Azərbaycan mġLLĠ elmlər akademġyasi memarliq və ĠNCƏSƏNƏT ĠNĠSTĠtutu



Yüklə 2,55 Mb.
Pdf görüntüsü
səhifə23/47
tarix30.06.2018
ölçüsü2,55 Mb.
#52393
1   ...   19   20   21   22   23   24   25   26   ...   47

 
 
72 
II FƏSĠL 
ġAĠR-DRAMATURQUN TARĠXĠ PYESLƏRĠNĠN SƏHNƏ 
TƏCƏSSÜMÜ 
 
2.1. Tarixə fəlsəfi–psixoloji baxıĢ 
 
Bəxtiyar  Vahabzadə  bir  dramaturq  kimi  yalnız  müasir 
mövzulu  lirik-psixoloji  pyesləri  ilə  deyil,  eyni  zamanda  tarixi 
dramları ilə  geniş tamaşaçı  auditoriyasının  rəğbətini  qazanmışdır. 
Lirik-psixoloji 
janrda  özünü  təsdiq  edən,  əsərdən-əsərə 
püxtələşən, inkişaf edən dramaturqun tarixi dram janrına müraciəti 
heç  də  təsadüfi  deyil.  Tarixi  mövzu  bir  şair  kimi  Bəxtiyar 
Vahabzadəni  daim  məşğul  etmişdir.  Azərbaycan  xalqının  milli 
keçmişi,  tarixi  dəyərləri  ilə  fəxr  edən  şair  zəngin  tarixi 
mədəniyyətimizi lirikasında vəsf etmiş, “Gülüstan”, “Şəbi-hicran”, 
“Muğam”,  “Ağlar-güləyən”  kimi  poemalarında  milli  tarixin  və 
böyük  tarixi  şəxsiyyətlərin  epik  obrazını  yaratmışdır.  Kəskin 
zaman  hissi,  müasirliklə  yanaşı,  tarixə  həssaslıq,  milli  tarixi 
varlığımızın  dərindən  dərki,  ondan  ibrətlənmək  kimi  özəl 
keyfiyyətlər  də  B.Vahabzadə  yaradıcılığını  səciyyələndirən  əsas 
əlamətlərdəndir.  Şair-dramaturq  özü  böyük  Səməd  Vurğuna  həsr 
etdiyi tədqiqat əsərində həmin məqamı belə şərh edir: “Şair böyük 
oğullarını,  onun  keçmişinin  işıqlı  cəhətlərini  xalqın  özünə 
tanıtmağı  ədəbiyyatın  mühüm  vəzifələrindən  hesab  edir.  Xalq, 
tarixin  ən  qaranlıq  dövrlərində  belə,  bu  zülmə  qarşı  mübarizə 
aparan  fədakar  oğullarını  tanıdıqca  özünün  kim  olduğunu,  hansı 
yollardan  keçib  gəldiyini  görür,  özünü  daha  artıq  tanıyır  və  milli 
iftixar hissi ilə gülümsünür” (120, 258). 
Bəxtiyar  Vahabzadənin  də  bir  dramaturq  kimi  tarixi 
mövzuya  müraciəti  həmin  məqsəddən  mayalanıb.  O,  tarixi 
mövzuya  müraciət  edərkən  “tarixi  dürüstlüyü  tam  mühafizə 
etməyi”,  “tarixi  şəxsiyyəti  həyatda  olduğu  kimi”  verməyi  vacib 
hesab  etmir.  Qəhrəmanlarının  əlamətdar  cəhətlərini,  tərcümeyi-
halının  mühüm  nöqtələrini  tarixin  inkişaf  qanunları  baxımından 
ümumiləşdirib,  onun  yaşadığı  dövrü,  bu  dövrün  pafosunu, 
qabaqcıl  ideyalarını  əks  etdirir.  Hər  tarixi  dramını  yazmazdan 


 
 
73 
əvvəl müəllif qələmə aldığı dövrü dərindən öyrənir, ona bu günün 
gözüylə nəzər salmağı, dövrlər arasında kontakt yaratmağı bacarır, 
bu günün tamaşaçıları ilə ulu əcdadlarımız arasında bir növ körpü 
yaradır. 
Onun  tarixi  dramlarının  qəhrəmanları  da,  lirik-psixoloji 
pyeslərində  olduğu  kimi,  öz  hərəkətlərində  və  düşüncələrində 
psixoloji əsasa malikdirlər. B.Vahabzadə psixoloji dram ölçülərini 
uğurla  tarixi  mövzulu  dramlarına  da  gətirə  bilir  və  bununla  milli 
teatrda  tarixi  dram  ənənələrini  inkişaf  etdirir.  Bir  şair  kimi 
yaradıcılığında  əbədi  təzadlara,  qlobal  ziddiyyətlərə  maraq 
göstərən  B.Vahabzadə    dramaturq  kimi  ən  çöx  buna  məhz  tarixi 
dramlarında  nali  olur.  Heç  təsadüfi  deyil  ki,  tarixi  mövzulu 
dramlarını B.Vahabzadə nəsrlə yanaşı, nəzmlə də yazmış, bununla 
da milli teatr ənənələrini davam etdirmişdir.  
Bəxtiyar  Vahabzadə  sırf  tarixi  mövzuda  yazılmış  üç  pyesin: 
„Fəryad”  (24.03.1984),  “Özümüzü  kəsən  qılınc”  (10.04.1998), 
“Dar  ağacı”  (09.12.2000)  müəllifidir.  Tarixin  müxtəlif 
zamanlarına  işıq  salan  bu  dramlar  bütövlükdə  müasir  səhnədə 
milli  keçmişimizin  möhtəşəm  bir  abidəsi  kimi  həllini  taparaq, 
çağdaş mədəniyyətimizin bir parçasına çevrilmişdir. 
Tarixi  şəxsiyyətlərə  bədii-tarixi  münasibət,  tarixin  qaranlıq 
səhifələrinin  müasirlərimiz  qarşısında  yenidən  canlandırılması 
dramaturgiyamızın 
ən 
yaşarı 
ənənələrindəndir. 
Nəriman 
Nərimanovun  “Nadir  şah”  (08.02.1906),  Əbdürrəhim  bəy 
Haqverdiyevin  “Ağa  Məhəmməd  şah  Qacar”  (03.12.1907),  Cəfər 
Cabbarlının  “Od  gəlini”  və  “Nəsrəddin  şah”,  Hüseyn  Cavidin 
“Peyğəmbər” və “Topal Teymur” (15.11.1926), Səməd Vurğunun 
“Vaqif” (05.10.1939) və s. tarixi dramlarından sonra dramaturgiya 
və  teatrın  tarixilik  axtarışlarının  maraqlı  bir  ifadəsi  kimi  səhnəyə 
B.Vahabzadənin “Fəryad” tarixi pyesi gəldi.  
Şair  “Fəryad”  tarixi  faciəsi  ilə  dramaturgiyamızda  ədəbi-
bədii  şəxsiyyətlərə  ənənəvi  münasibətlə  yanaşı,  müasir  forma  da 
gətirdi.  Belə  ki,  B.Vahabzadənin  iki  tarixi  şəxsiyyətə  -  Babəkə 
(“Dar ağacı”) və Nəsimiyə (“Fəryad”) həsr etdiyi tarixi əsərlərinin 
heç birində nə Babək, nə də Nəsimi iştirak etmir. Doğrudur,  “Dar 
ağacı”nda  bütün hadisələrə  və  talelərə  Babəkin  səsi və  qəhqəhəsi 


 
 
74 
ilə  yekun  vurulur,  amma  süjetin  real  gedişi  prosesində  Babəkin 
özü  yox,  kabusu,  kölgəsi,  teyfi  iştirak  edir.  Eləcə  də  “Fəryad” 
pyesində  Nəsiminin  öz  obrazı  yoxdur.  Əvəzində  səhnədə  Nəsimi 
nəsli,  Nəsimi  xalqı  və  milləti  var.  Nəsimini  iki  dünyanın  işığında 
göstərən  B.Vahabzadə  Nəsimi  dühasına,  Nəsimi  varlığına 
müraciət  etdiyini  belə  əsaslandırır:  “Cordano  Brunonun 
yandırılmasına,  Bayronun  Cəlayi  -  vətənliyinə,  Puşkinin  sürgün 
edilməsinə,  Nəsiminin  dərisinin  soyulmasına  səbəb  nə  imiş?  Bu 
böyük  şəxsiyyətlərin  həyat  və  fəaliyyətini  dərindən  öyrənəndən 
sonra  mənim  üçün  əsl  elmin  və  əsl  sənətin  mahiyyəti  və  məqsədi 
aydın  oldu.  Mənə  aydın  oldu  ki,  istər  elm  və  istərsə  də  sənət 
zülmün,  əsarətin  törətdiyi  məhrumiyyətlərdən  qorxmayıb  yalnız 
həqiqəti dediyi zaman böyüyür, ucalır və o yalnız bir xalqın deyil, 
bütün bəşəriyyətin ürəyinə yol tapır, rəğbətini qazanır…” (123, 6). 
Xalq artisti, rejissor Ağakişi Kazımov “Ədəbiyyat qəzeti”ndə 
dərc  olunmuş  müsahibəsində  deyir:  “Tale  elə  gətirib  ki,  mən 
Bəxtiyar 
Vahabzadənin 
tarixi  mövzulu  əsərlərinin  səhnə 
təcəssümü  ilə  bağlı  olmuşam.  Bəxtiyar  Vahabzadə  Azərbaycan 
dramaturgiyasında  tarixi  mövzuda  monumental  əsərlər  yazan 
sənətkarların  davamçısıdır.  Həm  “Özümüzü  kəsən  qılınc”,  həm 
“Fəryad”,  həm  də  “Dar  ağacı”  hadisələrin  monumentallığı, 
obrazların  həm  daxili,  həm  xarici  cəhətdən  dolğunluğu, 
ehtiraslılığı  və  bədii  bütövlüyü  ilə  seçilir.  Onun  tarixi  dramları 
Aristotel  nəzəri  məktəbi  əsasında  yazılıb.  Hər  bir  əsərin  gözəl 
başlanğıcı,  hadisələrin  dəqiq,  inandırıcı  inkişaf  xətti  var.  Sonda 
müəllif ideyasının parlaq təntənəsi görünür. Bu  əsərlərdə hətta ən 
kiçik  obraz  belə  hadisələrin  ümumi  gedişində,  ideyanın  ümumi 
təntənəsində mühüm mövqeyə malikdir. Sadə dildə desək, bu saat 
mexanizmində  bir  dənə  artıq  detal  yoxdur.  Tarixi  mövzulu  bu 
əsərlərin  ikinci  xüsusiyyəti  isə  ondan  ibarətdir  ki,  son  dərəcə 
müasir  fikir deyilir.  Tarixi hadisələr müasirlik ruhunda  yoğrulur” 
(15).  
“Fəryad‟  mənzum  dramı  müəllifin  tarixi  mövzuda  yazdığı 
ikinci  əsəridir.  B.Vahabzadə  yeddi  şəkildən  ibarət  olan  bu  dramı 
1981-ci ildə yazmağa başlayıb, 1984-cü ildə  tamamlayıb.  Bu əsər  


Yüklə 2,55 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   47




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə