Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə11/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   7   8   9   10   11   12   13   14   ...   47

 
 
33 
televiziya tamaşalarının quruluşçu rejissoru kimi tanınan xalq artisti 
Lütfi Məmmədbəyov 1993-cü ilin martında “İkinci səs” pyesinə bir 
daha müraciət etdi, amma bu dəfə televiziyada, “Sevənlərin taleyi və 
ya Kimdir haqlı?” adı ilə ona ekran həyatı verdi.  
Ciddi  ictimai  silkinmə  baş  verdiyi,  sabiq  sovet  imperiyasının 
çöküb,  yerində  çətinliklə  də  olsa,  milli  müstəqillik  həyatının 
qurulmağa başladığı bir zamanda, pyesin teletamaşaya çevrilməsinin, 
görəsən,  məntiqi  var  idimi?  Bu  sualın  meydana  çıxması  nə  qədər 
doğru  olsa  da,  cavabı  da  vardı.  Tamaşaya  yazılan  resenziyada 
oxuyuruq:  “Əlbəttə,  buna  müxtəlif  cür  cavablar  tapılsa  da,  bizim 
qənaətimizcə,  rejissor  burada  vaxt  prosesində  dəyişən  həyatın, 
ictimai-psixoloji  mühitin,  ən  nəhayət  isə  dəyişən  insan  –  cəmiyyət 
münasibətlərinin  bədii  mənzərəsini  yaratmaq  qayəsini  izləmişdir” 
(18).   
Digər  tərəfdən,  rejissorun  bir  zamanlar  səhnələşdirdiyi  pyesə 
müraciət  edərək  onu  ekranlaşdırması  əsərin  ideya-məzmunundakı 
“Kimdir  haqlı?”  sualına  teatrdan  sayca  daha  çox  olan  televiziya 
tamaşaçılarından  cavab  almaq  niyyətilə  izah  olunurdu:  “Kimdir 
haqlı?”  tamaşasının  televiziyamızdakı  nümayişi  bir  də  ona  görə 
aktualdır  ki,  burada  məhəbbət,  ailə  münasibətləri  məhdud 
çərçivəsindən  çıxıb  içtimailəşir,  müasir  ailə  cəmiyyət,  ziyalı-mühit 
probleminin dialektik yöndə qurulmasına bir növ güzgü tutur” (18). 
Tamaşaçı düşünürdü ki, görəsən on iki yaşlı qız atası, sədaqətli 
ömür  yoldaşından  pünhanda  başqasını  sevən  Rəşad  haqlıdır,  yoxsa 
bu  gizli  sevgini  açıb  ağartmayan,  ana  qəlbinin  hökmü  ilə  uzun 
müddət  susmağı  üstün  tutan  Həyat?  Yaxud  çoxdan  Arzunu  sevib, 
lakin bu haqda heç kimə bir söz deməyən baş həkim Fikrət haqlıdır, 
yoxsa  ailəsi  olduğunu  billə-bilə  Rəşadı  tanımadan  sevən  həkim 
Arzu? Təbii ki,  tamaşaçıları  bu cür suallar qarşısında qoyan rejissor 
düzgün  yol  seçmişdi.  Tamaşadakı  Rəşad  və  Arzunun  məhəbbəti 
qurmaq,  yaşatmaq,  xoşbəxt  etmək  qüdrətindən  daha  çox  dağıtmaq, 
məhv  etmək,  bədbəxtlik,  talesizlik  ümumiləşdirici  xətti  ön  plana 
çəkilsə  də,  bu  saf  sevgi  onların  heç  birini  şəxsiyyət  kimi 
tamaşaçıların gözündən salmırdı. 
Bizcə,  burda  daha  bir  məqamı  vurğulamaq  lazımdır.  Ətrafda 
hər  şeyin  dağıldığı  bir  zamanda  tamaşada  “dağıdıcı”  başlanğıca 


 
 
34 
müraciət  etməklə,  bəlkə  də  müəlliflər  birləşdirməli  olan  “sevgi”  və 
“ailə”  kimi  dəyərlərin  niyə  əks  mövqeyə  yuvarlanmasının  səbəbləri 
üzərində düşündürməyə çalışırdılar.  
Rəşad rolunun ifasında aktyor Füzuli Hüseynov peşəkar oyunu 
ilə bu səbəblərdən başlıcasına – həyatda ikili standartlara diqqət cəlb 
edirdi.  Rəşadın  həm  ailəsi,  həyat  yoldaşı  və  qızı  qarşısında,  həm  də 
sevgisi  önündə  bəraətə  çalışması  onun  tərəddüdlərində,  çarpaşıq 
duyğularında,  son  olaraq  qərarsızlığında  gözəl  əksini  tapırdı.  Onu 
işdə  də,  ailədə  də  yaxşı  dərk  etmirlər.  Ömür-gün  yoldaşı  Həyat  da 
Rəşadın daxili aləminə biganədir. Buna görə də həyəcanlar, təlaşlar, 
düşüncələr onu sıxır, ürəyini qovurur. Ağıl, iradə tələb olunan yerdə 
Rəşad  –  F.Hüseynov  əksinə  məhəbbətindən  əl  çəkə  bilmir. 
F.Hüseynovun  oyununda    təbii  aktyor  şövqü  qeyd  olunduğu  kimi, 
ifasında  “çox  vaxt  zahiri  çizgilərə”  uyması,  “hərəkət  vəziyyətlərini 
bir qədər mexanikləşdirməsi” də nəzərdən yayınmırdı.  
Arzu  rolunu  teletamaşada  gənc  aktrisa  Məleykə  Əsədova 
oynayırdı.  Onun  oyununu  ikili  standartlara  qarşı  əsl  üsyan  hesab 
etmək  olardı.  Hadisələrə,  insanlara  münasibətdə,  xüsusən  Həyatla 
görüşdüyü anda Arzu real vəziyyəti yaxşı başa düşsə də, məhəbbətin 
gözü  kor,  qulağı  kardır.  “M.Əsədova  Arzu  obrazını  bütün  daxili  və 
zahiri  incəliklərinə  qədər  yüksək  səviyyədə  ifa  edir.  Bu  da  gənc 
aktrisanın 
mürəkkəb 
psixoloji-dramatik 
obrazlar 
yaratmaq 
qabiliyyətindən xəbər verir”di (18).  
Bütün  tamaşa  boyu  həyatda  haqlı  olub-olmadığımız  anları 
təcəssüm etdirən surət Həyatdır. Bu rolu aktrisa Laləzar Mustafayeva 
oynayır,  “obrazın  psixoloji  qayəsini,  qadın-ana  xarakterini 
özünəməxsus  dramatik  ustalıqla  təqdim  edirdi.  Aktrisa  Həyatın 
qəlbindəki  gizli  sarsıntıları,  əri  Rəşadın  çoxdan  bəri  ona  olan 
biganəliyini  qadın-ana  xislətilə  yaşaya  bilirdi”  (18).  Həyat 
(L.Mustafayeva)  sonda  başa  düşürdü  ki,  onun  faciə  səviyyəsinə 
yüksələn  müsibəti  əri  Rəşadın  istəklərinin,  duyğularının  poetik 
vüsətini illər boyu hiss edə bilməməsidir.  
Beləliklə, 
tamaşa  mənəvi  saxtakarlığa  aparan  insan 
münasibətlərini  cəsarətlə  ifşa  edir,  saf  əxlaqi  qayənin  qələbəsinə 
xidmət  edirdi.    Tamaşanın  musiqi  tərtibatını  verən  Sabir  Əliyev 


 
 
35 
musiqi  parçalarını  hadisələrin  gedişinə  uyğun  seçə  bilmiş,  daxili 
dramatizmin açılmasında musiqinin iştirakını təmin etmişdi. 
Qapalı bir cəmiyyətdə insan duyğularının, əməl və fəaliyyətinin 
azadlığına çağıran “İkinci səs” pyesinin müasir dövrdə daha qüvvətlə 
səslənməsi  əsərin  ideya  mündəricəsinin  heç  də  köhnəlmədiyinə 
dəlalət  edir.  Yuxarıda  qeyd  etdiyimiz  kimi,  pyesin  sonuncu  səhnə 
həlli  2000-ci  ildə  rejissor  Ağakişi  Kazımov  tərəfindən  Almaniyada 
fəaliyyyət göstərən Türk Dövlət Teatrında baş tutmuşdur. Bu barədə 
geniş  informasiya  əldə  etmək  bir  qədər  çətin  olsa  da,  quruluşçu 
rejissorun  açıqlamaları  tamaşadan  doğan  təəssürat  və  pyesin  önəmi 
haqqında  lazımınca  təsəvvür  yaradır:  “Avropada  Bəxtiyar 
Vahabzadənin  yaradıcılığını sevir və izləyirlər. “İkinci səs” əsərində 
qaldırılan  ailə-məişət  problemi,  məhəbbət  və  yaxud  ailə  borcu 
məsələləri  Avropada  yaşayan  türklərə  çox  doğma  bir  mövzu  oldu. 
Avropanın demokratiya və sərbəstlik atmosferində gənclər, eləcə də 
türk gəncləri ailə qayğısına qapılmaq istəmirlər. “İkinci səs” əsərinin 
qəhrəmanı  Rəşad  axırda  öz  ailəsinə  qayıtmaq  üçün  tamaşaçı 
salonundan  məsləhət  istəyəndə  salonun  1200  tamaşaçısı  hamısı  bir 
səslə  “hə”  dedi.  Bu,  müəllifin  qaldırdığı  problemin  müasirliyinin  ən 
gözəl təzahürüdür” (15).   
 
  1.2. Mənəviyyatın ekologiyası mövzusunun səhnə həlli 
 
“İkinci 
səs” 
pyesinin 
tamaşasından 
sonra 
Bəxtiyar 
Vahabzadənin  teatrla  əlaqəsi  xeyli  güclənir.  Bunun  nəticəsidir  ki, 
dramaturqun 1971-ci ildə  yazdığı  “Yağışdan sonra” pyesi elə həmin 
ildə Tofiq Kazımovun quruluşunda milli dram teatrında tamaşaçıların 
ixtiyarına verilir.  
Bəxtiyar Vahabzadəni düşündürən vacib ictimai, mənəvi-əxlaqi 
problemlərin  psixoloji  teatrın  tələbləri  ilə  uzlaşdırılması  gərgin 
konfliktli  maraqlı  bir  dram  əsərinin  meydana  çıxmasına  səbəb 
olmuşdu.  Pyesə  yetkin  və  özünəxas  üsluba  malik  rejissorun  səhnə 
təfsiri  verməsi,  müəyyən  kəsirlərin  də  aradan  qalxmasına  səbəb 
olmuş,  müasirləri  düşündürən  təsirli  bir  tamaşanın  yaranmasına 
gətirib  çıxarmışdı.  İlk  tamaşası  1971-ci  il  mayın  8-də  Azərbaycan 
Akademik  Milli  Dram  Teatrında  göstərilən  “Yağışdan  sonra”  pyesi 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə