Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə10/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   6   7   8   9   10   11   12   13   ...   47

 
 
30 
rəngarəngliyə  müvəffəq  olmuşdu.  Tənqidçi  Aydın  Məmmədov 
“Vicdanın  səsi”  adlı  məqaləsində  yazırdı:  “Kimdir  haqlı?” 
tamaşasının  müvəffəqiyyətli  alınmasını  təmin  edən  əsas 
amillərdən 
biri 
də 
aktyor 
oyunudur. 
Xarakterlərin 
psixologiyasında  gedən  mübarizə,  lirik  və  tragik  çalarların  bir-
birini  əvəz  etməsi  və  tamamlaması,  toxunulan  problemlərin 
müasirliyi  və  doğmalığı  aktyorlara  bacarıqlarını  üzə  çıxartmaq 
üçün  geniş  imkan  verir.  Qeyd  etmək  lazımdır  ki,  tamaşa  üçün 
ümumən  uğurlu,  xarakterlərin  ruhuna  uyğun  aktyor  heyəti 
seçilmişdir” (74). 
Teatrşünas  İlham  Rəhimli  “Ədəbiyyat  və  incəsənət” 
qəzetində dərc etdirdiyi “Vicdan  və hissin poetikası” məqaləsində 
əsas  obrazlardan  Arzunun  təcəssümünü  “polifonik  musiqi”yə 
bənzədir.  “Arzunun  xarakterindəki  ikili  cəhət  aktrisa  Vəfa 
Fətullayevanın 
oyununda  təcəssüm  tapıb.  Vəfa  Arzunun 
xarakterindəki 
psixoloji 
dəyişmələri, 
daxili 
aləmindəki 
romantikanı – realist, həzin, dramatik, fəci keçidlərlə ali məqsədlə 
birləşdirir” (103). O, eyni zamanda aktrisanın ifasında “müdriklik, 
insanpərvərliy”in,  çılğınlıq,  “cazibədar  və  emosional”lıqla  üzvi 
birləşdiyini 
vurğulayırdı. 
Arzunun 
xəstəxanada 
Həyatla 
rastlaşandan sonra “mənəvi aləmində gedən haçalaşma, başqasının 
həyatı,  xoşbəxtliyi  qarşısında  məsuliyyətin  dərki  və  bu 
məsuliyyətin  yalnız  öz  şəxsi  faciəsi  hesabına  icra  olunmasının 
mümkünlüyündən  doğan  psixoloji  sarsıntılar  aktrisa  Vəfa 
Fətullayevanın ifasında təbii və canlı çıxmışdı” (74).  
Fərqli  olaraq,  rolun  digər  ifaçısı  Zemfira  Nərimanovanın 
oyununda  emosionallıq  daha  qabarıq  seçilirdi.  İ.Rəhimlinin 
fikrincə,  “Zemfira  öz  ifasında  şairanəliyi,  poetikliyi  əsas  götürür. 
Zemfira Arzunun  ən gərgin məqamlarını da emosional oynayır və 
obrazın ovqatının dönüşlərini lirik psixologizmlə bağlayır” (103). 
Tamaşada  ən  mürəkkəb  psixoloji  yükün  daşıyıcısı  Rəşad 
obrazıdır. Bu rolu ifa edən Əlabbas Qədirovun oyunu bütövlükdə 
razılıq  doğursa  da,  qarşısında  duran  vəzifənin  mürəkkəbliyi  də 
özünü hiss etdirirdi. Tamaşadan alınan təəssüratlara görə, “aktyor 
ciddilik  məqamlarında  nə  qədər  təbiidirsə,  sarsıntılı  anlarda  bir  o 
qədər  çətinlik  çəkir”di  (28),  tərəf-müqabillərinin  emosional 


 
 
31 
oyununa  aktyor  lazımınca  “özgələşmə”  bacarığı  ilə  cavab  verə 
bilmirdi  (74).  “Bəzən  obrazın  daxili  gərginliyi  aktyorun  oyununa 
keçir  və  tamaşaçını  hadisələrin  əsas,  bilavasitə  Rəşadın  psixoloji 
mahiyyətindən  yayındırır”  (103).  Amma  əsas  publisistik  qayəyə 
aktyor tamaşa boyu sadiq idi. “Tamaşanın finalı – təskinliyini qızı 
İradənin  varlığında  tapan  Rəşadın  son  qərarı  vicdan  səsinin 
əbədiliyini,  onun  sərt  və  amansız,  lakin  müqəddəs  olduğunu  bir 
daha təsdiq edir”di (74). 
“Kimdir haqlı?” tamaşasının ideya planına münasibətdə əsas 
ağırlıq  Həyat  obrazının  üzərinə  düşürdü.  Və  resenzentlərin 
qənaətinə  görə,  Səfurə  İbrahimovanın  ifası  bu  məqamı  aydın  hiss 
etməyə  imkan  verirdi.  Tamaşa  boyu  Həyat  obrazı  salondakı 
tamaşaçıların fikir və hiss aləminə müdaxilə edir, onları psixoloji 
gərginliyin  mərkəzində  saxlaya  bilirdi.  Rəşadın  ezamiyyətə 
getməsi,  ürək  xəstəliyinə  tutulduğuna  görə  Həyatın  xəstəxanaya 
düşməsi,  Arzunun  xəstəsi  olması  ürəkləri  təzədən  qoralandırırdı. 
Axı  Həyat  öz  həkimini  tanımır,  onun  Rəşadı  evdən  soyudan  qız 
olduğunu  bilmir.  “Aktrisanın  emosional,  səmimi  oyunu  təbii  və 
psixoloji  dolğunluğu  ilə  tamaşaçını  obrazın  daxili  təlatümlərinin 
həyatiliyinə  inandırırdı”  (74).  O,  Arzunun  timsalında  bir  qadın 
kimi öz qüsurlarını yavaş-yavaş dərk etməyə başlayırdı. Xüsusilə, 
Rəşadın sevdiyi qadının kim olduğunu biləndə Həyatın sinəsindən 
od-alov  kimi  püskürən  qadınlıq  qüruru  və  bu  qürur  ağrısından 
süzülən  göz  yaşları  Səfurə  İbrahimovanın  oyununun  rəmzinə 
çevrilirdi.  Tənqidin  fikrincə,  “Səfurə  İbrahimovanın  obraza  lirik-
psixoloji münasibəti, sifət ifadələri, emosional oyun tərzi Həyatın 
bütöv  xarakterini  yaradır”dı(103),  başqa  sözlə,  “artist  Həyat 
obrazını oynamır, sözün əsl mənasında yaradır”dı (28).   
Tamaşanın  yeni  quruluşunda  vurğu  düşən  məqamlardan  biri 
ifşa  hədəfləridir  və  bu  baxımdan  Zeynəb  rolunun  ifası  məxsusi 
diqqətə  gəlirdi.  Fiziki  cəhətdən  olduqca  sağlam,  daxilən  isə  puç, 
mənəviyyatsız,  şəxsi  karyerası  üçün  hər  kəsi  alçaldan,  vicdanı 
qarşısında  məsuliyyət  hiss  etməyən  Zeynəb  obrazı  Zərnigar 
Ağakişiyevanın  səhnə  təfsirində  həyati  və  yaddaqalan  idi. 
İ.Rəhimli göstərirdi ki, “aktrisa rolunu qrimindən tutmuş ən xırda 
detallararadək  daha  çox  satirik  planda  oynayaraq”,  “obrazın 


 
 
32 
konfliktlə  bağlı  funksiyasını  açır”,  tamaşaçıda  ona  qarşı  nifrət 
oyada  bilirdi.  “Bəsti  Cəfərova  isə  xarakterin  ifşasında  dramatik 
boyalara üstünlük verir”di (103).  
Digər  aktyorların  ifası  da  tamaşanın  publisist  kəsərində 
önəmli  rol  oynayırdı.  Lakin teatr  tənqidi  ümumi  atmosferdə  daha 
böyük  potensialın  mövcudluğunu  da  xüsusi  nəzərə  çarpdırırdı. 
Ümumən  ədəbi  tənqidin  fikrincə:    Rəfael  Dadaşov  (Fikrət), 
Hamlet  Qurbanov  (Şükürbəy)  və  Sevil  Xəlilova  (Məlahət) 
obrazların  mənəvi  dünyasının  xarakterik  cizgilərinə  və 
xüsusiyyətlərinə  uyğun  oyun  üslubu  seçə  bilmişdilər  (74), 
“Məlahət  bir  obraz  kimi  tamaşaçının  gözündə  səhnədən-səhnəyə 
ucalır,  bir  ailəni  uçurumdan  qurtaran  xilaskara  çevrilirdi”  (28). 
Bununla  belə,  “Fikrət  və  Məlahət  obrazlarının  dramaturji  yükü 
az",  bircə  psixoloji  qatda  olduğundan  arzu  olunurdu  ki:  “Zeynəbə 
tamaşaçı  nifrətinin  müqabilində  Fikrətə  (R.Dadaşov),  Məlahətə 
(S.Xəlilova) məhəbbət daha artıq, ifaçıların oyunu daha cazibədar 
və  mənalı  olsun,  tamaşanın  konsepsiyası  ilə  daha  sıx  bağlansın", 
həmçinin: 
“Şükürbəyin 
xarakterindəki 
biganəliyin 
ifşası 
H.Qurbanovun  diqqət  mərkəzində  durmalı,  əsas  məqsədinə 
çevrilməli idi” (103). 
Bütün  tənqidi  qeyd  və  kəsirlərə  baxmayaraq,  “Kimdir 
haqlı?” tamaşasının quruluşu  əvvəlki tamaşadan (“İkinci səs”dən) 
səhnə 
həlli 
baxımından  daha  təbiiliyi,  dolğunluğu  və 
konseptuallığı  ilə  fərqlənmiş,  bu  təkcə  müəllifin  və  rejissorun 
uğuru  deyil,  bütövlükdə  teatr  kollektivinin  uğuru  kimi 
qiymətləndirilmişdi. 
Tamaşaya  baxdıqca  dramaturqun  yaradıcılığını  tamaşaçılara 
sevdirən  ən  ümdə  cəhət  -  lirik  “mən”in  özünü  dərk  etməyə  can 
atması,  bütün  qüsurları,  günahları  kənarda  deyil,  özündə 
axtarması,  “ikinci  səs”i  -  vicdanın  səsini  araması  başlıca  qayəyə 
nail  olunduğunu  göstərirdi.  Vicdan  kateqoriyası  bu  tamaşada  hər 
bir  şəxsin  ictimai  məsuliyyətini  artırır,  mənəvi-əxlaqi  mövqeyə 
həssaslıq,  başqalarının  taleyinə  yana  bilmək  qabiliyyəti  tərbiyə 
edirdi.  
Hər  bir  pyesin  səhnə  həyatının  uzunömürlülüyü  ideya-bədii 
xüsusiyyətlərinin  yüksəkliyi  ilə  bağlıdır.  Uzun illər  silsilə  teatr  və 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə