Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə5/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   2   3   4   5   6   7   8   9   ...   47

 
 
14 
də bir örnəyə çevrilmişdir. Bu isə ondan irəli gəlir ki, “B.Vahabzadə 
vətəndaşlıq duyğularını  ön plana çəkən, cəmiyyət  qarşısında insanın 
mənəvi  borcu  və  məsuliyyətini  şəxsiyyətin  formalaşmasında  başlıca 
amil sanan, şəxsi ləyaqət hissini insani paklıq zirvəsində təsvirə cəhd 
edən  sənətkardır...  Bir    yazıçı    kimi    Bəxtiyar  Vahabzadə  bütöv 
müəllif    xarakterinə  malikdir  və  onun  bütün  pyeslərini  birləşdirən 
vahid baş ideya –azad cəmiyyət və bu cəmiyyətin yetişdirdiyi kamil 
insan problemidir. 
Şəxsiyyət və cəmiyyət baş mövzu kimi B.Vahabzadənin bütün 
əsərlərində  mövcuddur.  Dramaturq  borc  və  hiss,  sevgi  və  imkan, 
qanun  və  vicdan  və  s.  problemlərini    bilavasitə    şəxsiyyət    və 
cəmiyyət    mövzusu    ilə    bağlılıqda    təsvir      edir  ”(95,58).  Həmin 
mövzu və problemlər isə bəşəri və əbədi olduğundan bu gün , çağdaş 
cəmiyyəti,  incəsənəti  də  narahat  edir,  düşündürür  ki,  bu,  Bəxtiyar 
Vahabzadə  pyeslərini  müasir  Azərbaycan  dramaturgiyası  və  teatrı 
kontekstində də aktual səsləndirir.  
Beləliklə,  B.Vahabzadənin  dramaturgiyası  milli  ədəbiyyat 
xəzinəsini  zənginləşdirdiyi  kimi,  səhnədə  təcəssüm  taparaq, 
Azərbaycan  teatrı  və  bütövlükdə  mədəniyyətinin  də  tərkib  hissəsinə 
çevrilmişdir.    Dərin  biliyə,  geniş  dünyagörüşə,  yüksək  intellektual 
səviyyəyə    malik  şair-dramaturqun  pyeslərinin  səhnə  həyatını 
araşdırmaq  həm  milli  ədəbiyyat,  həm  də  teatr  tariximizi  müasir 
nəzərlərlə öyrənmək baxımından vacibdir. 
Monoqrafiyanın  məqsədi  B.Vahabzadə  dramaturgiyasının 
poetik  və  estetik  özəlliklərini  üzə  çıxarmaq,  onun  pyeslərinin  səhnə 
təcəssümünün  xüsusiyyətlərini  müəyyənləşdirmək,  Azərbaycan  teatr 
sənətindəki rolunu aşkara çıxarmaqdan ibarətdir. 
Qarşıya  qoyulmuş  məqsədə  çatmaq  üçün  monoqrafiyada 
aşağıdakı vəzifələrin yerinə yetirilməsinə səy edilmişdir: 
-  B.Vahabzadə  dramaturgiyasının  şairin  yaradıcılığında  yerini, 
mövqeyini və ümumi xüsusiyyətlərini müəyyənləşdirmək;  
-  Şair-dramaturqun  hər  bir  pyesinin  teatr  səhnəsinə,  tamaşa 
mədəniyyətinə gətirdiyi yeni keyfiyyətləri üzə çıxarmaq; 
-  Azərbaycan  dramaturgiyasında  lirik-psixoloji  üslubun 
formalaşmasında B.Vahabzadə pyeslərinin rolunu müəyyən etmək


 
 
15 
- B.Vahabzadənin tarixi pyeslərinin təhlilini vermək və onların 
Azərbaycan teatrındakı mövqeyini müəyyənləşdirmək; 
-  B.Vahabzadə  dramaturgiyasının  rejissor  və  aktyor  sənətinə 
təsir aspektlərini araşdırmaq. 
B.Vahabzadənin  “İkinci  səs”  (15.04.1969),  “Yağışdan  sonra” 
(08.05.1971),  “Yollara  iz  düşür”  (30.10.1977),  “Kimdir  haqlı?” 
(27.12.1981),  “Fəryad”  (24.03.1984),  “Hara  gedir  bu  dünya?” 
(10.09.1991),  “Özümüzü  kəsən  qılınc”  (10.04.1998),  “Cəzasız 
günah”  (11.06.2000),  “Dar  ağacı”  (09.12.2000),  “Rəqabət” 
(27.11.2003)  pyesləri  Azərbaycan  Akademik  Milli  Dram  Teatrında, 
“Atamın  kitabı”  pyesi  (06.10.2000)  Dövlət  Gənclər  Teatrında 
tamaşaya  qoyulmuşdur.  Müəllifin  pyesləri  yalnız  Bakıda  deyil, 
respublikamızın  ayrı-ayrı  rayonlarında    fəaliyyət  göstərən  Dövlət 
Teatrlarında  da  səhnə  həllini  tapmış,  geniş  tamaşaçı  rəğbəti 
qazanmışdır.  “Vicdan”  pyesi  Gəncə  və  Ağdam  Dövlət  teatrlarında, 
“Ədalət”  pyesi  Naxçıvan  Dövlət  Musiqili  Dram  teatrında,  “Dar 
ağacı” pyesi Qazax və Şəki Dövlət teatrlarında,  “Vicdan”, “Cəzasız 
günah”  pyesi  Şəki  teatrında  tamaşaya  qoyulmuş,  “İkinci  səs”  pyesi 
həmçinin Almaniya Türk Dövlət Teatrında (2000) oynanılmışdır. 
Tədqiqatın predmeti olan bu tamaşaların bədii-estetik səciyyəsi, 
rejissor  işi,  bədii  tərtibatı,  rəssam  və  bəstəkar  işi,  baş  rolun 
təfsirindən  tutmuş  epizodik  rolların  ifalarına  qədər  bütün  obrazların 
səhnə  təcəssümü  monoqrafiyada  təfərrüatlı  öyrənilmiş,  tədqiq 
edilmiş, nailiyyətlər təhlil olunaraq, uğursuzluqlar qeydə alınmışdır. 
 
 
 
 
 
 
 
 
 
 
 
 


 
 
16 
I FƏSĠL 
BƏXTĠYAR VAHABZADƏNĠN LĠRĠK-PSĠXOLOJĠ 
PYESLƏRĠNĠN SƏHNƏ HƏLLĠ 
 
1.1.
 
“Ġkinci səs” idealla geçəklik arasında konfliktin                              
təzahürü kimi 
 
 İlk  tamaşası  1969-cu  ilin  aprelin  19-da  Azərbaycan  Dövlət 
Akademik    Milli  Dram  Teatrının  səhnəsində  oynanılmış  “İkinci 
səs”  pyesi  Bəxtiyar  Vahabzadənin  bir  dramaturq  kimi  milli  teatr 
aləmində  uğurunu  xəbər  verən  ilk  əsər  hesab  olunur.  Lirik-
psixoloji  dram  janrında  yazılmış  əsər  müəllifin  səhnədə 
təcəssümlənən  ilk  pyesi  olmasa  da,  böyük  səhnəyə  yol  açmış, 
geniş tamaşaçı marağı qazanmış birinci əsəridir. 
Buna  qədər  B.Vahabzadə  nəinki  müasir  zamanın  sözünü 
deyən  özümlü  bir  şair  kimi  tanınmışdı,  eləcə  də  dramaturgiyada 
ilk addımlarını atmış, “Vicdan” və “Ədalət” pyesləri rayon dövlət 
teatrlarında  səhnəyə  də  qoyulmuşdu.  Bununla  belə,  onun  böyük 
səhnə  ilə  əsl  ünsiyyəti hələ  qarşıda  idi  və  müasirlərinin  yazdığına 
görə, hətta müəyyən narahatlıq da doğururdu: “Axı yaxşı bir şairin 
simasında  səhnədə  zəif  bir  dramaturqu  görmək,  onun  şeir 
pərəstişkarlarını da məyus edərdi” (68).  
“İkinci səs”  pyesinin səhnə  təcəssümü nəinki  bu  narahatlığa 
son  qoydu,  həmçinin  dramaturq  Bəxtiyar  Vahabzadənin  teatrla 
uzunömürlü  ünsiyyətinə  rəvac  verdi.  O  cümlədən  bu  pyes 
B.Vahabzadənin  ən  çox  səhnəyə  qoyulan  əsəri  oldu.  1969-cu  il 
tamaşasından sonra, 1981-ci ildə  Akademik Milli Dram Teatrının 
bir  daha  bu  pyesə  müraciət  etməsi  və  hər  iki  halda  tamaşaların 
repertuarda  uğurla  özünə  yer  tapması,  1993-cü  ildə  Azərbaycan 
televiziyasında  teletamaşasının  hazırlanması  da  pyesin  müvəffəq 
olduğundan  xəbər  verən  faktlardır.  Əsərin  2000-ci  ildə  rejissor 
Ağakişi  Kazımov  tərəfindən  Almaniyada  fəaliyyət  göstərən  Türk 
Dövlət Teatrında səhnəyə qoyulmasını da bura əlavə etsək, “İkinci 
səs”i  B.Vahabzadənin  dramaturji  yaradıcılığı  boyu  ən  səhnədən 
düşməyən pyesi hesab etmək olar. 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə