Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə24/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   20   21   22   23   24   25   26   27   ...   47

 
 
75 
 
 
“Fəryad”   Zahid – Mikayıl Mirzə 
                 Əmir – Səməndər Rzayev 
                 Aypara – Firəngiz Mütəllimova 
 
öz  orijinallığı,  yüksək  bədiiliyi,  qarşısına  qoyduğu  fəlsəfi 
məqsədin dərinliyinə görə ədəbi tənqidin diqqətini cəlb etmiş,oxu-
cu  və  tamaşaçıların  böyük  maraq  və  rəğbətinə  səbəb  olmuşdur. 
Xalq  şairi  Süleyman  Rüstəm  pyes  haqqında  öz  fikirlərini  belə 
bildirirdi:  “Səməd  Vurğunun  “Vaqif”  dramından  sonra  “Fəryad” 
pyesi dramaturgiyamızda olan böyük bir boşluğu doldurdu.   Mən 
təsadüfən  “Fəryad»ı  “Vaqif”lə  müqayisə  etmədim.  Düzdür,  ötən 
illər  ərzində  Azərbaycan  səhnəsinə  xeyli  sanballı  əsərlər 
gəlmişdir.  Nəzmlə  yazılmış  dram  əsərləri  isə  demək  olar  ki,  yox 
idi.  Bu  baxımdan  Bəxtiyar  Vahabzadə  böyük  iş  görmüş, 
Azərbaycan səhnəsinə yeni səs, yeni nəfəs gətirmişdir” (114). 
“Fəryad”  pyesində  hadisələr  fəlsəfi-psixoloji  yönümdə 
cərəyan  edir.  İnsanı-insan  edən  daxili-mənəvi  ehtiyaclar,  onu 


 
 
76 
alçaldan,  yaxud  da  allahlıq  səviyyəsinə  qaldıran  əxlaqi-vicdani 
kateqoriyalar  hədəfə  gəlir,  düşüncə  predmeti  olur.  “Fəryad” 
pyesinin  qəhrəmanları  -  birinci  və  ikinci  Nəsiminin  və  eləcə  də 
Bəxtiyar Vahabzadənin özünün də həyat barədə, xoşbəxtlik barədə 
öz  təsəvvürləri  var.  Və  bu  təsəvvürlər  bəzən  ümumi,  qəbul 
olunmuş  təsəvvürlərlə  üst-üstə  düşmür.  Ən  yüksək,  ən  ali 
dəyərlərlə  ölçülür.  Bu  nöqteyi-nəzərdən  ideya  uğrunda  ölüm 
əslində  ölməzlik  deməkdir,  səadət,  xoşbəxtlik  isə  fədakarlıqla, 
yüksək ideya uğrunda qurban getməkdir. 
Əsərin  mövzusu  XIV  əsrin  sonu,  XV  əsrin  əvvəllərində 
(1369-1417)  yaşamış  Azərbaycan  mütəfəkkiri  Nəsimi  dövründən, 
hürufilikdən bəhs edir. Milli Dram Teatrında hazırlanan pyesin ilk 
tamaşası  1984-cü  il  martın  24-də  göstərilmişdir.  Quruluşçu 
rejissor  Hüseynağa  Atakişiyev  səhnədə  müəllif  fikrinin  düzgün 
təhlilini vermiş, “Zülmətdən işığa, məhkumluqdan azadlığa doğru 
mübarizə  aparan  insanların  haqq  səsini”  (110),  fəryadının 
eşidilməsini tamaşanın ən ali məqsədinə çevirə bilmişdi. 
Böyük  Nəsiminin  fikir  və  arzuları  fonunda  B.Vahabzadə 
insanı  sərbəst  yazıb-yaradan,  duyub-düşünən,  azad  düşüncəli, 
sərbəst  görmək  istəyir.  Nəsimi  ideyaları,  şairin  işıqlı  fikirləri, 
ümumbəşəri arzuları indi də  yaşayır. Bu ideyalara qarşı çıxan şər 
qüvvələr  də  mövcudluğunu  davam  etdirir.  Tamaşanın  müasirliyi 
də məhz burada özünü qabarıq şəkildə göstərirdi. 
Şər  qüvvələrin  varlığı  azad  düşüncəni,  sağlam  fikri  boğmaq 
hesabına  mümkündür,  insanı  azad  düşündüyünə,  sərbəst 
əməllərinə  görə  zindana  atır,  dar  ağacından  asırlar.  Dünyanın 
dərdini çəkməyən hökmdar Əmir həyatın qayəsini kefdə-damaqda 
görür.  Yaltaqlığı,  riyakarlığı  peşə  etmiş,  yalanla,  fitnə-fəsadla 
həyat  sürən  şər  qüvvələr  hökmdarın  qarşısında  qul  olmağı  ən  ali 
şərəf bilir, ucalmaq üçün alçalır, yalana gerçək deyirlər. 
Mütərəqqi,  xeyir  qüvvələr  öz  ideyaları  və  fəlsəfəsi  ilə  daha 
güclüdürlər.  Bu,  həqiqət  və  sosial  ədalət  fəlsəfəsidir.  Azad 
düşüncəyə  qol-qanad  verən,  insan  ləyaqətini  uca  tutan  cəmiyyət 
uğrunda  mübarizə  aparmaq  onların  başlıca  amalıdır.  Əsərdə 
Loğman,  I  Nəsimi,  II  Nəsimi,  gənc  şair,  Rəhman,  Dəyanət  və  s. 
kimi  müsbət  qüvvələri  təmsil  edən  obrazlar  “bilənə  bilməyənin 


 
 
77 
dərs  verdiyi”  cəmiyyəti,  haqqa  nahaq  deyən,  ağıllıların  ağlına 
sipər  çəkən  zəmanəni  qeyri-insani  hesab  edir,  həqiqətin  hökmü, 
yüksək  poetik  sözün  kəsəri  ilə  qırmanclayırlar.  Hər  biri  dərin 
mənalı  aforizm  kimi  səslənən,  incə  eyham,  kinayə  ilə  deyilmiş 
müdrik  misralar  və  ifadələr  tamaşaçıya  müasir  dövrdə  də  gücünü 
itirməmiş həqiqətlərdən söz açır:  
Yaşamaq xətrinə haqqı dananlar, 
Qazana-qazana uduzur yenə. 
Zülm üzərində qurulan bir səltənət, 
İnsanı alçaltmasa, özü ucala bilməz. 
Dünyada  ağıllı  adam  “öz  ağlıyla  düşünüb,  eşqi  ilə  yol 
gedəndir”,  “insan  öz  idrakı  ilə  elə  uca  deməkdir”,  “bir  kəlmə 
həqiqət  yüz  kəlmə  yalandan  güclüdür”  və  s.  xalq  müdrikliyindən 
gələn  poetik  ifadə  və  misralarda  insan  mərdliyi,  mənəvi  təmizlik 
və saflıq Nəsimi və nəsimiçiliyin nümunəsində təqdir olunur. 
Fikir  və  şəxsiyyət  azadlığı  –  tamaşanın  mərkəzi  ideyasıdır. 
Tamaşada  “fəryad”  anlamı  geniş  və  çoxmənalı  yozum  kəsb  edir. 
Bu,  hüquqsuzluğa,  ədalətsizliyə  məruz  qalan,  əzilən,  haqqı 
tapdanan  insanların  fəryadıdır.  Həmin  fəryadın  səsi  bizdən  çox-
çox  uzaq  əsrlərin  qaranlıq  zindanlarından  eşidildiyi  kimi,  müasir 
dövrümüzün  insan  hüquqlarını  tapdalayan,  kiçik  xalqları, 
millətləri  öz  pəncəsində  əzən  imperialist  və  müstəmləkəçi 
maraqlara  qarşı  da  çevrilir.  Pyes  kimi  tamaşanın  da    müasirliyi 
məhz bundadır. 
B.Vahabzadə  “Fəryad”  pyesində  Nəsiminin  insanda  nəyi, 
hansı keyfiyyətləri yüksək tutduğunu görmək, insana onun gözləri 
ilə baxıb-qiymətləndirmək istəmişdir. Məhz belə bir ədəbi üsuldan 
bəhrələnərək  insan  və  zaman,  insanın  mənəvi-əxlaqi  mahiyyəti 
barədə  fəlsəfi  söhbət  açmışdır.  Həqiqət,  haqq-ədalət  son  halda 
qələbə  çalır,  -  şair-dramaturq  buna  əmindir.  Pyes  dünyanın  əşrəfi 
olan  insanın  qüdrətinə  tamaşaçıda  dərin  inam  oyatmaqla,  eyni 
zamanda  bəşəriyyətin  xoş  arzu  və  istəklərinin  həyata  keçməsinə 
əngəl olan şər qüvvələrə nifrətlə səslənmişdir. 
“Fəryad” fəlsəfi dramdır. Dramatik kolliziya  burda başlıcası 
insanın  daxilində,  düşüncə  və  mühakimələrində  gedir.  Əsərdə 
müsbət  surətlər  saray  çirkabına  qarşı  çıxır,  qüvvətli  bir  sədd 


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə