Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə20/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   16   17   18   19   20   21   22   23   ...   47

 
 
63 
soyuq  qarşıladığını  bildikdə  isə  professor  Vəlizadənin  əli  ilə 
intiqam almaq fikrinə düşür. 
Əslində, professor Vəlizadə mənəvi eybəcərlikdə, xəbislikdə 
Şahbazdan  geri  qalmır. Müxtəlif  vasitələrlə  Laçının  kəşfinə ortaq 
olmağa,  onu  öz  adı  ilə  bağlamağa  çalışır.  Nəhayət,  həyatın 
keşməkeşli,  mürəkkəb  hadisələri,  ətraf  mühitin  eybəcərliyi  hər 
şeyə təmiz ürəklə yanaşan böyük istedad sahibi Laçını məhv edir. 
Aktyor Əsgər Məmmədoğlu professor Vəlizadənin riyakar, ikiüzlü 
sifətlərini obrazın xarakterinə uyğun boyalarla əks etdirirdi. Laçın 
ölən 
kimi 
onun 
bacısı 
Nərgizlə 
evlənən 
Vəlizadə 
(Ə.Məmmədoğlu)  onun  ixtirasına  sahib  çıxır.  Vəlizadə 
riyakarlıqda,  mənəvi  naqislikdə  Şahbazı  üstələyirdi.  Tamaşadan 
alınan  təəssürat  belədir  ki,  hadisələrin  bu  cür  dəyişdiyini  görən 
Şahbaz  bir  anlığa  tutulurdu,  Vəlizadənin  üzünə  baxıb  “əclaf” 
deməklə  kifayətlənirdi.  Vəlizadə  bu  təhqiri  çox  soyuqqanlıqla 
qarşılayaraq,  Şahbaza  baxıb  gülümsünürdü.  Aktyor  öz  daxili 
duyumu,  mimikası  ilə  sanki  ona  deyirdi:  -  Mənəvi  naqislikdə, 
riyakarlıqda mən sənə yoldaşam, sən də mənə. 
Xalq  artisti  Zenfira  Əliyeva  Nərgiz  obrazının  daxili  aləmini 
bacarıqla açırdı. Keçmiş gəlinləri Ayla ilə telefonla danışanda da, 
yoxlama  zamanı  dövlət  malını  mənimsədiyi  aşkara  çıxarılıb  həbs 
olunmaq  qorxusu  qarşısında  qalanda  da,  qardaşının  ölümündən 
sonra  Vəlizadə  ilə  kəbin  kəsdirib  təşəxxüslə  yol  keçəndə  də  o, 
mənən korşalmış insanların nümayəndəsi kimi çıxış edirdi. 
Tamaşada  adlı-sanlı  aktyorlarla  yanaşı,  Mirzağa  Əliyev 
adına  Azərbaycan  Dövlət  İncəsənət  Universitetinin  (indi 
Mədəniyyət 
və 
İncəsənət  Universiteti)  məzunu  Laləzar 
Mustafayeva  da  çıxış  edirdi.  Ayla  rolunda  çıxış  edən 
L.Mustafayeva  öz  təbii  və  maraqlı  ifası  ilə  seçilirdi.  Laçınla 
sevişib  ailə  quran  Ayla  müəyyən  səbəblər  üzündən  və  atasının 
təhriki  ilə  ərindən  ayrılır.  Bir  müddət  keçdikdən  sonra  yenidən 
Laçınla barışmağa çalışır. Xoş arzular, şirin xəyallar hələ də onun 
qəlbini  tərk  etməmişdi.  Aktrisanın  hərəkət  və  davranışlarına, 
danışıq  və  baxışlarına  səmimiyyət  və  sadəlövhlük  hakim 
kəsilmişdi. 


 
 
64 
B.Vahabzadə  yaradıcılığı  üçün  xarakterik  olan  ikinci  səs 
məqamı  bu  pyesdə  özünəməxsus  şəkildə  üzə  çıxırdı.  Burda 
vicdanın  səsi  rolunda  Ulu  əcdad  (Kamal  Xudaverdiyev)  çıxış 
edirdi. Laçın (Ramiz Novruzov) kəşf etdiyi “Qorxu formulu”ndan 
imtina  etmək  istədiyi  an  onu  heç  kim  başa  düşmür.  Bu  an  Ulu 
əcdad  köməyə  gələrək,  bəşəriyyət  üçün  qorxulu  olan  bu  kəşfin 
saxlandığı  qovluğu  yandırmağı  ona  məsləhət  görür:  “Sənin 
susmağın  hardasa  razılıq  əlamətidir.  Nə  qədər  susub  cavab 
verməyəcəksən?  Olmazmı  ki,  birdəfəlik  məsələni  kəsəsən?  Açıq-
aydın,  mərdi-mərdanə  kəşfindən  imtina  etdiyini  bildirəsən?  Əgər 
mənə  verdiyin  sözdən  qaçsan,  atomu  kəşf  edənlər  kimi  sonradan 
peşiman  olacaqsan”  (129,  135).  Respublikanın  əməkdar  artisti 
Kamal  Xudaverdiyev  müəllifin  və  rejissorun  fikrini  tamaşaçıya 
çatdırmaq üçün gərgin yaradıcılıq işi aparmışdı. 
Tamaşa  haqqında  dərc  olunan  məqalələrdə  tamaşanın  bədii 
tərtibatını  hazırlayan  Arif  Əbdürrəhmanovun  və  musiqisini  yazan 
Adil Bəbirovun işi müsbət qiymətləndirilirdi. Ümumiyyətlə, “Hara 
gedir  bu  dünya?”  düşündürən,  tərbiyə  edən  tamaşadır.  Tamaşada 
müəllif  fikrinin  aydınlığı  onun  parlaq  səhnə  təcəssümü 
mizanlardan  tutmuş  aktyor  oyunundakı  bütün  incə  ştrixlərə, 
intonasiyalara  qədər  hər  şeydə  hiss  olunur.  Mais  Salmanov 
“Bəxtiyar dünyası” adlı məqaləsində yazır:  “Ümumiyyətlə, “Hara 
gedir  bu  dünya?”  pyesinin  Azərbaycan  Dövlət  Akademik  Dram 
Tetarının  kollektivi  tərəfindən  hazırlanmış  tamaşası  bəzi  kiçik 
qüsurlarına baxmayaraq maraqlıdır, aktualdır, faydalıdır” (108). 
Akademik  Milli  Dram  Teatrında  təmir  işləri  başa  çatdıqdan 
sonra  “Hara  gedir  bu  dünya?”  tamaşası  yenidən  teatrsevərlərin 
ixtiyarına  verilmiş,  1997-ci  il  noyabrın  7-də  göstərilən  tamaşaya 
mərhum  prezidentimiz  Heydər  Əlirza  oğlu  Əliyev  də  baxmış  və 
tamaşa haqqında öz təəssüratlarını söyləmişdir: “Mən bu tamaşanı 
çox  böyük  maraqla,  həvəslə  izlədim.  Əsərin  daxili  mənası, 
məzmunu,  şübhəsiz  ki,  çox  əhəmiyyətlidir.  Məndə  belə  bir 
təsəvvür yarandı ki, bu fəlsəfi, psixoloji bir əsərdir, eyni zamanda 
elmi əsərdir. Bu əsərdən doğan məna ondan ibarətdir ki, gərək hər 
bir  insan  nə  olur  olsun,  paklıq,  mənəvi  saflıq,  mənəvi  təmizlik 
uğrunda mübarizə  aparsın.  İnsana xas olan mənfi keyfiyyətlərdən 


 
 
65 
insanları  xilas  etməyə  çalışsın.  Şübhəsiz  ki,  bizim  həyatımızda 
indi  çox müsbət  cəhətlər  var.  Bizim  müstəqil dövlətimiz  var.  Biz 
həyatımızı  yenidən  qururuq,  dövlət  quruculuğunun  yeni  prosesi 
gedir.  İqtisadiyyatımız  yenidən  qurulur.  Bunlar  hamısı  həyatın 
müsbət  cəhətləridir.  Amma  bununla  yanaşı,  bu  əsərin  ana  xətti 
olan  Xeyirlə  Şər  yan-yanadır,  bu  həyatı  zibilləyən  mənfi  cəhətlər 
var  və  təəssüf  ki,  onlar  azalmayıb,  əksinə  artıb  və  artmaqdadır. 
Çox gözəl bir əsər yaratmısınız. Bu vacibdir. Bu mövzu bu gün də 
on il bundan sonra da aktual olacaqdır” (84).  
Ölkə  başçısı  əsərdə  və  tamaşada  nəzərə  çarpan  bəzi 
nöqsanları  da  tamaşa  yaradıcılarının  nəzərinə  çatdıraraq  demişdi 
ki,  “Mən  bədbin  deyiləm,  nikbinəm  və  bu  əsərin  ümidsizlik 
nüansları,  notları  ilə  də  razı  deyiləm.  Çünki  insan  ümidlə 
yaşamalıdır.  İnsan  inanmalıdır ki,  hər  şeyə  nail  olmaq,  cəmiyyəti 
də  düzəltmək,  insanların  əxlaqındakı  mənfi  cəhətlərdən  də  insanı 
xilas  etmək,  onu  tam  mükəmməl  etmək  olar.  Bizim  borcumuz 
mükəmməl  insan  cəmiyyəti  yaratmaqdır  və  bunun  uğrunda 
mübarizə aparmaq lazımdır. Bax bu  əsər də bütün bunlara kömək 
edir”.  Sonra  Heydər  Əliyev  cənabları  yaradıcı  kollektivə 
bildirmişdi  ki,  “Səhnədə  sizin  ifanız  Bəxtiyar  müəllimin  bu 
əsərinin  məzmununu,  mənasını,  əhəmiyyətini  çox  gözəl  açıbdır. 
Quruluşçu  rejissorun  da  işi  təqdirə  layiqdir  və  hər  birinizin  ifa 
etdiyi rollar da çox gözəldir” (84). 
Bəhram Osmanovun hazırladığı B.Vahabzadənin “Hara gedir 
bu  dünya?”  pyesinin  ilk  tamaşasından  sonra  dəfələrlə  səhnədə 
göstərilməsi onun uğurlu alındığını göstərirdi. Yetkin dramaturqun 
zəmanəmiz  haqqında,  həyat  və  insanlıq  barədə  düşüncələrinin, 
bəşəri  narahatlığının  səhnə  təcəssümü  aktual  olub,  teatrın 
repertuarında öz layiqli yerini tutdu. 
“Hara  gedir  bu  dünya?”  tamaşasından  doqquz  il  sonra 
Bəhram  Osmanov  B.Vahabzadənin  “Cəzasız  günah”  pyesini 
tamaşaya  hazırladı.  Tamaşa  ilk  dəfə  2000-ci  ilin  iyunun  11-də 
teatrsevərlərə  təqdim  edildi.  Mövzusu  müasir  həyatda  rast 
gəldiyimiz  mənfiliklərdən,  naqis  hallardan,  bir-birinə  qarşı 
biganəlikdən  bəhs  açan  bu  pyesdə  bəzi  səhiyyə  işçilərinin 
xəstələrə  qarşı  laqeyidliyi,  soyuq  munasibəti  ön  plana  çəkilmişdi. 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə