Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə28/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   24   25   26   27   28   29   30   31   ...   47

 
 
87 
hər  biri  canlandırdıqları  obrazları  ürək  yanğısı  ilə  tamaşaçılara 
çatdırırdılar. 
        Azərbaycanın 
suverenliyi,  torpaqlarımız  uğrunda 
mübarizədə  həlak  olmuş  şəhidlərə  həsr  olunmuş  tamaşa  nikbin 
notlarla  başa  çatırdı.  Amma  tamaşanın  sonunda  heç  kim  əl 
çalmırdı,  hamı  ayağa  qalxıb  yumruqlarını  düyünləyir  və 
deyirdilər: ”Allah şəhidlərimizə rəhmət eləsin.”   
             
2.2. Tarixi keçmiĢimizin anatomiyasını əks etdirən əsər 
 
 Azərbaycan  Respublikası  müstəqillik  əldə  etdikdən  sonra, 
milli  vətəndaşlıq  mövqeyi  ilə  həmişə  seçilmiş  B.Vahabzadə 
yaradıcılığında yeni mövzular geniş yer aldı. Milli tarixin  əvvəllər 
qadağa  qoyulmuş  səhifələrinə  baş  vuran  şair-dramaturq  
Azərbaycan  varlığınının  dərin  qatlarına  nüfuz  etdi.  Məhz  bu 
yaradıcılıq  axtarışlarının  bəhrəsi  olan  “Özümüzü  kəsən  qılınc” 
(“Göytürklər”) tarixi pyesi meydana gəldi və ilk tamaşası 1998-ci 
il  aprelin  10-da  rejissor  Ağakişi  Kazımovun  quruluşunda 
Akademik  Milli  Dram  Teatrında  göstərildi.  Azərbaycan 
Demokratik Cümhuriyyətinin 80 illiyinə həsr olunan bu  pyesdəki 
hadisələr  1450  (1368)  il  bundan  əvvəl  ulu  əcdadlarımız  Birinci 
Göytürk  dövlətinin  istiqlal  uğrunda  Çinə  qarşı  apardığı 
mübarizədən bəhs edir. 
Azərbaycan tarixinin yeni səhifələrinin yazıldığı bir zamanda 
yaradıcılığında  daha  çox  monumentallığa  üstünlük  verən 
quruluşçu rejissor Ağakişi Kazımovun bu əsəri də klassik üslubda 
səhnəyə  gətirməsi  qanunauyğun  idi.  Material  da  buna  tam  cavab 
verirdi. Tarixi sənədlər əsasında yazılan, 2 hissədən və 12 şəkildən 
ibarət olan pyesdə tarixi şəxsiyyət olan Gur Şadın Birinci Göytürk 
dövlətinin  istiqlalı  uğrunda  mübarizəsindən  söz  açılırdı. 
“Özümüzü  kəsən  qılınc”  (“Göytürklər”)  faciəsində  Bumin 
Xaqanla  onun  qardaşı  İstemi  Xaqanın  hakimiyyətlərindən  sonra 
zəifləmiş,  dağılmaq  təhlükəsi  qarşısında  qalmış  Göytürklər 
dövlətinin ikinci dəfə yüksəlişi diqqət hədəfindədir. 
Tamaşa  barəsində  təəssüratlarını  qələmə  almış  xalq  yazıçısı 
Hüseyn Abbaszadə göstərir ki, “Faciənin mötərizədə yazılan ikinci 


 
 
88 
adı  “Göytürklər”dir.  Çoxları  bilmir  ki,  nə  üçün  əcdadlarımıza 
Göytürklər  deyirdilər.  Mən  bunu  dəqiqləşdirməkdən  ötrü  bir 
mötəbər  tarixçi  alim  dostumla  söhbət  elədim.  O,  dedi  ki,  qədim 
türklər  İslam  dinini  qəbul  etməmişdən  öncə  Günəşə  sitayiş 
edərdilər.  Onlar  hər  gün  dan  söküləndə  yığışıb  əllərini  göyə 
qaldırıb  Günəşin  doğmasını  ibadət  eləyə-eləyə  qarşılıyır, 
axşamüstü  Günəş  batanda  onu  eyni  mərasimlə  yola  salırdılar. 
Buna görə də onlara Göytürklər deyirdilər” (1). 
Göytürk  dövləti  təhlükə  qarşısındadır.  Köhnə  düşmənləri 
çinlilər  qohumluq  əlaqəsindən istifadə  edərək, Çulu xaqanın  çinli 
zövcəsinin  əli  ilə  Göytürk  dövlətini  içindən  parçalayıb  dağıtmaq 
üçün  min  hiyləyə  əl  atırlar.  Əfsus  ki,  bu  ağır,  dövlətin 
müqəddəratı həll olunan  bir zamanda göytürklər  yumruq kimi bir 
olub,  vətəni,  dövləti  qorumaq  əvəzinə,  saray  adamları  arasında 
parçalanma baş verir, ölkənin müstəqilliyi, türkün şərəfi, ləyaqəti, 
ulu əcdadın qoyduğu qanunlar unudulur. Təbiətən böyük olan türk 
özündən  uzaqlaşdıqca  cılızlaşır,  kiçilir  və  asanlıqla  düşmən 
tərəfindən  məğlubiyyətə  uğradılır.  Pyesdə  və  tamaşada  gərgin 
dramatik  hadisələr  bu  tarixi  məqamı  qeydə  alır,  o  böyük  həqiqəti 
bir  daha  təsdiqləyir  ki,  türk  özünə  qayıdanda  böyük  və  qüdrətli 
olur və dövlət müstəqilliyini bərpa eləyir. 
Göründüyü  kimi,  müəllif  tarixə  müraciət  etməklə,  eyni 
zamanda  bu  günümüzlə  səsləşən  məqamlara,  müstəqillik  uğrunda 
çarpışmalara  əngəl  olan  yaxın  tarixin  hadisələrinə  də  ayna  tutur, 
yaltaqlıq,  tax-tac  viruslarının  genetik  kodlarını  açmağa  çalışır. 
Doğma  qardaşı  Çulu  Xaqanın  meyidi  üstündə  hakimiyyətə  gələn 
Qara  Xaqan  xalqa  arxalanmayan  bir  hakimiyyətin  zəif,  gücsüz 
olmasının  fərqində  deyil.  Məğlubiyyətlərə  son  qoyan  Gur  Şad  isə 
Bumin  və  İstemi  xaqanların  qurduqları  səltənətin  yolunda  sıravi 
döyüşçü  kimi  vuruşmağı  xaqanlıqdan    üstün  tutur.  Əsərin  əsas 
ideyası  da  elə  özümüzü  kəsən  gözəgörünməz  qılıncların  kimlərin 
əlində  olduğunu  üzə  çıxarmaqdır.  Göytürk  dövlətini  dağıtmaq 
üçün  Çin  imperiyasının  əl  atdığı  üsullar  qılıncdan  daha  təhlükəli 
və  kəsərlidir.  Bunun  məhz  fitnəkarlıq,  hiylə,  riyakarlıq,  xəyanət, 
siyasətdən  ibarət 
olması  pyesdən  də,  yaxın  tariximizin 
hadisələrindən də bizə yaxşı bəllidir. Millətin qanını, dinini, dilini, 


 
 
89 
əlifbasını  dəyişməklə,  düşüncəsini,  mədəniyyətini  dəyişmək,  onu 
özünə yadlaşdırmaq bu günümüzlə çox səsləşir. 
Ədəbiyyata,  mədəniyyətə,  incəsənətə  yüksək  qiymət  verən, 
teatra bağlı bir şəxsiyyət olan ümummilli liderimiz Heydər Əlirza 
oğlu  Əliyev  teatr  və  mədəniyyət  haqqında  deyirdi:  “Teatr 
müqəddəs  yerdir; tərbiyə ocağıdır. Orada çalışanlar fədakardırlar, 
fədaidirlər…  Teatr  xadimləri  tamaşaçıya  bir  söz  demək  üçün, 
mədəni  səviyyəsini  yüksəltmək  üçün,  irəliləyişimizə  mane 
olanlara qarşı mübarizəyə qaldırmaq üçün nə qədər çalışırlar. Heç 
kim  bilmir  ki,  artist  səhnəyə  çıxıb  rolu  tamaşaçı  qarşısında 
oynadığı vaxta kimi nə qədər həyacan, sevinc keçirir. Mən həmişə 
teatra yaxın və bağlı olmuşam. Bu ötəri hiss deyil, içimdən gələn 
bir  məhəbbətdir.  Teatrı  çox  sevirəm.  Teatra  məhəbbət  mənim 
içimdə  var”  (58,  36).  “Mədəniyyət  başqa  aləmdir.  Mədəniyyət 
uşaq  kimidir;  həmişə  tumar,  qayğı  istər.  O,  həssasdır;  əlinin 
tumarı,  ürəyinin  qayğısı  azca  azalan  kimi  o  hiss  edir,  küsür, 
inciyir.  Siyasi  rəhbər,  dövlət  xadimi  bunu  bilməlidir,  bir  an 
yadından çıxarmamalıdır” (58, 5).  
“Özümüzü  kəsən  qılınc”  pyesinin  ilk  tamaşasında  iştirak 
edən  Heydər  Əliyev  əsərə  və  tamaşaya  yüksək  qiymət  vermişdi: 
“Tariximizi  araşdırıb  bu  gün  üçün  əhəmiyyətli,  dəyərli  olan 
səhifələrini  indiki  və  gələcək  nəsillərə  çatdırmağın  özü  xalq, 
millət,  tarix  və  gələcək  nəsillər  qarşısında  böyük  xidmətdir.  Bu 
xidmətə  görə  mən  Bəxtiyar  Vahabzadəyə  xüsusi  təşəkkür  edirəm 
və  hesab  edirəm  ki,  millətimiz,  xalqımız,  cəmiyyətimiz  də  bu 
təşəkkür sözlərimə qoşulacaqlar və daim ona minnətdar olacaqlar” 
(86). 
Tamaşa  əsarətə,  yadelli  işğalçılara  qarşı  mübarizə  aparan 
xalqın  istək  və  arzularının  təcəssümü  idi.  Əqidə  bütövlüyü, 
vətənpərvərlik,  mənəvi  yenilməzlik  tamaşada  olduqca  aktual  və 
müasir  səslənirdi.  Tamaşaçının  gözü  qarşısında  cərəyan  edən 
hadisələr, səslənən fikirlər, obrazların hərəkət və əməlləri səhnədə 
gördüyü  ilə  1988-ci  ildən  bəri  yaşadığı  neçə-neçə  fəlakət  və 
faciələri  üzləşdirməyə,  xalqımıza,  torpağımıza  edilən  erməni 
təcavüzünü göz önünə gətirməyə imkan verirdi. 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə