Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə6/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
17 
Həm  də  bu  zaman    ona  diqqət  yetirmək  lazımdır  ki,  pyesin 
səhnə  uğurunda  məhz  B.Vahabzadə  dramaturgiyasına  xas  olan 
lirik-psixoloji üslubun rolu ümdədir. Belə ki, zamanlar dəyişir, hər 
dövrdə  pyesin  mündəricəsində  olan  bu  və  ya  digər  problemə, 
mövzuya, məsələlərə üstünlük verilərək qabardılır, insanın mənəvi 
dünyası ilə bağlı olan iç mübarizələri isə həmişə üslubda qorunub 
saxlanır.  İlham  Rəhimlinin  yazdığı  kimi:  “B.Vahabzadə  dram 
əsərlərində  gerçəkliyin  əhatəli,  çoxqatlı  obrazını  yaratmağa  səy 
göstərir.  O,  konfliktin  özəyini  təşkil  edən  məsələnin  birmənalı 
həllindən  qaçaraq  bütövlükdə  həyat  haqqında  mürəkkəb  psixoloji 
düşüncələri  əsas  götürür  və  onu  xırda  münasibətlərə  qarşı  qoyur. 
Nəticədə gerçəkliyin gizli qatları aşkara çıxır, obrazlı aləm, mühit 
yaranır” (95, s. 58). 
“İkinci səs” əsərinin adı teatr tarixində müasirlik probleminə 
həsr  olunmuş,  onu  psixoloji  realizm  prizmasından  həll  edən 
tamaşalar  sırasında  sadalanır  (148,  344).  Tamaşaya  milli  teatrın 
artıq  tam  formalaşmış  lirik-psixoloji  səhnə  təcrübəsi  əsasında 
rejissor  Əşrəf  Quliyev  quruluş  vermişdi.  Teatr  ictimaiyyəti  və 
ədəbi  tənqidin  reaksiyalarına  əsasən,  tamaşa  uğurlu  alınmışdı: 
“Rejissor  Əşrəf  Quliyev  pyesi  yaxşı  aktyor  ansamblı,  maraqlı  və 
müasir  bir  səhnə  tərtibatı  ilə  düzgün  təcəssüm  etdirə  bilmişdir” 
(68).  1969-cu  il  aprelin  19-da  ilk  tamaşasından  sonra  əsər  iyul 
ayına  qədər  daha  bir  neçə  dəfə  göstərilmiş,  teatr  məzuniyyətdən 
qayıtdıqdan  sonra  tamaşa  üzərində  yenidən  ciddi  praqon  məşqlər 
aparılmış, sentyabrın axırlarında tamaşaçılara təqdim edilmişdi. O 
da  qeyd  olunmalıdır  ki,  yaradıcı  kollektivin  ümumən 
bəyənilməsinə  baxmayaraq,  tamaşa  barəsində  tənqidi  qeydlər  də 
olmuşdur. Bunu nəzərə alan truppa tənqidin qeyd etdiyi  müəyyən 
fikir  natamamlığı,  dialoqların  uzunluğu,  şeir  parçalarının  çoxluğu 
və s. üzərində daim işləyərək, onu cilalamağa çalışırdı. 
 “İkinci  səs”i  mövsümün  yaxşı  tamaşalarından  biri  kimi 
təqdir  edən  məqalələr  yazılmış  ki,  bu  da  əsərin  səhnə 
təcəssümünün səciyyəsi barədə tam təsəvvür yaradır.            
Resenzentlər tamaşanın uğurunda ilk növbədə pyesin özünün 
keyfiyyətini, dramaturqun müasir səhnənin tələblərinə cavab verən 
bir  əsər  yarada   bilməsini  vurğulayırdılar.  “İkinci səs”  pyesinin  


 
 
18 
 
 
 
 “İkinci səs”   Rəşad - Həsənağa Salayev 
                      İradə -  Qətibə Mirzəyeva 
 
 
mündəricəsi  bir-birinə  saf  duyğularla  bağlı  iki  insanın  məhəbbəti 
üzərində  qurulub.  Nəbatat  İnstitutunun  elmi  işçisi  qırx  yaşlı 
Rəşadı  və  otuz  iki  yaşlı  həkim  Arzunu  bir-birinə  doğmalaşdıran 
təkcə  hisslər  deyil,  dünyagörüşü,  həyata  eyni  mənəvi  prizmadan 
baxış,  sevgi,  ideal,  ictimai  amal  və  arzulardır.  Amma  sevən 
insanların  daxili  dünyasında  sanki  heç  bir  maneə  yox  ikən,  bu 
əngəllərlə  onlar  real  həyatda,  cəmiyyətdə  üzləşirlər.  Rəşadın 
ailəsi,  ailə qarşısında məsuliyyəti,  ər və ata borcu var. İlk nəzərdə 


 
 
19 
 
 
 
“İkinci səs”  Arzu – Vəfa Fətullayeva 
                    Rəşad – Həsənağa Salayev 
                    Həyat – Leyla Bədirbəyli 
 
ailə-məişət mövzusuna toxunan pyes ictimai borc və saf məhəbbət 
duyğuları  arasında  konfliktə  rəvac  verərək,  dərin  mənəvi 
məsələlər,  fəlsəfi  mətləblər  qaldırır,  ağıl  və  hissin  məngənəsində 
çırpınan  müasir  insanın  daxili  dünyasına  nüfuz  edir.  Əsərin  əsas 
psixoloji  konfliktini  də  məhz  bu  –  ürəklə  vicdan,  azad  məhəbbət 
arzusu  ilə  cəmiyyət  qarşısındakı  borc,  ehtirasla  ağıl  arasındakı 
barışmaz  mübarizə  təşkil  edir.  Əsərin  əvvəlindən  axırına  kimi  bu 
mübarizə 
hadisələrin 
hərəkətverici 
qüvvəsinə 
çevrilir, 
qəhrəmanların məhəbbətini, vicdanlarını imtahana çəkir.  
Tədqiqatçılara 
görə, 
B.Vahabzadənin 
“dramaturji 
üslubundakı  ümumi  parametrlər”  sırasında  “ən  vacib  kod,  açar 
funksiyasını  daşıyan  element  əsərin  adıdır.  B.Vahabzadənin 


 
 
20 
“Vicdan”,  “İkinci  səs”,  “Yağışdan  sonra”,  “Yollara  iz  düşür” 
(“Artıq  adam”)...  pyeslərinin  adları  birbaşa  ilkin  anlayışlara 
(şairanə  ümumiləşdirməyə,  obrazlılıq  sistemliliyinə,  güclü 
alleqorik  başlanğıca,  konfliktin  çoxmənalılığına,  hadisələrin  və 
personajların iki qatda cərəyan və inkişaf etməsinə) kifayət qədər 
informativ işarədir” (95, 56)  
“İkinci  səs”  pyesində  rəmzi  qat  daha  geniş  planda  nəzərdə 
tutulub.  “Əsərin  şərti,  bədii  rəmzi  müəllifin  obrazlara  verdiyi 
adlarda  da  öz  ifadəsini  tapıb:  Arzu-müəllifin  sevgi  haqqında 
idealının, arzusunun ifadəsidir. Həyat - real gerçəkliyi, həyatı əks 
etdirən  surətdir.  Müəllif  iradəni  isə  övladla  bağlamışdır  -  ailə 
qarşısında  ictimai  məsuliyyət  və  borc  hissi  ilə.  Rəşad məhz  Arzu 
ilə  Həyat  yəni  idealla  gerçəklik  arasında  çırpınır”  (68).  Beləliklə, 
pyes  psixoloji  konfliktin  nəzərdə  tutduğu  problemlərin  geniş 
spektrinə  varmağa  imkan  verir,  obrazlardan  hər  birinin  daxili 
aləmində:  ürək  və  ağıl,  arzu  və  vicdan,  ideal  və  qanun,  sərbəstlik 
və  normaların  çarpışmasından  doğan  əxlaqi  qənaətləri  inikas 
etdirirdi. 
Tamaşanın  ümumi  ruhu,  pyesin  səhnə  həlli,  rəssam  işi, 
musiqi  tərtibatı,  xarakterlərin  qabardılması  və  aktyor  oyunu 
bütövlükdə  razılıq  doğurmuşdu.  Əsas  yaradıcı  heyət:  quruluşçu 
rejissor  Əşrəf  Quliyev,  rəssam  Elçin  Məmmədov,  bəstəkar  Azər 
Rzayevin,  əsas  rollarda:  Həsənağa  Salayev  (Rəşad),  Səməndər 
Rzayev  (ikinci  Rəşad),  Hökümə  Qurbanova  (Arzu),  Məhluqə 
Sadıqova  (ikinci  Arzu),  Leyla  Bədirbəyli  (Həyat),  Həsən 
Məmmədov  (Fikrət),  İsmayıl  Osmanlı  (Şükür),  Ətayə  Əliyeva 
(Məlahət), Mirvari Novruzova (Zeynəb), Qətibə Mirzəyeva (İradə) 
ümumən işin öhtəsindən bacarıqla gəlmişdi. 
Rejissor Ə.Quliyevin dramaturq fikrinə istinadla yadda qalan 
maraqlı səhnələr yaratması, münaqişələrin əsasən psixoloji planda, 
obrazların  daxili  aləmində  davam  tapması,  epizodların  mənəvi 
sarsıntılarla,  ruhi  keçidlərlə  zənginliyi,  bütün  bu  mürəkkəbliyə 
baxmayaraq  aktyorların  səhnə  vəziyyətlərini  təbii  və  inandırıcı 
canlandırmağa  nail  olması  tamaşanın  ümumən  bəyənilən 
məziyyətləri  idi.  Belə  ki,  ədəbi  tənqidin  fikrincə,  bütövlükdə 
rejissor  “gözəl  seçdiyi  aktyor  ansamblı,  rəssam  və  bəstəkarla 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə