Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə18/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   14   15   16   17   18   19   20   21   ...   47

 
 
57 
Ə.Qədirovun  simasında  müasir  gəncliyin  gözəl  nümayəndəsini 
görürdü. Daşqının sarsıntılarını aktyor heç bir ifrata, süni pafosa yol 
vermədən  - daxili həyacanı ilə yaşayır, təqdim edirdi. 
Aktrisa Vəfa Fətullayeva Göyərçini zəngin daxili aləmə malik, 
dərindən sevməyi bacaran və öz məhəbbəti yolunda cəfakeşliyə hazır 
olan  bir  qız  kimi  yaratmışdı.  Göyərçin  (V.Fətullayeva),  pyesdə 
qabardıldığı  kimi,  sevdiyi  insanı  bütün  yaxşı  və  pis  cəhətləri  ilə 
birlikdə  sevirdi.  O,  sevgisinin  yolunda  hər  cür  çətinliyə,  hər  cür 
məşəqqətə  dözməyə  hazırdır.  Səlim  onu  açıq-açığına  rədd  etdikdə 
belə  o,  axıra  qədər  öz  səadəti  uğrunda  vuruşmağı  lazım  bilirdi. 
V.Fətullayeva 
Göyərçinin  varlığında  öz  məhəbbətinə,  öz 
xoşbəxtliyinə  bəslədiyi  güclü  inamı  dərindən  duyaraq  ifa  edirdi.  
Aynurla  görüşdüyü  səhnədə  o,  çox  təsirli  və  mənalıdır,  gərgin 
dramatik  dialoqda    güclü  görünür.  Gənc  aktrisa  təbiətən  şən  və 
nikbin  olan,  uğursuz  sevginin,  xəyanətin  əzablarını  daşımaqda 
özündə  güc  tapan  qızın  bir  ana  ilə  söhbətində  bir  çox  həqiqətləri 
bildiyi  və  duyduğunu,  həyatında  bəlkə  də  ilk  dəfə  sarsıldığını 
inandırıcı boyalarla çatdırırdı.  
Görkəmli  rus  teatr  islahatçısı  Konstantin  Sergeyeviç 
Stanislavski (1863-1938)  yazıb  ki,  “Aktyor tamaşaçını nə  qədər çox 
əyləndirməyə çalışsa, tamaşaçı  özünü bir o qədər üstün, hakim hiss 
edər,  stulun  dalında  söykənib  özünü  dartar,  gözləyər  ki,  ona  kef 
versinlər,  cərəyan  edən  yaradıcılıqda iştirak  etməyə isə  heç meyl də 
göstərməz. Lakin aktyor zaldakı tamaşaçılarla hesablaşmadığı andan 
tamaşaçı kütləsi ona doğru can atır, xüsusilə aktyor səhnədə kütləni 
maraqlandıran  mühüm  bir  işlə  məşğul  olan  zaman  tamaşaçı  özünü 
kresloya yayıb artistdən əyləncə istəyəcək. Lakin artist oyun nümayiş 
etdirib,  səhnədə  lazım  olan  duyğuları  yaşayıb,  iş  görsə  tamaşaçı 
marağına səbəb olacaq” (152, 263). Göyərçin - V.Fətullayeva bütün 
tamaşa boyu səhnədə məhz lazım olan duyğularla yaşayıb, həyati bir 
obraz yaradırdı. 
Kamal  Xudaverdiyev  qüvvətli  xarakterlərə  malik  obrazları 
özünəməxsus  ustalıqla  ifa  edən  aktyorlardandır.  Onun  bu  tamaşada 
yaratdığı  Loğmanlı  obrazı  da  aktyor  ifasının  incəlikləri  ilə  təqdir 
olunmuşdu.  Loğmanlı  (K.Xudaverdiyev)  Alxan  Aynuru  və  oğlu 
Daşqını atıb getdikdən sonra, ən ağır vaxtlarında onlara dayaq  olur. 


 
 
58 
Yüksək  vəzifə  sahibi  olan  Loğmanlı  qayğıkeş  və  təmkinli  idarə 
rəhbəridir.  O,  tabeliyindəki  insanların  yaxşı  və  pis  cəhətlərini  tez 
görüb  ayırır,  müxtəlif  xarakterə  malik  işçilərin  davranışında  şəxsi 
münasibətləri bütün psixoloji incəliyi ilə anlayır, həssaslıqla duyur və 
onları  xeyirxah  dost  kimi  istiqamətləndirməyi  bacarır.  Özünün 
sərbəst,  düşünülmüş  oyunu  ilə  obrazın  əxlaqi  saflığını,  ideya 
möhkəmliyini  ön  plana  çəkən  aktyor  onu  bacarıqlı  bir  işçi  kimi 
təqdim  edirdi.  Loğmanlını  tamaşaçıya  sevdirən  onun  böyük  vəzifə 
sahibi olması deyil, hər şeydən əvvəl, yüksək insani keyfiyyətləriydi. 
Tamaşada  maraqlı  obrazlardan  biri  də  Səlimdir  (Ramiz 
Məlikov).  Şəxsi  mənafeyini  öndə  tutan  Səlim  Göyərçinin  zəngin 
daxili 
aləmini, 
dərin 
məhəbbətini 
lazımınca 
anlamır, 
qiymətləndirmir, mənsəbpərəstlik və karyera naminə vəzifəli adamın 
qızı  ilə  evlənmək  niyyətinə  düşür.  O,  bu  fikirdədir  ki,  “həyat  daim 
inkişafdadır”,  odur  ki,  “yerində  saymaq  istəmir”,  “ürəklə  uzağa 
getmək  olmaz,  gərək  ağılla  iş  görəsən”…  Səlim  obrazını  tamaşada 
Ramiz  Məlikov  oynayırdı.  O,  Səlimin  zahiri  gümrahlığını, 
kefcilliyini,  əsəbiliyini  qabarıq  göstərməyə  çalışsa  da,  istəyinə  tam 
nali  ola  bilmirdi.  Teatr  tənqidinin  fikrincə,  artist  obrazın  təfsirində 
zahiri  effektlərə  yol  verirdi.  “Ramizin  bir  aktyor  kimi  əsas 
çatışmazlığı  bizcə,  onun  ürəksizliyidir.  Yəni  hər  hansı  obraza  o, 
qəlbinin  hərarətini  hopdura  bilmir.  Sözləri  sanki  boğazdan  yuxarı 
doğranıb tökülür” (62). 
Ümumən,  “Yollara  iz  düşür”  son  illərdə  teatrımızda  müasir 
mövzuda yaranan səmimi, həyati və tərbiyəvi cəhətdən əhəmiyyətli, 
bədii  estetik  dəyərə  malik  bir  tamaşa  kimi  qiymətləndirilirdi  (62). 
Tamaşa  ədəbi  mətbuatda  müsbət  rəylər  doğurduğu  kimi,  müəyyən 
iradlara da diqqət cəlb etmişdi. Elçin Məmmədovun tamaşaya verdiyi 
tərtibatın, bəstəkar Adil Bəbirovun musiqisinin səhnədə cərəyan edən 
hadisələrə,  dramatik  vəziyyətlərə  xüsusi  poetik  vüsət,  lirik 
psixologizm 
gətirdiyi 
məxsusi 
vurğulanırdı.  Lakin  Elçin 
Məmmədovun  tərtibatında  müəyyən  qüsurlar  da  vardı.  Onun 
dramaturqun “Lentə  yazılantək əməllərimiz,  yazılır, iz qalır hardasa 
bizdən”  misralarına  əsaslanaraq,  səhnəni  iri  maqnitafon  lentləri  ilə 
doldurması  yanlış  yozumun  nəticəsiydi.  Bununla  müəllifin  məcazi 
mənada,  poetik  metafora  kimi    xatırlatdığı  məqam  bədii  tərtibatda 


 
 
59 
maddiləşir, az qala əsas ifadə vasitəsinə çevrilirdi. Halbuki ən dərin, 
ən  silinməz  izlər  maddi  izlər,  yollarda  qalan  izlər  deyil,  ürəklərdə, 
hafizələrdə qalan izlərdir. 
Bütövlükdə  isə  Bəxtiyar  Vahabzadənin  “Yollara  iz  düşür” 
pyesi dramaturqun yaradıcılığında bədii uğur olmaqla yanaşı, həm də 
milli  teatrımızda  səhnə  təcəssümü  müasir  mövzulu,  tərbiyəvi 
cəhətdən əhəmiyyətli tamaşa kimi layiqli qiymətini almışdır. 
 
1.4. VətəndaĢ-dramaturqun bəĢəri narahatlığının səhnə 
təcəssümü 
 
        1990-cı  illərdə  respublikamızda  baş  verən  ictimai-siyasi 
böhran  milli  mədəniyyətimizə,  incəsənətimizə,  o  cümlədən  teatr 
sənətinə  də  öz  mənfi  təsirini  göstərdi.  Bir  çox  sənətkarlar  ruhdan 
düşdü,  teatrlarımızda  yaradıcılıq  əhval-ruhiyyəsi  zəiflədi. 
Yaranmış  bu  vəziyyətdə  həm  Azərbaycan  Akademik  Milli  Dram 
Teatırının,  həm  də  Teatr  Xadimlər  İttifaqının  mütərəqqi  fikirli, 
uzaqgörən,  görkəmli  sənət  adamları  öz  işlərini  yenidən  qurmağa 
başladılar.  Fransız  yazıçısı  Romen  Rollanın  (1866-1944)  yazdığı 
kimi: “Böyük sənətkarlar öz dövrünün gözüdür, dövr onun vasitəsi 
ilə baxır, onun vasitəsilə özünü görür” (149, 577). Burası da onlar 
üçün  aydın  idi  ki:  “Səhnə  tamaşaçı  üçün  həmişə  müasirdir.  Belə 
müasirlik  bu  sənətə  böyük  təlqin  qüvvəsi  və  səlahiyyəti  verir. 
Həyat  məsələlərini  həll  etmək  üçün  teatr  ən  yuxarı  instansiyadır” 
(141,  4).  Teatr  qabaqcılları  çox  gözəl  dərk  edirdilər  ki,  ümidli 
gözlər  səhnə  xadimlərindən  çox  şey  gözləyir.  Odur  ki,  müxtəlif 
üsul  və  vasitələrlə  teatrın  ölmədiyinə,  yaşayıb-mübarizə 
apardığına ictimaiyyəti inandırmağa çalışırdılar. 
Məhz  belə  bir  vaxtda  teatrın  yaradıcı  kollektivi  yenidən 
Bəxtiyar Vahabzadə yaradıcılığına müraciət etdi. Rejissor Bəhram 
Osmanovun quruluşunda, ilk tamaşası 1991-ci il sentyabrın 30-da 
Azərbaycan  Dövlət  Rus  Dram  Teatrının  səhnəsində  göstərilən 
“Hara  gedir  bu  dünya?”  dramı  şair-dramaturqun  insanlıq  üçün, 
xalq  üçün,  yeni  nəsil  üçün,  xalqımızın  gələcəyi  üçün  narahat 
vətəndaş  qəlbinin  döyüntülərindən  xəbər  verirdi.  Hər  bir  səhnə 
əsərində xalqı, cəmiyyəti düşündürən mühüm problemlərə toxunan 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə