məhduddur” 
(6).  Ə.Ağayevin  bu  fikri  Məsud  Əlioğlunun  fikirləri  ilə  üst-üstə 
düşürdü: “Əsərdə prorab və şofer surətləri və onlarla əlaqədar xətlər 
əsas  ideya  ilə  üzvi  surətdə  bağlanmır.  Kənardan  pyesə  daxil 
edildildiyindən  yamaq  kimi  görünür”  (85).  Cəlal  Məmmədov  da  bu 
fikirləri  dəstəkləyir,  “Prorab,  Qərənfil,  şofer  surətləri  aktyorların 
səyindən asılı olmayaraq kölgədə qalırlar. Şoferin bir personaj kimi, 
epizodik də olsa, əsərə nə üçün daxil edildiyi aydın deyil” (76). 
Əlbəttə, bu fikirlərdə müəyyən həqiqət olsa da, mübahisəyə də 
yer var. Həyatda olduğu kimi, səhnədə də epizodik surətlərə ehtiyac 
var.  Tamaşada  Qərənfilin,  şoferin  Nihal  və  Aslan  qədər,  yaxud 
Cığatay və Reyhan qədər, elə deyək ki, Qədimbəy yaxud Əmin qədər 
dramatik  mövqeyi  yoxdursa  da,  ümumi  cəmiyyət  atmosferini 
duymaq  üçün  əhəmiyyətləri  vardır.  Ümumən  heç  klassik  əsərlər  də 
köməkçi mövqe tutan belə surətlərdən yan keçə bilməmişdir. 
Pyesdə  nəzəri  cəlb  edən  gənc  obrazlardan  biri  də  mühəndis 
Rüstəmdir. O, Aslanın  rəhbərlik etdiyi  zavodda  işləyir. Tamaşadan-
tamaşaya  dəyişən,  professional  səhnəmizdə  uğurlu  ifaları  ilə 
möhkəm  yer  tutmuş  Səməndər  Rzayev  Rüstəm  obrazını  da 
müvəffəqiyyətlə  oynayırdı.  Ədəbi  tənqidin  sezdiyinə  əsasən,  bəzən 
obrazın  əsərdəki  yeri,  mövqeyi  ilə  aktyorun  rolu  təfsiri  arasında 
müəyyən  uyğunsuzluqlar  da  vardı.  İclasda,  ictimai  yerdə  zavod 
direktorunu  açıq,  kəskin  tənqid  edən  Rüstəm  (S.Rzayev)  onu 
gördükdə  dərhal  dəyişir,  həddindən  artıq  əzilib-büzülür,  müti  bir 
vəziyyət  alırdı.  Adamların  arasında  cəsarətlə,  uca  səslə,  Aslanın 


 
 
49 
yanında  isə  alçaqdan,  qorxa-qorxa  danışırdı  ki,  bu  da  obrazı 
birmənalı olaraq müsbət planda qiymətləndirməyə yol vermirdi. 
Bütövlükdə, müvəffəqiyyətli bir tamaşa olan, “Yağışdan sonra” 
teatrın  yaradıcılıq  həyatında  müsbət  iz  saxlamış,  müasir 
tamaşaçıların,  xüsusilə  gənclərin  ideya,  bədii,  estetik,  həm  də 
mənəvi-əxlaqi  tərbiyəsində  mühüm  rol  oynamışdı.  Azərbaycan  teatr 
tarixində  özünəməxsus  yer  tutan  əsər,  Akademik  Milli  Teatrdan 
başqa, rayon teatrlarında da müvəffəqiyyətlə səhnəyə qoyularaq, teatr 
sənətimizin inkişafına təsir göstərmişdir. 
 
1.3. Məhəbbət və mənəvi paklıq, atalar və oğullar problemi  
vətəndaĢlıq kontekstində 
 
Bəxtiyar 
Vahabzadə 
müasir  Azərbaycan  tamaşaçısının 
yaddaşında daim yeniliyə can atan dramaturq kimi yaşayır. Onun hər 
səhnəyə  qoyulan  pyesində  mənəviyyat  problemləri,  insanın  daxili 
dünyasına  bağlı  dramaturji  konflikt  qorunub-saxlansa  da,  motivlər 
dəyişir,  zamanın  tələbləri  səviyyəsində  aktual  məsələlər  ön  plana 
çıxır.  Hər  dəfə  yeni  ibrətli  variasiyalarda  təkrarlanan  süjet  əsasları 
şair-dramaturqun  zəmanə  barəsində  prinsipial  mövqeyini  ifadə  edir. 
B.Vahabzadənin teatrla növbəti ünsiyyətinin bəhrəsi olan “Yollara iz 
düşür”  pyesi  bir  daha  bunu  təsdiq  etdi.  1977-ci  ilin  oktyabr  ayının 
30-da  Əşrəf  Quliyevin  rejissorluğu  ilə  ilk  tamaşası  göstərilən 
“Yollara  iz  düşür”  pyesi  geniş  tamaşaçı  kütləsi  arasında,  eləcə  də 
teatr ictimaiyyətində böyük maraq oyatdı. 
İlham  Rəhimli  tamaşa  barədə  yazırdı:  “Şəxsiyyət  və  cəmiyyət 
mövzusu  “Yollara  iz  düşür”  pyesində  sevgi  və  tale,  məhəbbət  və 
mənəvi  paklıq  probleminə  daxil  olur.  “Yağışdan  sonra”  pyesindəki 
atalar və oğullar problemi “Yollara iz düşür” əsərində ictimai borcun 
fonunda  deyil,  “Vətən”  kateqoriyasının  fonunda  səhnəyə  gətirilir, 
başqa estetik qayə kəsb edir” (95, 59).  
B.Vahabzadənin  əsərlərində  insan  quran,  yaradan,  həyatı 
dəyişən, yeniləşdirən, gözəlləşdirən bir varlıqdır. Lakin bu quruculuq 
prosesində  insan  öz  əməllərinə  nə  qədər  hesabat  verir.  Başqalarını 
xoşbəxt  edən  insan  özü  də  xoşbəxt  olurmu?  Öz  fərdi  xudbunliyinə 
qapılan  insanmı  xoşbəxtdir,  yoxsa  cəmiyyətdə,  xalqla  birgə  olub 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə